62
Alqoritm
Təbii insan dili
Proqramın mətni
Proqramlaşdırma dili
Yüksək səviyyə
Aşağı səviyyə
Həll edilən məsələ
Şəkil 4.2. Proqramların hazırlanması proseduru
Yerinə yetirilə bilən
proqram
Maşın dilində proqram
(0 və 1)
Proqramlaşdırma dillərinin formallaşdırılması dərəcəsindən asılı
olaraq, onları yüksək və aşağı səviyyəli dillərə bölürlər.
Yüksək səviyyəli proqramlaşdırma dilləri insan dilinə daha
yaxın olur. Onların operatorları təbii dilin sözləri ilə ifadə edilir.
Hər hansı proqramlaşdırma dilində proqramın mətni insan
tərəfindən əl ilə mətn redaktorunda yaradılır. Proqramın ilkin
mətninin maşın dilində olan ikili koda çevrilməsi isə translyator
adlanan xüsusi proqram təminatları vasitəsilə yerinə yetirilir.
Yüksək səviyyəli proqramlaşdırma dilləri insan dilinə yaxın
olduğuna görə aşağı səviyyəli proqramlaşdırma dillərinə nisbətən
daha sadədir. Bu dillər kompüterin qurğuları, onların elektron
quruluşu haqqında geniş bilik tələb etmədiyinə görə kompüter
texnikası sahəsində peşəkar mütəxəssis olmayan insanlar onların
köməyi ilə çox böyük çətinlik çəkmədən proqramlar tərtib edə
bilərlər.