Müayinə səhər acqarına, axırıncı imalədən 2 saat sonra, əsasən xəstənin diz-dirsək vəziyyətində aparılır. Müayinənin ən azı imalədən 2 saat sonra aparılmasına səbəb imalə bağırsağın divarına təsir edərək selikli qişanın rənginin bir qədər dəyişməsidir. 2 saat ərzində rəngini dəyişmiş selikli qişa imalədən əvvəlki halına qayıda bilir.
Ədəbiyyat: C.N. hacıyev ; R.Y.Əliyev. Xəstlərə qulluq. Səh. 215. “ Təhsil” Bakı 1998. 218. Sidiyin ümumi klinik müayinəsi zamanı tibb bacısı sidiyi laboratoriyaya hansı müddət ərzində çatdırmalıdır?
A) 5 saat
B) 3 saat
C) 1 saat
D) 4 saat
E) 7 saat
Adətən sidiyi müayinə üçün səhərlər, xəstə yuxudan duran kimi toplayırlar. Təmiz qaba toplanmış sidik 1 saat ərzində analiz üçün laboratoriyaya göndərilir.
Ədəbiyyat : C.N.Hacıyev; R.Y.Əliyev . Xəstərə qulluq. Səh. 225. “ Təhsil” Bakı 1998