Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi


Tapşırıq 3 – Monitorinq – çay və yağış monitorinqi və məlumatların əldə olunması



Yüklə 8,6 Mb.
səhifə6/10
tarix16.02.2017
ölçüsü8,6 Mb.
#8648
1   2   3   4   5   6   7   8   9   10

Tapşırıq 3 – Monitorinq – çay və yağış monitorinqi və məlumatların əldə olunması


Daşqınların Proqnozlaşdırılması və Erkən Xəbərdarlıq Sisteminin tətbiqi zamanı ən mühüm tapşırıqlardan biri monitorinq sisteminin müəyyən edilməsidir. Monitorinq şəbəkəsinin məqsədi aşağıdakılardır:

  • kifayət qədər qalıq vaxtla daşqın xəbərdarlığı verə bilmək üçün vacib məlumatları (meteoroloji və ya hidroloji) toplamaq.

  • real-vaxt rejimli və proqnozlaşdırma modellərinin ilkin şərtləri üçün məlumatlar toplamaq

  • Proqnozlaşdırma modellərinə assimilyasiya edilə biləcək məlumatları toplamaq

  • Gələcək qərarları əsaslandırmaq və EXS-i təkmilləşdirmək üçün məlumatlar bazası yaratmaq üçün və hövzə barədə biliyi artırmaq üçün məlumatların toplanması

Buna görə də, monitorinq şəbəkəsinin düzgün layihələndirilməsinə xüsusi diqqət yetirilməlidir. Beləliklə, bu Texniki Tapşırıq müəyyən edilməzdən öncə, üçün Hidrometriya üzrə Baş Beynəlxalq Ekspert tədqiqat ərazisinin təhlilini həyata keçirdi və ilkin şəbəkə layihəsi təklif etdi. Şəbəkənin mümkün gələcək vəzifələri də nəzərə alınmalı mühüm amildir. Bu halda, şəbəkənin çoxsaylı təyinatlarının olması (daşqınlar üzrə erkən xəbərdarlıq, quraqlıqlar üzrə xəbərdarlıq, inteqrasiyalı su idarəetməsi və s.) təklif edilir. Buna görə də təklif olunan şəbəkənin erkən xəbərdarlıq məqsədləri üçün münasibliyi müfəssəl təhlil edilməlidir.

Bununla belə, EXS çərçivəsində bu tapşırığın icrası zamanı görüləcək ilk tədbirlər institusional mexanizmlə bağlı tədbirlər, xüsusilə suyun idarə olunmasında, erkən xəbərdarlıq və fəlakətlərin idarə olunmasında iştirak edən bütün qurumların vəzifə və öhdəliklərinə dair təşkilati işlər olmalıdır. ETSN və FHN-in vəzifələri baxımından, bu xüsusilə önəmlidir.

İkinci mərhələdə, Hidrometriya Ekspertinin təklif etdiyi şəbəkə tam təhlil olunmalı, o cümlədən mövcud şəbəkə imkanları və EXS tələblərinə cavab vermək üçün şəbəkənin genişləndirilməsi tələbləri gözdən keçirilməlidir. İlkin yanaşma kimi, mövcud şəbəkə və təklif olunan şəbəkə bu Texniki Tapşırıqda təhlil ediləcək. Daha müfəssəl təhlil isə növbəti mərhələlərdə həyata keçirilməlidir. Yaxın gələcəkdə məlumatların toplanması və modelləşdirmə ilə bağlı müxtəlif tapşırıqların icrasından tədqiqat ərazisi ilə bağlı daha ətraflı məlumatlar əldə edildikdə, bu təhlil daha geniş aparılacaq. Həmçinin, təklif olunan şəbəkə də davam etməkdə olan iş çərçivəsində təklif edilir və artıq başa çatmış tədqiqatın nəticələri məntəqələrin ilkin təklif olunan sayından fərqlidir.

Mövcud şəbəkə


Tədqiqat ərazisindəki, xüsusilə 3 pilot hövzədəki mövcud meteoroloji və hidroloji şəbəkə EXS tələblərinə cavab vermir. Şəbəkənin vəziyyəti və sensorların sayı artıq məsləhətçi və Baş Hidrometriya Eksperti tərəfindən əvvəlki hesabatlarda tam təsvir edilmişdir.

Hövzədəki meteoroloji şəbəkələr əsasən əllə idarə olunur və dəyişənlərin əksəriyyəti üçün hər 3 saatdan bir, yağıntı üçün 6 saatdan bir yoxlanılır. Müəyyən avtomat stansiyalar olsa da, onların çoxu qeyri-işləkdir və ya məlumat ötürmür. Tam işlək vəziyyətdə olan cəmi 3 avtomat stansiya var, onların isə yeri idealdan çox uzaqdır - əsasən yuxarı sutoplayıcı hövzələrdən uzaqda əhalinin məskunlaşdığı sahələrdə (burada avtomatik yağını məlumatlarına ehtiyac var) yerləşir.

Hidroloji məntəqələrə gəldikdə, tədqiqat ərazisində heç bir avtomat stansiya yerləşdirilməyib. Mövcud hidroloji məntəqələr də əllə idarə olunur və sərf ölçmələri ildə 50 gün aparılır. Bu ölçmələrin götürülməsi metodu da idealdan çox uzaqdır və yanlış sərf hesablamalarına gətirib çıxarır. Bu, aşkar problemləri ortaya çıxarır – bunlardan birincisi odur ki, tarixi məlumatlar ehtiyatla istifadə edilməlidir. İkincisi, hazırkı hidroloji şəbəkə EXS tələblərinə cavab vermir – istər qalıq vaxt baxımından, istərsə də, tələb olunan model kalibrasiyası üçün ilkin şərtlər və ya məlumatlar baxımından.

Layihələndirilmiş şəbəkə


Bu qiymətləndirmədən sonra, Baş Hidrometriya eksperti bütün tədqiqat ərazisi üçün tam hərtərəfli şəbəkə təklif etdi. Hətta layihə ilkin olaraq üç pilot hövzəyə köklənməli olsa belə, tələb olunan ölçmə qurğularının ümumi sayını tam qiymətləndirmək üçün bütün tədqiqat ərazisi üzrə şəbəkə layihəsi təklifi hazırlamaq zəruri hesab edilmişdir.

Təklif olunan şəbəkə layihəsi, mümkün qədər mövcud şəbəkədən istifadə etməyə cəhd göstərir. Bu, qeydiyyatın davamlılığını təmin etmək üçün son dərəcə tövsiyə olunur, həm də bu sahələrdə fəaliyyət artıq qiymətləndirilmişdir. Bir sıra hidroloji (Cədvəl 3 və Şəkil 9) və meteoroloji (Cədvəl 4 və Şəkil 10) məntəqələrin yerləşdirilməsi təklif olunmuşdur.


Təklif olunan hidroloji şəbəkə


Hidroloji şəbəkələrə gəldikdə, ilk növbədə etibarlı ölçmələri əldə etməyin çətinliyi qeyd edilməlidir. Geniş su axarı məcraları, yüksək dəyişkənliyə malik çay yataqları və kəskin qəfil daşqın şərtləri gur axınlar nəzərdən keçirildikdə su səviyyəsi və ya sərf ölçmələri üçün çox çətin ssenari yaradır. Azsulu axınlar nəzərdən keçirildikdə isə (quraqlıq və kompleks su idarəetməsi məqsədləri ilə), ilin əksər vaxtı çay yatağının yalnız bir hissəsini (dəyişən) tutan çox aşağı səviyyəli su rejimi çətinliyi artırır.

Baş hidrometriya eksperti yalnız yüksək su səviyyələrini və ya su səviyyələrinin bütün sırasını ölçmək üçün müxtəlif məntəqələr, azsulu axınları, bütün axınları və ya yalnız gur axınları ölçmək üçün məntəqələr təklif etmişdir. Daşqınlar üzrə erkən xəbərdarlıq sistemi baxımından, yüksək su səviyyəsi (və bütün su səviyyələri) və gur axınlar (və bütün axınlar) münasibdir. Quraqlıqlar üzrə erkən xəbərdarlıq sistemi baxımından isə, bütün məntəqələr münasibdir, azsulu və bütü axınlar isə xüsusilə qeyd edilməlidir.



ist.

Növ

İlkin yer

Hövzə

Çay

Əlavə avadanlıq

Qeydlər

1

HWL,QL, QH

41°43'56.35"şm.e

46°26'52.47"ş.u

Balakənçay

Balakənçay

Yeni nənnili keçid, keçiricilik ölçən, radar su səviyyəsi sensoru, loqqer, ötürmə sistemi, ADCP +dGPS

Yeri dəyişdirilmiş.

2

HWL

41°39'5.42" şm.e

46°46'37.09" ş.u

Talaçay

Talaçay

Radar Su səviyyəsi sensoru, dataloqqer, günəş batareyası, GSM/UHF modem

Erkən xəbərdarlıq

Su Səviyyəsi



3

HWL,QL, QH

41°38'51.00" şm.e

46°41'33.70" ş.u

Talaçay

Talaçay

Yeni nənnili keçid, keçiricilik ölçən, radar su səviyyəsi sensoru, loqqer, ötürmə sistemi, ADCP +dGPS

Mövcud məntəqə

4

FWL,QF

41°28'9.11" şm.e

47° 3'36.55" ş.u

Kürmükçay

Kürmükçay

Yeni nənnili keçid, keçiricilik ölçən, radar su səviyyəsi sensoru, loqqer, ötürmə sistemi, ADCP +dGPS

Mövcud məntəqə

5

HWL,QL

41°15'30.20" şm.e

47°13'47.20" ş.u

Kişçay

Çuxadurmuz

Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem

Mövcud məntəqə

6

HWL,QL

41°15'36.20" şm.e

47°13'40.20"E

Kişçay

Damarçıqg

Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem

Mövcud məntəqə

7

HWL,QL

41°15'45.04" şm.e

47°12'13.58" ş.u

Kişçay

Qaynar

Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem

Mövcud məntəqə

8

HWL,QL

41°10'7.80" şm.e

47°25'37.20" ş.u

Əyriçay

Daşağılçay

Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem

Mövcud məntəqə

9

HWL

41° 9'38.19" şm.e

47°38'24.13" ş.u

Türyançay

Qalaçay

Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem

Erkən xəbərdarlıq Su Səviyyəsi

10

HWL

41° 3'3.40" şm.e

47°55'20.78" ş.u

Türyançay

Dəmiraparançay

Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem

Erkən xəbərdarlıq Su Səviyyəsi

11

HWL

41° 0'39.90" şm.e

47°53'27.02" ş.u

Turyançay

Dəmiraparançay

Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem

WL Monitoring Only

12

HWL

40°58'32.89" şm.e

47°51'39.22" ş.u

Turyançay

Damiraparançay

Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem

Yalnız su səviyyəsinin monitorinqi

13

HWL

40°54'7.15" şm.e

48° 2'56.67" ş.u

Goyçay

Goyçay

Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem

Yalnız su səviyyəsinin monitorinqi

14

FWL,QF

40°38'9.00" şm.e

47°45'12.96" ş.u

Goyçay

Goyçay

Yeni nənnili keçid, Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem, ADCP +dGPS

Yeni məntəqə

15

FWL,QF

40°42'42.83" şm.e

47°32'54.95" ş.u

Turyançay

Turyançay

Yeni nənnili keçid, Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem, ADCP +dGPS

Yeni məntəqə

16

HWL,QL, QH

41° 0'41.50" şm.e

47°45'13.80" ş.u

Turyançay

Tikanliçay

Yeni nənnili keçid, Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem, ADCP +dGPS

Mövcud məntəqə Yeniləmə

17

FWL QF

41°16'31.35" şm.e

46°43'2.70" ş.u

Əyriçay

Əyriçay

Yeni nənnili keçid, Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem, ADCP +dGPS

Mövcud məntəqə Yeniləmə

18

FWLQF

41°16'1.34" şm.e

46°42'29.11" ş.u

Alazan

Alazan

Yeni nənnili keçid, Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem, ADCP +dGPS

Mövcud məntəqə Yeniləmə

19

FWLQF

41°22'15.97" şm.e

46°39'25.84" ş.u

Alazan

Alazan

Yeni nənnili keçid, Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem, ADCP +dGPS

Yeni məntəqə

20

FWLQF

41°26'22.78" şm.e

46°27'18.07" ş.u

Alazan

Alazan

Yeni nənnili keçid, Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem, ADCP +dGPS

Yeni məntəqə

21

FWLQF

41°37'37.64"şm.e

46°12'18.70" ş.u

Alazan

Alazan

Yeni nənnili keçid, Radar Su səviyyəsi sensoru, data loqqer, günəş batareyası, GSM/UHF modem, ADCP +dGPS

Yeni stansiya. Sərhəd-keçid

Axınlar


Cədvəl - Potensial hidroloji monitorinq məntəqələrinin siyahısı (heç bir əsaslı tikinti işləri nəzərdə tutulmur)

Qeyd: HWL = Yalnız yüksək su səviyyəsi, FWL = Bütün su səviyyələri, QL = Ölçülmüş azsulu axınlar, QF = Ölçülmüş bütün axınlar, QH = Ölçülmüş gur axınlar. Kölgəli işarələnən məntəqələr bütün axın və su səviyyələrini ölçmək üçün yenilənə bilər, lakin çay yatağını təyin etmək üçün əlavə tikinti-mühəndislik işləri tələb olunacaq.

Şəkil - Təklif olunan yeni hidroloji müşahidə məntəqələrinin yeri



Qeyd edilməlidir ki, daxil olan hidroloji məlumatlar və tədqiqat ərazisində üstünlük təşkil edən qəfil daşqın rejimi ilə əlaqədar olaraq, hidroloji məntəqələrin EXS daxilində rolu məhduddur. Hidroloji məntəqələr yetərli qalıq vaxtına malik xəbərdarlıq təmin edə bilməyəcək. Lakin daşqın proqnozlaşdırma sistemi daxilində müxtəlif modellərin (hidroloji və hidravlik) düzgün tətbiqini təmin etmək, eləcə də modelləşdirmənin ilkin şərtləri və həmin modellərin kalibrasiyası üçün məlumatlar təmin etmək baxımından onların rolu önəmlidir.
Quraqlıqlar üzrə erkən xəbərdarlıq sistemi baxımından, ərazidəki su idarəetməsini nəzərə alaraq, hidroloji məntəqələrin rolu önəmlidir, çünki onlar ilboyu axın səviyyələri barədə məlumat təmin edir.
Təklif olunan hidroloji məntəqələrin yeri və sayı həm quraqlıq, həm də daşqınlar üzrə erkən xəbərdarlıq məqsədləri üçün münasib görünür. Bütün əsas su axarları əhatə olunur və Alazan çayındakı bütün məntəqələr tədqiqat ərazisindəki su axarlarını daha yaxşı anlamaq üçün məqsədəuyğun görünür. Pilot sutoplayıcı hövzələrin daha aşağı hissəsində hidroloji məntəqələrin daxil edilməsi də nəzərdən keçirilə bilər. Bu ərazilərdə yüksək qalıq vaxtı ilə əlaqədar olaraq daşqınlar üzrə Erkən Xəbərdarlıq Sistemi üçün bu məntəqələrdən məlumat daha faydalı ola bilər. Lakin ərazidəki çayların morfologiyası bunun üçün ideal şərtlər təmin etmir, çünki aşağı hövzələr çoxsaylı qollara malik şaxələnmiş rejim əmələ gətirir və etibarlı hidroloji monitorinq üçün çox zəif şərtlər yaradır.
Müfəssəl sahələrin münasibliyinə gəldikdə, bu icra mərhələsində tam qiymətləndirilməlidir. Təklif olunan yeni məntəqələrin əksərinin əvvəlki mexaniki məntəqələrin yerində yerləşməsi bu tapşırığı asanlaşdırır və göstərir ki, bu sahələr münasib ola bilər. Yoxlama mərhələsində aşağıdakılar nəzərə alınmalıdır:

  • Ölçmə qurğularının hazırkı performansı (yenilənəcək sahələr üçün)

  • Giriş asanlığı, təhlükəsizlik, sahənin təhlükəsizliyi, keçmiş vandalizm/oğurluq məsələləri

  • Lillənmə məsələləri

  • Mövcud infrastruktur

  • Gözlənilən büdcələri nəzərə alaraq dayanıqlılıq

  • Peykin görünməsi, GSM siqnalının gücü

  • Daşqınla əlaqədar ölçmə qurğusunun sıradan çıxması riskinin önlənməsi üçün minimum səviyyələr

  • Tikinti-mühəndislik işləri (məsələn, relyef/GPS koordinatları/reperlər, sahənin təhlükəsizliyinin yaxşılaşdırılması, müşahidəçinin qalması şəraiti üçün tələblər, lillənmə və hidrometrik performans) ilə bağlı tələblər. Bu sonuncu məsələ xüsusilə əhəmiyyətlidir, çünki əgər bəzi məntəqələrdə bütün axın rejimləri ölçüləcəksə, tikinti-mühəndislik işləri ilə bağlı tələblər olacaq.

Məntəqələr üçün təklif olunan alətlər su səviyyəsi və axınlar üçün məqsədəuyğundur. Çay yatağının yüksək hərəkətliliyi, önəmli miqdarda böyük qırıntılar gətirən kəskin qəfil daşqınlarla bağlı olaraq, su səviyyəsi üçün radar sensoru və axın üçün diferensial GPS-li ADCP ən münasib alətlər hesab edilir.
Məlumatların toplanmasının təşkilinə, xüsusilə ölçmələrin tezliyinə gəldikdə və ərazidəki bir çox qəfil daşqın hadisələrinin müxtəlif dalğaların gəlişi ilə səciyyələndiyini nəzərə alaraq, müxtəlif dalğaların gəlişini qeydə almaq məqsədilə hadisələr vaxtı məlumatların toplanmasının tezliyini məsafədən dəyişə bilmək faydalı ola bilər. Bunun üçün tələb olunan tezlik aşağı olmalıdır, bu tezliyi normal iş vaxtlarında istifadə etmək tövsiyə edilmir.

Təklif edilən meteoroloji şəbəkə


Meteoroloji stansiyalara gəldikdə, əvvəl qeyd olunduğu kimi, mövcud şəbəkə DPEXS üçün münasib deyil və bu halda bütün təklif olunan stansiyalar yenidir. Adətən avtomat stansiyalar üçün əvvəlki mexaniki məntəqələrin yerini seçmək tövsiyə edilmir, lakin bu halda bu qeyri-mümkün olmuşdur. Sutoplayıcı hövzənin yuxarı axarında yağış məlumatlarının toplanması DPEXS üçün çox vacibdir və qalıq vaxtlara yerlər də təsir göstərəcək. Təklif olunan şəbəkə hər pilot sutoplayıcı hövzədə telemetriya ilə təchiz olunmuş ən azı bir yağışölçən (bir-birinə yaxın iki hövzədə bir qurğunun paylaşıla bilməsi istisna olunur) nəzərə almalıdır (bax Tapşırıq 6).

Hövzədə yağışölçənlərin ərazi baxımdan ümumi əhatə dairəsi də nəzərə alınmalıdır.





İst.

İlkin yer

Hövzə

Qeydlər

1

41°51'23.92"N

46°25'58.97"E

Balakənçay

Dağ

2

41°43'15.33"N

46°48'10.44"E

Talaçay

Dağ

3

41°34'1.85"N

46°58'9.53"E

Qəbələçay

Dağ

4

41°30'26.49"N

47° 6'59.49"E

Kürmükçay

Dağ

5

41°16'35.14"N

47°15'48.42"E

Kişçay

Dağ

6

41°14'0.89"N

47°24'20.36"E

Türyançay

Dağ

7

41°11'48.57"N

47°39'26.81"E

Türyançay

Dağ

8

41° 6'26.29"N

47°52'15.57"E

Türyançay

Dağ

9

40°59'52.06"N

48°10'57.75"E

Göyçay

Dağ

10

41°37'47.90"N

46°11'55.47"E

Alazan

Çayın hidroloji məntəqəsində. Dataloqqer paylaşılır

11

41°26'29.74"N

46°27'37.22"E

Alazan

Çayın hidroloji məntəqəsində. Dataloqqer paylaşılır

12

41°21'46.07"N

46°39'17.98"E

Alazan

Çayın hidroloji məntəqəsində. Dataloqqer paylaşılır

Cədvəl – Avtomat yağıntı stansiyalarının ilkin yeri

Bütün tədqiqat ərazisini əhatə etmək üçün ilkin olaraq 12 meteoroloji stansiya təklif olunmuşdur. Yağıntı stansiyaları üçün təklif olunan avadanlıqlara aşağıdakılar daxildir:



  • 200sm2 ağızlı vedrəli yağışölçən (ağız yerdən 2m yüksəkdə)

  • Bütün stansiyalarda (10,11 və 12 istisna olmaqla) qar dərinliyi sensoru

  • Bütün stansiyalarda (10,11 və 12 istisna olmaqla) qar hava temperaturu sensoru

  • Dayaq dirəyi və köndələn tir

  • Dataloqqer (məlumatları qeydə alan cihaz)

  • Günəş batareyası

  • UHF/GSM/ IRIDIUM peyk modemi (mövcud qəbuldan asılı olaraq)

Təklif olunan sensorlar və avadanlıq münasib görünür. Yağışölçən vedrə bu mühit üçün münasib görünür. Qar dərinliyi ölçən sensor da tövsiyə edilir. Lakin torpağın nəmliyini və təzyiqi ölçən sensorlar da faydalı ola bilər. Qəfil daşqın hadisələrinin əksəriyyəti barometrik təzyiqin dəyişməsindən sonra baş verir. Bu dəyişiklik heç də hər zaman daşqın hadisəsi ilə nəticələnməsə də, faydalı göstərici ola bilər.


Digər tərəfdən, torpağın nəmliyi hidroloji hesablamalar üçün çox vacib parametrdir. Ümumilikdə, yağıntının intensivliyi nə qədər çox olsa, səth axımı o qədər çox yaranacaq. Bununla belə, yer səthinin hidroloji təsirləri də qəfil daşqının vaxtı, yeri və kəskinliyinə güclü təsir göstərə bilər. Aydındır ki, daşqınların proqnozlaşdırılmasında ən mühüm amil yağışdır, yağış yerə çatanda ona nə baş verməsi bəzən daha önəmli olur. Bəzi hallarda, axım/süzülmə prosesləri yağışın xüsusiyyətlərindən haa önəmli ola bilər, buna görə də torpağın vəziyyətinin öyrənilməsi də nəzərdən keçirilməlidir.
Qəfil daşqın riskini qiymətləndirərkən nəzərə alınmalı üç torpaq xüsusiyyəti var: torpağın nəmliyi (xüsusən doyma dərəcəsi), torpağın keçiriciliyi, torpağın kəsilişi. Avtomatik şəkildə ölçülə bilən yeganə xüsusiyyəti isə torpağın nəmliyidir. Bununla yanaşı, torpağın nəmliyi sürətli süzülmə və qəfil daşqın üçün (xüsusilə dərin torpaqlı rütubətli ərazilərdə) torpağın ən vacib xüsusiyyəti hesab edilir, çünki torpaq doyanda əlavə yağışın süzülməsinə imkan verməyəcək və digər ətraf mühit şərtlərindən asılı olmayaraq yağış axıma çevrilməyəcək. Doğrudur ki, tədqiqat ərazisində yamacların çox yüksək olması infiltrasiya səviyyəsinin aşağı olmasını və torpaqların dayaz olmasını göstərə bilər, bu isə bu hövzələrdə torpağın nəmliyinin önəmini azaldır. Şəbəkə layihələndirilməzdən öncə, bu lazımi şəkildə qiymətləndirilməlidir.
Stansiyaların sayına gəldikdə isə, təklif olunan şəbəkə tədqiqat ərazisində hər əsas su axarı üçün ən azı bir yağışölçən ayırmışdır. Lakin qəfil daşqın axımına bir sıra yarım-hövzələr töhfə verdiyi üçün (keçmiş daşqın hadisələrinin video yazılarında müşahidə edildiyi kimi), hövzələrdən bəzilərində daha çox yağıntı ölçən qurğular daxil etmək tələb olunur.

Beləliklə, şəbəkənin sıxlığının hərtərəfli gözdən keçirilməsi həyata keçirilməlidir. Ərazidə yağıntının dəyişkənliyinə baxmaq və hər hövzəyə bir yağışölçənin kifayət edib-etmədiyini öyrənmək üçün bu, keçmiş hadisələrə dair məlumatlar, peyk və ya meteoroloji modellərdən alınan məlumatlardan istifadə etməklə həyata keçirilməlidir. Lakin bu şəbəkə tədqiqat ərazisində daha çox avtomat stansiyaların olması ilə tamamlanır. Daha əvvəl təsvir edildiyi kimi, bu stansiyalardan yalnız üçü tam işləkdir. Lakin bütün digər qeyri-işlək stansiyaları təmir edib şəbəkəyə daxil etmək faydalı olar.

Yekun olaraq, meteoroloji stansiyalardan üçünün xərcləri azaltmaq üçün hidroloji məntəqələrdə (Alazan çayı) yerləşməsi münasib görünür.

Şəkil –Təklif olunan avtomat yağıntı məntəqələrinin ilkin yeri

Əvvəl qeyd olunduğu kimi, kompleks DPEXS-in layihələndirilməsi zamanı şəbəkənin müfəssəl layihəsi hazırlanmalı və bura aşağıdakılar daxil olmalıdır:


  • Təmin ediləcək çay və yağış ölçənlərin yekun sayının müəyyənləşdirilməsi

  • Tapşırıq 6,7 və 8-in icrası zamanı müəyyən ediləcək ölçmə qurğularına dair tələblər

  • Tədqiqat ərazisində başlamış və ya planlaşdırılan, digər ölçmə qurğularının quraşdırılması və ya yenilənməsi/bərpası



Yüklə 8,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin