Harmonizasiya edilmiş sistemə istiqamətən 1986-cı ildə BMT-nin Beynəlxalq Ticarət Standart Təsnifatının, BSTT) 3-cü redaktəsi (Standart International Trade Classification, SITC, Rev.3) nəşr olunmuşdur. SITC təsnifləşdirilmiş sxemi cədvəl 11-də verilmişdir.
Cədvəl 11
SITC təsnifləşdirilmiş sxemi (3-cü dəfə redaktə olunmuş)
Bölmələrin kodları və onların adları
|
Sayları
|
qrurların; onların kodları
|
qrup-altılar
|
Mövqe-lər
|
Sub-möv-qelər
|
0. Ərzaq malları və diri heyvanlar
|
10 (00-09)
|
36
|
132
|
344
|
1. İçkilər və tütün
|
2 (11-12)
|
4
|
11
|
22
|
2. Qeyri-ərzaq xammalı, yanacaqdan başqa
|
9 (21-29)
|
36
|
123
|
267
|
3. Mineral yanacaq, sürtkülər və onlara oxşar mallar
|
4 (32-35)
|
11
|
25
|
37
|
4. Piylər, yağlar və
|
3 (41-43)
|
4
|
21
|
44
|
5. Kimyəvi məhsullar
|
9 (51-59)
|
33
|
126
|
474
|
6. Əsasən materiallar üzrə təsnifləşdirilən emal olunmuş məmulatlar
|
9 (61-69)
|
52
|
233
|
829
|
7. Maşınlar, avadanlıqlar və nəqliyyat vasitələri
|
9 (71-79)
|
50
|
214
|
653
|
8. Müxtəlif hazır məmulatlar
|
8 (81-85, 87-89)
|
31
|
144
|
442
|
9. Əvvəlki bölmələrə aid edilməyən mallar və sövdələşmələr
|
4 (91, 93, 96, 97)
|
4
|
4
|
6
|
Yekun:
|
67
|
261
|
1033
|
3118
|
Beynəlxalq ticarətin statistikası üçün BMT-nin malların iriləşdirilmiş iqtisadi qruplar üzrə Təsnifatı (Classification by Broad Economic Categories, BEC) da tətbiq olunur.
Cədvəl 13
İriləşdirilmiş iqtisadi qruplar Təsnifatının təsnifləşdirilmiş sxemi
1.
|
Ərzaq malları və içkilər
|
1
|
Food and bevereges
|
|
1.1.
|
Xammal malları
|
|
11
|
Primary
|
|
|
1.1.1.
|
İstehsalda istehlak olunmaq üçün
|
|
|
111
|
Mainly for industry
|
|
|
1.1.2.
|
Şəxsi istehklak üçün
|
|
|
112
|
Mainly for household consumption
|
|
1.2.
|
Emal olunmuş yarımfabrikatlat
|
|
12
|
Processed
|
|
|
1.2.1.
|
İstehsalda istehlak olunmaq üçün
|
|
|
121
|
Mainly for industry
|
|
|
1.2.2.
|
Şəxsi istehklak üçün
|
|
|
122
|
Mainly for household consumption
|
2.
|
Sənaye xammalı (qeyri-ərzaq)
|
2
|
Industrial supplies not elsewhere specified
|
|
2.1.
|
Xammal malları
|
|
21
|
Primary
|
|
2.2.
|
Yarımfabrikatlar
|
|
22
|
Processed
|
3.
|
Yanacaq və sürtkülər
|
3
|
Fuels and lubricants
|
|
3.1.
|
Xammal malları
|
|
31
|
Primary
|
|
3.2.
|
Yarımfabrikatlar
|
|
32
|
Processed
|
|
|
3.2.1.
|
Benzin
|
|
|
321
|
Motor spirit
|
|
|
3.2.2.
|
Sair yarımfabrikatlar
|
|
|
322
|
Other
|
4.
|
Maşınlar, avadanlıq və onların hissələri (nəqliyyat vasitələrindən başqa)
|
4
|
Capital qoods (exept transport
equipment), and parts and
accessories thereof
|
|
4.1.
|
Maşın və avadanlıqlar
|
|
41
|
Capital qoods (exept transport equipment)
|
|
4.2.
|
Hissələr və ləvazimatlar
|
|
42
|
Parts and accessories
|
5.
|
Nəqliyyat vasitələri, onların hissələri və ləvazimatları
|
5
|
Transport equipment and parts
and accessories thereof
|
|
5.1.
|
Minik avtomobilləri
|
|
51
|
Passenger motor cars
|
|
5.2.
|
Digər avtomobillər
|
|
52
|
Other
|
|
|
5.2.1.
|
İstehsalat təyinatlı nəqliyyat vasitələri
|
|
|
521
|
Industrial
|
|
|
5.2.2.
|
Şəxsi istehlak üçün nəqliyyat vasitələri
|
|
|
522
|
Non-industrial
|
6.
|
İstehlak malları
|
6
|
Consumer goods not elsewhere specified
|
|
6.1.
|
Uzunmüddətli istifadə üçün mallar
|
|
61
|
Durable
|
|
6.2.
|
Ortmüddətli istifadə üçün mallar
|
|
62
|
Semi-durable
|
|
6.3.
|
Qısamüddətli istifadə üçün mallar
|
|
63
|
Non-durable
|
7.
|
Yuxarıda göstərilən qruplara aid edilməyən mallar
|
7
|
Goods not elsewhere specified
|
İriləşdirilmiş iqtisadi qruplar üzrə Təsnifat HS və SITC daxil edilmiş mallara əsaslanır. Bu təsnifata daxil edilən mallar təyinatlarına uyğun olaraq yeddi qrupa, hər bir qrupun daxilində isə emal olunma dərəcəsinə görə qruplara bölünmüşdür. Bundan əlavə, bir sıra mallar sənaye və şəxsi istehlak prinsipi üzrə, bəziləri isə istifadə olunma müddətindən asılı olaraq qruplara bölünmüşdür.
İriləşdirilmiş iqtisadi qruplar üzrə Təsnifatda həmçinin aşağıdakı əsas məfhumlar verilmişdir:
Xammal malları – kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılık və ovçuluq məhsulları və ya dəyəri mühüm olmayan dərəcədə emaldan asılı olan istənilən faydalı qazıntılar;
Yarımfabrikatlar – sonradan emal tələb edən və ya istehsalat aləti və ya istehlak əşyası olmamışdan əvvəl digər malların tərkibinə daxil edilmiş məhsullar;
Hazır məhsullar – istehlak üçün nəzərdə tutulan və ev təsərrüfatında istifadə üçün nəzərdə tutulan bütün sənaye məmulatları, həmçinin sənaye, kənd təsərrüfatı və nəqliyyat üçün əsaslı avadanlıqlar, sənayedə material və yanacaq kimi tətbiq olunan uzun müddət istifadə olunmayan sənaye malları;
Sənaye üçün nəzərdə tutulan qısamüddətli istifadə üçün hazır sənaye malları – istifadə müddəti bir il və ondan az olan mallar;
Uzunmüddətli istifadə üçün hazır məmulatlar – sənaye, həmçinin dövlət və xüsusi müəssisələr üçün nəzərdə tutulan və istifadə müddəti bir ildən çox olan, əsaslı avadanlıq kimi təsnifləşdirilən məmulatlar (silahdan başqa, çünki onlar digər kateqoriyalara aid olunmayan mallar kimi təsnifləşdirilir);
Uzun müddət istifadə olunmayan istehlak malları (yeyinti üçün nəzərdə tutulmayan) - istehlak müddəti bir il və ondan az olan mallar (dövlət və xüsusi müəssisələr tərəfindən istifadə olunanlar da daxil olmaqla);
Ortamüddətli istifadə üçün mallar – istifadə müddəti bir ildən üç ilədək olan və nisbi aşağı dəyərə malık olan mallar;
Uzunmüddətli istifadə üçün mallar - istifadə müddəti üç ildən ildən çox olan, həmçinin istifadə müddəti bir ildən üç ilədək olan, lakin yüksək dəyəri olan mallar.
INCOTERMS 2000 xarakteristikası
Mal göndərmələrinin hamı tərəfindən eyni qaydada başa düşülməsini təmin etmək üçün Beynəlxalq Ticarət Palatası (İCC) 1923-cü ildə bir sıra ölkələrdə malların göndərilməsinin bazis əsaslarını müəyyən edən məlumatlar toplusunu çap etmiş və burada 18 ölkədə mövcud olan 10 baza şərtlərinin şəhri verilmişdi. İCC tərəfindən bu şərtlərin unifikasiyası üzrə aparılan işlər nəticəsində 1936-cı ildə Beynəlxalq ticarət terminlərinin şəhretmə Qaydaları - INKOTERMS (International Commercial Terms) çap edilmişdir. 1953, 1967, 1976, 1980 və 1990-cı illərdə sənədə mühüm əlavələr və dəyişiklər edilmiş və hazırda İnkoterms 2000-ci ildə qəbul olunmuş redaksiyada fəaliyyət göstərir, tərəflərin kontrakt bağladıqda hüquq və vəzifələrini dəqiq müəyyən edilməsinə şərait yaradır.
1990-cı ildə INCOTERMS ona görə yenidən baxıldı ki, satıcı tərəfindən malların göndərilməsi üzrə öhdəliklərin yerinə yetirilməsini sübut eləyən kağız sənədlərin əvəzinə məlumatların elektron qaydada mübadiləsi imkanı yarandı.
Birinci dəfə qəbul edilmiş qaydalarda 9 termin olmuşdur. Birinci termin əsasən malın göndərilməsi ilə əlaqədar oıduğundan “göndərmə kontraktı”- EXW, sonrakı iki termin “gəlib çatma kontraktı” – EXS, EXQ olmuşdur. Qalan terminlər bu iki kənarların arasında olan terminlərdir, onların işlədilməsi nəqliyyatın növlərindən asılıdır. Əgər dəniz nəqliyyatı istifadə edilirsə FAS, FOB, CSF, CİF, dəmir yolunda isə FOR, FOT istifadə olunur. 1967-ci ildə daha iki termin qəbul edilib: DAF və DDP. Birinci malın sərhədə qədər, ikinci isə alıcıya qədər nəqlini nəzərdə tutur. Həmin ildə daha hava nəqliyyatı ilə əlaqədar olan daha bir termin əlavə olunub: “FOB Airport”. 2000-ci ildə İnkotermsin çap olunmuş son nüsxəsində əsasən 13 termin göstərilib.
İnkotermsin 1980-ci və 2000-ci illərdə qəbul edilmiş terminlərini dörd yerə bölmək olar:
1980-ci il redaksiyasında
|
2000-ci il redaksiyasında
| |
|
Dostları ilə paylaş: |