Büdcə xərclərinin funksional təsnifatı


"SƏNAYE, TİKİNTİ VƏ FAYDALI QAZINTILAR"



Yüklə 442,1 Kb.
səhifə5/5
tarix25.11.2016
ölçüsü442,1 Kb.
#53
1   2   3   4   5

11.0.0. "SƏNAYE, TİKİNTİ VƏ FAYDALI QAZINTILAR" bölməsi "11.1.0. Sənaye", "11.2.0. Tikinti", "11.3.0. Faydalı qazıntılar", "11.4.0. Geodeziya və xəritəçəkmə" və "11.5.0. Təcrübə və tətbiqi tədqiqatlar" köməkçi bölmələrindən ibarətdir.

11.1.0. "Sənaye" köməkçi bölməsi "11.1.1. Emal sənayesi" və "11.1.2. Sair sənaye müəssisələri" paraqraflarından ibarətdir.

11.1.1. "Emal sənayesi" paraqrafına emal sənayesinin inkişafı, genişləndirilməsi və ya təkmilləşdirilməsi, emal sənayesi müəssisələrinin tikintisinə və istismarına nəzarət və bu məsələlərin tənzimlənməsi, hazır sənaye məhsullarının istehsalı ilə bağlı xidmətlərlə məşğul olan istehsalçılar assosiasiyaları ilə və digər təşkilatlarla əlaqələrin təmin edilməsi, emal sənayesi müəssisələrinin istehsal sahələrinin təhlükəsizlik texnikası qaydalarının təftişi, istehlakçının təhlükəli məhsullardan qorunması, emal sənayesi və bu sahənin

məhsulları haqqında məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və məlumatların toplanması, emal sənayesinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.



11.1.2. "Sair sənaye müəssisələri" paraqrafına 11.1.1-ci paraqrafda öz əksini tapmayan tədbirlərlə bağlı xərclər daxildir.

11.2.0. "Tikinti" köməkçi bölməsi "11.2.1. Tikinti" və "11.2.2. Sair tikinti" paraqraflarından ibarətdir.

11.2.1."Tikinti" paraqrafına tikinti sənayesinə nəzarət, tikinti standartlarının işlənib hazırlanmasına və onlara riayət olunmasına nəzarət, tikinti ilə bağlı xidmətlər üzrə məlumatlann, texniki sənədlərin hazırlanması, yayılması və məlumatların yığılması, icarə hüququnu təsdiqləyən sənədlərin verilməsi, tikinti meydançalarının təhlükəsizlik texnikası qaydalarına cavab verməsinin təftişi ilə bağlı xərclər daxildir.

11.2.2. "Sair tikinti" paraqrafına tikintisinin davam etdirilməsi vacib olan və dövlət əhəmiyyətli yeni obyektlərin tikintisi, nəzərdə tutulan güclərin istifadəyə verilməsi ilə bağlı dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan xərclər, həmçinin 11.2.1-ci paraqrafda öz əksini tapmayan tədbirlərlə bağlı xərclər daxildir.
11.3.0. "Faydalı qazıntılar" köməkçi bölməsi "11.3.1. Mineral yanacaq istisna olmaqla mineral ehtiyatların hasilatı" və "11.3.2. Sair faydalı qazıntılar" paraqraflarından ibarətdir.

11.3.1. "Mineral yanacaq istisna olmaqla mineral ehtiyatların hasilatı" paraqrafına metal mineralların, qum, gil, daş, kimyəvi xammal və gübrələrin, duz, qiymətli daşlar, asbest, gips və s. hasilatı ilə bağlı xərclər, o cümlədən mədənçıxarma sənayesi və mineral ehtiyatların saxlanılması, kəşfiyyatı, işlənməsi və səmərəli istifadəsi, mineral ehtiyatların kəşfiyyatına, hasilatına və satışına nəzarətin tənzimlənməsi, lisenziyaların verilməsi, icarə müqavilələrinin

bağlanması, hasilatın tempinin tənzimlənməsi, şaxtaların təhlükəsizlik texnikası qaydalarına cavab verməsi baxımından təftişi, mədənçıxarma sənayesi və mineral ehtiyatlarla bağlı xidmətlər üzrə ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və məlumatların yığılması, mineral ehtiyatların hasilatı üzrə kommersiya fəaliyyətinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.



11.3.2. "Sair faydalı qazmtılar" paraqrafına 11.3.1-ci paraqrafda öz əksini tapmayan tədbirlərlə bağlı xərclər daxildir.
11.4.0. "Geodeziya və xəritəçəkmə" köməkçi bölməsində geodeziya axtarışlarının və xəritəçəkmə tədbirlərinin həyata keçirilməsi, onlara kömək göstərilməsi, bu siyasətin və proqramların həyata keçirilməsinə yardımla bağlı xərclər daxildir.
11.5.0. "Təcrübə və tətbiqi tədqiqatlar" köməkçi bölməsinə mədənçıxarma sənayesi, emal sənayesi, faydalı qazıntılar və tikinti ilə əlaqədar təcrübə və tətbiqi tədqiqatlar üzrə işləri həyata keçirən təşkilatların saxlanılması və onların idarə edilməsi, elmi tədqiqat institutları tərəfindən həyata keçirilən tətbiqi tədqiqatlara və təcrübi işlərə köməklik göstərilməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "11.5.1. Sənaye tikintisi və faydalı qazıntılar sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar" və "11.5.2. Digər təcrübə və tətbiqi tədqiqatlar" paraqraflarından ibarətdir.
12.0.0. "NƏQLİYYAT VƏ RABİTƏ" bölməsi "12.1.0. Nəqliyyat", "12.2.0. Rabitə" və "12.3.0. Nəqliyyat və rabitə sahələri üzrə təcrübə və tət-biqi tədqiqatlar" köməkçi bölmələrindən ibarətdir.
12.1.0. "Nəqliyyat" köməkçi bölməsi "12.1.1. Avtomobil yolları və avtomobil nəqliyyatı", "12.1.2. Su nəqliyyatı", "12.1.3. Dəmir yolu nəqliyyatı","12.1.4. Hava nəqliyyatı" və "12.1.5. Boru kəməri nəqliyyatı və digər nəq-liyyatlar" paraqraflarından ibarətdir.

12.1.1. "Avtomobil yolları və avtomobil nəqliyyatı" paraqrafına avtomobil nəqliyyatı sistemlərinin və müvafiq qurğuların (yollar, körpülər, tunellər, dayanacaqlar, avtovağzallar və s.) istismarı, istifadəsi, tikintisi, texniki xidməti və təmiri ilə bağlı işlər, avtomobil nəqliyyatı istifadəçilərinin fəaliyyətlərinə nəzarət və bu məsələlərin tənzimlənməsi (avtomobillərin qeydiyyatı və sürücülük vəsiqələrinin verilməsi, avtomobillərin texniki vəziyyətlərinin yoxlanılması, sərnişin və yük avtomobil nəqliyyatları üçün ölçülərin və yüklənmənin xüsusiyyətləri, şəhərlərarası avtobusların və yük avtomobillərinin sürücüləri üçün iş günü müddətinin müəyyən edilməsi və s.), avtomobil nəqliyyatı sistemlərinin işinə nəzarət və bu işin tənzimlənməsi (imtiyazların verilməsi, yükdaşımaların tariflərinin və sərnişin nəqliyyatında gediş haqlarının, nəqliyyatın hərəkət qrafiklərinin və intervallarının müəyyən edilməsi və s.), yolların tikinti işinə, texniki xidmətinə və təmirinə nəzarət və bu məsələlərin tənzimlənməsi ilə bağlı xərclər;

- avtomobil nəqliyyatının qeyri-kommersiya təyinatlı sistemlərinin və onlara aid edilən qurğuların tikintisi və istismarı ilə bağlı xərclər;

- magistrallar, şəhərdaxili yollar, küçələr, velosipedçilər və piyadalar üçün yolların tikintisi və istismarı ilə bağlı xərclər;

- avtomobil nəqliyyatı sistemlərinin işi və yol tikintisi haqqında ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və məlumatların yığılması ilə bağlı xərclər;

- avtomobil nəqliyyatı sistemlərinin və onlara aid edilən qurğuların istismarı, tikintisi, texniki xidməti və təmiri və ya təkmilləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı xərclər daxildir.

12.1.2. "Su nəqliyyatı" paraqrafına daxili, sahilyanı və dəniz su nəqliyyatı sistemləri və onlara aid edilən qurğuların (limanlar, naviqasiya vasitələri və avadanlıqları, kanallar, körpülər, tunellər, dalğaqıranlar, terminallar və s.) istismarı, tikintisi, texniki xidməti və təmiri üçün iş və xidmətlər ilə bağlı xərclər;

- su nəqliyyatı istifadəçilərinin fəaliyyətlərinə nəzarət və bu məsələlərin tənzimlənməsi (gəmilərin və komandaların qeydiyyatı, lisenziyalaşdırılması və təftişi, sərnişin və yüklərin təhlükəsizliyi qaydaları və s.), su nəqliyyatı sistemlərinin işinə nəzarət və bu işin tənzimlənməsi (imtiyazların verilməsi, yük və sərnişin daşımalarının tariflərinin, nəqliyyat vasitələrinin hərəkətlərinin vaxtı və reyslərin tezliyinin və s. fəaliyyətin müəyyən edilməsi), su nəqliyyatı qurğularının tikintisinə, texniki xidmətinə və təmirinə nəzarət və bu məsələlərin tənzimlənməsi ilə bağlı xərclər;

- su nəqliyyatının qeyri-kommersiya təyinatlı sistemlərinin və vasitələrinin (məsələn, bərələrin) tikintisi və ya istismarı ilə bağlı xərclər;

- radio və peyk naviqasiya sistemləri, qəza-xilasetmə xidməti və yedəyəalma xidmətləri ilə bağlı xərclər;

- su nəqliyyatı sistemlərinin işi və su nəqliyyatı qurğularının tikintisi haqqında ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və məlumatların yığılması ilə bağlı xərclər;

-su nəqliyyatı sistemlərinin və onlara aid edilən qurğuların istismarı, tikintisi, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı xərclər daxildir.



12.1.3. "Dəmir yolu nəqliyyatı" paraqrafına dəmir yolu nəqliyyatı sistemləri və onlara aid edilən qurğuların (dəmir yollan, vağzallar, tunellər, körpülər, dəmir yollarının salınması işləri və s.) istismarı, istifadəsi, tikintisi, texniki xidməti və təmiri ilə bağlı xərclər;

- dəmir yolu nəqliyyatı istifadəçilərinin fəaliyyətinə nəzarət və bu məsələlərin tənzimlənməsi (qatarların və dəmir yollarının vəziyyəti, sərnişinlərin

və yüklərin təhlükəsizliyi və s.), dəmir yolu nəqliyyatı sistemlərinin işinə nəzarət və bu işin tənzimlənməsi (imtiyazların verilməsi, yük və sərnişin daşımalarının tariflərinin, nəqliyyat vasitələrinin hərəkətlərinin vaxtı və reyslərin tezliyinin və s. müəyyən edilməsi), dəmir yollarının tikintisinə, texniki xidmətinə və təmirinə nəzarət və bu məsələlərin tənzimlənməsi ilə bağlı xərclər;

- dəmir yolu nəqliyyatının qeyri-kommersiya təyinatlı sistemlərinin və onlara aid edilən qurğuların tikintisi və ya istismarı ilə bağlı xərclər;

- uzaq məsafələrə şəhərlərarası dəmir yolu daşımaları, yüksək sürətli şəhərdaxili tranzit xidməti və tramvay şəbəkələri ilə əlaqədar dəmir yolu nəqliyyatı sistemlərinin, qatarların alınması, qatarlara texniki xidmət və onların təmiri ilə bağlı xərclər;

- dəmir yolu nəqliyyatı sistemlərinin işi və dəmir yollarının tikintisi barədə məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və məlumatların yığılması ilə bağlı xərclər;

- dəmir yolu nəqliyyatı sistemlərinin və onlara aid edilən qurğuların istismarı, tikintisi, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı xərclər daxildir.

12.1.4. "Hava nəqliyyatı" paraqrafına hava nəqliyyatı sistemləri və onlara aid edilən qurğuların (hava limanları, uçuş-enmə zolaqları, anbarlar, hava naviqasiya vasitələri və avadanlıqları, uçuşlara nəzarət vasitələri və s.) istismarı, istifadəsi, tikintisi, texniki xidməti, təmiri ilə bağlı xərclər;

- hava nəqliyyatı istifadəçilərinin fəaliyyətinə nəzarət və bu məsələlərin tənzimlənməsi (hava nəqliyyatı vasitələrinin, pilotların, ekipajların və yerdəki komandanlığın qeydiyyatı, sərnişinlərin təhlükəsizlik qaydaları, hava nəqliyyatında baş verən hadisələrin istintaqı və s.), hava nəqliyyatı sistemlərinin işinə nəzarət və bu işin tənzimlənməsi (istiqamətlərin bölüşdürülməsi, hava nəqliyyatı ilə yük və sərnişin daşımalarının tariflərinin, reyslərin tezliyinin və xidmətin səviyyəsinin və s. müəyyən edilməsi), hava nəqliyyatı qurğularının tikintisinə, texniki xidmətinə və təmirinə nəzarət və bu məsələlərin tənzimlənməsi ilə bağlı xərclər;

- hava nəqliyyatının qeyri-kommersiya təyinatlı xidmətlərinin və qurğularının tikintisi və ya istismarı ilə bağlı xərclər;

- radio və peyk naviqasiya vasitələri, qəza-xilasetmə xidmətləri, hava nəqliyyatı ilə müntəzəm və qeyri-müntəzəm yük və sərnişin daşımaları, ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilən uçuşların tənzimlənməsi və nəzarəti ilə bağlı xərclər;

- hava nəqliyyatı sistemlərinin işi və hava nəqliyyatına aid edilən qurğuların tikintisi haqqında ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması və yayılması ilə bağlı xərclər;

- hava nəqliyyatı sistemlərinin və onlara aid edilən qurğuların istismarı, tikintisi, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.



12.1.5. "Boru kəməri nəqliyyatı və digər nəqliyyatlar" paraqrafına boru kəmərləri və digər nəqliyyat sistemlərinin (funikulyorlar, kanat yolları, asma yollar və s.) istismarı, istifadəsi, tikintisi, texniki xidməti və təmiri ilə bağlı xərclər;

- boru kəmərləri və digər nəqliyyat sistemləri istifadəçilərinin fəaliyyətlərinə nəzarət və bu məsələlərin tənzimlənməsi (qeydiyyat, icazənin verilməsi, avadanlığın yoxlanılması, texniki təhlükəsizlik qaydaları və s.), boru kəmərləri və digər nəqliyyat sistemlərinin işinə nəzarət və bu işin tənzimlənməsi (imtiyazların verilməsi, xidmət tariflərinin, tezliyinin və səviyyəsinin və s. müəyyən edilməsi), boru kəmərlərinin və digər nəqliyyat sistemlərinin tikintisinə, texniki xidmətinə və təmirinə nəzarətlə bağlı xərclər;

- qeyri-kommersiya təyinatlı boru kəmərlərinin və digər nəqliyyat sistemlərinin tikintisi və ya istismarı ilə bağlı xərclər;

- boru kəmərlərinin və digər nəqliyyat sistemlərinin istismarı və tikintisi haqqında ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və məlumatların yığılması ilə bağlı xərclər;

- boru kəmərlərinin və digər nəqliyyat sistemlərinin istismarı, tikintisi, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.
12.2.0. "Rabitə" köməkçi bölməsinə rabitə sistemlərinin (poçt, telefon, teleqraf, simsiz və peyk rabitəsi sistemlərinin) tikintisi, genişləndirilməsi, təkmilləşdirilməsi, istismarı və texniki xidmətlə bağlı xərclər;

- rabitə sistemlərinin işinin tənzimlənməsi (imtiyazların, tezliklərin verilməsi, xidmət edilən bazarların, tariflərin və s. müəyyənləşdirilməsi) ilə bağlı xərclər;

- rabitə sahəsi ilə bağlı iş və xidmətlər üzrə məlumatların, texniki sənədlərin hazırlanması və yayılması ilə bağlı xərclər;

- rabitə sistemlərinin tikintisi, istismarı, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı xərclər daxildir.


12.3.0. "Nəqliyyat və rabitə sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar" köməkçi bölməsinə nəqliyyat və rabitə sahələrində təcrübə və tətbiqi tədqiqatlar üzrə işləri həyata keçirən təşkilatların saxlanılması və onların idarə edilməsi, elmi tədqiqat institutları tərəfindən həyata keçirilən tətbiqi tədqiqatlara və təcrübi işlərə köməklik göstərilməsi ilə bağlı xərclər daxildir.
13.0.0. "İQTİSADİ FƏALİYYƏT" bölməsi "13.1.0. İqtisadi və kommersiya fəaliyyəti", "13.2.0. İqtisadi fəaliyyətin digər növləri", "13.3.0. Çox-sahəli inkişaf layihələri" və "13.4.0. İqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar" köməkçi bölmələrindən ibarətdir.
13.1.0. "İqtisadi və kommersiya fəaliyyəti" köməkçi bölməsi "13.1.1. Ümumi iqtisadi və kommersiya fəaliyyəti" və "13.1.2. Digər fəaliyyət" paraqraflarından ibarətdir.

13.1.1. "Ümumi iqtisadi və kommersiya fəaliyyəti" paraqrafına müxtəlif dövlət idarələri və hökumətlə işgüzar dairələr arasında əlaqələrin təmin edilməsi, ümumi idxal və ixrac, əmtəə və qiymətli kağız bazarları, gəlirlərə ümumi nəzarət, ticarətin inkişafına yardımla bağlı ümumi məsələlər, inhisarların fəaliyyətinin, ticarətin və bazara daxilolma münasibətlərinin digər məhdudiyyətlərinin və s. tənzimlənməsi və ya onlara köməklik göstərilməsi, patentlərin və əmtəə nişanlarınm verilməsi, müəllif hüquqları ilə bağlı məsələlər, şirkətlərin qeydiyyatı, standartlar və s. fəaliyyətlə məşğul olan təşkilatların saxlanılması və onlara kömək göstərilməsi, bu siyasətin və proqramların həyata keçirilməsinə yardımla bağlı xərclər daxildir.

13.1.2. "Digər fəaliyyət" paraqrafına insan ehtiyatları sahəsində ümumi siyasətin işlənib hazırlanması və həyata keçirilməsi, əmək şərtlərinə (iş günün müddəti, əmək haqqının məbləği, təhlükəsizlik texnikası və s.) nəzarət və onların tənzimlənməsi, müxtəlif dövlət idarələri, hökumət və sənaye, sahibkarlar və həmkarlar ittifaqları təşkilatları arasında əlaqələrin təmin edilməsi ilə bağlı xərclər;

- insan ehtiyatlarının idarə olunmasının artırılması, cinsi, irqi, yaş və digər əlamətlərə görə ayn-seçkiliyin aradan qaldırılması, iqtisadi cəhətdən zəif inkişaf etmiş və ya əlverişsiz vəziyyətdə olan rayonlarda işsizliyin səviyyəsinin aşağı salınması, əhalinin məşğulluğuna yardım göstərilməsinə və s. yönəldilmiş ümumi proqram və planların idarə edilməsi və onlara kömək göstərilməsi, əmək birjalarının fəaliyyətinin təşkili, arbitraj və vasitəçilik xidmətlərinin idarə edilməsi və ya onlara kömək göstərilməsi ilə bağlı xərclər;

- insan ehtiyatlarına aid edilən məsələlər və xidmətlər üzrə məlumatların, texniki sənədlərin hazırlanması və yayılması ilə bağlı xərclər;

- insan ehtiyatları üzrə siyasətin və proqramların işlənib hazırlanması və onların həyata keçirilməsinə yardımla bağlı xərclər daxildir.


13.2.0. "İqtisadi fəaliyyətin digər sahələri" köməkçi bölməsi "13.2.1. Topdan və pərakəndə ticarət", "13.2.2. İctimai iaşə" və "13.2.3. Digər iqtisadi fəaliyyət" paraqraflarından ibarətdir.

13.2.1. "Topdan və pərakəndə ticarət" paraqrafına topdan və pərakəndə ticarətlə bağlı xərclər;

- topdan və pərakəndə ticarətə nəzarət və bu işin tənzimlənməsi (icazənin verilməsi, ticarət qaydaları, ev təsərrüfatları tərəfindən istehlak olunan qablaşdırılmış ərzaq və digər malların qeydiyyatı, tərəzilərin və digər çəkici qurğuların yoxlanılması və s.), malların anbarlarda saxlanılmasına nəzarət və bu işlərin tənzimlənməsi (icazənin (lisenziyaların) verilməsi və gömrük anbarlarının fəaliyyətinə nəzarət) ilə bağlı xərclər;

- daxil edilmiş əmtəələrdən və ya ehtimal edilən istehlakçıdan asılı olmayaraq pərakəndə və topdansatış səviyyəsində tətbiq edilən qiymətlərə və normalara nəzarət məsələlərinin idarə edilməsi ilə bağlı xərclər;

- qiymətlər, əmtəələrin mövcudluğu, pərakəndə və s. amilləri, həmçinin malların anbarlarda yığılıb saxlanılması barədə məlumatların hazırlanması, onların ticarət müəssisələri və ictimaiyyət arasında yayılması;

- topdan və pərakəndə satış ticarətinə, malların ambarlarda yığılıb saxlanılmasına köməklik göstərilməsi ilə bağlı xərclər daxildir.

13.2.2. "İctimai iaşə" paraqrafına ictimai iaşə müəssisələrinin (mehmanxanalar, restoranlar və s.) tikintisi, genişləndirilməsi, təmiri, istismarı və saxlanılması ilə bağlı xərclər;

- ictimai iaşə müəssisələrinin (mehmanxanalar, restoranlar və s.) fəaliyyətlərinə nəzarət və bu işlərin tənzimlənməsi (qiymətləri tənzimləyən qaydalar, sanitar normalan və xidmət qaydaları, mehmanxana və restoranların saxlanılması üçün icazənin (lisenziyaların) verilməsi və s.) ilə bağlı xərclər;

- ictimai iaşə müəssisələrinin (mehmanxanalar, restoranlar və s.) saxlanılması, iş və xidmətlər üzrə məlumatların, texniki sənədlərin hazırlanması, yayılması ilə bağlı xərclər;

- ictimai iaşə müəssisələrinin (mehmanxanalar, restoranlar və s.) tikintisi, istismarı, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı xərclər daxildir.



13.2.3. "Digər iqtisadi fəaliyyət" paraqrafına yenidənqurulma, genişləndirilmə, istismar və texniki xidmətlərlə bağlı geniş məqsədli inkişaf layihələrinin, iş və xidmətlər üzrə məlumatların, texniki sənədlərin hazırlanması və yayılması ilə bağlı xərclər daxildir.
13.3.0. "Çoxsahəli inkişaf layihələri" köməkçi bölməsi "13.3.1. Özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması", "13.3.2. Özəlləşdirmə ilə bağlı digər fəaliyyət", "13.3.3. İqtisadi islahatların həyata keçirilməsi", "13.3.4. Sahibkarlığın inkişafı ilə bağlı xərclər" və "13.3.5. Dövlət müəssisələrinə maliyyə yardımı" paraqraflarından ibarətdir.

13.3.1. "Özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması" paraqrafına özəlləşən müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması üçün ayrılan vəsait və onunla bağlı informasiya təminatı, xarici məsləhətçilərin xidmətlərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

13.3.2. "Özəlləşdirmə ilə bağlı digər fəaliyyət" paraqrafına özəlləşdirmədən sonra müəssisələrin sağlamlaşdırılması siyasətinin və proqramların işlənib hazırlanması və onların həyata keçirilməsinə yardımla bağlı xərclər daxildir.
13.4.0. "İqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar" köməkçi bölməsinə insan ehtiyatına aid olan məsələlər daxil olmaqla ümumi iqtisadi və kommersiya məsələləri ilə bağlı təcrübə və tətbiqi tədqiqat üzrə işləri həyata keçirən təşkilatların saxlanılması, onların idarə edilməsi, iqtisa-di və kommersiya məsələləri ilə bağlı həyata keçirilən tətbiqi tədqiqatlara və təcrübi işlərə kömək göstərilməsi xərcləri daxildir.
14.0.0. "ƏSAS BÖLMƏLƏRƏ AİD EDİLMƏYƏN XİDMƏTLƏR" bölməsi "14.1.0. Ehtiyat fondları", "14.2.0. Məqsədli büdcə fondları" və "14.3.0. Əsas bölmələrə aid edilməyən sair xərclər" köməkçi bölmələrindən ibarətdir.
14.1.0. "Ehtiyat fondları" köməkçi bölməsinə dövlət büdcəsində və Naxçıvan Muxtar Respublikasının büdcəsində ehtiyat fondları üçün nəzərdə tutulmuş vəsaitlər daxildir.
14.2.0. "Məqsədli büdcə fondları" köməkçi bölməsinə məqsədli büdcə fondlarının xərcləri daxildir.
14.3.0. "Əsas bölmələrə aid edilməyən sair xərclər" köməkçi bölməsi "14.3.1. Məhkəmələrin qərarlarına əsasən fiziki şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi", "14.3.2. Aztəminatlı şəxslərə, cinayət üzrə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardım göstərilməsi, cinayət prosesində iştirak edən şəxslər, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar zərərçəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin haqqının ödənilməsi ilə bağlı xərclər", "14.3.3. Müxtəlif xərclər", "14.3.4. Valyuta konvertasiyası üzrə xərclər""14.3.5. Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqinin müəyyən olunması ilə bağlı xərclər" paraqraflarından ibarətdir.
Yüklə 442,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin