Turizm bazarında marketinq xidmətlərinin təşkili



Yüklə 19,87 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü19,87 Kb.
#45538
  1   2
referat 4376


Turizm bazarında marketinq xidmətlərinin təşkili.
Marketinq fəaliyyəti turizmdə turizm məhsulunu istehsalçıdan istehlakçıya çatdırmaqla məşğuldur. Bəs bu iki anlayış nə ilə fərqlənir? Onların fərqi ondadır ki, marketinq daha geniş anlamda olan bir anlayışdır. Turizm bazarı geniş və ucsuz-bucaqsız olduğu üçün ondan “baş çıxarmaq” və səmərəli fəaliyyət göstərməkdən ötrü informasiya lazımdır. Marketinqlə informasiya bir-birilə sıx əlaqəlidir. Beləliklə, marketinq informasiyası maliyyə sərvətləri kimi, təcrübəli personal kimi və bəlkə də, ondan da çox turizm məhsulunu satmaqdan ötrü lazımdır. Turizmi əhatə edən mühit və hadisələr çox dəyişkəndirlər. Belə şəraitdə turist məhsulunu hərəkətə gətirmək dəqiq informasiyanın olmasını tələb edir.

Turist bazarının dəyişməyən və dəyişən məlumatları olur. Məsələn, bazarda marketinqin mühiti uzun müddət sabit qalır. Dəyişən məlumatlara bazarda turizm məhsulunun miqdarı, keyfiyyəti aid ola bilər. Birinci dərəcəli, yəni ilk məlumatlar sorğu, şəxsi müşahidə, testlər aparmaq nəticəsində toplanır. İkinci dərəcəli məlumatlar mühasibat və statistik hesabatlardan götürülmüş məlumatlardır. Onlar firmanın vəziyyəti, bazardakı situasiyanı daha dərindən öyrənməyə imkan verirlər. Marketinqdə toplanan məlumatlar və onların istifadə olunması üçün aşağıdakı tələblər uyğun gəlməlidirlər: aktual olmalı, relevantlı, hadisələri tamam əks etdirməli, məqsədə uyğunluq və tarazlaşdırılmış məlumatlar olmalıdır.

Turizm sahəsində marketinq məqsədə çatmaq üçün təhlükəsiz yolları axtarır. Bununla, marketinq yaradıcı prosesdir, onun bütün elementlərini qabaqcadan müəyyən etmək olmur.

“Marketinq” sözü özü-özlüyündə daha geniş məna daşıyır və iqtisadi anlayış kimi daha çox sahəlidir. Hər şeydən əvvəl “marketinq” – iqtisadi bir prosesdir. Bu prosesi aydın təsəvvür etmək üçün “marketinq” sözünün mənasını hərtərəfli izah etməyə ehtiyac duyulur. “Marketinq” iqtisadi proses kimi istehsal olunan məhsulu istehsalçıdan alıcıya istiqamətləndirən fəaliyyətdir. Bu baxımdan “marketinq” istehsalçı ilə istehlakçı arasında təmas yaradır, bununla da, xidmətlərin və malların satışını asanlaşdırır və əks əlaqə yaradır, bu isə alıcılara lazım olan malların istehsalına kömək edir.

Marketinq fərdlərin və insan qruplarının digərləri ilə dəyər yaradılması və bazarda mübadilə edilməsi yolu ilə öz ehtiyac və tələbatlarını ödəməsi üçün sosial və idarəetmə prosesidir. Marketinq – məhsul, xidmət, ideya və digər varlıqları əhatə edən, hədəf seçilmiş qrup ilə arzu olunan mübadilə əlaqələri yaratmaq və onu möhkəmləndirmək üçün görülən tədbirlərdən ibarətdir. Marketinq – yeni müştərilər cəlb etmək və sövdələşmələr yaratmaqdan əlavə, əsas məqsəd olaraq, müştərini qoruyub saxlamaq və şirkət ilə birlikdə öz bizneslərini inkişaf etdirməkdir. Marketinq mütəxəssisləri müntəzəm olaraq yüksək dəyərlər çatdırmaq yolu ilə güclü iqtisadi və sosial əlaqələr yaratmaq istəyir.

Turizm öz spesifik xüsusiyyətlərinə görə xidmətlərin və malların satılmasında fərqlənir. Adi malların istehsalında marketinq anlayışı konkret xarakter və məzmun daşıyır. Turizmdə marketinq turist xidmətlərinin və mallarının istehsalı və satışı ilə nəticələnir. Turist məhsulu turistə göstərilən və qiyməti turist tərəfindən ödənilən müxtəlif xidmət növləridir. Bura mehmanxana, nəqliyyat, transfer, ekskursiya, əyləncə, qidalaanma və s. xidmət növləri aiddir.

Turist məhsuluna iki cür yanaşmaq olar:

a)


Yüklə 19,87 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin