Damazlıq heyvandarlıq haqqında



Yüklə 138.49 Kb.
Pdf просмотр
tarix23.02.2017
ölçüsü138.49 Kb.

Damazlıq heyvandarlıq haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



  

Bu qanun Azərbaycan Respublikasında heyvandarlıqda damazlıq işinin təşkilinin və 

idarə  edilməsinin  hüquqi  və  iqtisadi  əsaslarını  müəyyən  edir,  bu  sahədə  münasibətləri 

tənzimləyir.

 

 

 



I fəsil

 

Ümumi müddəalar

 

 

 



Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:



 

1.0.1.  damazlıq  heyvandarlıq  -  kənd  təsərrüfatı  heyvanlarının  damazlıq  məqsədilə 

yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə bağlı fəaliyyət sahəsi;

 

1.0.2.  damazlıq  işi  -  kənd  təsərrüfatı  heyvanlarının  genetik  potensialının 



yüksəldilməsi,  mövcud  heyvan  növləri  və  cinslərinin  təkmilləşdirilməsi  və  yeni  cinslərin 

yaradılması,  damazlıq  heyvanların  sayının  artırılması  üçün  həyata  keçirilən  kompleks 

təşkilati-təsərrüfat tədbirləri;

 

1.0.3.  damazlıq  heyvan  -  mənşəyi  məlum  olan,  dövlət  damazlıq  kitabında  qeydə 



alınmış və damazlıq pasportu (şəhadətnaməsi) verilmiş, yüksək məhsuldar, təkrar istehsala 

yararlı və yaxşılaşdırıcı cins heyvan;

 

1.0.4. heyvan cinsləri - eyni mənşəyə və seleksiya strukturuna malik, öz morfoloji və 



təsərrüfat əhəmiyyətli xüsusiyyətləri ilə başqalarından fərqlənən heyvan qrupu;

 

1.0.5. damazlıq ehtiyatı (məhsulu, materialı) - damazlıq heyvanlar, onların toxumları, 



yumurtaları, sürfələri, rüşeymləri və embrionları;

 

1.0.6. cins heyvanların damazlıq özəyi - heyvan cinslərinin damazlıq təsərrüfatlarda 



qiymətli genotipə və yüksək məhsuldarlığa malik, seçilmiş yaxşılaşdırıcı damazlıq heyvanlar 

qrupu;


 

1.0.7.  damazlıq  heyvanların  bonitirəsi  -  heyvanların  damazlıq  keyfiyyətlərinin  və 

istifadə  təyinatının  müəyyən  edilməsi  məqsədi  ilə  kompleks  əlamətlər  üzrə 

qiymətləndirilməsi;

 

1.0.8.  damazlıq  heyvanların  təmiz  cinsli  yetişdirilməsi  -  eyni  cinsdən  olan 



heyvanların  müsbət  xüsusiyyətlərini  saxlamaq,  təkmilləşdirmək  və  nəsildən-nəslə  ötürmək 

məqsədi ilə yetişdirilməsi;

 

1.0.9.  damazlıq  heyvandarlıq  təsərrüfatları  -  damazlıq  heyvanların  yetişdirilməsi  və 



saxlanması,  onların  məhsuldarlıq  və  damazlıq  keyfiyyətlərinin  təkmilləşdirilməsi,  satışı, 

sınağı,  habelə  heyvanların  süni  mayalandırılması  və  embrionların  transplantasiyası  ilə 

məşğul olan hüquqi və fiziki şəxslər;

 

1.0.10.  dövlət  damazlıq  kitabı  -  damazlıq  heyvanların  mənşəyinin,  eksteryer,  döllük 



və  məhsuldarlıq  keyfiyyətlərinin,  digər  seleksiya  əhəmiyyətli  əlamətlərinin  heyvan  cinsləri 

üzrə qeydiyyatı sənədi;

 

1.0.11.  damazlıq  heyvanların  dövlət  reyestri  -  damazlıq  heyvan  cinslərinin  və 



cinsdaxili qruplarının heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemi;

 


1.0.12.  damazlıq  heyvanların  identikləşdirilməsi  -  müxtəlif  vasitələrlə  (damğalama, 

dərialtı mikroçip yerləşdirmə, genetik ekspertiza və s.) cins heyvanların fərqləndirilməsi və 

kompleks fərdi əlamətləri üzrə tanınması sistemi.

 

 



 

Maddə  2.  Damazlıq  heyvandarlıq  haqqında  Azərbaycan  Respublikasının 

qanunvericiliyi

 

2.1.  Damazlıq  heyvandarlıq  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi 



"Seleksiya  nailiyyətləri  haqqında"  və  "Atçılıq  haqqında"  Azərbaycan  Respublikasının 

qanunlarından,  bu  qanundan,  digər  normativ  hüquqi  aktlardan  və  Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

2.2.  Kənd  təsərrüfatı  heyvanları  hesab  edilməyən  vəhşi  və  ev  heyvanlarının 



saxlanması, yetişdirilməsi və istifadəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının 

müvafiq qanunvericiliyi ilə tənzimlənir.

 

 

 



Maddə 3. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin məqsədi

 

Damazlıq  heyvandarlıq  haqqında  qanunvericiliyin  məqsədi  kənd  təsərrüfatı 



heyvanlarının  məhsuldarlığını  artırmaq,  mənşəyi  bəlli,  sabit  irsi  əlamətlərə  malik  yüksək 

məhsuldar  cins  heyvanlar  yetişdirmək,  onların  təkrar  istehsalını  və  səmərəli  dövriyyəsini 

təşkil etmək, yerli heyvan cinslərinin, azsaylı və nəsli kəsilmək təhlükəsi olan digər cinslərin 

və biomüxtəlifliyin qorunub saxlanmasını təmin etmək və ölkədə heyvandarlığın inkişafına 

nail olmaqdır.

 

 



 

Maddə 4. Damazlıq heyvandarlığın obyektləri və subyektləri

 

4.1. Damazlıq heyvandarlığın obyektlərinə kənd təsərrüfatı heyvanlarının əsas zooloji 



qrupları  və  onlara  aid  olan  heyvanların  yetişdirilməsi  və  saxlanması  üçün  lazım  olan 

tövlələr,  binalar,  qurğular,  maşınlar,  alət  və  avadanlıqlar,  torpaq  sahələri,  örüş  və  otlaqlar, 

digər təsərrüfat obyektləri və vasitələri aiddir.

 

4.2. Damazlıq heyvandarlığın subyektlərinə damazlıq təsərrüfatları, damazlıq işində 



iştirak edən istehsal və xidmət təşkilatları, habelə ictimai birliklər aiddir.

 

 

 

II fəsil

 

Damazlıq işinin dövlət tənzimlənməsi

 

 

 



Maddə 5. Damazlıq heyvandarlıq sahəsində dövlətin vəzifələri

 

5.0. Damazlıq heyvandarlıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:



 

5.0.1.  damazlıq  heyvandarlıq  sahəsində  dövlət  siyasətinin  əsas  istiqamətlərini 

müəyyən etmək və həyata keçirmək;

 

5.0.2. damazlıq heyvandarlıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;



 

5.0.3.  damazlıq  heyvandarlığın  prioritet  sahələrini  maliyyələşdirmək,  damazlıq 

subyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılmasına kömək göstərmək;

 

5.0.4. damazlıq heyvandarlıq sahəsində dövlət nəzarətini həyata keçirmək;



 

5.0.5.  damazlıq  heyvanların  dövlət  qeydiyyatının  aparılmasını  və  damazlıq 

ehtiyatlarının sertifikatlaşdırılmasını təşkil etmək;

 

5.0.6.  damazlıq  heyvandarlığın  inkişaf  etdirilməsi  ilə  əlaqədar  seleksiya-damazlıq 



proqramları hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;

 

5.0.7.  damazlıq  təsərrüfatların  torpaq  sahələrinə,  örüş  və  otlaqlara  olan  tələbatını 



ödəmək üçün müvafiq tədbirlər görmək;

 


5.0.8. qanunvericilikdə nəzərdə tutulmuş qaydada damazlıq heyvandarlıq sahəsində 

beynəlxalq əməkdaşlığı həyata keçirmək, bu fəaliyyətlə əlaqədar istifadə olunan sənədlərin 

beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək;

 

5.0.9. damazlıq heyvandarlıq sahəsində elmi tədqiqat işlərinin əlaqələndirilməsini, bu 



sahədə kadr hazırlığının təşkilini və həyata keçirilməsini təmin etmək;

 

5.0.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.



 

 

 



Maddə 6. Damazlıq heyvandarlığa dövlət nəzarətinin həyata keçirilməsi

 

6.1.  Damazlıq  heyvandarlığa  dövlət  nəzarətini  müvafiq  icra  hakimiyyəti  orqanı 



həyata keçirir.

 

6.2. Damazlıq heyvandarlığa dövlət nəzarəti aşağıdakıları əhatə edir:



 

6.2.1.  damazlıq  heyvandarlıq  sahəsində  vahid  elmi-texniki  siyasəti  formalaşdırmaq 

və həyata keçirmək;

 

6.2.2. damazlıq heyvandarlıq üzrə proqramların, o cümlədən müvafiq heyvan növləri 



və  cinsləri,  həmçinin  damazlıq  heyvandarlıq  təsərrüfatları  üzrə  seleksiya-damazlıq 

proqramlarının işlənib hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;

 

6.2.3. damazlıq ehtiyatlarının sınağını və ekspertizasını aparmaq;



 

6.2.4.  damazlıq  heyvandarlıq  sahəsində  standartları  və  normaları  müvafiq  dövlət 

orqanları  ilə  birlikdə  hazırlamaq  və  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  təsdiq 

etmək;


 

6.2.5.  damazlıq  heyvandarlıq  subyektlərindən  aldığı  məlumatlar  əsasında 

heyvanların hər bir növü və cinsi üzrə dövlət reyestrini və dövlət damazlıq kitablarını tərtib 

etmək, təsərrüfatların uçotunu aparmaq;

 

6.2.6.  damazlıq  ehtiyatlarının  məhsuldarlıq  və  damazlıq  keyfiyyətlərini  təsdiq  edən 



pasportu (şəhadətnaməni) və sertifikatı tərtib etmək, onların hazırlanmasına, saxlanmasına, 

uçotuna və verilməsinə nəzarət etmək;

 

6.2.7.  damazlıq  heyvandarlıq  sahəsində  sığorta  müqaviləsinin  qüvvədə  olduğu 



müddəti və ərazi biotexnoloji üsulların tətbiqi şərtlərini müəyyən etmək;

 

6.2.8.  ölkədən  kənara  çıxarılmasına  məhdudiyyət  qoyulan  nadir  genotipə  aid 



damazlıq  heyvanların  siyahısını  müəyyən  etmək  və  təsdiq  olunması  üçün  müvafiq  icra 

hakimiyyəti orqanına təqdim etmək;

 

6.2.9. damazlıq heyvandarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək;



 

6.2.10. damazlıq heyvandarlığın dövlət tərəfindən dəstəklənməsi, dövlət büdcəsindən 

maliyyələşən  damazlıq  işləri  və  tədbirləri  haqqında  təkliflər  hazırlamaq  və  müvafiq  icra 

hakimiyyəti orqanına təqdim etmək;

 

6.2.11.  azsaylı  və  nəsli  kəsilmək  təhlükəsi  olan  yerli  heyvan  cinslərinin  qorunub 



saxlanması üzrə tədbirlər işləyib hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

 

6.2.12. damazlıq heyvandarlıq sahəsində beynəlxalq tədbirlərdə iştirak etmək;



 

6.2.13. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

 

 



Maddə 7. Damazlıq heyvandarlıq sahəsində dövlət müfəttişləri

 

7.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş səlahiyyətli vəzifəli 



şəxslər baş dövlət damazlıq müfəttişi və dövlət damazlıq müfəttişləri hesab edilirlər.

 

7.2. Dövlət damazlıq müfəttişlərinin hüquq və vəzifələri Azərbaycan Respublikasının 



qanunvericiliyi ilə müəyyən edilir.

 

 



 

Maddə 8. Damazlıq heyvanların və heyvan qruplarının dövlət qeydiyyatı

 


8.1.  Damazlıq  heyvanların  və  heyvan  qruplarının  identikləşdirilməsini  aparmaq, 

mənşəyini, təsərrüfat əhəmiyyətini və istifadə təyinatını müəyyən etmək üçün onların dövlət 

qeydiyyatı aparılır.

 

8.2.  Dövlət  damazlıq  kitabında  müəyyən  cinsə  aid  yüksək  məhsuldar  və  damazlıq 



pasportu  (şəhadətnaməsi)  olan  hər  bir  damazlıq  heyvan  haqqında  məcmu  məlumatlar  əks 

olunur.


 

8.3. Damazlıq heyvanların dövlət reyestrinə heyvan növləri üzrə mövcud cinslərin və 

cinsdaxili qrupların, həmçinin seleksiya nailiyyəti hesab edilən damazlıq ehtiyatının müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məlumatları daxil edilir.

 

8.4.  Damazlıq  heyvanların  dövlət  reyestri  və  dövlət  damazlıq  kitabı  müvafiq  icra 



hakimiyyəti orqanı tərəfindən aparılır.

 

8.5.  Damazlıq  heyvanların  dövlət  reyestri  və  dövlət  damazlıq  kitabının  tərtibi  üçün 



tələb  olunan  məlumatların  damazlıq  heyvandarlıq  subyektləri  tərəfindən  müvafiq  icra 

hakimiyyəti orqanına təqdim edilməsi məcburidir.

 

8.6.  Damazlıq  heyvanların  dövlət  reyestrinin  və  dövlət  damazlıq  kitabının  tərtib 



edilməsi və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

8.7.  Seleksiya  nailiyyətləri  hesab  edilən  damazlıq  ehtiyatlarının  patent  mühafizəsi 



qaydası seleksiya nailiyyətləri haqqında qanunvericiliklə tənzimlənir.

 

 



 

Maddə  9.  Cins  heyvanların  damazlıq  pasportu  (şəhadətnaməsi)  və  damazlıq 

ehtiyatlarının sertifikatlaşdırılması

 

9.1.  Cins  heyvanların  damazlıq  pasportu  (şəhadətnaməsi)  heyvanların  mənşəyini, 



məhsuldarlığını,  təkrar  istehsala  yararlılığını  və  digər  damazlıq  keyfiyyətlərini  təsdiq  edən 

və identikləşdirmə zamanı istifadə olunan əsas sənəddir.

 

9.2. Damazlıq pasportu (şəhadətnaməsi) cins heyvanların məhsuldarlıq və damazlıq 



keyfiyyətlərinin  kompleks  əlamətlər  üzrə  qiymətləndirilməsi  və  dövlət  qeydiyyatına 

alınması əsasında verilir.

 

9.3.  Cins  heyvanlar  üçün  hazırlanan  pasportun  (şəhadətnamənin)  forması,  tərtib 



edilməsi qaydası və ona daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən olunur.

 

9.4.  Damazlıq  ehtiyatlarının  sertifikatlaşdırılması  damazlıq  məhsulun,  materialın 



müəyyən  edilmiş  normativlərə  uyğun  və  genetik  cəhətdən  qüsursuz  olmasının  sənədli 

təsdiqi  üçün  həyata  keçirilir.  Sertifikatlaşdırmanın  nəticələri  barədə  hazırlanan  uyğunluq 

sertifikatı  dövriyyəyə  cəlb  edilən  cins  heyvanın  və  digər  damazlıq  ehtiyatının  damazlıq 

obyekti kimi tanınmasına, təkrar istehsala yararlılığına və ondan yaxşılaşdırıcı kimi istifadə 

edilməsinə təminat verir.

 

9.5.  Damazlıq ehtiyatlarının  sertifikatlaşdırılması,  sertifikatların növləri  və  verilməsi 



qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

9.6.  Damazlıq  pasportu  (şəhadətnaməsi)  və  sertifikatı  Azərbaycan  və  ingilis 



dillərində beynəlxalq standartların tələblərinə uyğun tərtib edilir.

 

 



 

Maddə 10. Cins heyvanların uçotu

 

10.1. Damazlıq işinin səmərəli təşkili və damazlıq heyvandarlığın inkişaf etdirilməsi 



məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hər on ildə bir dəfə 

Azərbaycan Respublikasında yetişdirilən heyvanların cins tərkibini müəyyən etmək, habelə 

damazlıq  pasportu  (şəhadətnaməsi)  olan  cins  heyvanların  sayı  və  damazlıq  keyfiyyəti 

haqqında məlumatları dəqiqləşdirmək üçün bütün cins heyvanların uçotu aparılır.

 


10.2.  Cins  heyvanların  uçotunun  nəticələri  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  təsdiq  edilir  və  ondan  ayrı-ayrı  təsərrüfatlarda,  regionlarda  və  ölkədə  damazlıq 

işinin  qurulmasında  və  təkmilləşdirilməsində,  seleksiya-damazlıq  proqramlarının 

hazırlanmasında və həyata keçirilməsində istifadə olunur.

 

 

 

III fəsil

 

Damazlıq işinin təşkili

 

 



 

Maddə 11. Seleksiya-damazlıq proqramları

 

11.1. Azərbaycan Respublikasında yetişdirilən bütün heyvan cinslərinin məhsuldarlıq 



və  damazlıq  keyfiyyətlərinin  təkmilləşdirilməsi,  yeni  heyvan  cinslərinin,  tiplərinin,  ailə, 

kross  və  xətlərinin  yaradılması  müvafiq  seleksiya-damazlıq  proqramları  əsasında  həyata 

keçirilir.

 

11.2. Seleksiya-damazlıq proqramlarının hazırlanması və həyata keçirilməsi haqqında 



təlimat müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

11.3.  Mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq,  bütün  damazlıq 



heyvandarlıq  subyektləri  öz  səlahiyyətləri  daxilində  seleksiya-damazlıq  proqramlarının 

tərtib edilməsində və həyata keçirilməsində iştirak edirlər.

 

11.4.  Seleksiya-damazlıq  proqramlarında  elmin  və  təcrübənin  ən  son  nailiyyətləri 



nəzərə  alınmaqla  yerli  və  idxal  olunan  damazlıq  ehtiyatlardan  səmərəli  istifadə  olunması, 

müasir  texnologiyaların  tətbiqinin  genişləndirilməsi,  damazlıq  heyvanların  saxlanması  və 

yemləndirilməsi  şəraitinin  yaxşılaşdırılması,  mövcud  cinslərin  təkmilləşdirilməsi,  yeni  cins 

və cinsdaxili qrupların yaradılması üçün nəzərdə tutulan seçmə və taylaşdırma üsulları, bu 

işlərin  nəticəsində  əldə  olunacaq  iqtisadi  səmərəliliyin  proqnozlaşdırılması  öz  əksini 

tapmalıdır.

 

 

 



Maddə 12. Damazlıq heyvanların yetişdirilməsi və bonitirəsi

 

12.1.  Damazlıq  heyvanların  yetişdirilməsi  müvafiq  seleksiya-damazlıq  proqramına 



uyğun olaraq həyata keçirilir.

 

12.2.  Damazlıq  təsərrüfatlarda  yetişdirilən  cins  heyvanlar  müvafiq  qaydada  təsdiq 



edilmiş normativlər əsasında bonitirə olunurlar.

 

12.3. Damazlıq heyvanların bonitirəsi kənd təsərrüfatı heyvanlarının növ və cinsləri, 



cinsdaxili qrupları üzrə müvafiq damazlıq subyektlərində bonitirəçi mütəxəssislər tərəfindən 

aparılır.  Damazlıq  heyvanların  bonitirəsi  müvafiq  icra  hakimiyyəti  orqanının  təsdiq  etdiyi 

təlimatlara əsasən həyata keçirilir.

 

12.4.  Bonitirənin  nəticələri  müvafiq  sənədlərdə  əks  olunur  və  müvafiq  icra 



hakimiyyəti  orqanı  tərəfindən  ümumiləşdirilərək  damazlıq  heyvanlardan  təyinatı  üzrə  və 

səmərəli istifadə olunması məqsədilə damazlıq heyvandarlıq subyektlərinə və digər maraqlı 

tərəflərə müvafiq tövsiyələr verilir.

 

 



 

 

 



Maddə 13. Damazlıq heyvandan reproduksiya məqsədi ilə istifadə edilməsi

 

13.0. Damazlıq heyvandan reproduksiya məqsədilə aşağıdakı şərtlərə əməl edilməklə 



istifadə olunur:

 

13.0.1.  damazlıq  heyvanın reproduksiya  üçün yararlılığını və yaxşılaşdırıcı olmasını 



təsdiq edən müvafiq damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı olduqda;

 

13.0.2. damazlıq heyvan müvafiq qaydada dövlət qeydiyyatına alındıqda;



 

13.0.3.  damazlıq  heyvan  vahid  identikləşdirmə  sisteminə  daxil  olan  metodlarla 

nişanlandıqda.

 

 

 



Maddə  14.  Damazlıq  törədici  heyvanların  toxumundan  reproduksiya  məqsədi  ilə 

istifadə olunması

 

14.0. Damazlıq törədici heyvanlardan alınmış toxum aşağıdakı hallarda reproduksiya 



məqsədi ilə istifadə olunur:

 

14.0.1. toxum müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış və törəməsinin 



keyfiyyətinə görə sınaqdan keçirilmiş yüksək məhsuldar və yaxşılaşdırıcı damazlıq törədici 

heyvandan alındıqda;

 

14.0.2.  toxumun  mənşəyini  və  təkrar  istehsala  yararlılığını  təsdiq  edən  damazlıq 



pasportu (şəhadətnaməsi) və uyğunluq sertifikatı olduqda.

 

 



 

Maddə  15.  Damazlıq  heyvanların  embrionlarından  reproduksiya  məqsədilə 

istifadə olunması

 

15.1.  Damazlıq  heyvanların  embrionlarından  reproduksiya  məqsədi  ilə  aşağıdakı 



şərtlər daxilində istifadə olunur:

 

15.1.1.  embrionlar  bu  sahədə  ixtisaslaşmış  və  müvafiq  qaydada  dövlət 



qeydiyyatından keçmiş damazlıq heyvandarlıq subyektlərindən əldə edildikdə;

 

15.1.2.  embrionlar  müəyyən  edilmiş  qaydada  dövlət  qeydiyyatına  alınmış  yüksək 



məhsuldar damazlıq heyvanlardan götürüldükdə;

 

15.1.3.  embrionların  damazlıq  pasportu  (şəhadətnaməsi)  və  uyğunluq  sertifikatı 



olduqda.

 

15.2. Damazlıq heyvanların embrionları yalnız damazlıq heyvandarlıq subyektlərinə 



satıla  və  verilə  bilər.  Embrionların  satılması  və  istifadəsi  onların  transplantasiyası  üzrə 

ixtisaslaşmış  subyektlərin  müstəsna  səlahiyyətidir  və  müvafiq  icra  hakimiyyəti  orqanının 

nəzarəti altında həyata keçirilir.

 

 



 

Maddə 16. Damazlıq törədici heyvanların qiymətləndirilməsi

 

16.1.  Cinsin  təkrar  istehsalı  və  damazlıq  keyfiyyətinin  yüksəldilməsi  məqsədilə 



seçilmiş damazlıq törədici heyvanlar fərdi xüsusiyyətlərinə və verdikləri nəslin keyfiyyətinə 

görə yoxlanılaraq qiymətləndirilirlər.

 

16.2.  Damazlıq  törədici  heyvanların  yoxlanması  və  qiymətləndirilməsi  damazlıq 



təsərrüfatlarında həyata keçirilir. Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq törədicilərin 

istifadə istiqamətləri müəyyən edilir, onlar seleksiya-damazlıq proqramlarına və layihələrinə 

uyğun müvafiq damazlıq təsərrüfatlarında istifadə olunur.

 

16.3.  Damazlıq  törədici  heyvanların  yoxlanması  və  qiymətləndirilməsi  müvafiq  icra 



hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təlimata uyğun olaraq aparılır.

 

Maddə  17.  Yerli  heyvan  cinslərinin  tanınması,  patentləşdirilməsi  və  damazlıq 



özəklərinin qorunması

 

17.1.  Azərbaycan  Respublikasında  yetişdirilən  Qarabağ  və  Dilbaz  at  cinsləri, 



Azərbaycan  qonuru  və  Qırmızı  Qazax  qaramal  cinsləri,  Azərbaycan  camışı,  Azərbaycan 

zebusu,  Qarabağ,  Qaradolaq,  Qala,  Azərbaycan  dağ  merinosu,  Balbas  və  Bozax  qoyun 

cinsləri,  Azərbaycan  dəvəsi,  Azərbaycan  ovçarkası  (qoyun  iti),  Qabaqtəpə  arıları,  cins  kimi 

formalaşmaqda  olan  Quba  yorğası,  Şirvan  və  Kiçik  Qafqaz  atları,  Gödək,  Şirvan,  Ləzgi, 

Herik  və  Caro  qoyunları,  yerli  keçilər,  ev  quşları,  Lənkəran  boz  arı  populyasiyası,  habelə 

dünyada  geniş  yayılmış heyvan cinslərinin  yerli tipləri,  Azad Azərbaycan,  Şəki-1  və  Şəki-2 



tut ipəkqurdu cinsləri və digər zooloji qruplar yerli heyvan genofondunun nümunələri kimi 

tanınır.


 

17.2.  Azərbaycan  Respublikasında  yeni  yaradılan  heyvan  cinsləri  və  digər  zooloji 

qruplar  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  seleksiya  nailiyyəti 

kimi  qanunvericiliyə  uyğun  olaraq  qeydə  alınır  və  patentləşdirilir.  Bu  qrup  heyvanların 

sınağının  aparılması  qaydaları,  seleksiya nailiyyətinə  olan  tələblər və  digər  şərtlər  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

17.3.  Yeni  heyvan  cinsləri  və  zooloji  qruplar  rayonlaşdırılır,  dövlət  damazlıq 



reyestrinə daxil edilir və onların ayrılıqda uçotu aparılır.

 

17.4.  Azərbaycan  Respublikasında  yetişdirilən  heyvan  cinslərinin  və  dünyada  geniş 



yayılmış  cinslərin  yerli  tiplərinin  damazlıq  özəklərinə  mənsub  olan  nümunələri 

qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən qorunur. Bu heyvanların səbəbsiz ölümündə 

və  qeyri-qanuni  formada  çıxdaş  edilməsində  təqsirli  olan  şəxslər  qanunvericilikdə  nəzərdə 

tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

 

 

IV fəsil

 

Damazlıq heyvandarlıq təsərrüfatları və onların fəaliyyətinin əsas istiqamətləri

 

 



 

Maddə 18. Damazlıq heyvandarlıq təsərrüfatlarının növləri və fəaliyyət prinsipləri

 

18.1.  Azərbaycan  Respublikasının  hüquqi  və  fiziki  şəxslərinin,  əcnəbilərin, 



vətəndaşlığı  olmayan  və  xarici  hüquqi  şəxslərin  damazlıq  heyvandarlıq  təsərrüfatları,  o 

cümlədən  damazlıq  işi  ilə  məşğul  olan  istehsal  və  xidmət  təşkilatları  yaratmaq  hüququ 

vardır.

 

18.2. Damazlıq heyvandarlıq təsərrüfatları hər bir cins üzrə qanunvericilikdə nəzərdə 



tutulmuş qaydada təsdiq edilmiş seleksiya-damazlıq proqramına uyğun fəaliyyət göstərir və 

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada attestasiyadan keçirilərək onun 

damazlıq təsərrüfat növü müəyyən edilir.

 

18.3.  Damazlıq  heyvandarlıq  təsərrüfatlarının  əsas  növlərinə  damazlıq  zavodları, 



reproduktorları,  fermaları  və  sınaq  müəssisələri,  süni  mayalandırma  və  embrionların 

transplantasiyası mərkəzləri,  genobanklar,  immunogenetik ekspertiza  və  seleksiya  məqsədi 

ilə heyvandarlıq məhsullarının ekspertizası laboratoriyaları daxildir.

 

18.4.  Damazlıq  heyvandarlıq  təsərrüfatlarının  hər  hansı  bir  fəaliyyət  növünə  aid 



edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydalara  uyğun  olaraq,  hər 

bir  heyvan  növü  və  cinsi  üzrə  təsdiq  edilmiş  normalar,  tələblər  və  şərtlər  əsasında  həyata 

keçirilir.

 

18.5.  Damazlıq  heyvandarlıq  təsərrüfatları  fəaliyyətlərini  aşağıdakı  prinsiplər 



əsasında qururlar:

 

18.5.1. 



cinslərin 

təmizlikdə 

yetişdirilməsinə 

üstünlük 

verməklə 

onların 


təkmilləşdirilməsinin, yerli və dünyada geniş yayılmış heyvan cinslərinin genofonduna aid 

olan damazlıq heyvanların qorunub saxlanmasının təmin olunması;

 

18.5.2. damazlıq ehtiyatından təyinatı üzrə və səmərəli istifadə edilməsi;



 

18.5.3. yüksək məhsuldar və yerli şəraitə davamlı cins heyvanların sayının artırılması 

və daha geniş yayılması;

 

18.5.4. biomüxtəlifliyin elmi əsaslarla təmin olunması və qorunması;



 

18.5.5. cinslərin rayonlaşdırılması prinsipinə əməl edilməsi.

 

18.6. Damazlıq heyvandarlıq təsərrüfatları müxtəlif mülkiyyət növündə ola bilərlər.



 

18.7. Damazlıq heyvandarlıq təsərrüfatları zootexniki normalara uyğun torpaq, örüş 

və  otlaq  sahələrinə,  su  obyektlərinə,  tövlə  və  köməkçi  binalara,  maşın,  avadanlıq  və 

qurğulara, digər təsərrüfat obyektlərinə və vasitələrinə malik olmalıdırlar.

 

18.8.  Mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq,  bütün  damazlıq 



heyvandarlıq təsərrüfatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınırlar.

 

 



 

Maddə 19. Damazlıq zavodları

 

19.1.  Damazlıq  zavodları  məqsədyönlü  seleksiya-damazlıq  proqramları  əsasında 



yüksək  genetik  potensiala  malik  cins  heyvanların  təmiz  cinsli  yetişdirilməsi  və  damazlıq 

keyfiyyətlərinin  təkmilləşdirilməsi  ilə  məşğul  olan  ən  yüksək  kateqoriyalı  ixtisaslaşdırılmış 

damazlıq heyvandarlıq təsərrüfatlarıdır.

 

19.2.  Damazlıq  zavodları  fəaliyyətini  cinsin  genetik  potensialının  təkmilləşdirilməsi 



və damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması, yeni cinslərin, tiplərin, ailə, kross və xətlərin 

yaradılması,  habelə  özündə  yetişdirdiyi  yüksək  məhsuldar  damazlıq  ehtiyatlarla  damazlıq 

reproduktor və fermaların təmin edilməsi üzərində qurur.

 

19.3.  Damazlıq  zavodlarında  reproduksiya  üçün  istifadə  olunan  damazlıq  törədici 



heyvanlar cinsin tanınan xətt və ailəsinə mənsub olan, verdiyi nəslə görə qiymətləndirilmiş 

yüksək  məhsuldar  heyvanlardan  təşkil  edilməli,  naxırın  (sürünün,  ilxının)  davamlı 

reproduksiyası və dövriyyəsi təmin olunmalıdır.

 

19.4. Seleksiya-damazlıq proqramlarında heyvanların yeni cinsləri, tipləri, ailə, kross 



və  xətlərin  yaradılması  nəzərdə  tutulduğu  hallarda  damazlıq  zavodlarında  təmizqanlı 

müəyyən  qrup  heyvanların  başqa  cinsdən  olan  heyvanlarla  çarpazlaşdırılmasına, 

hibridləşdirilməsinə və embrion köçürülməsinə qismən yol verilə bilər.

 

 



 

Maddə 20. Damazlıq reproduktorlar və fermalar

 

20.1.  Damazlıq  reproduktorlar  damazlıq  zavodları  tərəfindən  damazlıq  heyvanlarla 



təmin  edilən,  seleksiya-damazlıq  proqramı  əsasında  cins  heyvanların  damazlıq 

keyfiyyətlərinin  yaxşılaşdırılması,  təkrar  istehsalı  və  sayının  artırılması  ilə  məşğul  olan,  ilk 

növbədə, əmtəəlik fermaların damazlıq heyvanlarla təmin edilməsi üzərində öz fəaliyyətini 

quran damazlıq heyvandarlıq təsərrüfatıdır.

 

20.2. Damazlıq fermalar damazlıq ehtiyatlarını ilk növbədə damazlıq zavodlarından 



və  reproduktorlardan  götürən,  azsaylı  və  nəsli  kəsilmək  təhlükəsi  olan  yerli  heyvan 

cinslərinin  və  cinsdaxili  qrupların  yetişdirilməsi  üzrə  öz  fəaliyyətini  quran  damazlıq 

heyvandarlıq təsərrüfatıdır.

 

 



 

Maddə 21. Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması və embrionların 

transplantasiyası ilə məşğul olan təsərrüfatlar və genobanklar

 

21.1.  Kənd  təsərrüfatı  heyvanlarının  süni  mayalandırılması  ilə  məşğul  olan 



təsərrüfatlar  xüsusi  texnologiya  və  avadanlıqlarla  təchiz  olunmuş,  sanitar-gigiyenik, 

zoobaytar və digər tələblərə riayət edilməklə, ixtisaslı mütəxəssislər tərəfindən heyvanların 

süni yolla çoxaldılması ilə məşğul olan hüquqi və fiziki şəxslərdir.

 

21.2. Kənd təsərrüfatı heyvanlarının embrionlarının transplantasiyası ilə məşğul olan 



təsərrüfatlar  damazlıq  işinin  səmərəliliyinin  artırılması  və  yüksək  məhsuldar  damazlıq 

törədici  heyvanlardan  daha  çox  sayda  bala  əldə  edilməsi  məqsədilə  xüsusi  biotexnologiya 

əsasında embrionların köçürülməsi yolu ilə onların təkrar istehsalını həyata keçirən hüquqi 

və fiziki şəxslərdir.

 


21.3.  Süni  mayalandırma  və  embrionların  transplantasiyası  üzrə  ixtisaslaşmış 

təsərrüfatlar öz fəaliyyətini aşağıdakı istiqamətdə qururlar:

 

21.3.1. reproduksiya məqsədilə istifadə edilən damazlıq törədici heyvanların, onların 



toxumlarının və embrionlarının əldə edilməsi, saxlanması, istifadəsi;

 

21.3.2. damazlıq törədici heyvanların verdikləri nəslin keyfiyyətinə görə yoxlanması 



və qiymətləndirilməsi;

 

21.3.3.  yaxşılaşdırıcı  kimi  müəyyən  olunmuş  damazlıq  törədici  heyvanların 



toxumlarının satışı;

 

21.3.4.  toxumların  və  embrionların  istifadə  edilməsi  üzrə  nəticələrin  uçota 



alınmasının və genofond mübadiləsinin təşkili.

 

21.4.  Süni  mayalandırma  və  embrionların  transplantasiyası  üzrə  ixtisaslaşmış 



təsərrüfatlarda  yalnız  damazlıq  pasportu  (şəhadətnaməsi)  və  sertifikatı  olan  heyvanlar, 

onların toxumları və embrionları istifadə oluna bilər.

 

21.5.  Azsaylı  və  nəsli  kəsilmək  təhlükəsi  olan  yerli  heyvan  cinslərinin,  habelə 



dünyada  geniş  yayılmış  cinslərə  aid  qiymətli  damazlıq  heyvanların  qorunmasını  və 

gələcəkdə uzun müddət istifadəsini təmin etmək məqsədilə onların toxumlarının saxlanması 

üçün xüsusi texnologiyalar əsasında fəaliyyət göstərən genobanklar yaradılır. Genobankların 

təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

21.6.  Kənd  təsərrüfatı  heyvanlarının  süni  mayalandırılması  və  embrionların 



transplantasiyası müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında həyata keçirilə bilər.

 

 



 

Maddə 22. Damazlıq ehtiyatlarının sınağı və ekspertizası subyektləri

 

22.1. Damazlıq heyvanların sayının artırılması, onların daha geniş və səmərəli istifadə 



olunmasını təmin etmək məqsədi ilə damazlıq ehtiyatlarının sınağı və ekspertizası keçirilir.

 

22.2.  Damazlıq  ehtiyatlarının  sınağı  və  ekspertizası  müvafiq  icra  hakimiyyəti 



orqanının  müəyyən  etdiyi  qaydalar  əsasında  hüquqi  şəxs  statusunda  fəaliyyət  göstərən 

ixtisaslaşmış  laboratoriyalar,  ippodromlar,  digər  sınaq  və  ekspertiza  subyektləri  tərəfindən 

həyata keçirilir.

 

22.3.  Damazlıq  ehtiyatlarının  sınağını  və  ekspertizasını  həyata  keçirən  subyektlərin 



fəaliyyəti onların daxili nizamnamələri ilə tənzimlənir.

 

22.4.  Damazlıq  ehtiyatlarının  sınağının  və  ekspertizasının  nəticələri  müvafiq  icra 



hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydalara  uyğun  olaraq  təhlil  edilir  və  heyvanların 

istifadə təyinatı müəyyən olunur.

 

22.5.  Damazlıq  ehtiyatlarının  sınağı  və  ekspertizasında  bilərəkdən  təhrifə  yol  verən 



şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 23. Damazlıq heyvandarlıqla məşğul olan digər subyektlər

 

23.1.  Damazlıq  heyvandarlıqla  məşğul  olan  digər  subyektlərə  heyvandarlıq 



sahəsində  elmi-texniki  nailiyyətlərin  istehsalatda  tətbiqi,  sərgilər  və  hərraclar  keçirilməsi, 

damazlıq  işi  üzrə  xidmətlər,  təlim,  tədris,  maarifləndirmə,  kadrların  hazırlanması  və  digər 

istiqamətlərdə fəaliyyət göstərən subyektlər, habelə sahənin müxtəlif problemləri ilə məşğul 

olan klublar, assosiasiyalar və başqa ictimai birliklər aid edilir.

 

23.2.  Damazlıq  heyvandarlıqla  məşğul  olan  digər  subyektlərin  yaradılması  və 



fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi və subyektlərin daxili nizamnaməsi 

ilə tənzimlənir.

 

23.3.  Damazlıq  heyvandarlıq  subyektləri,  o  cümlədən  ictimai  birliklər  dövlət 



orqanlarının  səlahiyyətlərinə  aid  olan  nəzarət  və  tənzimləyici  funksiyaları  yerinə  yetirə 

bilməzlər.

 


 

 

Maddə 24. Damazlıq heyvandarlıq təsərrüfatlarının vəzifələri və hüquqları

 

24.1. Damazlıq heyvandarlıq təsərrüfatlarının əsas vəzifələri aşağıdakılardır:



 

24.1.1.  damazlıq  heyvandarlığa  dair  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

əməl etmək;

 

24.1.2.  damazlıq  heyvandarlıq  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  müəyyən  edilmiş 



qaydada uçota durmaq;

 

24.1.3. istehsal etdikləri damazlıq ehtiyatları dövriyyəyə cəlb edildikdə onların təkrar 



istehsala  yararlılığını  və  digər  damazlıq  keyfiyyətlərini  təsdiq  edən  pasport  (şəhadətnamə) 

və sertifikat təqdim etmək;

 

24.1.4. baytarlıq-sanitariya tələblərinə riayət etmək;



 

24.1.5.  müəyyən  edilmiş  qaydada  damazlıq  uçotu  aparmaq  və  müvafiq  icra 

hakimiyyəti orqanına tələb olunan məlumatları təqdim etmək;

 

24.1.6.  damazlıq  heyvanların  saxlanması,  yemləndirilməsi  və  yetişdirilməsi 



qaydalarına əməl etmək, onların əsaslı səbəb olmadan çıxdaş edilməsinə yol verməmək;

 

24.1.7.  damazlıq  heyvandarlıq  sahəsində  nəzarətin  həyata  keçirilməsi  üçün  şərait 



yaratmaq və dövlət damazlıq müfəttişlərinin verdiyi rəsmi göstərişlərə vaxtında əməl etmək;

 

24.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.



 

24.2.  Damazlıq  heyvandarlıq  təsərrüfatları  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada aşağıdakı hüquqlara malikdirlər:

 

24.2.1. damazlıq işi sahəsində proqramların, layihələrin hazırlanmasında və icrasında 



iştirak  etmək,  digər  damazlıq  subyektləri  ilə  ortaq  problemlərin  həllini  həyata  keçirmək 

məqsədilə ictimai birliklər yaratmaq;

 

24.2.2.  cins  heyvanlardan  və  digər  damazlıq  ehtiyatlarından,  yeni  yaradılmış 



seleksiya  nailiyyətlərindən  istifadə  etmək,  müvafiq  qanunvericiliyə  əsasən  onların  alqı-

satqısını, icarəyə verilməsini və ekspertizasını həyata keçirmək;

 

24.2.3.  damazlıq  heyvandarlıq  üzrə  keçirilən  hərrac,  sərgi  və  baxışlarda,  elmi 



simpoziumlarda, sınaq, yarış və müsabiqələrdə iştirak etmək;

 

24.2.4. damazlıq heyvanların yetişdirilməsi və saxlanması üçün yüksək keyfiyyətli və 



məhsuldar  torpaq  sahələri  ilə  ilk  növbədə  təmin  olunmaq,  örüş  və  otlaqlardan,  habelə  su 

mənbələrindən istifadə üçün servitutlar əldə etmək;

 

24.2.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.



 

 

 

V fəsil

 

Damazlıq heyvandarlığın maliyyələşdirilməsi, kadr və elmi təminatı

 

 



 

Maddə 25. Damazlıq heyvandarlığın maliyyə təminatı

 

25.1.  Damazlıq  heyvandarlığın  maliyyə  təminatı  bu  fəaliyyətdən  əldə  olunan 



vəsaitlər,  dövlət  büdcəsindən  ayırmalar,  kreditlər,  qrantlar,  hüquqi  və  fiziki  şəxslər 

tərəfindən verilən ianələr və digər mənbələr hesabına formalaşır.

 

25.2.  Damazlıq  heyvandarlığın  dövlət  büdcəsi  hesabına  maliyyələşdirilməsi 



Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

 

25.3.  Damazlıq  heyvandarlığın  inkişafına  investisiyaların  cəlb  edilməsinə,  dünyada 



geniş  yayılmış  cinslərə  aid  məhsuldar  damazlıq  heyvanların  seleksiya  məqsədilə  idxal 

edilməsinə,  elmi  nailiyyətlərin  və  mütərəqqi  texnologiyaların  heyvandarlıqda  tətbiqinə 

dövlət tərəfindən əlverişli iqtisadi və hüquqi mühit yaradılır.

 

 



 

Maddə 26. Damazlıq heyvandarlığın kadr və elmi təminatı

 

26.1. Damazlıq heyvandarlıq sahəsində çalışan mütəxəssislərin hazırlanması və 



əlavə 

təhsili


 müvafiq  icra  hakimiyyəti  orqanının  təklifləri  əsasında qanunvericiliyə  uyğun  olaraq 

planlaşdırılır və müəyyən edilmiş qaydada həyata keçirilir.



[1]

 

26.2. Damazlıq heyvandarlıq sahəsində elmi tədqiqatlar Azərbaycan Respublikasında 



müvafiq elmi tədqiqat müəssisələri, tədqiqatçı alimlər və mütəxəssislər tərəfindən aparılır.

 

26.3.  Elmi-tədqiqat  müəssisələri  damazlıq  heyvandarlıq  sahəsində  seleksiya-



damazlıq  proqramlarının,  mövcud  cinslərin  təkmilləşdirilməsi,  yeni  cinslərin  və  cinsdaxili 

tiplərin yaradılmasının metod və üsullarının hazırlanması və həyata keçirilməsi, digər elmi-

texniki tədqiqatların aparılması ilə məşğul olurlar.

 

 



 

Maddə 27. Damazlıq ehtiyatlarının idxalı və ixracı

 

27.1.  Damazlıq  ehtiyatlarının  idxalı  və  ixracı  Azərbaycan  Respublikasının  müvafiq 



qanunvericiliyi ilə tənzimlənir.

 

27.2. Damazlıq ehtiyatlarının ixracı zamanı Azərbaycan Respublikasında yetişdirilən 



nadir  genotipə  malik  heyvan  nümunələrinin  ölkədən  çıxarılmasına  məhdudiyyət  qoyula 

bilər.  Ölkədən  kənara  çıxarılmasına  məhdudiyyət  qoyulan  damazlıq  heyvanların  və  digər 

damazlıq ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

 

 

VI fəsil

 

Damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq, mübahisələrin həlli və 



məsuliyyət

 

 



 

Maddə 28. Damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq

 

Damazlıq 



heyvandarlıq 

sahəsində 

beynəlxalq 

əməkdaşlıq 

Azərbaycan 

Respublikasının  qoşulduğu  beynəlxalq  konvensiyalar,  xarici  dövlətlərlə  bağlanmış 

müqavilələr,  sazişlər,  razılaşmalar  və  digər  beynəlxalq  hüquq  normaları  əsasında  həyata 

keçirilir.

 

 

 



Maddə  29.  Damazlıq  heyvandarlıq  haqqında  qanunvericiliyin  pozulmasına  görə 

məsuliyyət

 

Bu  qanunun  pozulmasına  görə  təqsirli  olan  şəxslər  Azərbaycan  Respublikasının 



qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

 



 

Maddə 30. Mübahisələrin həlli

 

Damazlıq  heyvandarlıq  haqqında  qanunvericiliyin  pozulması  ilə  əlaqədar 



mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

 

 



 

Maddə 31. Qanunun qüvvəyə minməsi

 

31.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.



 

31.2.  Bu  qanun  qüvvəyə  mindiyi  gündən  "Damazlıq  işi  haqqında"  Azərbaycan 

Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  1997-ci  il, 

№1,  maddə  24;  2001-ci  il,  №12,  maddə  736;  2002-ci  il,  №5,  maddə  241;  2007-ci  il,  №10, 

maddə 938) qüvvədən düşmüş hesab edilsin.

 

 



 

 

 



İlham ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti

 

 



 

Bakı şəhəri, 18 dekabr 2007-ci il

 

№ 516-IIIQ



 

 

 



 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 

1.



 

21 


dekabr 

2010-cu 


il tarixli 38-IVQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu (“Respublika”  qəzeti,  18  fevral  2011-ci  il,  №  38,  “Azərbaycan”  qəzeti,  20  fevral 



2011-ci  il,  №  40,  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2011-ci  il,  №  02, 

maddə 71)

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  

 

 



 

 

 



[1]

 

21 


dekabr 

2010-cu 


il tarixli 38-IVQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu (“Respublika”  qəzeti,  18  fevral  2011-ci  il, №  38,  “Azərbaycan”  qəzeti,  20  fevral  2011-ci il, 



№ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 26.1-ci 

maddəsində “ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

 

 

 



Каталог: docs -> pdf
pdf -> Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu
pdf -> Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və
pdf -> Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında
pdf -> Health problems related to breeding
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə
pdf -> Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası
pdf -> AZƏrbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə