Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

TƏDRİS MƏRKƏZİ 


80
7.1.9. İş icraçısı aşağıdakılara cavabdehdir:
hazırlanmış iş yerinin naryadın göstərişlərinə uyğun olmasına;
briqda üzvləri ilə tam və düzgün təlimat aparılmasına;
lazımi mühafizə vasitələrinin, alət, avadanlıq və ləvazimatlarının əldə olmasına, sazlığına və düzgün istifadə edilməsinə;
iş yerində çəpərlərin, təhlükəsizlik lövhələrinin və nişanlarının, bağlayıcı tərtibatların saxlanılmasına;
işlərin təhlükəsiz aparılmasına və bu qaydalara riayət olunmasına;
iş icraçısı briqada üzvlərinə daim nəzarət etməli, sərxoş vəziyyətdə olan briqada üzvlərini işdən kənar etməlidir.
1000 Voltdan yuxarı olan elektrik qurğularında naryad üzrə aparılan işlərin icrası IV qrupa, 1000 Volta qədər olan elektrik
qurğusunda isə III qrupa malik olmalıdır. Ziyanlı qaz əmələ gəlməsi ehtimalı olan yeraltı qurğularda və gərginlik altında
aparılan işlərdə iş icrasının IV qrupu olmalıdır.
4.3.2., 7.5 və 15.2.1. bəndlərində göstərilən işlərdən əlavə, bütün elektrik qurğularında sərəncam üzrə görülən işlərin iş
icraçısının qrupu III ola bilər.
7.1.10. Elektrik qurğularında müstəqil iş aparmaq hüququ olmayan işçilər briqadasına nəzarət etmək üçün nəzarətçi təyin
olunmalıdır.
Nəzarətçi aşağıdakılara cavabdehdir:
hazırlanmış iş yerinin naryad göstərişlərinə uyğun olmasına;
iş yerində torpaqlama, çəpərləmə, təhlükəsizlik üzrə lövhə və nişanların, intiqalı bağlayıcı tərtibatın olmasına və
saxlanılmasına;
briqada üzvlərinin elektrik cərəyanından zədələnmə təhlükəsizliyinə;
İşin texnoloji xassəsi ilə əlaqədar olan təhlükəsizliyi üçün məsuliyyəti briqadaya rəhbərlik edən şəxs daşıyır ki, bu şəxs
briqadanın heyyətinə daxildir və həmişə iş yerində olmalıdır. Onun soyadı naryadın «müxtəlif göstərişlər» sətrində yazılır.
III qrupu olan işçilər nəzarətçi təyin edilə bilərlər.
7.1.11. Bu qaydaları, işə buraxılan zaman və iş vaxtı onunla aparılan təlimatın göstərişlərini, həmçinin əməyin mühafizəsi üzrə
yerli təlimatın tələblərini yerinə yetirmək briqadanın hər bir üzvünün borcudur.
7.1.12. İşçilərə həvalə edilən naryad və sərəncam vermək, iş rəhbəri, iş icraçısı olmaq, işə buraxmaq (operativ təmir personalı
işçilərinə) hüququ, həmçinin elektrik qurğularında təklikdə baxış aparmaq hüququ müəssisə rəhbərliyinin yazılı göstərişi ilə
rəsmləşdirilməlidir.


81
7.1.13. Məsul şəxslərin vəzifələrinin birləşdirilməsindən birinə 4.1 cədvəlində göstərildiyi kimi yol verilə bilər.
HX-də işləyərkən iş yerini hazırlamaq üçün kommutasiya aparatlarından istifadə etmədən yalnız gərginliyin
olmamasını yoxlamaq və iş yerlərində səyyar torpaqlama qoymaq tələb olunarsa, onda operativ-təmir personalından olan iş
rəhbərinə yaxud iş icraçısına işə buraxan vəzifəsini yerinə yetirmək icazəsi verilə bilər.
Məsul şəxs
Birləşdirilən vəzifələr
Naryad verən
İş rəhbəri
Yerli növbətçi personalı olmayan elektrik qurğularında işə 
buraxan
İş rəhbəri
İş icraçısı
Operativ-təmir personalından olan iş rəhbəri
Yerli növbətçi personalı olmayan elektrik qurğularında işə 
buraxan
Operativ-təmir personalından olan iş icraçısı
Sadə və əyani sxemli elektrik qurğularında işə buraxan
IV qruplu iş icraçısı
4.11.18. bəndində nəzərdə tutulan hallarda işə buraxan
Operativ-təmir personalından olan işə buraxan
Briqada üzvü

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin