Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə25/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   281
BİRİNCİ FƏSİL
VƏHY VƏ QURAN



I. ÜMUMİ OLARAQ VƏHY
Qurani-kərimə görə Allah insanı digər varlıqlardan fərqli ya-
rat mışdır.  Onu  müəyyən  dərəcədə  hürr  yaratmış  və  etdiyi  əməl-
lərdən məsul tutmuşdur. İnsan Allahın ona verdiyi idrak gücü ilə 
pisi  yaxşıdan,  gözəli  çirkindən,  doğrunu  yanlışdan  ayıra  biləcək 
qabiliyyətdədir.  Ancaq  insan,  ətraf  mühitin,  nəfsinin  istəklərinin 
və şeytanın təsiri ilə hər zaman Yaradanını tanımaya və əxlaqlı ol-
maya bilər. Allah yaratdığı insanın bu zəif nöqtələrini bildiyi üçün 
ona nümunəvi insanları rəhbər olaraq göndərməyi murad etmiş və 
onunla sözlü münasibət (vəhy) qurmuşdur. Bu, Allahın insanlara 
bəxş  etdiyi  sonsuz  şəfqət  və  mərhəmətinin  təzahürüdür. Allahın 
sözlü münasibəti (vəhy) ilk peyğəmbərdən başlayaraq son elçi Hz. 
Məhəmmədə qədər davam etmişdir.
Vəhy deyildikdə Quran və ya digər səmavi kitablar başa düşül-
məklə yanaşı, vəhyin mahiyyət baxımından bir-birindən fərqli növ-
ləri də vardır. Buna görə də Quran vəhyinə keçmədən əvvəl vəhy 
mövzusunda ümumi məlumat vermək faydalı olar. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin