Bulud texnologiyası



Yüklə 36 Kb.
tarix16.12.2023
ölçüsü36 Kb.
#181128
Bulud texnologiyası

Bulud texnologiyası


Bilindiyi kimi artıq böyük fayl ölçüləriylə əməliyyatlar edirik, gərək iş ortamımızda gərəksə normal həyatımızda bir çox video, şəkil və s kimi bir çox məlumatları noutbukumuzda, telefonumuzda, kompüterimizdə depolayırıq. Ancaq yeri gəlir istifadə cihazların tutumları artıq çatmır. Buradakı vəziyyətdə imdadımıza Cloud yəni Bulud texnologiyası yetişir. 
Bulud texnologiyasının əsası
Bulud texnologiyası üzrə hesablama fikrinin əsasları 1950-ci illərdə qoyulmuşdur. İnternet nəhənglərindən biri olan Amazon, data mərkəzlərini modernləşdirdi. İlk real bulud hesablama xidməti olan Amazon bulud hesablamasının inkişafında əsas rol oynadı. Bu isə S3-ün 2006-cı ildə xidmətə girməsinə imkan yaratdı. 2008-ci ilin ortalarında Gartner (Konsaltinq və Tədqiqat Şirkəti) bulud hesablama sənayesində istifadəçilər və təchizatçılar arasındakı münasibətləri dəyişdirmək potensialına malik olduğunu dedi. 2008-ci ildən indiki dövrə qədər dünyada geniş bir şəkildə istifadə olunmağa başladı. Son illər ölkəmizdə geniş yayılan bu texnologiya sürətlə inkişaf etməyə davam edir.
Bugünkü texnologiyada istifadəçilər gündən-günə daha çox şəxsi məlumat və data saxlamaq istədikləri üçün hostinq tutumu böyük problemlər yaradır. Bununla birlikdə cihazların xüsusiyyətləri və yaddaş tutumu kimi imkanları artır. Texnologiyaların və kompüterlərin, noutbukların, netbukların və portativ ağıllı cihazların artması ilə qiymətlər mütənasib olaraq artır. Bütün bu problemlərin həlli olaraq ortaya Bulud Texnologiyaları çıxır. İnternet üzərindən proqram təminatı, data saxlama xidməti və emal qabiliyyəti olaraq təyin olunur. Ən aşağı tutumlu cihazla belə, istənilən yerdən hər cür data və şəxsi məlumat əldə etmək imkanı yaradır. Bütün bu əməliyyatlar üçün bir rəqəmsal şəbəkə vasitəsilə çox sayda server bağlantısı edir.
SaaS (Software as a Service) proqramı bir xidmət olaraq təqdim etmək
PaaS (Platform as a Service) platforma xidməti
IaaS (Infrastructure as a Service) server infrastrukturu xidməti
Bulud texnologiyası şirkətlər, universitetlər və eləcə də böyük təşkilatlar tərəfindən qurulur və paylaşılır. Bu texnologiyadan istifadə fərdi kompüterlərin yükünü azaldır. Müxtəlif proqramlar bulud serveri tərəfindən təmin edilir. Adətən, istifadəçilər kompüterlərinə proqramları yükləmək və quraşdırmaq istəmirlər. Bütün emal və saxlama bulud sistemi tərəfindən təmin edilir. İnternetdə saxladığımız bütün tətbiqlər, proqramlar və məlumatlar virtual bir maşında olur. Yəni ən çox istifadə edilən buludda saxlanılır.
Bu gün fərdi və ya korporativ olmasından asılı olmayaraq hər bir istifadəçi və şirkət bulud texnologiyasından faydalanır. Bulud texnologiyası, xüsusən də aktiv internet istifadəçiləri üçün zəruri hala çevrilib. Bulud texnologiyası sayəsində yaddaş, proqram təminatı, hesablama xidmətləri, vəziyyətin bərpası və istifadəçilər arasında məlumat mübadiləsi kimi bir çox xidmətlər virtual olaraq internet üzərindən həyata keçirilir. Yalnız fərdlər arasında deyil, həm də qurumlar arasında çox tez-tez istifadə olunur. Səhiyyə müəssisələrindən tutmuş təhlükəsizlik şirkətlərinə qədər hər bir qurum iş yerlərini təkmilləşdirmək və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərmək üçün bulud texnologiyasından istifadə edir.
Bulud texnologiyası xidmətləri hər biri müştərilərə müxtəlif səviyyələrdə dəstək və çeviklik təklif edən üç əsas modeldə mövcuddur. Üçü arasında bəzi üst-üstə düşmələr də var, ona görə də bu 3 nümunə bir az çaşqınlıq yarada bilər.
Bu xidmətlər bəzən "bulud hesablama yığını" kimi tanınır , çünki onlar tez-tez bir-birinin üstündə qurulur. Hər birinin nə olduğunu və necə işlədiyini bilmək sizə hansı xidmətin ehtiyaclarınıza və tələblərinizə ən uyğun ola biləcəyi barədə daha aydın fikir verəcəkdir.
1. İnfrastruktur xidmət kimi (IaaS)Bir Xidmət olaraq İnfrastruktur (IaaS) bulud texnologiyanızın tətbiqini dəstəkləyən xidmət modelidir. IaaS provayderi vasitəsilə siz kompüterlər (virtual və ya xüsusi aparat), şəbəkə və yaddaş da daxil olmaqla internet üzərindən əsas İT resurslarına tələb üzrə çıxış əldə edirsiniz.
IaaS biznesinizin emal və saxlama ehtiyaclarını ödəmək üçün miqyaslana bilən çevik, qabaqcıl aparat resursuna çıxışı təmin edir. Siz idarəetmə və texniki xidmət məsuliyyətindən asılı olmayaraq biznesinizin proqramlarını, proqram təminatını və platformalarını təmin etmək üçün bu infrastrukturdan istifadə edirsiniz.
2. Xidmət kimi proqram təminatı (SaaS)Xidmət kimi proqram (SaaS) sizə xidmət təminatçısı tərəfindən idarə olunan və idarə olunan tam proqram məhsuluna giriş imkanı verən bulud xidməti modelidir. SaaS həllərinin əksəriyyəti son istifadəçi proqramlarıdır.
İstifadəçilər istəyə görə bu proqramlara hər hansı proqram təminatı yükləmək və ya saxlamağa ehtiyac olmadan internet üzərindən daxil ola bilərlər. SaaS bulud texnologiyası biznes və ümumi istifadəçilər arasında populyardır, çünki onu qəbul etmək ümumiyyətlə asandır. O, həmçinin istənilən cihazdan əldə edilə bilər və adətən seçmək üçün bir sıra ödənişli və ya pulsuz seçimlər təklif edir.SaaS tətbiqinə misal olaraq istənilən veb-əsaslı poçt xidməti göstərmək olar. Adobe Creative Cloud xidmətləri SaaS-in başqa bir nümunəsidir. Bu tip modellə istifadəçi yalnız qarşılıqlı əlaqə yaratmaq üçün seçdiyi interfeysdən istifadə edir.
3. Platforma Xidmət kimi (PaaS)Xidmət kimi platforma (PaaS) bir xidmət təminatçısı vasitəsilə vahid aparat və proqram vasitələrinə daxil olduğunuz bulud xidməti modelidir. PaaS ən çox proqramların inkişafı üçün istifadə olunur.
PaaS provayderi sizə proqramların inkişafı üçün tələb olunan vahid bulud infrastrukturuna (verilənlər bazası, ara proqram, əməliyyat sistemləri, serverlər) onun idarə edilməsinin əsas mürəkkəbliyi olmadan daxil olmaq imkanı verir. Bu, daha səmərəli olmağa imkan verir. İnfrastrukturun qurulmasına və konfiqurasiyasına vaxt sərf etmək əvəzinə, diqqətinizi yalnız proqramların hazırlanmasına, işə salınmasına və idarə olunmasına yönəldə bilərsiniz.
Bulud texnologiyasının ən böyük üstünlüyü ondan ibarətdir ki, məlumatlarınızı heç bir diskə ehtiyac duymadan saxlaya və istədiyiniz zaman istənilən cihazdan onlara daxil ola bilərsiniz. Böyük sənədlərinizin telefonunuzda və ya kompüterinizdə çox yer tutmasından narahat olmaq lazım deyil. Siz sadəcə e-poçt ünvanınızı və parolunuzu daxil etməklə fotoşəkillərinizə, videolarınıza və bir çox digər məlumatlara dərhal digər cihazlarda daxil ola bilərsiniz. Digər bir üstünlük bulud texnologiyasının heç bir quraşdırma tələb etməməsidir. Adətən, bu proqramlar mobil cihazlarınızda əvvəlcədən quraşdırılmış şəkildə gəlir. Yoxdursa, onu Google Play və ya AppStore-dan asanlıqla endirə bilərsiniz. Beləliklə, heç bir qurumla əlaqə saxlamadan bulud texnologiyasından istifadə edə bilərsiniz. Korporativ şirkətlər tərəfindən bulud texnologiyasından istifadə onları böyük xərclərdən xilas edə bilər. Beləliklə, şirkətlər proqram təminatının quraşdırılması və ya məlumat mərkəzinin yaradılması kimi fəaliyyətlər üçün əlavə pul ödəməli deyillər. Bundan əlavə, məlumatlarınızın ehtiyat nüsxəsi bulud texnologiyasında saxlanılır. Bu şəkildə telefonunuza və ya kompüterinizə bir şey olarsa, məlumatlarınızı itirməyəcəksiniz. Bu baxımdan bulud texnologiyasının təhlükəsizliyi artırdığını deyə bilərik.
Bulud texnologiyası həmçinin məlumatlarınızı potensial təhlükələrdən qoruyur. Siz həmçinin fayllarınızı istədiyiniz hər kəslə paylaşa bilərsiniz. Sizin icazəniz olmadan heç kim fayllarınıza daxil ola bilməz. İnternet bağlantınız olsa belə, məlumatlarınıza və hesablama resurslarınıza istədiyiniz zaman və hər yerdə daxil ola bilərsiniz. Bulud texnologiyası HDD-lərdən daha çox yaddaş sahəsi təmin edir. Bulud texnologiyasının bəlkə də yeganə dezavantajı odur ki, məlumatlarınıza yalnız internet olduqda daxil ola bilərsiniz. Çünki məlumatlarınız internetdə virtual yaddaş tərəfindən qorunur. Bu səbəbdən, olduğunuz yerdə internet bağlantınız yoxdursa, məlumatlarınıza daxil ola bilməzsiniz.
Bulud texnologiyasının inkişaf modelləri
4 fərqli növə rast gələn bu texnologiya müxtəlif sahələrdə və fərqli yollarla istifadəyə imkan verir.
1. İctimai Bulud:
İnternet serverləri ilə quraşdırılmış bir bulud texnologiyasıdır. Kiçik və orta şirkətlərdə istifadə etdiyiniz qədər ödənilən bu modelin bir nümunəsi elektron poçtdur.
2. Şəxsi Bulud:
Məlumatları vacib olan böyük şirkətlər tərəfindən seçilən bir bulud texnologiyasıdır. Bütün data qurucunun əlindədir. Giriş təhlükəsizliyi və məxfiliyi yüksəkdir. Microsoft bunu Hyper-V və System Center Product Family köməyi ilə təmin edir.
3. Hibrid Bulud:
Bu ictimai və özəl buludun birləşməsindən yaranan bulud texnologiyasıdır.
4. İcma Bulutu:
Bir neçə şirkətlə paylaşılan xidmətlərə ev sahibliyi edən bulud texnologiyası. İcma üzvlərinin ərizə və məlumatlara çıxışı var.
Bulud texnologiyasının üstünlükləri
► Bulud hesablama sistemləri API ilə sürətli istifadə rahatlığın təmin edir.
► Daha çox saxlama seçimləri, sürətli data ötürülməsi və maliyyət qənaəti kimi bir sıra imkanları təmin edir.
► Gündən-günə artan datanın arxivləşdirilməsi, avtorizasiya və istifadəçilərin monitorinqi kimi məsələlərin yaratdığı infrastruktur qarışıqlığı yox olur.
►Cloud texnologiyası proqramı, veb brauzerlər vasitəsilə işlədiyi üçün kompüter, planşet, ağıllı telefon və Smart TV istifadə edərək platforma asılılığından qoruyur.
► Buludlu proqram xidmətləri göstərən serverlər əsas kompüterdən daha təhlükəsizdir, çünki datanın saxlanıldığı serverlərdə 24/7 təhlükəsizlik tədbirləri görürlər.
Qısaca olaraq bulud hesablama çox ucuz bir şəkildə heç bir quraşdırılmaya ehtiyac olmadan hər yerdə işləməyi dəstəkləyən xidmətdir.
Bulud texnologiyasının çatışmazlıqları
► Bulud texnologiyası xidmətindən istifadə etməklə datanın saxlanması, istifadəçini riskə atmaq informasiya təhlükəsizliyi və istifadəçi məxfiliyini təmin edə bilməz. Zəifliklər olduqca yüksəkdir.
► Ölkələrin iqtisadi vəziyyətinə görə rəqəmsal bölünməni artıracaq bu da beynəlxalq siyasi və iqtisadi problemlər yaradacaq
Ən vacib problem, saxlanılan dataya daxil olmaq üçün bir internet bağlantısının tələb olunmasıdır. Başqa sözlə, internet olmadığı hallarda məlumatlarımıza daxil olmaq mümkün deyil. İnternetdən asılı olaraq, aşağı sürətli internetiniz varsa, data mübadiləsi sürətiniz daha yavaş olacaq.
► Son çatışmazlıqlardan biri də xidmətlərin inkişafı ilə aparat və proqram təminatı və təmir xərcləri azalacaqdır. Nəticədə bu işi həyata keçirən İnformasiya Texnologiyaları (İT) mütəxəssislərinin iş sahələrinin daralmasına səbəb olacaqdır.
Big Data və bulud texnologiyasının əlaqəsi

Big Data, zamanla əldə edilmiş, strukturlaşdırılmış , qurulmamış yəni hələ işlənməmiş və şərti metod və ya alətlərlə təmin edilməmiş datadır. Bir sözlə, deyə bilərik ki, bu kompüterin işləyə bilmədiyi data deməkdir. Datanın 90% -i son bir neçə ildə istehsal edilmişdir. Data mobil cihazlarımızda, proqram qeydlərimizdə, kameralarımızda, mikrofonlarımızda, sosial media hesablarımızda işlənir. İnternetdəki bütün hərəkətlərimiz informasiya axınında işlənir. Demək olar ki, bütün hərəkətlər qısa müddət ərzində data axını olaraq serverlərə yönəldilir. Bulud hesablama imkanları saxlama və hesablama güc məhdudiyyətlərini aradan qaldırması, Big Datanın önünün açılmasına kömək etdi. Son illərdə, data ölçü, müxtəliflik və mürəkkəblilik baxımından böyüyür və böyüməyə davam edir. Bu isə Big Data üçün bir problemdir. Bulud texnologiyası bu problemin həllin tapmağa imkan yaratdı.


Bulud texnologiyası ilə xidmət verən platformalar

• Dropbox


Google Drive
• OneDrive
• SkyDrive
• Cloud
• Yandex.Disk
• TTNET Bulut
• Ubuntu One
• Box
• Və başqaları.


Ədəbiyyat siyahısı
1. М.С.Хялилов Информатика. Бакы 2003
2. М.С.Хялилов, А.И.Гурбанов Информатика. Бакы 2004
3. Шеннон К. Работы по статистической теории связи. М. 1960
4. Джой Крейнак, Д.Хебрейкин. Интернет –энциклопедия М.2000.
5. А.М.Яглом, И.М.Яглом. Вероятность и информация М. 1973 6
. О.А.Гаврилов Курс правовой информатики М.2000
Yüklə 36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin