The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"
The 25
th
of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye
---59---
Xalq ədəbiyyatı nümunələri özünün şirinliyi, sadəliyi və cazibədarlığı ilə kiçikyaşlıların maragına
səbəb olmuşdur. Şirin dil,
ibrətamiz süjetlər, rəvan təhkiyə, dolgun obrazlar, yaddaqalan xarakterlər,
hadisələrdəki əlvanlıq,
gözlənilməz məqamlar, daxili dinamika, bədii təsvir vasitələrinin bollugu, zəngin
fantaziya, zərif yumor, nikbin ruh xalq ədəbiyyatını uşaqlara sevdirir. Lakin folklor uşaqlar üçün təkcə özünün
maraqlı
bədii nümunələri ilə deyil, həm də uşaq ədəbiyyatı üçün ən zəngin qaynaq rolunu oynaması ilə
əhəmiyyətlidir. Daha dogrusu, xalq yaradıcılıgı özünün yüksək ideyalılıgı və estetik dolğunluğu ilə uşaq
ədəbiyyatının əsas qaynaqlarından biri olmuşdur. Elə buna görə də balacalar üçün əsər yazan sənətkarlar
vaxtaşırı folklordan öyrənmiş və ona müraciət etməli olmuşlar. Görkəmli uşaq sənətkarı K. Çukovski yazırdı
ki, “çoxlu ugursuzluqdan və tərəddüddən sonra mən belə bir qənaətə gəldim ki, bütün yazıçılar üçün (istər
güclü, istərsə də zəif olsun) yeganə kompas xalq poeziyasıdır”. (Чуковский, 1981: s.78)
Azərbaycan ədəbiyyatında uşaq poeziyasının inkişafında xüsusi movqeyi olan T. Elçin yaradıcılıgının
əsas qaynaqlarından biri xalq yaradıcılıgıdır. O, şifahi ədəbiyyatın həm janrlarından, həm də mövzu, süjet,
ideya və ruhundan ciddi şəkildə faydalanmışdır.
Sənətkarın bəhrələndiyi folklor janrlarından biri nəğmələrdir. Onun bir sıra şeirlərinin adı
da hətta
nəğmə ünvanlıdır. “Qış nəğməsi”, “Bip-bipin nəğməsi”, “Torağayın nəğməsi” və s. Şairin bir çox əsərləri
tonuna və ritminə görə nəgmə ahəngindədir. Bu poeziyanın “Elimizin, dilimizin nur çeşməsi” adlandırılması
da təsadüfi deyil.
Əgər sənətkarın “Gəl bahar”, Gözəl vətən”, “Tütəyim” və s. şeirləri lirik bir nəğməni xatırladırsa,
“Mən kiməm” şeiri birbaşa oyun-nəğmə janrında yazılmışdır. Şeirdə mətləbin ifadəsi üçün janrın
imkanlarından məharətlə istifadə edilmişdir. Həkim, bağban, neftçi, dərzi, xarrat, maşinist kimi peşə
adamlarının məşğuliyyətinin ən sadə və tipik detalları səmimi bir nəğmə ilə elə anlaşıqlı və poetik tərzdə
oxucuya çatdırılır ki, həm uşaq qəlbində bu peşələrə rəğbət yaranır, həm də şeirin belə bir tərzdə yazılması onu
daha tez yaddaşa hopdurur:
Bilirsiniz mən kiməm?
Balaca bir həkiməm.
Trubkanı qulağıma,
Bax, beləcə taxaram.
Xəstələrə, bax beləcə,
Bax, beləcə baxaram. (Elçin, 1977: s.15)
Xalq təfəkkürünün yaratdığı bütün bədii
nemətlərdə qeyd etdiyimiz kimi, bir şirinlik və uşaq
dünyasına bir yaxınlıq vardır. Məhz bu səbəbdən də folklor nümunələri gənc nəslin mənəvi-əxlaqi
keyfiyyətlərindən tutmuş bədii-estetik zövqünün tərbiyəsinə qədər çoxsaylı insani məziyyətlərə təsir göstərir.
Elə buna görə də “heç kəs xalqın pedaqoji dühası ilə müsabiqəyə girə bilməz”.
Mahnılar uşaqların bədii-estetik zövqünün formalaşmasnda müəyyən təsirə malkdir. Elə buna görə də
T. Elçin öz yaradıcılığında xalq mahnılarından da istifadə etmişdir. “Osvensim” poemasında Osvensimdə zillət
çəkən qəhrəman Xumarın faciəli və kədərli taleyi onun oxuduğu qəmli mahnıda bir növ meladiyalaşır:
Aman ovçu,
vurma məni,
Ayrı dağın maralıyam.
Bu dağlarda
tora düşdüm,
Ürəyimdən
yaralıyam. (Elçin, 1979: s.76)
Göründüyü kimi, şair burada qəhrəmanın əhvali-ruhiyyəsinə müvazi olan xalq mahnısının müəyyən
yerlərini məqsədəuyğun şəkildə dəyişərək onu bədii obrazın dilinə çevirmişdir.
“Toğrul babanın nağıl ağacı” nağıl-poemasında da sənətkar oxşar bədii
priyomdan istifadə edərək
sədaqətli və zərif qəlbli qızın ovqatını belə bir lirik mahnı ilə təzahür etdirir:
Tut ağacı boyunca,
Tut yemədim doyunca.
Sevgilim qayıdıbdır,
Görəcəyəm doyunca. (Elçin, 1981: s. 6)
T. Elçin şeirlərində bayatı janrınn bədii formasından da istifadə etmişdir. Ümumiyyətlə, bədii forma
T. Elçin yaradcılığında xeyli işləkdir. Bayatılar daha çox kədəri, niskili, həsrəti, hicranı ifadə edir. Uşaqlar
üçün yazılan bədii əsərlərdə isə, əsasən, nikbin ruh hakim olur. Çünki uşaqları həyatın ağrısı ilə kədərləndirmək
deyil, onun işıqlı tərəfləri ilə fərəhləndirmək lazımdır. Bu, onların mənəvi, ruhi aləminə daha güclü təsir