Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə71/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 4.5. Strateji Yol Xəritəsinin makro və mikro səviyyədə əhatə dairəsi

Adı çəkilən Strateji Yol Xəritəsində SWOT təhlili əsasında strategiyanın hazırlanması və icrasının sürətləndirilməsinin fazaları öz əksini tapmışdır (şəkil 4.6).





Şəkil 4.6. Strateji Yol Xəritəsi üzrə strategiyanın hazırlanması və icrasının sürətləndiriliməsi fazaları

Strukturu və məzmunu göstərilən 4.5 və 4.6 saylı şəkillər bir daha sübut edir ki, SWOT-təhlil metodu menecmentin vacib aləti kimi çıxış etmişdir. Ölkənin ağır sənaye və maşınqayırma sekto- runun SWOT-təhlilinin nəticələri aşağıdakı kimi formalaşdırıl- mışdır (cədvəl 4.2).


SWOT-təhlili strateji balansın tərtibinə çox oxşayır. Güclü cəhətlər müəssisənin aktivləri, zəif cəhətləri isə passivləridir. Bu- rada əsas məsələ ondan ibarətdir ki, aktivlər passtivləri nə dərəcədə örtə bilir və müəssisə öz aktivlərindən – güclü cəhətlə- rindən nə dərəcədə yaxşı istifadə edə bilir. Müəssisənin güclü cəhətləri onun strategiyasının və rəqabət üstünlüyünün formalaş- dırılmasının əsasını təşkil edir. Əgər bu güclü cəhətlər yoxdursa, müəssisə öz strategiyasını formalaşdırmaq üçün belə üstünlük- lərin yaradılması barədə düşünməlidir.
Cədvəl 4.2.
Ağır sənaye maşınqayırma sektorunun SWOT-təhlil



Güclü tərəflər

Zəif tərəflər

  • sənaye bazasının və ənənələrin mövcud olması;

  • işçi heyətin texniki bacarıqları- nın olması;

  • mədən sənayesi və metallurgiya üçün xammal bazasının mövcud olması;

  • əmək haqqının orta rentabelliliyi təmin edən səviyyədə olması.

  • aşağı texniki heyətin az olması;

  • əmək məhsuldarlığının yüksək olmaması;

  • maliyyə çatışmazlığı, avadan- lıqların köhnə olması;

  • marketinq, satış, paylama xid- mətlərinin aşağı səviyyədə ol- ması;

  • müəssisələrdə müasir biznes modelinin qurulmaması;

  • məhsul keyfiyyətinin beynəl- xalq standartlara uyğun olma- ması;

  • innovativ fəaliyyətlərin az ol- ması.


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin