Suyun dövr etməsi.
Su biosferin əsas hissəsini təşkil edir. Bütün canlı orqa
nizmlərin tərkibinin 90% -i sudan ibarətdir. Yer üzərində su
okeanlarda, buzlaqlarda, çaylarda, göllərdə, digər su hövzə
lərində, litosferin yuxarı hissəsində məsamələrdə və s.
yerləşir.
42
Su bütün mənbələrdən buxarlanaraq atmosferə qalxır,
orada kondensasiya olaraq son nəticədə çöküntü forma
sında su obyektlərinə qayıdır. Bu proses “Suyun böyük
dövretməsi” adlanır. Buxarlanaraq öz mənbəyinə qayıt
mayan, lakin digər sahəyə çökən suyun dövrü “Kiçik dövr
etmə” adlanır.
Biosenoz həddində suyun dövretməsində “Tutm a”,
“transpirasiya”, “infiltrasiya” və “yığılma” proseslərinin bö
yük əhəmiyyəti vardır. “Transpirasiya” qrunt sularının bir
hissəsinin buxarlanaraq atmosferə qayıtma prosesidir.
“Tutma” düşən çöküntünün yer üzərinə çatmamış bitkilər
tərəfindən tutulmasıdır. «İnfiltrasiya» torpaq üzərində olan
suyun torpağa hopmasıdır. “Yığılma” dedikdə torpağın
səthində toplanan su başa düşülür.
Müasir şəraitdə ekologiya həyat üçün zəruri olan bir
elmi fənn hesab edilir. Ekosistem ekologiyanın əsas funk
sional vahididir. Bü haqda müxtəlif təyinatlar olsa da belə,
onların hamısının mənası eynidir. Y.Oduma görə «Canlı or
qanizm və onları əhatə edən cansız aləm bir-birindən ayrıl
maz olaraq həmin sahədə daima qarşılıqlı əlaqədə və fəaliy
yətdədir. Bunlar arasında olan enerji axını onların biotik
strukturunu, maddələrin dövri sistemini dəqiq müəyyən
ləşdirir. Bax bu münasibət ekoloji sistem deməkdir». Deməli
ekoloji sistemi canlı aləmlə onların məskunlaşdığı mühit
arasında olan birgə fəaliyyət təşkil edir. Bunlarda maddələr
və enerji mübadiləsi qarşılıqlı olaraq baş verir.
Ekosistem anlayışı birinci dəfə olaraq ingilis alimi
A.Tensli tərəfindən təklif olunmuşdur. Lakin orqanizmlə
mühitin birgəliyi konsepsiyası çox qədimdən məlum ol
muşdur.
XX əsrin əvvəllərində belə bir ideya inkişaf etdirilmişdir
ki, mühitdən asılı olmayaraq təbiətdəki fəaliyyətlər eyni
qanunauyğunluqla baş verir. Məsələn, dəniz suyu, yeraltı
su, içməli su təbiətcə vahidlik sistemi təşkil edir.
43
Ekosistemin ekologiyası adlı yeni bir sistemin yaranması
ümumi sistem və sistemli analizə olan təlabatdan irəli gəlir.
Bu sistemin baniləri C.E.Xatçinski, R.Marqelf, K.Uatt,
V.Petten, Y.Odum sayılır.
Sistem nədir? Sistem müəyyən tərzdə bir-biri ilə əlaqədə
və qarşılıqlı təsirdə olan elementlərin birliyidir.
Sistemin hissələri onun elementləri adlandırılır. Sistemin
elementləri fiziki, kimyəvi, bioloji və ya qarışıq şəkildə ola
bilər.
Sistemin strukturunu elementlərin qarşılıqlı təsir münasi
bətləri təyin edir. Qarşılıqlı təsirin özü yeni sistemin yaran
masına səbəb ola bilər.
Sistemin əsas xüsusiyətlərindən biri elementlərin ierarxik
tabeçiliyidir (aşağı rütbələrin yuxarı rütbələrə tabe olması).
Ekologiyada elementar vahid fərdin populyasiyasıdır.
Görkəmli alim Q.T.Mustafayevə görə «Bioloji növün
konkret ərazidə yerləşən, çoxlu nəsillər boyunca real
imkanlar əsasında bir-birilə sərbəst cütləşib öz sayını tənzim
edə bilən coğrafi, ekoloji və etoloji sədlər ilə bir-birindən az-
çox ayrılan fərdlər qrupuna populyasiya deyilir.
Populyasiyanı cins, yaş, ərazi və digər növ strukturlara
ayırırlar. Yaşa görə populyasiya növü əsas göstəricilərdən
biridir. Uzunömürlü populyasiyalar normal, doğub-törəmə
prosesinə təsir edən mənfi faktorlar olduqda tezqocalma baş
verən populyasiyalar reqressiv və ya ölən populyasiya ad
lanır. Cavan populyasiya «tətbiqolunan» populyasiya ad
lanır. Bu növ populyasiyalar təhlükə yaratmır, onların artım
ehtimalı yüksək olur, lakin onların trafiki və digər əlaqələri
tam formalaşmış olmur. Əgər populyasiya normal və ya
normal vəziyyətə yaxınsa, onda insanlar həmin populyasi-
yadan istənilən qədər biokütlə götürə bilər. Bu zaman po-
pulyasiyanın törəmə müddəti və vaxtı nəzərə alınmalıdır.
Populyasiyanm əsas xüsusiyyətlərindən biri onun fərdlə-
rinin sayının dinamikası və tənzimlənmə mexanizmidir.
44
Fərdlərin sayının optimal saydan fərqlənməsi onun möv
cudluğuna təsir edən mənfi təsirdən asılıdır. Adətən popul
yasiya mühitəalışma mexanizminə malik olur. Bu xüsusiyyət
onun optimal saydan artıq və ya az olmasını yaradır.
Hər populyasiya və növ «biotik potensial» xüsusiyyətinə
malikdir. Yəni hər bir cüt fərddən bioloji olaraq yeni nəsi
yaranmalıdır. Orqanizmin yaranma (təşkil) səviyyəsi aşağı
olduqca biotik potensial yüksək olur. Məsələn droj kletka-
ları bir neçə saatda sürətlə artaraq yer üzərini tuta bilər. İri
orqanizmlər az biotik potensiala malik olduqları üçün
onların artımı uzun illər çəkir.
Populyasiya fərdlərinin sayının kəskin artması «populya
siya dalğası», «həyat dalğası», «say dalğası» adlandırılır.
Belə dalğanın səbəbi hələ tam aydınlaşdırılmamışdır. Bəzən,
bunu iqlim şəraiti, yem, bəzən də günəşin aktivliyi ilə izah
edirlər.
Populyasiyanm dinamikasını fərdlərin sıxlığından ya
asılı və ya da asılı olmadığını qeyd edirlər. Sıxlıqdan asılı
olmamaq abiotik faktorun nəticəsi kimi qəbul edilir (hava,
yem, katastrof və s.). Bu faktorlar nəticəsində populyasiya
həm arta, həm də azala bilər. Hətta onların sayı sıfra bə
rabər ola bilər. Belə faktorlar «modifikasiya olma» (lat.
modifikasiy a-dəy işmə) adlandırılır.
Populyasiyanm dinamikasının sıxlıqdan asılılığı «biotik
faktorun» nəticəsidir. Bunu «tənzimolunan» adlandırırlar.
Populyasiya və populyasiyaya oxşarlar assosiasiya və ya
birlik sistemaltlarım yaradırlar. Elə buna görə də ekoloji ele
mentləri ekoloji populyasiya, birlik ekologiyası və biose
nozların ekologiyasına ayırırlar. Buradan belə nəticəyə gəl
mək olar ki, ekosistemin tam xüsusiyyətlərini başa düşmək
üçün göstərilən elementlər arasında əlaqə və onların birgə
fəaliyyətini müəyyən etmək lazımdır.
Hər bir ekosistem açıq ekosistem adlandırılır. Yəni o,
enerji almaq və vermək qabiliyyətinə malik olmalıdır.
45
Hansı ekoloji sistem olursa olsun onun yaşaması üçün
cansız təbiət-produsent - konsument-redusent və yenə də
cansız təbiət dövriyyəsi lazımdır.
Yer üzərində müxtəlif təbii bölmələrdə xeyli miqdarda
ekosistemlər mövcuddur. Lakin onlar haqqında tam hər
tərəfli informasiyalar yox dərəcəsindədir.
Ekoloji sistemləri əsasən yaranma səbəbinə görə iki
qrupa bölürlər: təbii və antropogen ekosistemlər. Uzun illər
boyu təbii seçmə nəticəsində təkamül etməklə əmələ gələn
sistem təbii sistem adlandırılır. Təbii sistem zəngin və da
vamlı sistemdir. Antropogen ekosistem insanlar tərəfindən
müəyyən müddət ərzində yaradılan daima qayğı tələb edən
qısa dövrlü ekoloji sistemdir.
Ekosistemin komponentlərinin üzvlərinin çox olması
onun uzunömürlü və dayanıqlı olmasına səbəb ola bilər. Bu
baxımdan Biosfer ən böyük və davamlı ekosistem hesab
edilə bilər.
Ekosistemlərin fəaliyyət göstərmələri üçün onlar özün
dən enerji ayırmaqla maddələrin dövri sistemi ilə əlaqədar
olmalıdır. Ekosistem eyni zamanda xarici təsirə müqavimət
göstərmək qabiliyyətinə malik olmalıdır. Bu mexanizmləri
açıqlamaq üçün ekosistemlərin aşağıdakı struktur və digər
xüsusiyyətləri ilə tanış olaq.
Ekosistemin blok modeli. Hər bir ekosistem iki blokdan
ibarətdir. Bunlardan biri canlı orqanizmlərin kompleks şə
kildə qarşılıqlı əlaqəsidir (biosenoz). İkinci, mühit blokudur
(biotop və ya ekotop). Belə olan halda:
Ekosistem = biosenos + biotop (ekotop)
V.H.Sukaçov bloklar modelini aşağıdakı sxem şəklində
vermişdir.
Göründüyü kimi biogeosenoz özündə bütün blokları
cəmləşdirir. O cümlədən bitki aləmində biosenoza daxil
46
edilir. Bitki aləminin ekosistemdə mövcud olmadığı hala
rast gəlmək olar. Lakin belə halda bitkilərin çürüntülərinin
sistemdə iştirakı mövcud olur. Deməli, ekosistem zoosenoz
və mikrobosenozdan ibarət olaraq maddələrin dövri sis
temini yarada bilər. Buradan belə bir nəticə əldə etmək olar
ki, «Hər bir biogeosenoz ekosistem adlandırıla bilər. Lakin
hər bir ekosistem biogeosenoz adlandırıla bilməz».
Biogeosenoz və ekosistemi bir-birindən zaman faktoru
fərqləndirir. Lakin bununla belə bu məvhumlara sinonim
kimi baxılmır.
Sxem 1.
Biogeosenoz
(ekosistem)
Hidravliki faktorlar
(hidrotop)
EKOTOP (BİOTOP)
________3!__________
◄------------------------------- to
----------------------------
İqlim faktoru
Torpaq faktoru
(klimatop)
(edafotop)
Bikti aləmi
◄---------------------►
Heyvanat aləmi
(fitosenoz)
------------*----- -----------
(zoosenoz)
------------------------- ф---------
BİOSENOZ
Mikroorqa-nizmlər
(mikrobosenoz)
47
Ekosistemin növ strukturu. Növ strukturu dedikdə eko
sistemi təşkil edən növlərin sayı və onların sayları arasında
olan fərqlər nəzərdə tutulur. Ekosistemdə növlərin sayı haq
qında dəqiq məlumat yoxdur. Bu ekosistemdə 100-lərlə
kiçik orqanizmlərin olması ilə izah olunur. Növlər müxtəlif
olduqda eksosistemdə şərait geniş olur. Növlərin müxtə
lifliyi həmçinin eksosistemin yaşından asılıdır. Yeni ya
ranmış ekosistem yaşa dolduqda onlarda növlərin sayı artır.
Yüksək dərəcədə formalaşmış ekosistemdə çoxluğu təşkil
edən növlər dominantlar adlandırılır (latınca dominantis -
hakim). Dominantlarla yanaşı edifikatlar (latınca edifika-
tor-inşaatçı) da mövcuddur. Bunlara əsasən mühiti yaradan
növlər aid edilir. Adətən dominant növ edifikator adlandı
rılır. Məsələn küknar meşəsində küknar dominant olmaqla
bərabər yaratdıqları mühitə görə edifikatordur.
Növ müxtəlifliyi ekosistemin ən əsas xüsusiyyətlərindən
biridir. Növlərin müxtəlifliyi sistemdə dayanıqlığı mühafizə
etmə qabiliyyətinə malik ola bilər. Azlıq təşkil edən növlər
müəyyən şərait yarandıqda öz saylarmı artırıb mühitdə do
minantlıq yaradırlar.
Növ strukturu adətən
bitki aləmində onun yarada
biləcəyi xüsusiyyətləri öyrənmək üçün istifadə olunur.
Ekosistemin «Trofiki» strukturu. Trofika yunanca qida
deməkdir. Hər bir ekosistem özündə bir neçə trofiki səviyyə
və yaxud bölmə cəmləşdirir. Birinci səviyyə bitkilər tərəfin
dən yaradılan səviyyədir. Bu səviyyə avtotrof və yaxud
«produsent» adlandırılır. İkinci səviyyə heyvanlar tərəfindən
yaradılan səviyyədir. Bu səviyyə heterotrof və ya «konsu-
mentlər» adlandırılır. Axırıncı səviyyəyə ölmüş maddələrlə
qidalanan mikroorqanizmlər və göbələklər daxildir.
Trofık səviyyələr arasında olan qarşılıqlı əlaqə trofiki
zəncir və ya yem zənciri adlandırılır. Bu əlaqənin əsas xü
susiyyəti maddələrin dövri sisteminin yaradılmasından və
48
onlarda olan üzvi birləşmə enerjisinin ayrılmasından iba
rətdir.
Ekosistemdə orqanizmlərin əlaqələri. Həyatda heç bir or
qanizm ətraf mühit və digər orqanizmlərlə əlaqəsiz yaşaya
bilməz. Orqanizmlər arasmda qarşılıqlı əlaqə onların qida
lanmaları əsasında yaradılır. Buna görə də əlaqələr qida və
ya «trofiki» əlaqə adlandırılır.
Eyni məkandan yaşayış üçün istifadə əlaqəsi «trofık»
əlaqə adlandırılır. Məsələn, heyvan və bitkilərin birgə məs
kunlaşması. Əgər bir orqanizm başqalarının yayılmasında
iştirak edirsə bu «forik» əlaqə adlandırılır (toxum).
Bir orqanizm tərəfindən digərinin məhsulları istifadə
olunarsa belə əlaqə «fabrik» əlaqəsi adlandırılır (yuvaların
tikilməsi).
Orqanizmlər arasında qarşılıqlı münasibətlər bir orqaniz
min digəri ilə təmasından yaranan əlaqələrdən ibarətdir. Ri
yazi işarələrlə bu əlaqələr «+», «-» və «0» kimi qeyd olunur.
Əgər qarşılıqlı münasibətlər hər iki tərəf üçün əlverişli-
dirsə (+,+) belə münasibətlər «simbioz» və ya «mutualizm»
adlandırılır.
Əgər qarşılıqlı münasibətlər bir tərəf üçün əhəmiyyətli
(+) digər tərəf üçün ziyandırsa (-) onda bu münasibət «para-
zitizm» (+, -) adlandırılır.
Hər iki tərəf üçün sərfəli olmayan qarşılıqlı münasibət
(-,-) «rəqabət» adlandırılır.
Əgər qarşılıqlı münasibət biri üçün əlerişli digəri üçün
fərq etməzsə (+, 0) belə münasibətlər «kommensalizm»
adlandırılır.
Bir tərəf üçün sərfəsiz, digər tərəf üçün fərqi olmayan
(-, 0) münasibət «amensalizm» adlandırılır. Hər iki tərəf
üçün fərqi olmayan (0 - 0) münasibətlər «neytralizm» ad
landırılır.
Bütün canlı orqanizmlər doğulduğu gündən enerji ay
rılması və enerji daşıması prosesi ilə ömürlərini başa vurur
49
lar. Bu baxımdan ekologiyanın əsas məsələlərindən biri işıq
ilə ekosistem arasında olan əlaqəni öyrənməkdən ibarətdir.
Yer üzərinə günəş işığının 47%-i gəlib çatır. Bu işıq axını
nın təxminən yarısı fotosintezin əsasını təşkil edən enerjidir.
Bu dalğaların uzunluğu 380-750 nm təşkil edir. Bu enerji Fo-
tosintetik Aktiv Radiasiya adlanır. Günəş radiasiyasının
40%-ə yaxınını məhz bu radiasiya təşkil edir. Qalan spektr
ultrabənövşəyi və infraqırmızı radiasiyalara aid edilir ki,
bunlar da istilik effekti ilə əlaqədardır.
Adətən bitkilər fotosintez üçün günəş radiasiyasının
1%-ə qədərindən istifadə edirlər. Bəzi ekosistemlərdə bu rə
qəm 3-5%-ə qədər çatır (tropik meşələr, qarğıdalı tarlaları).
Bitkilər digər orqanizmlərin enerji ilə təminatçısı hesab
edilir. Enerji bir trofiki səviyyədən digərinə qida vasitəsilə
keçir. Konsumentlər tərəfindən qəbul edilən qida şəklindəki
enerji onun həyatı üçün sərf olunur. Qəbul olunan enerjinin
bir hissəsi orqanizmlər tərəfindən ifraz olur, digər hissəsi isə
orqanizmin tələbatına uyğun onun özündə cəmləşir.
Qida və enerji balansı heyvanat aləmi üçün belə ifadə
olunur.
Eq =
E
n
+ Ein +Exo
burada Eq - qida ilə alınan enerji;
E
n
- nəfəs alma, hərəkət, ürək döyünməsinə sərf
olunan enerji,-
Ein - inkişafa (orqanizm tərəfindən saxlanılan)
sərf olunan enerji;
Exo xaric olan maddələrə sərf olunan enerji.
Orqanizm tərəfindən sərf olunan enerji müxtəlif period-
larda müxtəlif olur. O, bəzən orqanizmdə toplanır, bəzən isə
tam sərf olunur. Enerjinin bir trofıki səviyyədən digərinə
keçidi qəbul edilən qida enerjisinin 10%-ni təşkil edir. Bu
ekologiyada «on faiz qaydası» adlandırılır.
Ekosistem və biosfer bütünlükdə termodinamikanm qa
nunlarına tabe olaraq onlarla tənzim olunurlar. Canlı alə
50
min bu baxımdan cansız aləmdən fərqi ondan ibarətdir ki,
canlı orqanizmlər «özünübərpa» xassəsinə malikdirlər.
Ekosistemdə enerji çevrilməsini yaxşı anlamaq üçün ter-
modinamikamn birinci və ikinci qanunlarına nəzər salaq.
Termodinamikanm birinci qanunu və yaxud enerjinin
saxlanılması qununu: Enerji bir formadan digərinə keçə bilər,
o, nə yox olur nə də yenidən yaranır. Termodinamikanm
ikinci qanununda deyilir: Öz-özünə çevrilmədə kinetik ener
jinin potensial enerjiyə çevrilməsi 100%-dən aşağı olur. Başqa
sözlə desək enerjinin öz-özünə çevrilməsi prosesi mərkəz
ləşdirilmiş şəkildə yox, səpələnmiş şəkildə olur.
Termodinamikanm ikinci qanunu «entropiya» ilə əla
qədardır. «Entropiya» latınca «entrofa» - çevrilmə, dönmə
deməkdir. Entropiya dedikdə əlaqəli enerjinin yayılaraq
istifadə üçün əlçatmazlığının ölçüsü kimi başa düşülür.
Ekosistem enerji çevrilməsini tənzimləmə qabiliyyətinə
malikdir. O, həmişə bu prosesdə entropiyanın minimal həd
də saxlanılmasına çalışır.
Hər bir ekosistem xarici mühitin dəyişməsinə uyğun
laşmaq üçün daima dinamiki vəziyyətdə olur. Bu dinamiki
vəziyyət ekosistemin ayrı-ayrı bölmələrinə və yaxud bütün
lükdə sistemin özünə aid edilə bilər. Bu zaman dinamika
ekosistemə təsir edərək onun dəyişməsinə və ya yenisinin ya
ranmasına təsir edən faktorlara uyğunlaşma ilə əlaqədar ola
bilər.
Dinamikanın ən sadə növü sutkalıq dinamikadır. Bu
bitki aləminin fotosintezi və suyun buxarlanmasının sutka
ərzində dəyişməsi ilə əlaqədardır. Dəyişmələr mövsüm xa
rakterli olduqda orqanizmlər dəyişmələrə daha aktiv meyl
göstərirlər. Dinamika vaxtaşırı təkrar olunduğu üçün o,
dövri dinamika adlanır. Ekosistemin inkişafına təsir edən
dinamika istiqamətlənmiş dinamika adlandırılır.
Dövri təkrar olan dinamika, tsiklli, dəyişən və ya «fuluk-
tuasiya» adlandırılır. İstiqamətlənmiş dinamika ekosistemin
51
inkişaf dinamikası adlandırılır. Bu dinamika ekosistemin və
ya biosenozun dəyişməsi ilə nəticələnir. Bu proses
«suksessiya» adlandırılır.
«Suksessiya» iki hissəyə ayrılır - ilkin və ikinci.
İlkin «suksessiya», inkişafını yaşayış mövcud olmayan
obyektdən başlayır.
İkinci «suksessiya» isə yaşayış «sıfır» olan nöqtədən yox,
ekosistemin dağılması və ya digər dəyişikliklərdən, həyat
tərzinin dəyişməsindən yaranır.
«Suksessiya» prosesinin gedişatı üçün aşağıdakı ümumi
qanunauyğunluq mövcuddur.
1. «Suksessiya» inkişafının ilk dövrlərində onların növ
müxtəlifliyi, məhsuldarlığı və bioloji kütləsi cüzi olur.
Suksessiyanm inkişafı ilə bu göstəricilər artır.
2. «Suksessiya» cərgələri inkişaf etdikcə orqanizmlər ara
sında qarşılıqlı əlaqə artır.
3. Ayrı-ayrı növlərin sayının kəskin artması ehtimalı az
olur.
4. Maddələrin dövretməsi, ekosistemin nəfəs alması və
enerji prosesləri intensiv olur.
5. «Suksessiya» prosesinin sürəti orqanizmlərin yaşayış
müddətindən və ekosistemin fəaliyyətindən asılı olur.
6. «Suksessiya» prosesinin sona çatması dinamiki yox,
tədrici xarakter daşıyır.
Ekosistemin öz-özünii təmizləmə sistemi. Ekoloji sistem
və onun ayrı-ayrı mühitləri özünü təmizləmə xassəsinə ma
likdirlər.
Suda, havada və torpaqda baş verən özünütəmizləmə
mexanizmi bir-birindən kifayət qədər fərqlənir.
Atmosferin özünütəmizləmə qabiliyyəti onun surətlə
hərəkət etməsi, sıxlığa malik olması, torpaq və su mühitlərilə
kontaktda olması ilə əlaqədardır. Bu xüsusiyyətinə görə
atmosferə daxil olan çirkləndiricilər cazibə qüvvəsinin təsiri
ilə ya suya, ya da torpağa düşərək dövri sistemə qoşulurlar.
52
Atmosfer ozonun, ulturabənövşəyi şüaların, atmosfer çö
küntülərinin, foto-kimyəvi proseslərin və digər mexanizm-
lərin təsiri ilə də zərərli maddələrdən təmizlənmə xüsusiyyə
tinə malikdir. Havada yaranan durum bəzən onun özünü
təmizləmə prosesinə mənfi təsir göstərir.
Su və torpaq mühitlərinin özünütəmizləmə qabiliyyəti
canlı orqanizmlərin fəaliyyətləri ilə əlaqədardır. Bu orqa
nizmlər çirkləndirici maddələri sadə kimyəvi elementlərə qə
dər parçalayaraq öz bədənlərində toplayır və onları dövri
hərəkətə qoşurlar.
Oliqotroflar (yoxsul həyat) alçaq parçalanma və aşağı
özünütəmizləmə potensialına malikdirlər.
Evtroflar (varlı həyat) yüksək parçalanma və özünütə
mizləmə potensialına malikdirlər.
Mühitin çirklilik dərəcəsi onun özünütəmizləmə qabiliy
yətinə mənfi təsir göstərir. Su mühiti belə təsirə daha həssas
olur. Bu hal suyun tərkibində olan oksigenin xarici təsirdən
tez müddətdə asan azalması ilə izah edilir. Ona görə də su
yun təmizlənməsi zamanı ilk növbədə onun oksigenlə zən-
ginləşdirilmə prosesi aparılır. Suyun özünütəmizləmə prose
sinə mənfi təsir edən əsas amillərdən biri də onun atmosfer
çöküntüləri ilə turşululuğunun artmasıdır.
Torpaq suya nisbətən yüksək özünütəmizləmə qabiliyyə
tinə malikdir.
Torpağın özünütəmizləmə prosesinə onun sıxlığının art
ması, ağır metallarla çirklənməsi, tərkibindəki suyun və
turşunun çox olması mənfi təsir göstərir.
Süni yaradılan mühitlərdə özünütəmizləmə prosesinin
sürəti aşağı olur. Bu əsasən həmin mühitlərin kimyəvi, bio
loji, səs-küy və digər çirkləndiricilərinin birgə təsiri ilə izah
edilir.
Mühitin çirkləndirilməsinin buraxılabilən qatılıq həddi
(BBQ). Müvafiq bölmələrdə buraxılabilən qatılıq haqqında
məlumat verilmişdir. BBQ həddində hər hansı bir zərərli
53
maddə insana və onun nəslinə birbaşa və ya bilavasitə təsir
etdikdə onlarda mənfi dəyişikliklər yaranmır.
Suda, torpaqda və qida məhsullarında çirkləndirici mad
dələrin BBQ aşağıdakı cədvəllərdə verilmişdir.
Cədvəl 1.
Su hövzəsində, mq/m3 suda
Maddə
Sanitar məişət
Balıq təsərrüfatı
Civə
0,0005
0,001
Qurğuşun
0,03
0,1
N eft məhsulları
0,001
0,001
Benzol
0,5
0,5
Anilin
0,1
0,5
Xlorofos
0,05
0,0
Cədvəl 2.
Torpaq və qida məhsullarında, mq/kq məhsulda
Maddələr
Torpaq
D ənli bitkilər
Çörək
Tərəvəz
Çivə
2,1
0,03
0,02
0,05
Mışyak
2,0
0,2
0,2
0,2
Qurğuşun
32,0
0,3
0,3
Dostları ilə paylaş: |