BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib



Yüklə 10,7 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix02.01.2022
ölçüsü10,7 Mb.
#2504
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Mehman AĞAYEV,

Səhiyyə Nazirliyinin Baş 

Nefroloqu, Efferent Terapiya 

Mərkəzinin pəhbəri, terapevtik və 

pediatrik propedevtika kafedrasının 

professoru

Əvvəlcə  konqres  iştirakçıları 

Fəxri  xiyabana  gələrək,  müasir 

müstəqil  Azərbaycan  dövlətinin 

memarı  və  qurucusu,  ümummil-

li  lider  Heydər  Əliyevin  xatirəsini 

ehtiramla yad edib, məzarı önünə 

əklil  qoyublar.  Görkəmli  oftalmo-

loq  alim,  akademik  Zərifə  xanım 

Əliyevanın da xatirəsi yad olunub, 

məzarı üstünə gül dəstələri düzü-

lüb.


Sonra  tədbir  Bakıdakı  “Mo-

nolit  Plaza”  hotelində  davam 

edib.  Almaniya-Azərbaycan  Tib-

bi  Əməkdaşlıq  Cəmiyyətinin 

təşkilatçılığı  ilə  keçirilən  konqre-

sin işində Almaniya və Türkiyənin 

aparıcı  universitet  klinikalarında 

tibbin  müxtəlif  sahələrində  çalı-

şan  15  nəfər  tanınmış  professor 

referent qismində iştirak edib.

Tədbirdə  çıxış  edən  Almaniya-

Azərbaycan  Tibbi  Əməkdaşlıq 

Cəmiyyətinin  sədri,  professor 

Qurbanxan  Müslümov  bildirib 

ki,  respublikamızda  artıq  ikinci 

dəfə təşkil edilən bu konqres da-

vamlı  tibb  təhsili  ilə  məşğul  olan 

Avropa  mərkəzləri  tərəfindən 

beynəlxalq  statuslu  tədbir  kimi 

tanınıb və konqresə 24 CME (da-

vamlı  tibb  təhsili)  balı  verilib.  Bu 

da konqresin beynəlxalq səviyyəli 

tədbir  kimi  qəbul  edilməsindən 

və nüfuzundan xəbər verir. “Ötən 

il  olduğu  kimi,  bu  il  də  maraqlı 

diskussiyalar  və  çıxışlarla  yana-

şı,  azərbaycanlı,  alman  və  türk 

mütəxəssisləri  tərəfindən  lapa-

roskopik və açıq cərrahiyyə, en-

doskopiya  və  radiologiya  üzrə 

treninqlər  keçiriləcək.  Söz  yox 

ki,  bu  da  mütəxəssis  hazırlığı 

baxımından  xüsusi  əhəmiyyət 

kəsb edir”, - deyə Q.Müslümov 

bildirib.

Son  illərdə  Azərbaycanda 

bütün  sahələrdə  olduğu  kimi, 

tibb  sahəsində  də  əhəmiyyətli 

inkişafa  nail  olunduğu  diqqətə 

çatdırılıb. 

Vurğulanıb 

ki, 


Azərbaycanda  səhiyyənin  inki-

şafında Türkiyə və Almaniyanın 

tibb mərkəzləri ilə əlaqələrin bö-

yük rolu var.

Qeyd  olunub  ki,  həkim,  tələbə 

və rezidentlər üçün ümumi, lapa-

roskopik  və  damar  cərrahiyyəsi, 

endoskopiya, 

ultrasonoqrafiya 

və  radiologiya  sahələrində  adi 

sadə  vərdişlərdən  tutmuş  ən 

mürəkkəb tibbi prosedurların icra 

olunmasına qədər treninqlər təşkil 

ediləcək. Treninqlər Avropanın və 

dünyanın  qabaqcıl  ölkələrində 

tibb  mütəxəssislərinin  ixtisaslaş-

ması ilə məşğul olan mərkəzlərdə 

istifadə  edilən  ən  qabaqcıl  tex-

nologiyaların  istifadəsi  ilə  gündə 

6  saat  olmaqla  müxtəlif  qruplar-

da  və  səviyyələrdə  aparılacaq. 

Fasilələr  zamanı  isə  öyrədilən 

tibbi vərdişlərlə bağlı müzakirələr 

aparılacaq.  Treninqlərdə  istifadə 

ediləcək avadanlıq və ləvazimatlar 

Almaniya-Azərbaycan 

Tibb 

Cəmiyyətinin  nəzdində  fəaliyyət 



göstərən  Tibbi  Treninq  Mərkəzi 

tərəfindən  Avropadan  gətirilib. 

Almaniya,  İsveçrə  və  Türkiyədən 

dəvət  edilmiş  mütəxəssislərlə 

yanaşı,  Azərbaycanın  da  bu 

sahədə təcrübəsi olan yüksək ix-

tisaslı  mütəxəssisləri  treninqlərə 

rəhbərlik  edəcəklər.  Konqres 

çərçivəsində,  həmçinin  tələbə, 

rezident  və  gənc  həkimlərin 

cərrahiyə,  onkologiya,  radiolo-

giya  və  qastroenterologiyanın 

aktual  problemlərinə  həsr  edil-

miş məruzələrindən ibarət forum 

keçiriləcək.  Münsiflər  heyətinin 

qərarı  ilə  2-ci  və  3-cü  yerlərin 

sahibləri  xüsusi  mükafatlarla 

təltif  olunacaq,  1-ci  yerin  qali-

bi  isə  Almaniyada  biraylıq  tibbi 

praktika  keçmək  imkanı  qaza-

nacaq.  Bundan  əlavə,  forum  za-

manı Almaniyanın qeyri-hökumət 

təşkilatlarının  nümayəndələrinin 

iştirakı ilə simpozium təşkil oluna-

caq.

Türkiyənin 



Azərbaycandakı 

səfiri  Alper  Coşkun,  almaniyalı 

professor  Mixail  Gebel,  türkiyəli 

qonaqlar Mustafa Taşkın və Deniz 

Uyak çıxış edərək konqresin işinə 

uğurlar  arzulayıblar,  mütəxəssis 

hazırlığı  və  təcrübə  mübadiləsi 

baxımından bu beynəlxalq tədbirin 

faydalı 

olacağını 

bildiriblər. 

Diqqətə  çatdırılıb  ki,  həmçinin 

konqres  ölkələrimiz  və  insanla-

rımız  arasında  mədəni  və  sosial 

əlaqələrin  dərinləşdirilməsinə  də 

töhfə  verəcək.  “Müasir  Avropa 

ölkəsi olan Azərbaycanda inkişaf 

etmiş  səhiyyə  sisteminə  şahidlik 

etmək Almaniyadan gələn qonaq-

lar  üçün  çox  əhəmiyyətlidir.  Bu 

konqres sayəsində Azərbaycanın 

mədəniyyəti  və  tarixi  ilə  ta-

nış  olmaq,  yeni  dostlar  tapmaq 

və  köhnə  dostlarla  əlaqələri 

möhkəmləndirmək şansı əldə edi-

rik”,  -  deyə  almaniyalı  professor 

Georg Kahler bildirib. Vurğulanıb 

ki,  konqres  təkcə  Azərbaycan 

üçün  deyil,  ümumilikdə  Avropa-

da  tibbin  inkişafı,  tibbi  biliklərin 

mübadiləsi  və  yeni  istiqamətlərin 

müəyyən  edilməsi  baxımından 

böyük əhəmiyyət kəsb edir.

Konqres  paralel  olaraq  bölmə 

iclaslarında  işini  davam  etdirib. 

Bölmələrdə  əsasən  cərrahiyyə, 

onkologiya  və  qastroenterologi-

ya  üzrə  ən  son  yeniliklərə  dair 

məruzələr  dinlənilir,  müzakirələr 

aparılır.

Konqres işini aprelin 25-də başa 

çatdırıb.




Yüklə 10,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin