Danışıqların aparılması



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix30.08.2023
ölçüsü2,72 Mb.
#141028
1   ...   37   38   39   40   41   42   43   44   45
dansqlarn-idareedilmesi

YOXLAMA SİYAHISI 1 
DANIŞIQLARIN APARILMASI PRİNSİPLƏRİ (davamı) 
7. Empatiya mühüm əhəmiyyət daşıyır. 
Özünüzü qarşı tərəfin yerinə qoyun. Məsələlərə onların gözündən və obyektivliklə 
baxın. 
8. Məqsədlərinizi aydın bəyan edin.
Ümumi niyyətlərinizi əvvəlcədən açıq bəyan etmək "qaranlıqda əl havasına", yəni kor-
koranə hərəkət etməyinizin qarşısını ala bilər. 
9. Qarşıdurmadan yayının.
Özünüzü sonra çıxa bilməyəcəyiniz küncə sıxışdırmayın. Mübahisələrdən, açıq 
münaqişələrdən yayının. 
10. Razı olmadığınızı ehtiyatla ifadə edin.
Münaqişəyə səbəb olacaq "razı deyiləm" üslubundan istifadə etməmək üçün "iblisin 
vəkili" kimi çıxış edin (məsələyə qarşı tərəfin gözü ilə baxaraq). 
11. Güzəştləri bir-bir təklif edin.
Güzəştlər etməli olduqda onları könülsüzcə və bir-bir təklif edin, əvəzində nəsə alın. 
12. Mükəmməlin yaxşını yox etməsinə imkan verməyin.
İstədiyiniz 100 %-lik nəticə nadir hallarda mümkün olur (bəlkə də, heç vaxt mümkün 
olmur). Məsələlərə real yanaşın və mümkünsüzə nail olmaq üçün vaxt və əmək sərf 
etməyin. 
103
1-ci M
ƏSƏLƏ
2-ci M
ƏSƏLƏ
3-cü M
ƏSƏLƏ
4-cü M
ƏSƏLƏ
5-ci M
ƏSƏLƏ
Copyright protected – Management Pocketbooks Ltd


YEKUN YOXLAMA SİYAHILARI 
YOXLAMA SİYAHISI 1 
DANIŞIQLARIN APARILMASI PRİNSİPLƏRİ (davamı) 
13. Açıqsözlü olun (amma tamamilə deyil).
Planlarınızı və niyyətlərinizi bəyan etmək müzakirə üçün faydalı ola bilər. Lakin motivasiya 
və prioritetlərinizi gizlətmək istəyə bilərsiniz. 
14. Məqsədlərinizə sadiq qalın.
Qarşınıza yüksək hədəflər qoyun və mümkün qədər yüksək nəticələrə can atın. Tamamilə 
səmərəsiz sövdələşməyə razılaşmaqdansa, hansı məqamda danışıqları dayandırmalı 
olduğunuzu bilin. 
15. Sayıq olun.
Dözümlü və səbirli olun və öz zamanınızı gözləyin. Qarşı tərəf nə vaxt təslim olacağınızı 
görmək üçün saatlarla təkid edə bilər. 

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin