Çaylarin hidrologiyasi



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix28.11.2023
ölçüsü0,67 Mb.
#166941
1   2   3   4   5   6
Muhazire 5

 
ÇAYLARIN QİDA MƏNBƏLƏRİ 
Yer kürəsinin bütün çaylarının əsas qida mənbəyi atmosfer yağıntılarıdır. Çay 
hövzəsinə düşən yağıntılar 
səth axımı
əmələ gətirir və daşqın zamanı çayların əsas 
qidasını təşkil edir. Qış dövründə hövzədə formalaşmış qar örtüyü ilin isti 
dövründə əriyərək çayları qidalandırır. Yüksək dağlarda əmələ gələn qar örtüyü 
bəzi illərdə tam ərimir, daimi qarların ehtiyatını artırır, buzlaqların formalaşmasına 
şərait yaradır. Bu qar və buzlaqların ərinti suları da 
çayların qida mənbəyi
rolunu 
oynayır. Ərinti və yağış sularının bir hissəsi torpaq-süxur qatından süzülərək 
Şəkil 5.4.
Çay 
məcralarının tipləri: 
a–düzxətli; b–meandrlı;
c–qollara bölünmüş;
d–dağınıq; 1–ən böyük 
dərinliklər xətti; 2–dayaz-
lıq; 3–calğam və ya ada; 
4–sahilin yuyulan hissəsi; 
5–axının istiqaməti.
 


yeraltı suların ehtiyatını artırır. Yeraltı suların hərəkət sürəti səth sularına nisbətən 
zəif olsa da, onlar da çayları qidalandırır. Beləliklə, çayların 4 əsas qida mənbəyi 
var: 
yağış, qar, buzlaq və qrunt (yeraltı) suları.
Müxtəlif qida mənbələrinin axımın əmələ gəlməsində rolu ayrı-ayrı fiziki-
coğrafi rayonların çayları üçün fərqlidir. Bu fərqlər başlıca olaraq iqlim 
amillərindən–yağıntıların və temperaturun il ərzində paylanmasından asılıdır. 
Azərbaycanın bəzi çayları üçün qida mənbələrinin kəmiyyət göstəriciləri cədvəl 
5.1-də verilmişdir. 
Qida mənbələrini kəmiyyətcə qiymətləndirmək üçün 
çayın hidroqrafı
genetik 
parçalanır. Bu məqsədlə müxtəlif üsullardan istifadə olunur. Onların ən sadəsinə 
görə 
qış və yay azsulu dövrlərdə
müşahidə olunmuş minimal su sərflərinə uyğun 
nöqtələr düz xətlə birləşdirilir. Hidroqrafın bu xətdən aşağı hissəsi yeraltı axımın, 
yuxarı hissəsi isə səth axımının kəmiyyətinə uyğundur. Lakin hidroqrafı belə 
parçaladıqda çaya yeraltı suların axımının rejimi nəzərə alınmır. 
Ümumiyyətlə, hidroqrafı parçalamaq üçün istifadə olunan üsulların hamısı 
subyektiv xarakter daşıyır və qida mənbələrini təxmini qiymətləndirməyə imkan 
verir. Hesablamaların dəqiqliyini artırmaq üçün məcra və yeraltı sular arasında 
hidravliki əlaqənin olub-olmaması nəzərə alınmalıdır. 
Dağ çaylarında məcra və yeraltı sular arasında 
hidravliki əlaqə
yoxdur, yəni 
qrunt (bulaq) suları sərbəst halda məcraya axır. Yeraltı suların rejiminə çay 
sularının rejimi təsir göstərmir. Lakin yeraltı və səth axımlarının rejimləri oxşardır. 
Yalnız yeraltı axımın maksimumu səth axımının maksimumuna nisbətən gecikir.
Düzən çaylarında çox vaxt məcra və yeraltı sular arasında hidravliki əlaqə 
müşahidə olunur. Bu halda, çayda suyun səviyyəsi qalxdıqda çaya yeraltı axım 
azalır. Çayda səviyyə yeraltı suların səviyyəsindən yuxarı olduqda, çay sahil 
zonanın yeraltı sularını qidalandırmağa başlayır. Bu proses daşqın və ya 
gursululuğun maksimumu müşahidə olunana qədər davam edir (şəkil 5.5). Çayda 
səviyyə düşdükcə, sahillərə süzülmüş su yenidən məcraya qayıtmağa başlayır. 


Şəkil
5.5. Çayın hidroqrafının qida mənbələrinə görə parçalanma sxemi:
qida mənbəyi: I – qar suları, II – yağış suları, III – yeraltı sular; A, B və C – yaz 
gursulu dövrünün başlanğıcı, sonu və piki; 1-5 – yaz gursulu dövründə çay və 
qrunt sularının müxtəlif qarşılıqlı əlaqəsi tipində qar suları və yeraltı sularla qida 
mənbələrini ayıran xətlər; 6 – buz örtüyü; 7 – buz axını.
Çayların su balansı öyrənildikdə çay axımının hidroqrafı iki toplanana 
parçalanır: yeraltı və səth axımı.
M.İ.Lvoviç Yer kürəsi çaylarının qida mənbələrinə görə təsnifatını vermiş və 
çayları 40 tipə bölmüşdür. Dörd əsas qida mənbəyinin hər birini kəmiyyətcə 
qiymətləndirmək üçün o, aşağıdakı qradasiyaları (bölgüləri) qəbul etmişdir: 80%-
dən çox, 50-80% və 50%-dən az. Əgər, çay axımının 80%-dən çox hissəsi yalnız 
bir qida mənbəyinin payına düşürsə, müəllif belə çayı təmiz yağış, qar və ya yeraltı 
qidalı çay tipinə aid edir. Konkret bir qida mənbəyi, məsələn, yağış suları ümumi 
axımın 50-80%-ni təşkil edərsə, belə çay əsasən yağış suyu ilə qidalı çay tipinə aid 
olunur. Əgər, hər bir qida mənbəyinin payı 50%-dən az olarsa, belə çay 
qarışıq 
qıdalı çay
tipinə aid edilir. Buzlaq suyu ilə qidalanan çaylar üçün qradasiyalar 
50%-dən çox, 25-50% və 25%-dən az qəbul edilmişdir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin