Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub


Məsul şəxslərin vəzifələrinin birləşdirilməsi



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

Məsul şəxslərin vəzifələrinin birləşdirilməsi
Cədvəl 7.1.
TƏDRİS MƏRKƏZİ 


82
8. TEXNİKİ TƏDBİRLƏR
8.1. Texniki tədbirlər. Açılmalar
8.1.1.
Gərginliyin çıxarılmasını tələb edən işləri iş yerini hazırlamaq üçün aşağıdakı texniki tədbirlər göstərilən qaydada yerinə 
yetirilməlidir:
lazımi açılmalar yerinə yetirilməli, kommutasiya aparatlarının səhvən, yaxud özbaşına işə qoşulmasına qarşı tədbir
görülməlidir;
kommutasiya aparatlarının əl intiqalında və uzaqdan idarəetmə açarlarında qadağanedici lövhələr asılmalıdır;
elektrik cərəyanından mühafizə üçün torpaqlanması vacib olan cərəyandaşıyan hissələrdə gərginliyin olmaması
yoxlanmalıdır;
torpaqlama qoyulmalıdır (torpaqlama bıçaqları qoşulmalı, səyyar torpaqlama tərtibatları qoyulmalı);
lazımi hallarda iş yeri, yaxud gərginlik altında qalan cərəyandaşıyan hissələr çəpərlənməli və çəpərlənmənin üstündə
təhlükəsizlik lövhələri asılmalıdır;
cərəyandaşıyan hissələr, yerli şəraitə görə, torpaqlanmadan əvvəl, yaxud sonra çəpərlənməlidir.
8.1.2. Gərginliyin çıxarılması tələb olunan cərəyandaşıyan hissələrdə işləyərkən aşağıdakılar işdən açılmalıdır:
iş aparılacaq cərəyandaşıyan hissələr;
adamların, yükqaldıran maşın və mexanizimlərin 3.1 cədvəlində göstəriləndən az məsafəyə yaxınlaşması ehtimalı olan
çəpərlənməmiş cərəyandaşıyan hissələr;
açılmış HX-də işləyərkən onun elementlərinin gərginlik altında olan HX-nin cərəyandaşıyan hissələrinə 3.1 cədvəlinin üçüncü
qrafasında göstəriləndən az məsafəyə yaxınlaşması ehtimalı olarsa, həmin HX işdən açılmalıdır. Eləcə də təmir aparılan HX ilə
birgə RHX-də açılmalıdır.
8.1.3. 1000 Voltdan yuxarı gərginlikli elektrik qurğularında kommutasiya aparatı vasitəsilə gərginlik verilə biləcək hər bir
tərəfdən gözə çarpan yerlərdə qırılma olmalıdır; belə qırılmalar: şin və məftilin açılması yaxud çıxarılması, ayrıcıların açılması,
qoruyucuların çıxarılması, həmçinin aparatın özündə qoyulmuş, yayla avtomatik qoşulanlardan başqa, digər güc açarı və
ayrıcılarının açılması ilə yaradılmalıdır.
Əks-transformasiya halının qarşısını almaq məqsədilə, elektrik qurğusunda iş aparmaq üçün ayrılmış sahə ilə əlaqədar
olan gərginlik və güc transformatorları 1000 Volta qədər olan tərəfdən də açılmalıdır.
8.1.4. İş yerini hazırlayarkən, ayrıcılar və əllə idarə olunan yük açarları açandan sonra, onların açılmış vəziyyətdə qalmasını və
şuntla birləşmələrin olmadığını nəzərdən keçirməklə yəqin etmək lazımdır.


83
8.1.5. 1000 Voltdan yuxarı gərginlikli elektrik qurğularında iş yerinə gərginlik verilə biləcək kommutasiya aparatlarının
səhvən, yaxud özbaşına işə qoşulmasının qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir:
ayırıcıların, yük açarlarının və aralayıcıların əl intiqalı işdən açıq vəziyyətdə mexaniki qıfılla bağlanmalıdır;
*
operativ ştanqla idarə olunan ayrıcıların stasionar çəpərləri mexaniki qıfılla bağlanmalıdır;
8.1.6. 1000 Volta qədər olan elektrik qurğularında əl intiqallı kommutasiya aparatını açmaqla və sxemdə qoruyucu olarsa,
onları çıxarmaqla iş aparılacaq cərəyandaşıyan hissələrin hər bir tərəfdən gərginlik çıxarılmalıdır. Sxemdə qoruyucu
olmayanda, kommutasiya aparatlarının səhvən qoşulmasının qarşısını almaq üçün şkafın qapısını yaxud dəstəyini qıfıllamaq,
düymələrin üstünü örtmək, kommutasiya aparatı kontaklarının arasına izoledici örtük qoymaq və s. kimi tədbirlərdən istifadə
edilməlidir.
Aparatların konstruktiv quruluşundan və işin xüsusiyyətlərindən asılı olaraq, həmçinin şini yerindən çıxarma, yaxud
kommutasiya aparatlarından və ya iş aparılan avadanlıqdan kabeli, məftili açmaq vasitəsilə yuxarıda göstərilən tədbirləri əvəz
etmək olar.
*
6-10 kV-luq elektrik qurğularında bir qütblü ayırıcının səhv qoşulmasının qarşısını almaq üçün onların bucaqlarına xüsusi
dielektrik kolpaqlar geyindirlməsinə icazə verilir.
8.1.7. İş yerini hazırlayarkən şinin çıxarılması yaxud kabelin, məftillərin açılmasını növbətçi və ya operativ-təmir personaldan
olan işçinin nəzarəti altında təmir personalından III qruplu işçi yerinə yetirə bilər. İş yerinin yaxınlığında yerləşən və toxunma
təhlukəsi törədən cərəyandaşıyan hissələrdən gərginlik çıxarılmalıdır, yaxud onlar çəpərlənməlidir.
8.1.8. Kontaktların açıq vəziyyəti gözlə görünməyən 1000 V qədər gərginlikli kommutasiya aparatlarında (sürüşməz tipli
avtomatlar, paket açarları, örtülü açarlar və s.) onların açılmış vəziyyəti sıxıcılarda yaxud çıxış şinlərdə, ya da bu
kommutasiya
aparatları vasitəsilə qoşulan avadanlığın məftil və sıxaclarında gərginlik olmadığını yoxlamaqla
müəyyənləşdirir.
Elektrik qurğularına xidmət edən personalların təhlükəsizlik texnikasına aid qruplar üzrə bilik səviyyəsi aşağıdakı kimi
olmalıdır:

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin