Hissələri bir-birinə uydurduqca üstünə xüsusi nişanlar
qoyurlar. Bu nişanlar yığma zamanı hissələrin qarışmamasına
kömək edir və sonra nasosu sökdükdə yığılmasını asanlaşdırır.
Mərkəzdənqaçma
nasoslarını
yığarkən
kipləşdirici
halqalarda araboşluğunun lazımi miqdarda alınmasına böyük
diqqət yetirilir. Halqaların araboşluqları nasosun ölçülərindən
asılı olaraq 0,1-dən 0,5 mm-ə qədər olmalıdır.
Bölməli (seksiyalı) nasosları yığarkən gövdəni əyməmək
üçün onun hissələrini bir-birinə bağlayan boltları eyni güclə
dartmaq lazımdır.
Tənzimedici disk olan halda onu elə yerləşdirmək lazımdır
ki, dairənin və valın ox boyu 0,5 mm getməyə imkanı olsun.
Tənzimedici disk əvəzinə dayaq yatağı tətbiq olunursa, rotorun
ox uzunu tərpənməsi 0,1 mm-dən artıq olmamalıdır.
Nasos tamam yığıldıqdan sonra sınama prosesi keçir.
Pistonlu
nasosların
yığılması
başqa
maşın
və
mərkəzdənqaçma nasoslarında olduğu kimi, hazırlıq işlərindən,
uydurma əməliyyatlarından, bağlamaların yığılmasından və
ümumi yığmadan ibarətdir.
Pistonlu nasosları xırda dəstə istehsalı şəraitində
hazırlarkən bir sıra hissələrin məsul üzlərinin mexaniki emalı
uydurma işi ilə qarışıq olaraq tamamlanır. Məsələn:
Dostları ilə paylaş: