Bulud Texnologiyası və Virtuallaşma İmtahan Cavabları Sual 1: Virtuallaşdırma haqqında umumi məlumat verin


)Hökümət buludu və hökümət buludunun fəaliyyətinin təşkili prosesi haqqında məlumat verin



Yüklə 66,23 Kb.
səhifə14/29
tarix13.11.2022
ölçüsü66,23 Kb.
#68821
1   ...   10   11   12   13   14   15   16   17   ...   29
Bulud Texnologiyası - imtahan cavabları kopyası

28)Hökümət buludu və hökümət buludunun fəaliyyətinin təşkili prosesi haqqında məlumat verin .Azərbaycan Respublikasında “Hökumət buludu”na ümumi baxış beynəlxalq təcrübəyə əsaslanır.“Hökumət buludu”nun yaradılması dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturun qurulması və standartların formalaşdırılması tədbirlərinin əlaqələndirilməsinə, dövlət idarəçiliyində informasiya sistemlərinin yaradılması və saxlanılması xərclərinin azaldılmasına, dövlət orqanları üçün mərkəzləşdirilmiş, təhlükəsiz, dayanıqlı infrastruktur yaradılmasına xidmət edəcəkdir dövlət sektorunda mövcud olan İKT texniki-proqram resurslarından səmərəli istifadənin və onların saxlanılmasının effektiv təşkili, bu fəaliyyətə xərclərin azaldılması yolu ilə bu sistemlərin məhsuldarlığının artırılması, onlardan istifadənin genişləndirilməsi və yeni xidmətlərin tətbiqi təmin ediləcəkdir.Yaradılacaq şərait və infrastruktur nəticəsində dövlət orqanları tələbata uyğun, dövlət satınalmaları qaydaları əsasında münasib qiymətlərlə istismar riskləri azaldılmış xidmətlər əldə edə biləcəklər. Bu da öz növbəsində “Elektron hökumət”in inkişafına, dövlət idarəçiliyində İKT-dən istifadə səmərəliliyinin yüksəlməsinə, dövlət, vətəndaş və biznes arasında elektron əlaqələrin mökəmləndirilməsinə və “Elektron hökumət”in inkişafında növbəti mərhələ olaraq “rəqəmsal hökumət”ə keçidə təkan verəcəkdir.Hökumət buludu”nun fəaliyyətinin təşkilini “Hökumət buludu”nun operatoru təmin edəcəkdir. Operator “Hökumət buludu”nun yaradılması, infrastrukturunun qurulması, xidmətlərin təşkili, dövlət orqanlarının informasiya sistemlərinin bu platformaya keçidi, dövlət informasiya ehtiyatlarının və sistemlərinin Data Mərkəzində saxlanılmasının effektiv təşkili, habelə dövlət informasiya sistemlərinin inventarizasiyası və ekspertizası ilə bağlı tədbirlər görəcəkdir.“

29)Hökümət buludu və hökümət buludunun tətbiqi haqqında izah verin. Hökumət buludu”nun yaradılması üçün ölkədə TIER III səviyyəsində istismara verilmiş Data Mərkəzinin infrastrukturundan istifadə ediləcəkdir. “Hökumət buludu”nun tətbiqi dövlət qurumlarının “öz aktivlərindən istifadə” yanaşmasının – hər bir qurumun özünün texniki-proqram infrastrukturu qurması, onu saxlaması, mütəmadi yeniləməsi kimi fəaliyyətinin “özünəxidmət” yanaşması ilə, yəni əsaslı qoyuluşlar etmədən tələb olunan texniki-proqram ehtiyaclarının xidmət şəklində ödənilməsi ilə əvəz olunmasına gətirib çıxaracaqdır. Yeni yanaşma informasiya sistemlərinin fəaliyyətinin təşkilinə, xidmətlər göstərilməsinə və informasiya texnologiyaları təminatının həyat dövrünə də təsir edəcəkdir. “Bulud” xidmətlərinin fövqəladə hallar zamanı coğrafi baxımdan alternativliyin təmin olunması məqsədilə Data Mərkəzinin ehtiyat mərkəzi yaradılacaqdır.Bunun üçün əvvəlcə “Hökumət buludu”nun operatoru “Hökumət buludu”nun arxitekturasını tərtib edəcək və həmin arxitektura üzərində Data Mərkəzində “Hökumət buludu”nun fəaliyyətinə başlanılacaqdır.Tərtib olunacaq “Hökumət buludu”na Keçid Planına uyğun olaraq “Hökumət buludu”nun operatoru dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçidi ilə bağlı tədbirlər görəcəkdir. Data Mərkəzinin infrastrukturunda dövlət qurumlarının “Hökumət buludu”na keçidi və “bulud” xidmətlərindən istifadə “Tələbat-Təminat-İdarəçilik” (TTİ) dəyər zəncirində təşkil olunacaqdır:Tələbat-"Hökumət buludu"ndan istifadə edəcək dövlət informasiya sistemlərinin və ehtiyatlarının müəyyənləşdirilməsi və tələbatın mütəmadi olaraq qiymətləndirilməsi.Təminat-Ehtiyacların tələbata uyğun "bulud" xidmət modellərində təmin edilməsi və keyfiyyətli xidmətgöstərilməsi

Yüklə 66,23 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin