Bölmə Fizioterapevtik xidmətin təşkili 1 Fizioterapevtik şöbənin fəaliyyətində əsas göstərici hansıdır?


) Obstruktiv bronxit zamanı fizioterapiyanın bronxolitik bəlğəmgətirici effektə malik hansı üsulları tətbiq edilir?



Yüklə 1,01 Mb.
səhifə7/17
tarix01.01.2017
ölçüsü1,01 Mb.
#4080
1   2   3   4   5   6   7   8   9   10   ...   17

400) Obstruktiv bronxit zamanı fizioterapiyanın bronxolitik bəlğəmgətirici effektə malik hansı üsulları tətbiq edilir?
A) Yağ aerozolları

B) İraq YT- müalicə

C) Sauna

D) İfratyüksək tezlikli elektromaqnit şüalanması (460 MHs)

E) Krioterapiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
401) Xroniki obstruktiv bronxitin kəskinləşməsinin profilaktikası üçün hansı üsullar məsləhət görülür?
A) İnduktotermiya

B) Toxumadaxili antibiotik elektroforzi

C) Müalicəvi bədən tərbiyəsi (tənəffüs məşqlər kompleksi)

D) Ultrayüksək tezlikli elektrik sahəsi

E) Yağ aerozolları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
402) Xroniki bronxitin remissiya dövründə sanator şəraitdə hansı prosedurları tətbiq etmək mümkündür?
A) «Ağ emulsiyalı» skipidar vannaları

B) Ümumi naftalan vannaları

C) Şarko duşu

D) Toxumadaxili elektroforez

E) Krioterapiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
403) Bronxial astma hansı mənşəli xəstəlikdir?
A) Virus mənşəli

B) Anadangəlmə

C) İnfeksiya mənşəli

D) İnfeksion- allergik mənşəli

E) Travma mənşəli
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
404) Bronxial astma xəstələrində təsir mexanizmi üzrə bütün fizioterapiya üsullarını hansı məqsədlə tətbiq edilən üsullara aid etmək olar?
A) Bronx- ağciyər sistemində iltihabi prosesin fəallığını azaldmaq məqsədilə

B) Ürək yığılmaları ritminin pozulmasının korreksiya məqsədilə

C) Əzələ-bağ aparatının funksional vəziyyətini yaxşılaşdırmaq məqsədilə

D) Qarın əzələlərini bərkitmək məqsədilə

E) Astmatik statusu dəf etmək məqsədilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
405) Bronxial astma xəstələrində fizioterapevtik amilləri hansı vəziyyətlərdə differensiallaşmış təyin etmək olmaz?
A) Astmatik statusda

B) Ağır formalı bronxial astmanın remissiyasında

C) Bronxial astmanın yüngül formasının kəskinləşməsində

D) Orta ağırlıqlı bronxial astmanın qeyri tam remissiyasında

E) Orta ağırlıqlı bonxial astmanın kəskinləşmiş formasında
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
406) Hansı xəstələrdə fizioterapiyanın tətbiqi aerozol və elektroaerozol müalicəsinin yalnız bir üsulu ilə məhdudlaşır?
A) Atopik dermatitlə yüngül formalı bronxial astma

B) Yüngül formalı bronxial astma

C) Ağciyər iltihabı ilə fəsadlaşmış orta ağırlıqlı bronxial astma

D) Orta ağırlıqlı bronxial astma

E) Ağır formalı bronxial astma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
407) Bronxospazmın aparıcı kompaonenti ilə obstruktiv tipli xarici tənəffüs funksiyalarının pozulmaları zamanı kəskinləşmə dövründə nə təyin edilir?
A) Natrium- xlorid vannaları

B) Sxem üzrə ultrasəs

C) Yağ aerozolu

D) Palçıq müalicəsi

E) Parafin aplikasiyaları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
408) Orta ağırlıqlı bronxial astma xəstələrində hormonal müalicənin dayandırılması zamanı hormon qəbulunun ləğv edilməsi sindromunun qarşısını almaq üçün müalicəvi tədbirlər kompleksində hansı prosedurları təyin etmək olar?
A) Bronxolitiklərin inqalyasiyası

B) Speleoterapiya

C) Döş sümüyünə İYT elektromaqnit sahəsi ilə (460 MHs)

D) Vitamin elektroforezi

E) Böyrəküstü vəzi nahiyyəsinin induktotermiyası
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
409) Yüngül formalı bronxial astmanın remissiya dövründə orqanizmin qeyri- spesifik rezistentliyinin bərpası üçün kompleks müalicəyə nə daxildir?
A) Bronxolitiklərin aerozolları

B) Sürtmələr, su tökmələr

C) Krioterapiya

D) Eufillin elektroforezi

E) Radon vannaları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
410) Orta ağırlıqlı bronxial astmanın remissiya fazasında xəstələri hansı kurortlara göndərmək məqsədəuyğun deyil?
A) İlin isti dövründə cənub dənizkənarı

B) Orta dağlıq

C) Alçaq dağlıq

D) Yüksək dağlıq

E) Yerli sanatoriyalar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
411) Bronxial astma xəstələrində reabilitasiya proqramında kurort üsulları arasında hansı amillər daha fəal istifadə edilir?
A) Mineral suların daxilə qəbulu

B) Ümumi palçıq vannaları

C) Günəş və hava vannaları. dənizdə çimmə

D) Ultrayüksək tezlikli elektrik sahəsi

E) Yüksək dağlıq iqlimi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
412) Orta ağırlıqlı bronxial astmanın remissiya fazasında balneomüalicə üsulları arasında hansı vanna növləri əks göstərişdir?
A) Quru hava karbon

B) Hidrogen sulfid

C) Karbon

D) Oksigen

E) Yod- brom
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
413) Yüngül və orta ağırlıqlı bronxial astma xəstəliyində remissiya dövründə palçıq müalicəsi aparılan zaman hansı temperaturda lil və torf tətbiq edilmir?
A) Lil palçıq 46C

B) Lil palçıq 44C

C) Torf palçıq 46C

D) Torf palçıq 40C, lil palçıq 38C

E) Lil palçıq 40C
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
414) Yüngül və orta ağırlıqlı bronxial astma xəstələrində orqanizmin qeyri spesifik rezistentliyini artırmaq məqsədilə hansı üsulların tətbiqi məqsədəuyğun deyil?
A) Amplipuls müalicə

B) Normobarik hipoksiterapiya

C) Baroterapiya

D) Haloterapiya

E) Speleoterapiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
415) Bronxoektaz xəstəliyinin inkişafı göstərilən hansı bronx-ağ ciyər sistemi xəstəliklərin təsirindən asılıdır?
A) Xroniki otit

B) Müəyyən edilməmiş pnevmoniya

C) Xroniki obstruktiv bronxit

D) Xroniki bronxit

E) Bronx ağacının genetik qeyri tamlığı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
416) Bronx ağacında xroniki irinli proses inkişafın müxtəlif mərhələlərində nə ilə müşaiyət edilmir?
A) Ağciyər arteriyasının trombozu ilə

B) Kəskinləşmə dövründə bədən hərarətinin 38-39°S-yə qədər artması ilə

C) Amiloidozun inkişafı ilə

D) Qanhayxırmaya meylliklə

E) Ağır formalarda irinin əhəmiyyətli miqdarda ifrazı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
417) Drenaj olunan bronxoektaz zamanı kəskinləşmə dövründə və qanhayxırma olmadıqda nə tətbiq edilir?
A) Döş qəfəsinə parafin aplikasiyaları

B) Sauna


C) Döş qəfəsinə palçıq aplikasiyaları

D) Krioterapiya

E) UYT elektrik sahəsi, lazer müalicəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
418) Bronx ifrazatının evakuasiyası üçün müalicə kompleksinə hansı üsulları daxil etmək lazımdır?
A) Müalicəvi gimnastika

B) UYT müalicə

C) Palçıq müalicəsi

D) Flüktuorizasiya

E) Kükürd vannalar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
419) Bronxoektaz xəstəliyinin hansı vəziyyətində xəstələri sanator müalicəyə göndərmək məsləhət görülür?
A) Amiloidozun müxtəlif növlərində

B) I və II mərhələdən yuxarı olmayan ağ ciyər-ürək çatışmazlığı zamanı

C) Remisiya fazasında

D) Qanhayxırma və irinli ifrazat olmadıqda

E) III mərhələ qan dövranı çatışmazlığı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
420) Pnevmoniyanın kəskin formasının gedişatı hansı müddətdən çox olmur?
A) 9-10 həftə

B) 7-8 həftə

C) 3-4 həftə

D) 5-6 həftə

E) 11 həftə və ondan çox
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
421) Uzun sürən pnevmoniya zamanı iltihab ocağının sağalma mərhələsi uzun müddət çəkirsə, hansı müddətə başa çatır?
A) 6 aydan çox

B) 11-12 həftə

C) 9-10 həftə

D) 4-6 ay

E) 5-8 həftə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
422) Pnevmoniyanın müalicəsində və sonrakı reabilitasiyasında hansı üsullar tətbiq edilmir?
A) Cərrahi

B) Müalicəvi bədən tərbiyəsi və masaj

C) Fizioterapevtik

D) Sanator-kurort

E) Dərman müalicəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
423) Kəskin pnevmoniyanın müalicəsində eksudativ-infiltrativ dəyişikliklər fazasında 3-5-ci gündən başlayaraq əks göstrişlər olmadıqda, tətbiq edilən müalicə kompleksinə hansı üsullar daxildir?
A) Qırmızı diapazonlu lazer şüaları ilə döş qəfəsinə lokal təsir

B) Ultrayuksək tezlikli elektrik sahəsi, fluimusil aerozol müalicəsi

C) Parafin aplikasiyaları

D) Müalicəvi tənəffüs gimnastikası

E) İnduktotermiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
424) Kəskin pnevmoniyanın 8-12-ci günündən iltihab dəyişikliklərinin aradan götürülməsi fazasında hansı müalicə kompleksini tətbiq etmək məqsədəuyğundur?
A) Maqnit müalicəsi

B) Palçıq aplikasiyası

C) Bəlğəmgətirici maddələr aerozolu

D) Ultrasəs

E) UYT elektrik sahəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
425) Uzun sürən pnevmoniyanın müalicəsi zamanı hansı məqsədlə amplipuls müalicəsi təyin etmək məqsədəuyğundur?
A) Orqanizmin rezerv imkanlarını artırmaq

B) Bronxların səyirici epitelisinin fəallığını azaltmaq

C) Duşlar

D) Bronxların drenaj funksiyasını artirmaq

E) Bronxların saya əzələrinin tonusunu artırmaq
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
426) Uzun sürən pnevmoniyalar zamanı artan pnevmoskleroz əlamətləri olduqda hansı üsulları tətbiq etmək məqsədəuyğun deyil?
A) Lidaza elektroforezi

B) Parafin-ozokerit müalicəsi

C) Papaverin elektroforezi

D) Tripsin elektroforezi

E) Hialuronidaza elektroforezi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
427) Eksudativ plevrit zamanı plevral səthin punksiyasından və eksudat təmizləndikdən sonra hansı amilləri təyin etmək məsləhət deyil?
A) Heparin elektroforezi

B) Kalsium ionları elektroforezi

C) Yod ionları elektroforezi

D) Müalicəvi gimnastika

E) Ultrabənövşəyi şüalanma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
428) Qeyri vərəm mənşəli quru plevrit zamanı müalicə kompleksinə hansı üsulları daxil etmək mümkündür?
A) Ümumi maqnit müalicəsi

B) Masaj


C) Naftalan aplikasiyaları

D) Palçıq aplikasiyaları

E) Görünən şüalar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
429) Tənəffüs orqanları xəstəliklərində kəskin fazada fiziomüalicə hansı vəziyyətlərdə kompleks müalicəyə daxil edilmir?
A) Ağciyər-ürək çatışmazlığının II mərhələsində

B) Qanhayxırma olmadıqda

C) Bədən hərarəti 38°C-dən yuxarı olmadıqda

D) Bullyoz emfizemada

E) İntoksikasiya olmadıqda
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
430) Həzm orqanları xəstəliklərinin profilaktikasında hansı müalicə üsulu əsas yer tutur?
A) Elektromüalicəvi fizik amillər

B) İçməli mineral su müalicəsi, rasional qidalanma rejiminin təşkili

C) Talasoterapiya

D) Günəş müalicəsi

E) Kurort müalicəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
431) Əməliyyat tələb etməyən antral rigid qastrit zamanı hansı üsulları tətbiq etmək mümkündür?
A) Balneomüalicə

B) Lazer şüalanması

C) İçməli mineral sular

D) Elektroyuxu müalicəsi

E) Palçıq müalicəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
432) Yüksək sekresiyalı qastrit zamanı amplipuls müalicəsi üsulunda hansı iş növü istifadə edilir?
A) III, IV iş növü

B) I iş növü

C) I, V iş növü

D) II iş növü

E) V iş növü
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
433) Yüksək sekresiyalı qastrit zamanı hansi amillər istifadə edilmir?
A) Sinusoidal moduləolunmuş cərəyan

B) Sabit cərəyan

C) Desimetr dalğaları

D) İnduktotermiya

E) Diadinamik cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
434) Xroniki qastritdə, mədə və onikibarmaq bağırsaq xorasında ultrasəs necə tətbiq edilir?
A) Üç sahəyə

B) Dörd sahəyə

C) Öndən iki sahəyə

D) Bir sahəyə

E) Arxadan iki sahəyə, öndən bir sahəyə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
435) Xroniki qastritin hansı vəziyyətində kurort müalicəsi göstərişdir?
A) Kaxeksiya

B) Rigid antral

C) Xroniki qastritin kəskinləşmə dövrü

D) Kəskinləşmə fazası olmadıqda

E) Artmış sekresiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
436) Xora xəstəliyinin əmələ gəlməsində iştirak edən amillər hansılardır?
A) Qarın yatalağı infeksiyası

B) Stafilokok infeksiyası

C) Helio-bakteriya infeksiyası

D) Kandida cinsli göbələklər

E) Virus infeksiyası
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
437) Qaraciyər zədələnməsi ilə müşaiyət olunan xora xəstəliyi zamanı içməli mineral sular hansı temperaturda təyin edilir?
A) 36- 38° C

B) 4- 46° C

C) 40- 42° C

D) 38- 40° C

E) 42- 44° C
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
438) Mədə əməliyyatından sonra xəstələrə nə zaman sanator-kurort müalicə təyin edilir?
A) Üç ay sonra

B) Dörd ay sonra

C) Bir ay sonra

D) Beş ay sonra

E) İki ay sonra
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
439) Virus hepatitinin qalıq əlamətləri olan xəstələrdə hansı vannalar əks göstərişdir?
A) Karbon

B) Hidrogen sulfid

C) Radon

D) Naftalan vannaları

E) Yod-brom
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
440) Virus hepatitindən sonra sanator-kurort müalicə nə zaman əks göstərişdir?
A) Qaraciyər 5 sm və daha artıq böyüdükdə

B) Astenik vəziyyətlərdə

C) Qeyri fəal fazada

D) Transamilazanın kliniki və biokimyəvi analizinin nəticələrinə görə fəallığın sönmə fazasında

E) Orta dərəcəli ağrı sindromunda
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
441) Xroniki hepatitin müalicəsi zamanı lil palçıq aplikasiyasının temperaturu neçə dərəcədən artıq olmamalıdır?
A) 45°C

B) 44°C


C) 43°C

D) 46°C


E) 42°C
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
442) Xroniki hepatit zamanı qəbul edilən içməli mineral suların temperaturu neçə dərəcədən aşağı olmamalıdır?
A) 41°C

B) 38°C


C) 39°C

D) 44°C


E) 40°C
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
443) Xolesistektomiyadan sonra ilk vaxtlarda (10-14 gün) hansı prosedurları tətbiq etmək məsləhət görülür?
A) Vibromasaj

B) Dəyişən maqnit sahəsi

C) İnduktotermiya

D) Diadinamik cərəyanlar

E) DMD müalicə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
444) Kəskin simpatik sindromlu osteoxondroz xəstələrinə hansı prosedurları təyin etmək məsləhət görülür?
A) Maqnit müalicəsi

B) UYT elektrik sahəsi

C) Ultrasəs

D) İmpuls cərəyanları

E) Santimetrdalğalı müalicə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
445) Onurğanın boyun şöbəsinin osteoxondrozu zamanı prosedurun hansı temperaturda aparılması pelloidoterapiyanın əsas xüsusiyyətidir?
A) 36- 370C

B) 38- 390C

C) 33- 350C

D) 41- 420C

E) 39- 400C
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
446) Deformasiyaedici osteoartroz zamanı müalicəvi lil palçıq hansı temperaturda tətbiq edilir?
A) 41- 420C

B) 38- 390C

C) 43- 440C

D) 33- 340C

E) 35- 360C
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
447) Osteoxondroz zamanı hansı fiziki amillər güclü ağrıkəsici təsir gstərir?
A) Ultrasəs

B) İmpuls cərəyanları

C) Maqnit müalicəsi

D) Masaj


E) Desimetrdalğalı müalicə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
448) Osteoxondroz xəstələri hansı suları olan balneoloji kurortlara göndərilirlər?
A) Silisium

B) Sulfid

C) Dəmir tərkibli suları olan

D) Balneoloji kurortlar əks göstərişdir

E) Arsen suları olanYod- brom
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
449) Deformasiyaedici osteoartrozun başlanğıc mərhələlərində sinovit əlamətləri olmadıqda hansı fiziki amillər tətbiq edilir?
A) Akupunktur müalicəsi

B) Mexanoterapiya

C) Aromaterapiya

D) Lazer şüalanması

E) Dərman elektroforezi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
450) Deformasiyaedici osteoartrozda ikincili sinovitin kəskinləşməsi zamanı hansı fiziki amilləri tətbiq etmək məqsədəuyğundur?
A) Dərman elektroforezi

B) Ultrayüksək tezlikli elektrik sahəsi

C) Naftalan aplikasiyaları

D) Sinusoidal moduləolunmuş cərəyanlar

E) İnfraqırmızı şüalanma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
451) Osteoartroz xəstəliklərinə hansı kurortlar göstərişdir?
A) İqlim

B) Hidrogen sulfid suları olan palçıq

C) Yod- brom suları olan

D) Dəmir tərkibli suları olan

E) Silisium suları olan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
452) Əsasən oynaq formalı və proliferativ dəyişikliklərlə müşaiyət olunan revmatoid artrit zamanı hansı fiziki amillər tətbiq edilir?
A) ltrayüksək tezlikli elektrik sahəsi

B) Ultrabənövşəyi şüalanma

C) Sinusoidal moduləolunmuş cərəyanlar

D) Sualtı duş masaj

E) Darsonvalizasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
453) Minimal və orta fəallıq dərəcəli iltihab prosesi ilə gedən revmatoid artrit zamanı çox zaman hansı vannalar təyin edilir?
A) Yod- brom

B) Arsen


C) Silisium

D) Radon, sulfid

E) Dəmir tərkibli
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
454) Ankilozəedici spondiloartrit xəstələrində böyrəküstü vəzin qabığının öz qlükokortikoid funksiyasını stimulə etmək məqsədilə hansı fiziki amillər tətbiq edilir?
A) Ultrasəs müalicəsi

B) Maqnit müalicəsi

C) İnduktotermiya

D) Flüktuorizasiya

E) Ultrabənövşəyi şüalanma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
455) Bexterev xəstəliyi zamanı əzələlərin aydın spastik vəziyyətləri, kontrakturalar, kəskin ağrı sindromu olduqda hansı fiziki müalicə üsulları göstərişdir?
A) Darsonvalizasiya

B) Ultrabənövşəyi şüalanma

C) Desimetrdalğalı müalicə

D) İnduktotermiya

E) Sinusoidal moduləedici cərəyanlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
456) Sistemli sklerodermiya xəstəliyində periartikulyar toxumalarda aydın proliferativ əlamətlər olduqda hansı fiziki amillər təyin edilir?
A) Naftalan aplikasiyaları

B) Hialuronidaza elektroforezi

C) UYT elektrik sahəsi

D) Ultrabənövşəyi şüalanma

E) Maqnit müalicəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
457) Sistemli sklerodermiya zamanı böyrəküstü vəzi və oynaqlara induktotermiya hansı məqsədlə tətbiq edilir?
A) Desensibilizəedici

B) Orqanizmin qlükokortikoid fəallığını artırmaq

C) Ağrıkəsici təsir

D) Ağrıkəsici

E) İmuniteti artırmaq
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
458) Dəri-oynaq sindromu olan sistemli sklerodermiya xəstəliklərində hansı kurortlar göstərişdir?
A) Kurortlar əks göstərişdir

B) Dəmir tərkibli suları olan

C) Natrium xlorid suları olan

D) Azotlu termal suları olan

E) Hidrogen sulfid suları olan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
459) Podaqranın xroniki mərhələsində hansı fiziki amillər təyin edilir?
A) Flüktuorizasiya

B) Ultrayüksək tezlikli elektrik sahəsi

C) Desimetrdalğalı müalicə

D) Vermel üsulu ilə litium elektroforezi

E) Tonüstü cərəyanlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
460) Poliartritlə yanaşı gedən şəkərli diabet xəstəliyində palçıq aplikasiyaları necə təyin edilir?
A) Palçıq vannaları

B) «Yarımşalvar» şəklində

C) Ümumi palçıq aplikasiyaları

D) Oynaqlara lokal təsir

E) «Şalvar» şəklində
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
461) Tireotoksikoz zamanı cərəyan müalicəsini hansı nahiyyəyə təyin etmək olmaz?
A) Yaxalıq və boyun nahiyyəsinə

B) Diz oynağına

C) Ayaq altına

D) Epiqastral nahiyyəyə

E) Bilək oynaqlarına
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
462) Zəif ağırlıqlı tireotoksikoz xəstəliyində, onurğanın boyun-döş şöbəsinin osteoxondrozunda hansı müalicə növünü təyin etmək məqsədəuyğundur?
A) Mikrodalğalı müalicə

B) Amplipuls müalicəsi

C) Radon vannaları

D) Ultrayüksək tezlikli elektrik sahəsi

E) Skipidar vannaları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin