9.2. Metalların kəsilmə prosesləri
Plastik metalları kəsdikdə
P
qüvvəsi ilə yüklənmiş kəsici
alətin təsiri ilə elastiki- plastiki deformasiyalar baş verir və bu
proses metalın hissəciklərinin ayrılma (yəni dağılma) həddinə -
yonqarın elementlərinin əmələ gəlməsinə qədər davam edir. Xarici
qüvvənin
P
təsiri altında kəskinin qabaq və dal səthlərinə
aşağıdakı qüvvələr yaranır (şəkil 9.2a):
P
N
-
qabaq üzə perpendikulyar qüvvə;
N
P
1
- qabaq üzrə sürtünmə qüvvəsi, burada
1
- bu səth
üzrə sürtünmə əmsalıdır;
P
1
N
-
kəsmə istiqamətinə normal qüvvə;
P
1
N
2
- dal üz üzrə sürtünmə qüvvəsi, burada
2
-
bu səth
üzrə sürtünmə əmsalıdır. Göstərilən quvvələrin təsiri sayəsində
kəsmə prosesində - kəsilən qatın metalı deformasiyaya uğrayır və
yonqar əmələ gəlir; alətin qabaq və dal üzləri üzrə sürtünmə baş
verir, həmçinin pəstahın səth qatında metal deformasiya edir.
Beləliklə
P
qüvvəsi ilə yüklənmiş kəskinin təsiri ilə emal edilən
metalda həm toxunan, həm də normal gərginliklər yaranır,
bunların təsirindən metal dağılır və
AE
müstəvisi (sürüşmə
müsətvisi) üzrə yonqarın elementi əmələ gəlir (şəkil 9.2b).
Deformasiya nəticəsində
2
bucağı altında yerləşən, yerdəyişmə
müstəviləri
adlanan, sürüşmə müstəviləri üzrə metalın
monomolekulyar
qatları
qanunauyğun
şəkildə
kəsmə
istiqamətində sürüşməyə məruz qalır.
Şək. 9.2. Yonqarın əmələ gəlmə prosesinin sxemi
3
=
2
-
1
bucağının qiyməti 0-dan 30°-dək dəyişir. Metalın
plastikliyi yüksəldikcə
3
bucağının qiyməti artır; kövrək
materialları emal etdikdə bu bucaq sıfıra yaxınlaşır.
Kəsmə şəraitindən asılı olaraq yonqarın ayrılma, qıvrım və
qırıq növləri əmələ gələ bilər (şəkil 9.3).
Şək. 9.3. Yonqarların tiplərinin sxemləri
Ayrılma yonqar
(şəkil 9.3a) plastik metalları yüksək kəsmə
sürəti zonasında qabaq bucaqların optimal qiymətlərində kiçik
verişlə kəsmə zamanı əmələ gəlir.
Qıvrım yonqar
bir-biri ilə əlaqəli ayrı-ayrı elementlərdən
ibarət olur. Yonqarın xarici səthi qopma müstəviləri aydın
müşahidə edilən mişarvari şəkildədir. Bu növ yonqar plastik
metalları qabaq bucağı kiçik olan kəskilərlə, verişin yüksək
qiymətlərində və kiçik kəsmə sürəti ilə emal etdikdə əmələ gəlir
(şəkil 9.3b).
Qırıq yonqar
(şəkil 9.3c) plastikliyi az olan metalların
(çuqun, tunc, alüminium ərintiləri) kəsmə ilə emalı zamanı ayrı-
ayrı zəif əlaqəli hissəciklər şəklində əmələ gəlir.
Kəsmədə istiliyin ayrılması.
Metalkəsmə zamanı sərf olunan
mexaniki enerjinin müəyyən hissəsi istiliyə çevirilir. Eyni
zamanda ayrılan yonqar qatı ilə kəskinin elementlərinin
sürtünməsi hesabına, həmçinin kəsmə dərinliyi, veriş və kəsmə
sürəti artdıqda əlavə İstlik ayrılır. Ümumi istiliyin 25...85%-i
yonqarın, 2...8%-i kəsici alətin, 10...50%-i pəstahın və 1%-i ətraf
mühitin qızmasına sərf olunur. Kəsmə prosesində yaranan istilik
alətin yeyilməsinə və davamlığına, emal edilmiş üzün
keyfiyyətinə güclü təsir göstərir. Bunun qarşısını almaq üçün
kəsmə prosesi kəskinin soyuducu mayelərlə soyudulması ilə
aparılır.
Kəskidə yığıntının əmələ gəlməsi.
Kəsmə zamanı kəski ilə
təmasda olan pəstahın qızmış metalı böyük təzyiq təsiri ilə qabaq
üzdə paz şəkilli yığıntı əmələ gətirir; bunun sayəsində kəskinin
qabaq bucağı dəyişir, emalın dəqiqliyi azaldır və səthin keyfiyyətli
alınmasını çətinləşdirir. Kəsmə prosesində yığıntının ölçüsü
müəyyən həddə çatdıqda dağılır; yonqar və pəstah metalı ilə kənar
olur və yenisi formalaşmağa başlayır. Yığıntının əmələ gəlməsi
emal edilən metalın özlülüyündən və kəsmə sürətindən asılıdır.
Kəsmə sürəti artdıqca yığıntının əmələ gəlməsi zəifləyir və sürət
50... 70 m/dəq-dən artıq olduqda yığıntı əmələ gəlmir.
Kəsici alətin yeyilməsi.
Kəsmə prosesində qabaq üz üzrə
kəski - yonqar və dal üz üzrə kəski - pəstah cütünün arasında
sürtünmə yaranır. Bununla əlaqədar yeyilmə əsas üç növ üzrə
fərqlənir:
- yeyilmə əsasən alətin dal üz üzrə gedir. Belə yeyilmə nazik
yonqar (a < 0,08 mm) kəsən alətlərdə (frezlər, yivkəsən və
dişkəsən və s.) müşahidə olunur.
- yeyilmə alətin qabaq və dal üzləri üzrə gedir. Belə yeyilmə
kəsilən qatın qalınlığı a > 0,08 mm və yağlayıcı-soyuducu
mayelərdən istifadə etməklə emalda (yan və dairəvi frezlər,
burğular, zenkerlər, tezkəsən poladlardan zərif kəsmə alətləri, bərk
ərintili kəskilər) müşahidə olunur.
- yeyilmə əsasən qabaq üz üzrə gedir. Belə yeyilmə yalnız
yağlayıcı-soyuducu mayesiz işlədikdə tezkəsən poladlardan
yonma kəskilərində müşahidə olunur.
Kəskinin davamlılığı
onun müəyyən kəsmə rejimi üzrə
kütləşmə anına qədər
fasiləsiz işlədiyi vaxt
ilə xarakterizə edilir.
Kəskinin davamlılığına əsas təsir edən amillərdən biri kəsmə
sürətidir.
Kəsmə sürəti
ilə kəskinin davamlılığı
T
(davamlılıq
periodu) arasında aşağıdakı asılılıq vardır:
= A / T
m
burada
A -
sabitdir, onun qiyməti emal edilən materialdan,
kəsmə
rejimindən,
kəskinin
materialından,
kəskinin
həndəsəsindən asılı olur;
T- kütləşmə anına qədər kəskinin işləmə vaxtı (kəskinin
davamlılığı);
m - nisbi davamlılığın göstəricisidir və davamlılığın kəsmə
sürətinə təsirini xarakterizə edir; bərk ərinti və mineral-keramik
lövhələrlə təchiz edilmiş tezkəsən poladdan kəskilər üçün min.
qiyməti 0,100. .0,125; 0,20... 0,30 və 0,30...0,40 götürülür.
|