Bunu apa tv-nin "Öncə sağlıq" proqramında dermatoveneroloq, uzman doktor Firayya Məmmədova deyib



Yüklə 34 Kb.
tarix25.01.2017
ölçüsü34 Kb.
#6440
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında dermatoveneroloq, uzman doktor Firayya Məmmədova deyib.
“İstər bəd, istərsə də xoşxassəli dəri törəmələrinə hər yaşda rast gəlmək mümkündür. ”
Xallar normal rəngində, normal sərhədindərisə, illərlə böyüməyibsə, bu xallar qorxulu sayılmır.
Şübhəli sayılacaq hallar xalda yeni rənglərin əmələ gəlməsi, ya da rənginin itməsi, xalın sərhədində nahamarlıq yaranması, üzərində girinti-çıxıntı yaranması, sızanaq yaranması, qanaması bunlar hamısı diqqətlə yanaşmağa əsas olan əlamətlərdir.

Bədxassəli xallar barədə danışan

Xalların bir növü olan malin melonomlar

Bu, dünyada xərçəng tipləri içərisində 6-cı yerdə dayanır.

Daha riskli, daha aqressiv gedişata malikdirlər.
Onun sözlərinə görə, bu tip xallar 70-80 faiz hallarda sağlam dəridə əmələ gəlir.
20-30 faiz isə mövcud olan xallar üzərində meydana gəlirlər.
Biz bunu bədənimizdə olan melonisit hüceyrələrin atipik, yəni anormal olaraq çoxalması kimi qəbul edirik.
Uşaqlıqdan daha çox Günəş şüasına məruz qalanlar, Günəş yanıqları keçirənlər, bədəndə xalların sayının daha çox olması risk faktorunu artırır.
Onun sözlərinə görə, bədəndə xallarını sayının 50-dən çox olması risk faktorunu artıran, 100-dən çox olması malin melonom riskini normal insanlarla müqayisədə 10 dəfə daha çox artırır.
Həkim bildirib kİ. burada ən önəmli faktorlardan biri irsi faktordur. Məsələn, ailədə bir şəxs malin melonom diaqnozu qoyulursa, bu zaman ailənin digər fərdlərinin də diqqətdə saxlanması lazımdır.
Daha çox qırx yaşdan sonra, ağ dərili insanlarda rast gəlinir.
Onun sözlərinə görə, xalların vaxtında ilkin müayinəsi çox önəmlidir.
Bədxassəli xallar bəzən mütəxəssisləri belə çaşdıra bilir. Onlar çox zaman ekzemalar, göbələklər kimi görünə bilir.
Şübhə yaranan kimi xallardan biopsiya nümunələrinin götürülməsi çox önəmlidir. Təəssüf ki, bizdə illərdir formalaşan bir fikir var ki, xala toxunulmaz.
Xallardan biopsiya alınması, yaxud da onların çıxarılması nə onların yayılmasına, nə də daha pis bir vəziyyət yaranmasına gətirib çıxarmaz.
Ümumiyyətlə, bu gün xalla bağlı hər hansı şübhə varsa, onun çıxarılması məqsədəuyğun sayılır.

Mütəxəssis də deyib ki, bəd xassəli xallar, dəri törəmələri daha çox bədinin burun, alın, qulaq, dodaq bölgəsində rast gəlinir. Ən çox Günəş görən bölgələrdə görülür. Amma təbii kİ, onlar növlərinə görə yerlərini dəyişirlər.


Daha çox ultrabənövşəyi şüaların təsiri altında dərinin qoruma funksiyası pozulur və bədxassəli törəmələrin əmələ gəlməsi prosesi başlanır. Mütəxəssis deyib ki, bu problemlərin yaranmasında irsi faktor və insanın çalışdığı mühitin də rolu var. Uzun zaman kimyəvi maddələrlə təmasda olan, şüalanmaya, radiasiyaya məruz qalan. Zəhərli qazlarla təmasda olan insanlarda rast gəlinmə faizi daha çoxdur.
Daha çox dərinin zədələndiyi, daha zəif olduğu nöqtələrdə rast gəlinir.
Mütəxəssis onu da deyib kİ, bədxassəli xallar, dəri törəmələri yara olduğu zamanlarda ağrı verməyə başlayırlar.

Xəstələr ən çox qanama, yara olduğu dönəmlərdə həlimə müraciət edirlər. Yəni hər hansı şübhə yoxdursa, xüsusi bir əlamət qeydə alınmyaıvbsa xalları müayiə üçün çox nadir hallarda həkimə müraciətlər olur.


Onun sözlərinə görə, hamiləlik zamanı, ondan sonra, artlq çıkidən sonra xalların görünüşünün, rənginin, strukturunun dəyişməsi mümkündür və bu, hormonal dəyişikliklər dərinin dartılması sayəsində baş verir.
Xalların solyaridən qorunması
Epillyasiya, pilinqlər zamanı xalın qorunması mümkündür, xanımlar adətən qoruyurlar. Amma süni Günəş vannalarında özlərini qorumurlar. Yaxı olar ki, etməsinlər, biz məsləhət görmürük. Soltyari həm dərinin yaşlanması, həm də malin melonom yaranması riskini artırır.
Qoruyucu kremlər. 50 faktor qoruyuculuğu olan kremlərdən istifadəni tövsiyə edib. İlin bütün fəsillərində evdən çıxandan vurmaq lazımdır.
Günəş şüaları ilə, işıqla, kompüterlə təmasda olan şəxslər mütləq qoruyucu kremlərdən istifadə etməlidirlər.
Ziyillər - popillomaların da təhlükəli növləri var.
Əllərdə, ayaqlarda olan ziyillərin çoxu qorxulu deyil. Ziyil virusdur və yayılması mümkündür. Ailədə, kollektivlərdə, uşaqlar arasında bağçada, məktəbdə popilloma virusu geniş yayıla bilir.
İmmun sistemi zəifləyən kimi virus yayılır. Normallaşan kimi öz-özünə gedir. Artım varsa, mütləq həkimə müraciət olunmalıdır. Çox asan bir müalicə ilə sağalma olur.
Yüklə 34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin