Daşınmaz əmlakın ticarəti və torpaqdan istifadə bazarları


Torpaq sahəsi üzərində icarə hüququ -müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. . İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir



Yüklə 109,55 Kb.
səhifə3/4
tarix21.01.2023
ölçüsü109,55 Kb.
#79944
1   2   3   4
movzu 6 Daşınmaz əmlakın ticarəti və torpaqdan istifadə bazarları

Torpaq sahəsi üzərində icarə hüququ -müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. . İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir

. Mülkiyyətçi olan icarəyəverənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər

. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, bir qayda olaraq, icarə əsasında verilir.

. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər:

Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri

hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilməsi kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları

qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər

Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı ilə verilir

  • . Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi
    • kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin daimi istifadəsinə;
    • fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə;
    • çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin tikinti başa çatanadək müvəqqəti istifadəsinə;
    • fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə və ya icarəsinə;
    • sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə.
  • , özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər.
  • . Müəssisə (obyekt) özəlləşdirilərkən, onun yerləşdiyi torpaq sahəsinin qiyməti həmin müəssisənin (obyektin) qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilir
  • Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
  • Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir
  • Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alına bilər.
  • 2. Torpaq sahələri mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin razılığı olduqda, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı (və ya müqavilə) əsasında geri alına (satın alına) bilər.
  • Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri dövlət ehtiyacları ya ictimai ehtiyaclar üçün qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirildikdə, onun dəyəri qabaqcadan xeyrinə torpaq sahəsi alınan müəssisə, idarə və ya təşkilatın, yaxud müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsaiti hesabına torpağın geri alındığı vaxtda mövcud olan bazar qiyməti ilə həmin şəxsə tam həcmdə ödənilir
  • . İstifadədə və icarədə olan dövlət torpaqlarının dövlət ehtiyacları üçün geri alınması zərurəti yarandıqda, bələdiyyələr bu barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırırlar
  • Torpaq sahəsi dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alındıqda, qarşılıqlı razılıq əsasında onun əvəzində mülkiyyətçiyə və ya istifadəçiyə (icarəçiyə) eyni ölçüdə və keyfiyyətdə başqa yerdə torpaq sahəsi də verilə bilər.

Yüklə 109,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin