C virus hepatitinin müalicəsi üzrə klinik protokol



Yüklə 233,31 Kb.
səhifə24/41
tarix28.12.2021
ölçüsü233,31 Kb.
#11435
1   ...   20   21   22   23   24   25   26   27   ...   41
Uşaqların müalicəsi 

Uşaqlar üçün standart interferonlardan (Roferon-A, İntron-A) 

istifadə olunmaqla kombinasiya edilmiş  VƏT-nin aparılmasına 2 

yaşdan sonra icazə verilir. İnterferonun tətbiqinin doza və rejimi – 3 

mln. BV/m

2

 × həftədə 3 dəfə, yaxud 3 mln. BV × həftədə 3 dəfə 



(əgər bədən səthinin sahəsinə müvafiq olaraq hesablanmış doza 9 

mln. BV/həftə-yə çatırsa). Ribavirin orta hesabla  15 mq/kq/sutka 

dozada təyin olunur. 

Pegilə olunmuş interferonlar böyüklərin müalicəsində “qızıl 

standart” kimi qiymətləndirilsə  də, onlar 18 yaşdan kiçik uşaqlarda 

istifadə üçün qeydiyyatdan keçməyiblər.  

3-18 yaşlı uşaqlarda XCH-nin müalicəsi zamanı pegilə olunmuş 

interferonların tətbiqinin effektiv olmasını göstərən ayrı-ayrı klinik 

tədqiqatlar mövcuddur (D). Lakin bu preparatların 

prepubertat/pubertat yaş dövründə istifadəsinin uzun müddətli 

təhlükəsizliyi (reproduktiv, endokrin sistemlərə  və s. təsiri) barədə 

heç bir məlumat yoxdur.  

Uşaqlarda VƏT, yalnız onun zəruriliyinin ciddi şəkildə 

əsaslandırılması, valideynlərin və ya uşağın qanuni təmsilçilərinin 

yazılı razılığı olduğu halda təyin oluna bilər.  

 


Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin