Cı ildə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix06.09.2017
ölçüsü0,68 Mb.
#29075
1   2   3   4   5   6   7

c

əza olaraq cərimə və yaxud azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutmaqla, əmək müqaviləsi 

olmadan çalışan uşaqların müdafiəsini təmin edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət 

Komit


əsi regional Əmək Müfəttişliyi Xidmətinin nümayəndələrinə, polis müfəttişlərinə və yerli 

hakimiyy


ət orqanlarına uşaq əməyinin istismarının qarşısının alınması üzrə təlimlər keçirmişdir.  

Əmək sahəsində fəaliyyət göstərən, əmək təşkilatları kimi müəyyən olunmamış bir sıra QHT-lər 

s

ənaye və kənd təsərrüfatı sektorlarında uşaq əməyinə diqqət yetirmişlər. 



Uşaq əməyini qadağan edən və minimum məşğulluq yaş həddini müəyyən edən qanunların 

t

ələblərinin hökumət tərəfindən icrası ardıcıl olmamışdır.  Resurslar və təftişlər qeyri-adekvat 



olmuşdur və qanunun tələblərinin pozulmasına görə nəzərdə tutulan cəzalar, o cümlədən cərimələr 

heç d


ə hər zaman pozuntu hallarının qarşısını almamışdır.  Nazirlik tərəfindən il ərzində təftişlər 

h

əyata keçirilsə də, bir yerli QHT monitorinq fəaliyyətinin artırılmasına ehtiyac olduğunu bildirmişdir. 



İl ərzində uşaq əməyinə dair qanunların tələblərinin pozulması ilə bağlı bir neçə şikayət halları 

olmuşdur, bununla belə təsadüfi hallarda kənd təsərrüfatında, məcburi dilənçilikdə və küçə işində 

uşaq əməyindən istifadə olunması və uşaqların kommersiya məqsədilə cinsi istismara məruz 

qaldıqları ilə bağlı məlumatlar verilmişdir (bax: bölmə 6. Uşaqlar) 

H

əmçinin, bax: Əmək Departamentinin  



www.dol.gov/ilab/reports/child-labor/findings/

s

əhifəsində 



yerl

əşən 



"Uşaq ə

m

ə

yinin 

ən pis formaları üzrə

 faktlar" 

hesabatı  

d. Əmək və məşğulluq sahəsində ayrı-seçkilik 

Əmək Məcəlləsi əmək və məşğulluq sahəsində vətəndaşlıq, irq, rəng, cins, din, siyasi fikir, milli 

m

ənsubiyyət və yaxud vətəndaşlıq, sosial mənsubiyyət,əlillik, cinsi oriyentasiya və yaxud gender 



m

ənsubiyyəti, yaş, dil, həmkarlar ittifaqları və yaxud digər ictimai birliklər mənsubiyyət və yaxud 

peşəkar mövqeyinə görə ayrı-seçkiliyi qadağan edir. Qanun İİV və yaxud digər yoluxucu xəstəliklərin 

daşıyıcılarına qarşı ayrı-seçkilik hallarını xüsusi olaraq qadağan etmir, lakin bu cür ayrı-seçkilik 

halları ilə bağlı mediada və yaxud QHT-lər tərəfindən məlumat verilməmişdir. Qanunun bu tələbləri 

hökum


ət tərəfindən hər zaman effektiv şəkildə həyata keçirilməmişdir və işə qəbul zamanı ayrı-

seçkilik problem olaraq 

qalmışdır. 

Qanunun ayrı-seçkiliyə qarşı tələblərinin şamil olunduğu fərdlər bu tələblərin icra edilmədiyini 

bildirmişlər. Ümumilikdə işəgötürənlər əlilliyi olan şəxsləri işə götürməyə tərəddüd etmişlər və erməni 

m

ənşəli vətəndaşlar da məşğulluq zamanı ayrı-seçkiliyə məruz qaldıqlarını bildirmişlər. Əmək və 



m

əşğulluq sahəsində ayrı-seçkilik eyni zamanda cinsi oriyentasiya ilə əlaqədar olaraq da baş 

vermişdir.  LGBTİ fərdlər bildirmişlər ki, işəgötürənlər onları qanuni yolla işdən çıxara bilmədikləri 

üçün onl


arı cinsi oriyentasiyalarına görə işdən çıxarmaq məqsədilə digər səbəblər tapmışlar. 

Qanun qadınların xarakterinə görə təhlükə yaradan müəyyən işlərdə, məsələn mədənlərdə 

çalışmasını istisna edir.  Yüksək səviyyəli işlərdə, o cümlədən müəssisələrdəki aparıcı vəzifələrdə 

qadınlar az təmsil olunmuşlar.  Ənənəvi təcrübələr qadınların kənd yerlərində iqtisadi imkanlara 

çıxışlarını məhdudlaşdırmışdır. 

e. M

əqbul iş şəraiti 



21 avqust tarixin

ə ölkə üzrə minimal aylıq əmək haqqı 105 manat (58 ABŞ dolları) olmuşdur. İl 

ərzində orta yoxsulluq həddi aylıq 136 manat (76 ABŞ dolları), əmək qabiliyyətli şəxslər üçün 

yoxsulluq h

əddi 146 manat (81 ABŞ dolları), təqaüdçülər üçün 115 manat (64 ABŞ dolları) və 

uşaqlar üçün 117 manat (65 ABŞ dolları) olmuşdur.  Qanun cinsindən, yaşından və digər təsnifat 

göst

əricilərindən asılı olmayaraq bərabər iş müqabilində bərabər əmək haqqının ödənilməsini tələb 



edir. 

Qanunla 40 saatlıq iş həftəsi nəzərdə tutulur, maksimum gündəlik iş növbəsi 12 saatdır.  Təhlükəli 

işlərdə çalışan işçilər həftədə 36 saatdan çox işləyə bilməzlər.  Qanun əmək müqavilələri və kollektiv 

razılaşmalara əsasən müəyyən edilən nahar və istirahət vaxtlarının olmasını tələb edir.  Yerli 

şirkətlərin  artıq iş saatına görə qanunla tələb olunan əlavə ödəniş edib-etmədikləri məlum olmasa 

da, ümumilikd

ə beynəlxalq şirkətlər bu tələbə əməl etmişlər. İş saatlarından sonra haqqı ödənilən 

artıq icbari işə qadağa yoxdur.  Qanun xarici və yerli işçilərə bərabər hüquqları müəyyən edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AHİK rəsmiləri xüsusilə tikinti, enerji və neft 

sektorlarında qanunun tələblərinə əməl olunduğunu yoxlamaq məqsədilə iş sahələrini təftiş etmiş və 

əmək şəraitinin yaxşılaşdırılması məqsədilə işəgötürənlərə tövsiyələr vermişlər.  İqtisadiyyatın 10-30 

faizini t

əşkil edən qeyri-rəsmi sektorlarda (qeydiyyatdan keçməmiş müəssisələr) çalışan fərdlərin 

əksəriyyəti yarımştat fəaliyyət göstərmişlər və bu sahədə əmək müqavilələrinin imzalanması və 

yaxud 

əmək qanunvericiliyinin tələblərinin icrası hökumət tərəfindən təmin edilməmişdir. 



M

əqbul iş şəraiti ilə bağlı qanunvericilik müddəalarının icrası hökumət tərəfindən effektiv şəkildə 

t

əmin edilməmişdir.  İnsan hüquqlarını müdafiə edən yerli qruplar, o cümlədən neft sektorunda 



çalışan işçilərin hüquqlarının müdafiəsi üzrə fəaliyyət göstərən Neft İşçilərinin Hüquqlarının 

Müdafi


əsi Təşkilatı adlı QHT bildirmişdir ki, xüsusilə xarici neft şirkətləri olan işəgötürənlər xarici və 

yerli işçilərə hər zaman bərabər münasibət göstərməmişlər.  Xarici neft şirkətlərinin yerli işçiləri çox 

vaxt daha aşağı əmək haqqı almış və əmək müqaviləsi və ya tibbi təminat olmadan işləmişlər.  Xarici 

neft şirkətlərinin bəzi yerli işçiləri Əmək Məcəlləsinin tələblərinin pozulduğu barədə məlumat vermiş

iş saatlarından artıq işlədiklərinə görə ödəniş və yaxud məzuniyyət ala bilmədiklərini qeyd etmişlər. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyi tərəfindən iş şəraitinin yoxlanması 

z

əif və səmərəsiz olmuşdur.  Nazirliyin 267 əmək müfəttişi iş sahələrini monitorinq etmək üçün 



yet

ərli olmamışdır, pozuntulara görə nadir hallarda cəzalar tətbiq edilmişdir. Qanunla səhiyyə və 

t

əhlükəsizlik standartları müəyyən edilmiş olsa da, işəgötürənlər əksər hallarda buna məhəl 



qoymamışlar.  Tikinti və neft-qaz sektorlarında məqbul iş şəraitinin pozulması halları problem olaraq 

qalmışdır 2015-ci ilin dekabrında  Xəzər dənizində neft yatağının dərin dəniz özülündə qaz xəttində 

baş vermiş partlayışın səbəb olduğu və bir neçə həftə davam etmiş yanğın nəticəsində ümumilikdə 

31 n


əfər neftçi həyatını itirmişdir. Baş Prokurorluq cinayət işi açmış, lakin gəldiyi nəticələri 

ictimaiyy

ətə açıqlamamışdır. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) dövlət neft şirkətinin 

r

əhbərlərinin istehsalı davam etmək xətrinə  təhlükəsizliklə bağlı qanunvericilik tələblərini pozduğunu 



v

ə işçilərin platformanı tərk etməyə çalışdıqları zaman xilasedici jiletlərə malik olmadıqlarını 

bildirmişdir. İtkin düşmüş neftçilərin ailələri qəzadan sonra məlumat əldə etməyə çalışarkən dövlət 

m

əmurlarının onlarla pis rəftar etmələrindən şikayətlənmişlər. Baş nazir Artur Rəsizadənin rəhbərlik 



etdiyi xüsusi komissiyaya q

əzanı araşdırmaq tapşırılıb. Komissiyanın hesabatı Prezident 

Administrasiyasına təqdim olunsa da, ictimaiyyətə açıqlanmayıb. 

Dekabrın 15-də güclü küləklər neft əməliyyatları ilə bağlı olan estakadanın bir hissəsini uçurmuş, 

n

əticədə 10 işçi həyatını itrmişdir. NHMT infrastrukturun köhnə olduğunu və lazımi şəkildə təmir 



olunmadığını bəyan etmişdir. 

İl ərzində "Azərbaycan Hava Yolları" şirkətinin işçilərinin daha az maaşla daha uzun saatlar ərzində 

işləməyə məcbur edilməsi ilə bağlı məlumatlar yayılmışdır. Bununla yanaşı, təyyarə ekipajlarından 

istirah


ət üçün otel otaqları əvəzinə, təyyarənin göyərtəsində qalmalarının tələb olunduğu ilə bağlı 

m

əlumatlar olmuşdur. 



AHİK, Rusiya və Gürcüstandan olan əməkçi miqrantların hüquqlarının müdafiəsi və iş şəraitinin 

t

əhlükəsizliyinin təmin olunması istiqamətində Rusiya və Gürcüstanın dövlət orqanları ilə yaxşı 



əməkdaşlıq etdiyini bildirmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Daxili İşlər Nazirliyi 

t

ərəfindən təhlükəli sektorlarda və qeyri-rəsmi sahələrdə çalışan digər işçilərin əmək hüquqlarının 



monitorinq edildiyi bar

ədə məlumat verilmişdir.  İşçilər özlərini onların sağlamlığına və yaxud 



t

əhlükəsizliyinə təhlükə yaradan vəziyyətlərdən kənarlaşdıra bilərlər, lakin bunu etdikləri halda 



onların məşğulluğunun hüquqi təminatı yoxdur. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin