Daxili ziddiyyətlər


) Ailənin və məktəbin uşağa təsirlərində uyğunsuzluqlar



Yüklə 55,5 Kb.
səhifə5/15
tarix02.01.2022
ölçüsü55,5 Kb.
#42640
1   2   3   4   5   6   7   8   9   ...   15
Daxili ziddiyyətlər

2) Ailənin və məktəbin uşağa təsirlərində uyğunsuzluqlar.
Bu tip ziddiyyətlər ailələrdə daha çox müşahidə olunan uyğunsuzluqlardandır. Ailədəki demoqrafik problemlər isə belə ziddiyyətləri yaratmaq üçün daha səciyyəvidir. Xüsusilə, natamam ailələrdən gələn təsirlər daha mürəkkəb xarakterə malik olur və belə təsirlər məktəbin təsirlərilə böyük ziddiyyətlər yaradır. Ailələrin içərisində ölüm və ya boşanma nəticəsində əmələ gəlmiş natamam ailələrdən gələn təsirlərin məktəbdəki təsirlər arasında diqqəti daha çox cəlb edən uyğunsuzluqlar özünü biruzə verir. Ölüm nəticəsində əmələ gəlmiş natamam ailələrdə nənənin, babanın, xalanın, bibinin, uşaq və yaxın qohumların uşağa təsirilə məktəbin təsirləri arasında özünü göstərən uyğunsuzluqlar tərbiyə işində daha ciddi çətinliklər yaradır. 212
Boşanma nəticəsində əmələ gəlmiş natamam ailələrdə, ögey atanın, ögey ananın, onların qohumlarının, qaynatanın, qaynananın, qonşuların, yaxın dost və tanışların təsirilə, məktəbin təsirləri arasındakı uyğunsuzluqlar da tərbiyə işinə ciddi ziyan vurur. Bir sıra hallarda normal ailələrin də özünəməxsus təsirləri məktəbin təsirləri ilə tərsmütənasib olduğu üçün uşağın tərbiyəsində özünü mənfi istiqamətə yönəldən ziddiyyətlər müşahidə olunur. Müşahidə faktlarından birinə, yəni nümunə təriqilə qələmə aldığımız bir hadisəni nəzərdən keçirək:

“N” ilə “T”- nin qurduğu ailə ilk baxışda xoşbəxt ailə təsəvvürü yaradır. Ana “N” həkimdir, orta təhsili “əla” qiymətlərlə, ali məktəbi qırmızı diplomla bitirmişdir. Diş həkimi kimi işlədiyi poliklinikada ona dərin hörmət bəsləyirlər. Yaxşı həkim kimi böyük nüfuz qazanmışdır. Həyat yoldaşı “T” isə bizneslə məşğul olur. Biznes sahəsində bir sıra uğurlar əldə etmişdir. Bir neçə obyektləri var. Ən iri obyektlərindən biri olan “Super Market”ə X sinifdə oxuyan oğlu “A”- nı da cəlb etmişdir. “A” səhər ertədən marketə gedib alış-satışa nəzarət edir, malların qəbulunu qeydiyyata alır və atasının digər göstərişlərini yerinə yetirir. Başqa sözlə desək “Ən kiçik yaşlı biznesmen” rolunu ifa edir. “A”- nın anası bir həkim-ziyalı olaraq buna etiraz etsə də atası “T” onun etirazına heç bir məhəl qoymur. Ana dəfələrlə məktəbə çağırılaraq məzəmmət olunmuşdur. Beləliklə, ailə ilə məktəb arasında ziddiyyət yaranmışdır. Bu ziddiyyətlə əlaqədar olaraq valideynlər arasında mübahisələr yaşanmışdır. Bu mübahisələr aşağıdakı şəkildə olmuşdur:



Ana – Oğlumuz VIII sinfə qədər “əla” və “yaxşı” qiymətlərlə oxumuşdur. Hazırda marketdəki işlərilə bağlı dərsdən yayındığına görə “üç”dən yuxarı qalxa bilmir.


Yüklə 55,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin