cü il tarixində əlavə edilib 1 Kiçik qan dövranınin əsas funksiyasına aşağıdakılardan hansı daxil deyildir?


) Hansı xəstəlik ön yüklənmənin artması hesabına ürək çatmamazlığnıı yaratmır?



Yüklə 1,07 Mb.
səhifə4/19
tarix07.01.2017
ölçüsü1,07 Mb.
#4529
1   2   3   4   5   6   7   8   9   ...   19

146) Hansı xəstəlik ön yüklənmənin artması hesabına ürək çatmamazlığnıı yaratmır?
A) üçtayiı qapaq çatmamazlığı

B) aortal qapaq çatmamazlığı

C) aorta kökünün stenozu və aortal qapaq çatmamazlığı

D) mitral qapaq çatmamazlığı

E) qanın soldan sağa atılması ilə müşayət olunan ürəyin anadangəlmə qüsurları
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 61
147) Hansı hallarda ürək çatmamazlığı mədəciklərin dolma pozğunluğu hesabına yaranmır?
A) ürəyin tamponadası ilə mayeli perikardit

B) miokardın sərtliyinin artması və diastolik disfunksiya ilə müşayiət olunan xəstəliklər

C) ekssudativ və konstriktiv perikardit

D) ürək əzələsinin xroniki işemiyası

E) sol və sağ atrioventrikulyar dəliyin stenozu
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 61
148) Ürək catmamazlıgında əsas kardial adaptasion mexanizmlərə nə aiddir?
A) miokardın nəzərə çarpan hipertrofiyası

B) miokardın hipertrofiyası və Frank - Starlinq mexanizmi

C) Frank - Starlinq mexanizminin qoşulması

D) simpatico - adrenal sisteminin aktivləşməsi

E) renin - angiotenzin - aldоsteron sisteminin aktivləşməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 64, 66
149) Nəyin təsirindən angiotenzin - I-in angiotenzin - II - yə çevrilməsi baş verir?
A) anguiotenzin - çevirici fermentin (AÇF)

B) proteolitik ferment - reninin

C) kallikrein - kinin sistemin

D) endotelin sistemin

E) pressor - prostаqlandinlər sistemin
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 68
150) Orqanizmin hansı vazokonstriktor sistemlərin antaqonisti qulaqcıq natriumuretik peptidi hesab olunur?

1. simpat - adrenal sisteminin

2. renin - anqiotenzin - aldosteron sisteminin

3. antidiuretik hormonun

4. kallikrein - kinin sisteminin

5. A, D, E2–prostaqlandinləri və I2 prostasiklin
A) 1, 3, 5

B) 2, 4, 5

C) 1, 2, 3

D) 1, 2, 4

E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
151) Kəskin ürək çatmamazlığının daha çox təsadüf olunan səbəbi kimi miokardın kəskin infarktının (Mİ) hansı forması hesab olunmur? (SM - sol mədəcik, ÜİX - ürəyin işemik xəstəliyi, MAÇ - mədəciklərarası çəpər, MT - mədəcik taxikardiyası, AV - atrioventrikulyar)
A) MAÇ cırılması ilə fəsadlaşmış Mİ

B) Q dişli və SM –in böyük həcmli zədələnməsi ilə yayılmış Mİ

C) məməcikli əzələlərin cırılması və mitral qapaqların kəskin çatmamazlığı ilə fasadlaşmış Mİ

D) ağır aritmiyalarla fəsadlaşmış ( MT, səyriyici aritmiya ilə, AV - blokadayla və s.) Mİ

E) Q dişsiz və SM –in kiçik həcmli zədələnməsi olan Mİ
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 74
152) Xroniki ürək catmamazlığı olan xəstələrdə təngnəfəsliyin bilavasitə səbəbi hansı pozuntular hesab olunur?

1. ağ ciyərlərdə ventilyasion - perfuzion munasibətin əsaslı pozuntuları (qan axınının normal ventilyasiya edən və ya, hətta hiperventilyasiyalı alveollardan keçərkən zəifləməsi)

2. ağ ciyərlərdə interstisiyanın ödemi və riqidliyin yüksəlməsi, onun genişlənməsinin azalmasına gətirib çıxartması

3. qalınlaşmış alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması

4. ağ ciyərlərdə interstisiyanın ödeminin olmaması və riqidliyinin zəifləməsi, onun genişlənməsinin artmasına gətirib çıxartması

5. nazikləşmiş alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması
A) 2, 4, 5

B) 1, 2, 3

C) 1, 3, 5

D) 3, 4, 5

E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75», 2007, стр. 75 П.Ф.Литвицкий. Патофизиология.Том 2, 2003, стр. 152
153) Xroniki ürək çatmamazlığının terminal mərhələsində hansı xarakterli tənəffüs pozuntusu əmələ gəlir?
A) inspirator dispnoe, nəfəsalma çətinləşməsinin obyektiv əlamətlərinin və tənəffüs müddətinin pozuntusu ilə

B) Biot tənəffüsü, bərabər ritmiki tənəffüs hərəkətlərinin və uzunmüddətli ( yarım dəqiqə və cox) fasilələrin bir - birilə əvəz olması ilə xarakterizə olunan

C) taxipnoe, nəfəsalma və ya nəfəsvermənin çətinləşməsinin əsaslı obyektiv əlamətlərinin üstünlüyü olmadan

D) Çeyn - Stoksun aperiodik tənəffüsü, nə vaxt ki, tezləşmiş tənəffüsün arasındakı qısa müddət apnoe müddəti ilə əvəzlənir

E) Kussmaul tənəffüsü («böyük tənəffüs»), nə vaxt ki, tənəffüs hərəkətlərinin dayanması tək - tək, dərin, qicolmalı, küylü nəfəsalma ilə əvəz olunur
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84
154) Xroniki ürək çatmamazlığı olan xəstələrdə Çeyn - Stoks aperiodik tənəffüsün əmələ gəlməsi nə ilə əlaqədardır?

1. ağır tənəffüs çatmamazlığı

2. metabolik və tənəffüs asidozu

3. baş beyinin perfuziya pozuntusu

4. metabolitik və tənəffüs alkalozu

5. beyinciyin zədələnməsi hesabına tənəffüs mərkəzinin oyanıqlığının zəifləməsi
A) 1, 2, 3

B) 1, 2, 4

C) 1, 3, 5

D) 3, 4, 5

E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84
155) II funksional sinif xroniki ürək çatmamazlığı olan xəstələrə nəyin əsasında diaqnoz qoyulur? (Nyu - York ürək assosiasiyasının təsnifatına əsaslanaraq).
A) Fiziki aktivlik kəskin məhdudlaşıb. Yalnız sakit halda xəstə özünü yaxşı hiss edir, lakin cüzi fiziki yük zəiflik, ürəkdöyünmə, təngnəfəslik və başqa əlamətlərin əmələ gəlməsinə səbəb olur

B) Narahatsızlıqsız hər - hansı bir yükün öhdəsindən gəlmək mümkünsüzdür. Sakit halda ürək çatmamazlığının simptomları vardır və hər hansı fiziki yük zamanı artır

C) Fiziki aktivlik bir qədər məhdudlaşıb. Sakitlikdə hər - hansı bir patolojı siptomlar yoxdur. Adi fiziki yük zəiflik, yorğunluq, ürəkdöyünmə, təngnəfəslik və başqa simptomlar yaradır

D) Fiziki aktivlikdə məhdudlaşma yoxdur. Adi fiziki yük nəzərə carpan yorğunluq, zəiflik, təngnəfəslik və ya ürəkdöyünmə yaratmır

E) Xəstə veloerqometrdə 150 - 300 kqm/dəq yükün öhdəsindən - 3 dəqiqə ərzində gələ bilir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91
156) Sakit vəziyyətdə ağır təngnəfəslik şikayətləri olan xəstədə ağ ciyərlərdə krepitasiya və müxtəlif qabarcıqlı yaş xırıltılar, plevral boşluqlarda transudat (mayenin) yığılması, taxikardiya, taxipnoe əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı klinik əlaməti mövcuddur?
A) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

B) periferik ödemlər/durğunluq

C) ağciyər ödemi

D) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)

E) sağ ÜÇ
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.
157) Təngnəfəslik, zəiflik şikayətləri olan xəstədə vidaci venalarda şişkinlik, periferik ödemlər, hepatomeqaliya, qəbizlik əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı kliniki əlaməti mövcuddur?
A) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

B) ağ ciyər ödemi

C) sağ ÜÇ

D) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)

E) periferik ödemlər/durğunluq
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.
158) Xroniki ürək çatmamazlığı (XÜÇ) olan xəstələrdə sakitlik vəziyyətində ürəkdə struktur və ya funksional dəyişikliklərin obyektiv əlamətləri hansılardır? (SM –sol mədəcik).

1. kardiomeqaliya, auskultasiyada çapma ritmi

2. sistolik ürək küyləri, ÜÇ xas olan exokardioqrafik dəyişikliklər (SM atım və vurğu fraksiyaların azalması, SM dilatasiyası və s.)

3. natriumuretik peptidin səviyyəsinin artması

4. natriumuretik peptidin səviyyəsinin azalması

5. hepatomeqaliya, auskultasiyada bildirçin ritmi
A) 1 , 3, 5

B) 2, 3, 4

C) 1, 2, 3

D) 1, 3, 4

E) 2, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.
159) Ürək çatışmazlığı zamanı ürək funksiyasının zəiflənməsinin əsas etiolojı səbəbləri nədir?

1. kəskin və ya xroniki işemiya nəticəsində miokardın zədələnməsi və ya tələf olması

2. hipertoniya zamanı damar rezistentliyinin artması

3. sol qulaqcıqda son sistolik həcmin azalması

4. natriumuretik peptidin səviyyəsinin azalması, sol qulaqcıqda son sistolik həcmin artması

5. hipertoniya zamanı damar rezistentliyinin azalması
A) 1, 3

B) 2, 5


C) 4, 5

D) 3, 4


E) 1, 2
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
160) Ürək çatışmazlığı əmələ gəlmiş hansı xəstəliklər zamanı əsasən ritm pozğunluğu baş vermir?
A) anadanqəlmə ürək qüsurları

B) qazanılmış ürək qüsurları

C) miokarditlər

D) stabil stenokardiya

E) mitral qapağın prolapsı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
161) Xroniki ürək çatışmazlıqlı xəstələrdə exokardioqrafiya, qan axınının dopler müayinəsinin hansı göstəriciləri xroniki ürək çatışmazlığının səbəbini müəyyənləşdirərkən sol mədəciyin sistolik disfunksiyasının əlamətləri hesab olunmur?(E - sol mədəciyin erkən sürətli dolma fazasında diastolik dolmanın ən yüksək həddi, A - sol qulagcığın sistolası nəticəsində gecikmiş sol mədəciyin diastolik dolmasının ən yüksək həddi, Е/А- erkən və gecikmiş dolmanın maksimal sürətlərinin münasibətləri).
A) Son diastolic və son sistolik həcm

B) Ürək indeksi, vurğu həcmi

C) Atım fraksiyası və dəqiqəlik həcm

D) Aortadan qan axının sürəti

E) A və ya E pik dəyişiklikləri, Е/А-ya münasibəti
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
162) Xroniki ürək çatışmazlıqlı xəstələrdə exokardioqrafiya, qan axınının dopler müayinəsinin hansı göstəriciləri xroniki ürək çatışmazlığının səbəbini müəyyənləşdirərkən sol mədəciyin diastolik disfunksiyasının əlamətləri hesab olunur?(İVRT - izovolyumik boşalma fazasının müddəti, DT - erkən diastolik dolmanın yavaşıma vaxtı).
A) Vurğu indeksi

B) Atım fraksiyası

C) İVRT, DT-in dəyişiklikləri

D) Dəqiqəlik həcm

E) Son sistolik həcm
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
163) Müalicənin hansı effekti xroniki sistolik ürək çatışmazlıqlı xəstələrdə əsas hesab olunmur?
A) Həyat keyfiyyətinin yaxşılaşdırılması

B) Xəstəliyin proqnozunun yaxşılaşdırılması (ömrün uzadılması)

C) Ürək çatışmazlıgının kliniki simptomlarının aradan götürülməsi (təngnəfəslik, yüksək yorulma, ürəkdöyünmə, ödem sindromu)

D) Xəstənin çəkisinin azalması

E) Hədəf orqanların zədələnməsinin qarşısının alınması (ürək, böyrək, baş beyin, damarlar, skelet əzələləri)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 102
164) Hansı xəstəliklər və sindromlar zamanı β-adrenoblokatorların istifadəsi əks göstəriş deyil? (XÜÇ - xroniki ürək çatışmazlığı).
A) Triqliseridlərin və çox aşağı sıxlıqlı lipoproteidlərin (ÇASLP) yüksəlməsində (əsasən qeyri-selektiv β-adrenoblokatorlar)

B) Nyu-York Ürək Assosiasiyasına (NYHA) ğörə II–III funksional sinifə aid olan sistolik disfunksiyalı XÜÇ-lı xəstələrdə (atım fraksiyası (AF) 40%-dən aşağı)

C) Arterial hipotenziya, sinus bradikardiyası, atrioventrikulyar blokadalarda

D) XÜÇ-ın kəskinləşməsində və ürək çatışmazlığının (ÜÇ) kliniki şəklinin destabilləşməsində (ağ ciyər ödemi, kardiogen şok, ödem sindromunun artması)

E) Bronxial obstruksiyanın şiddətlənməsində (ağ ciyər xəstələrində), qlükozaya tolerantlığın aşağı düşməsində (əsasən qeyri - selektiv β-adrenoblokatorlar)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 156
165) Aşağıdakılardan hansı ilk dəfə baş verən stenokardiyanın nəticəsi ola bilər?

A) qəfləti ölüm, klinik sağalma, miokard infarktının inkişafı, sabit stenokardiyaya keçid

B) klinik sağalma

C) qəfləti ölüm

D) sabit stenokardiyaya keçid

E) miokard infarktının inkişafı


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
166) Miokardın keçici transmural işemiyası üçün hansı səciyyəvidir?

A) ST seqmentinin qalxması

B) T dişciyinin simmetrik mənfi olması

C) ST seqmentinin depressiyası

D) T dişciyinin simmetrik mənfi olması, ST seqmentinin qalxması, patoloji Q dişciyi

E) Patoloji Q dişciyi


Ədəbiyyat: Орлов.В.Н. Руководство по электрокардиографии. -5-е.стер.изд. - М.: «Медицинское информационное агентство», 2006
167) Vazospastik stenokardiyası olan xəstələrdə daha çox effektiv olan preparat hansıdır?

A) sinus düyünün blokatoru

B) kalsium antaqonistləri

C) diuretiklər

D) beta-blokatorlar

E) nitratlar


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
168) Yanaşı gedən arterial hipertenziya ilə birlikdə ÜİX olan xəstələrdə daha çox hansı preparata üstünlük vermək lazımdır?

A) kalium kanalların aktivatorları

B) kalsium antaqonistləri

C) sinus düyünün blokatoru

D) nitratlar

E) beta-blokatorlar


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
169) Hansı preparat kalsium antaqonistlərinə aiddir?

A) dipiridamol

B) nebivolol

C) diltiazem

D) enalapril

E) metoprolol


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
170) Sistematik qəbul nəticəsində hansı preparata qarşı tolerantlıq (həssaslığın azalması) inkişaf edə bilər?

A) Angiotenzin II reseptorlarının blokatorlarına

B) AÇF inhibitorlarına

C) beta-blokatorlara

D) kalsium antaqonistlərinə

E) nitratlara


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
171) Nitratlara qarşı tolerantlıq inkişaf edərsə, lazımı effekti almaq üçün müalicəni hansı müddətə kəsmək lazımdır?

A) 6 aya


B) bir neçə günlüyə

C) 2-3 həftəyə

D) terapevtik "pəncərə" yaratmaq

E) 3 aya
Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.


172) Hansı qrup dərman preparatlarının qəbulu başağrısını törədə bilər?

A) nitratlar və dihidropiridin qrupu kalsium antaqonistləri

B) nitratlar

C) dihidropiridin qrupu kalsium antaqonistləri

D) AÇF inhibitorları

E) beta-blokatorlar


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
173) Hansı qrup dərman preparatlarının qəbulu topuqların ödemi kimi əlavə təsir törədə bilər?

A) beta-blokatorlar

B) dihidropiridin qrupu kalsium antaqonistləri

C) nitratlar

D) AÇF inhibitorları

E) angiotenzin II reseptorlarının blokatorları


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
174) Hansı qrup dərman preparatları lipoproteid mübadiləsinə mənfi təsir göstərir?

A) beta-blokatorlar

B) dihidropiridin qrupu kalsium antaqonistləri

C) AÇF inhibitorları

D) nitratlar

E) angiotenzin II reseptorlarının blokatorları


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
175) AV keçiriciliyi ləngidən antianginal dərman preparatlarının qrupu hansıdır?

A) beta-blokatorlar

B) angiotenzin II reseptorlarının blokatorları

C) dihidropiridin qrupu kalsium antaqonistləri

D) AÇF inhibitorları

E) nitratlar


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
176) İdiopatik subaortal stenozu olan sabit stenokardiyalı xəstələrdə antianginal dərmanlardan hansı əks göstərişdir?

A) Nitratlar

B) Diuretiklər

C) β-blokatorlar

D) Antikoaqulyantlar

E) Fenilakilamin qrupuna mənsub kalsium antaqonistləri


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
177) IV FS sabit stenokardiyanın əlamətləri hansılardır?

A) çox böyük fiziki yükdən sonra ağrıların başlanması

B) spontan stenokardiya tutmasının baş verməsi

C) hər hansı fiziki yükdən sonra ürək nahiyəsində ağrıların başlanması

D) nitroqliserinin təsirinin olmaması

E) 1 mərtəbədən çox məsafə qət etdikdə ağrıların başlanması


Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.
178) Proqressivləşən (qeyri-sabit) stenokardiyası olan xəstələrdə aşağıdakı əlamətlərdən hansı qeyd edilir?

A) sakit halda stenokardiya tutmasının əmələ gəlməsi

B) tutmaların yüngül fiziki yükdən sonra əmələ gəlməsi

C) stenokardiya tutmalarının müddətinin uzanması

D) tutmaların yüngül fiziki yükdən sonra əmələ gəlməsi, sakit halda stenokardiya tutmasının əmələ gəlməsi, stenokardiya tutmalarının müddətinin uzanması, nitroqliserinin təsirinin azalması

E) nitroqliserinin təsirinin azalması


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
179) ÜİX ilə yanaşı bradikardiyası olan xəstələrə hansı preparatdan istifadə məqsədəuyğundur?

A) beta-blokatorlar

B) dihidropiridin qrupundan olan kalsium antaqonistləri

C) fenilalkilamin qrupundan olan kalsium antaqonistləri

D) benzotiazepin qrupundan olan kalsium antaqonistləri

E) qlikozidlər


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
180) Miokard infarktı keçirmiş ÜİX olan xəstələrdə ürək çatmamazlığının inkişafına aşağıdakılardan hansı səbəb ola bilər?

A) sol mədəciyin anevrizmasının formalaşması, papilyar əzələlərinin disfunksiyası nəticəsində mitral çatmamazlığın inkişafı, keçirilmiş infarkt sahəsinin böyük olması, atım fraksiyasının azalması

B) keçirilmiş infarkt sahəsinin böyük olması

C) atım fraksiyasının azalması

D) sol mədəciyin anevrizmasının formalaşması

E) papilyar əzələlərinin disfunksiyası nəticəsində mitral çatmamazlığın inkişafı


Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.
181) Hansı hallarda ambulator EKQ monitorlamanın aparılması vacibdir?

A) vazospastik stenokardiyaya şübhə

B) aritmiya, vazospastik stenokardiya və normal fiziki yük sınağından sonra stenokardiyaya şübhə

C) miokard infarktına şübhə

D) normal fiziki yük sınağından sonra stenokardiyaya şübhə

E) aritmiyaya şübhə


Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.
182) Avropa Kardioloqlar Cəmiyyətinin tövsiyyəsinə əsasən statin müalicəsi sabit stenokardiyalı xəstələrdə aterosklerotik ürək-damar xəstəlikləri riskini nə qədər azaldır?

A) 20%


B) 40%

C) 30%


D) 10%

E) 5%
Ədəbiyyat: Метелица В.И. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств » 2005 - 1528 с


183) Aşağıdakılardan hansı “ Prinsmetal stenokardiyası ” - vazospastik stenokardiyaya aid deyildir?

A) Kalsium antaqonistlərinin dihidropiridin qrupuna aid dərmanlar ağrını götürür

B) Fiziki gərginliklə əlaqədardır

C) Nitratların təsirindən çox hallarda ağrı keçmir

D) Adətən sakitlik vaxtı, əsasən yuxuda baş verir

E) ST seqmentinin qalxması yalnız ağrı zamanı müşahidə olunur


Ədəbiyyat: Шлант Р. К., Александер Р.В. Клиническая кардиология. Пер. с англ. - М.; СПб.: «Издательство БИНОМ» - «Невский диалект», 1998. - 576 с., ил.
184) Normada sol mədəcik miokardının qalınlığı nə qədərdir?
A) 5-6 mm

B) 7-8 mm

C) 8-9 mm

D) 6-7 mm

E) 4-5 mm
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
185) Aşağıdakılardan hansı ürəyin funksiyasına aid deyildir?
A) keçiricilik

B) inteqrativ-koоrdinasion

C) oyanma

D) avtomatizm

E) yığılma
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
186) Miokardın inotrop (yığılma) vəziyyətinin müəyyən olunmasında hansı faktor vacib sayılmır?

1.ümumi damar müqavimətinin ölcüsü

2.ağciyər damar müqavimətinin ölcüsü

3.aorta və ağ ciyər arteriyasında qan təzyiqinin həddi

4. miokardın yığılmasını zəiflədən patoloji hallar

5. miokardın fəaliyyətdə olan kütləsi
A) 1, 2, 3

B) 1, 3, 5

C) 2, 3, 5

D) 2, 4, 5

E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin