təmin etmək üçün kalandrlar qızdırılma və soyudulma sistemləri
ilə təchiz edilmişdir.
Şpris-maşınlarla fasiləsiz basıb-keçirmə
ilə
profilləşdirilmiş
rezin
hissələr hazıranır və ya metal məftili rezinlə örtmə aparılır.
Manjet tipli rezin məmulatlar,
kipləşdirici üzüklər və b.
qızmar presləmə
ilə hazırlanır. Soyuq presləmə ilə də
şəkilləndirmə (məsələn, akkumulyator bataryası) aparılır.
Təzyiq altında tökmə
müxtəlif mürəkkəb şəkilli rezin
məmulatları almağa imkan verir.
Sənayenin müxtəlif sahələrində çox geniş adda rezin
məmulatdan istifadə olunur, onlar təyinatından asılı olaraq ayrı-
ayrı siniflərə bölünür:
- kipləşdiricilər - kipləşdirici profillər şəklində, manjet,
oymaq və b. şəklində hazırlanır;
- titrəyiş- və səstədricedicilər və zərbəyə qarşı məmulatlar -
yastıq tipli, amortizatorlar və b.
- güc məmulatı - dişli çarxlar, müxtəlif aqreqatların
gövdələri, qolçaqlar və b.
- sürüşmə dayaqları - müxtəlif rezin-metal yastıqlar,
dabanaltılar, dayaqlar və b.
- mayeləri və qazları nəql etmək üçün borular - əsasən
məftillə armaturlanmış rezin-parça məmulat. Hərəkətləndirmə
yastı və ya pazvarı qayışlar, yük yerdəyişdirmək üçün konveyer
lentləri də rezin-parça materiallara aiddir.
- yeyilməyəqarşı - pnevmatika şinlərinin protektorları,
vərdənələr və b.
- friksion məmulat və alətlər - pardaq- lama dairələri, əyləc
qurğuları və b.
- qoruyucu və güc tətbiq edilməyən - elektrikdən qoruyucu
xalçalar, dəstələr və b.
- dekorativ - müxtəlif şəkilli zolaqlar, qaytanlar və b.
Müasir
rezintexniki
məmulatların
istehsalı yüksək
məhsuldarlıqlı və avtomatlaşdırılmış avadanlıqlarda aparılır.
Dostları ilə paylaş: