Dərman vasitəsinin istifadəsi üzrə təlimat



Yüklə 194,95 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix16.05.2022
ölçüsü194,95 Kb.
#58141
1   2   3   4   5   6   7   8   9
Hypothiazid

Əks göstərişlər  

-  hidroxlortiazidə  qarşı  (preparatın  təsiredici  maddəsi)  və  digər  sulfonamid  törəmələrinə 

qarşı allergiya

-  ağır qaraciyər və böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml /dəq), anuriya; 

-  laktasiya dövrü. 

 

Xüsusi göstərişlər  

Əgər sizdə ürək, qaraciyər, böyrək xəstəlikləri, beynin ağır sklerozu, şəkərli diabet və ya podaqra 

varsa, həmçinin əgər siz ürək qlikozidləri, kortikosteroidlər və ya barbituratlar qəbul edirsinizsə, 

o zaman preparatın istifadəsindən öncə bu haqda həkimə məlumat verin. 

Hipotiazud ilə müalicə zamanı maye və elektrolit tarazlığı pozula bilər, bunun nəticəsində ağızda 

quruluq,  yanğı  hissi,  zəiflik,  yuxuyameyllik, həyəcanlıq, əzələlərdə qıcolmalar və  ağrı,  yorğun-




luq,  arterial  təzyiqin  enməsi,  sidiyin  azalması,  ürək  döyüntülərinin  tezliyi  və  həzm  prosesinin 

pozulması əmələ gələ bilər. Qanda kalium səviyyəsinin azalmasının qarşısını almaq üçün kalium 

ilə  zəngin  olan  qidanın  (meyvə  və  tərəvəz)  istifadəsi  və  kalium  əlavələrinin  qəbulu  məsləhət 

görülür.  Qusma  zamanı  və  ya  böyrək  funksiyasının  nəzərə  çarpan  pozğunluğu  zamanı  dərhal 

həkimə müraciət etmək lazımdır. 

Laktozanı  həzm  etməyən  xəstələrdə  preparatın  qəbulu  həzm  prosesinin  pozğunluqlarına  səbəb 

ola bilər. 

 


Yüklə 194,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin