Bölmə Fizioterapevtik xidmətin təşkili 1 Fizioterapevtik şöbənin fəaliyyətində əsas göstərici hansıdır?


) Sidik daşı xəstəliklərində intensiv məşqlərin tətbiqinə dair əks göstərişlər hansılardır?



Yüklə 1,01 Mb.
səhifə14/17
tarix01.01.2017
ölçüsü1,01 Mb.
#4080
1   ...   9   10   11   12   13   14   15   16   17

814) Sidik daşı xəstəliklərində intensiv məşqlərin tətbiqinə dair əks göstərişlər hansılardır?
A) Xroniki sistit (kəskinləşmədən kənar)

B) Artıq dərəcədə böyrək çatışmazlığı

C) Xroniki nefritlə müşaiyət olan ürəyin işemik xəstəliyi

D) Sidik axarı yolunun ölçüsündən kiçik daşların mövcudluğu

E) Kəskinləşmədən kənar pielosistit
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004.
815) Xroniki qlomerulonefrit xəstələrinə MBT formaları nəylə birgə tətbiq olunur?
A) Ağır atletika

B) Qaçış (yükləmə ilə)

C) Hovuzda üzmə

D) Yüngül atletika və idman oyunları

E) Bədii gimnastika
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004.
816) Nefrit və nefroz xəstələrinə hansı müalicəvi gimnastika növləri tətbiq olunur?
A) Ümumi inkişaf edici (əsasən ətraflar və tənəffüs üçün)

B) Qarın presi əzələlərinin statik gərginliyi

C) Qarın presi əzələlərinin fəal məşqləri

D) Ümumi inkişaf edici (əsasən də bədən üçün)

E) Elastikliyə yönəlmiş məşqlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004.
817) Böyrək daşı xəstəliyi olan xəstələrdə, tutmalararası dövrdə MBT formalarında hansı məşqlər məqsədəuyğun deyil?
A) Sürətli templə yerimə

B) Asta, orta və sürətlə yerimə məşqləri

C) Tənəffüs məşqləri

D) Ayaq üstə və yerimə zamanı bədənin yüngül silkələnməsi ilə məşqlər

E) Bədənin başlanğıc vəziyyətinin tez-tez dəyişilməsi ilə məşqlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004.

Bölmə 24. Dayaq-hərəkət aparatının zədələnmələri və xəstəlikləri olan xəstələrin fiziki reabilitasiyası.
818) Oynaq xəstəliklərində MBT məsələlərinə hansılar aid deyil?
A) Oynaqlarda hərəkət məhdudiyyətin inkşafına əks təsir

B) Xəstənin iş qabiliyyətinin artırılması

C) Oynaqlarda qan dövranının və qidalanmanın yaxşılaşması

D) Oynağı əhatə edən əzələlərin güclənməsi

E) Ürək-damar sisteminin vəziyyətinin yaxşılaşdırılması
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004.
819) Artritin yarımkəskin dövründə hansı məşqlər məsləhət deyil?
A) Əzələlərin boşalmasına və vəziyyətlə müalicə məşqləri

B) Sağlam oynaqlarda sadə, dinamik məşqlər

C) Sağlam ətrafların əzələlərinin statik gərginliyi

D) Oynaqların mürəkkəblik məşqləri

E) Tənəffüs məşqləri
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
820) Artrit və artroz xəstəliklləri olan xəstələrdə reabilitasiyanın sanator mərhələsində hansı müalicəvi bədən tərbiyəsi tətbiq edilir?
A) Basketbol

B) Voleybol

C) Hərəkətli oyunlar

D) Qaçış


E) Mexanoaparatların və trenajor qurğuların istifadəsi ilə müalicəvi gimnastika
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
821) Travmaların müalicəsi zamanı immobilizasiya dövründə hansı MBT formaları tətbiq olunur?
A) Trenajorda məşqlər

B) Suda müalicəvi gimnastika

C) Müalicəvi gimnastika

D) Fiziki yükləmələrlə məşqlər

E) Fəal kinezoterapiya
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
822) Travmaların müalicəsi zamanı immobilizasiya dövründə hansı MBT formaları məqsədəuyğun deyil?
A) Əmək terapiyası

B) Suda müalicəvi gimnastika

C) Mexanoterapiya

D) Dozalaşmış fiziki yükləmələr

E) Müalicəvi gimnastika
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
823) Kəskin travmalarda fiziki məşqlər nələrin qarşısını alır?
A) Tənəffüs pozulmalarının

B) Tromboembolik fəsadların

C) Orqanizmin qocalmasının

D) Fiziki iş qabiliyyətinin artıq dərəcədə artmasını

E) Əzələ atrofiyalarının və hərəkət məhdudiyyəti inkşafının
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
824) Borulu sümüklərin sınıqları zamanı MBT məsələləri nədən ibarətdir?
A) Sümük döyənəyinin inkşafının stimulyasiyasından

B) Sinir sisteminin gücləndirilməsindən

C) Ürək- damar sisteminin gücləndirilməsindən

D) Koordinasiyanın yaxşılaşmasından

E) Tənəffüs funksiyasının yaxşılaşmasından
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
825) Bud sınıqları zamanı immobilizasiya olunmuş aşağı ətraflara hansı xüsusi məşqlər daxil deyil?
A) Diz oynağında dinamik məşqlər

B) Bud əzələlərinin izometrik gərginlik məşqləri

C) Ayaq barmaqları üçün dinamik məşqlər

D) Topuq və baldır əzələlərinin izometrik gərginlik məşqləri

E) Bel əzələlərinin izometrik gərginlik məşqləri
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
826) Çanaq sümüklərinin sınıqları zamanı MBT erkən tətbiqinə göstərişlər hansılardır?
A) Çanaq sümüklərinin çıxıntılı sınıqları

B) Qasıq, oma- qalça birləşməsi sınıqları, sümüklərin yerdəyişməsi müşahidə olunan

C) Çanaq halqasının pozulması ilə müşaiyyət olunan sınıqlar

D) Çanaq sümüklərinin açıq sınıqları sınıqları

E) Çanaq sümüklərinin fraqmentlərinin az yerdəyişməsi ilə müşahidə olunan sınıqlar
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
827) Onurğa osteoxondrozunda reabilitasiya tədbirlərinə hansılar daxil deyil?
A) Onurğa üçün yüngülləşmə vəziyyəti və dartılma

B) Balneofizioterapiya

C) Belin masajı

D) Müalicəvi gimnastika

E) Fiziki yükləmələrlə məşqdər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
828) Vertebrobazilyar arteriya sindromu ilə müşaiyyət olan boyun osteoxondroz xəstələrdə tətbiq olunan xüsusi məşqlər hansılardır?
A) Çiyin qurşağı və əl əzələlərinin gərilməsinə yönəlmiş məşqlər

B) Boyun və baş əzələlərinin statik gərginliyi

C) Onurğanın boyun şöbəsində maksimal amplitudalı məşqlər

D) Avarlı trenajorda məşqlər

E) Ətraf oynaqlarının funksiyasının yaxşılaşmasına yönəlmiş məşqlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
829) Çiyin-kürək periartriti ilə müşaiyyət olunan boyun osteoxondrozu xəstələrində tətbiq olunan xüsusi məşqlərə hansılar aiddir?
A) Çiyin qurşağında fəal məşqlər

B) Avarlı trenajorda məşqlər

C) Çiyin qurşağı əzələlərinin gərginləşməsinə yönəlmiş məşqlər

D) Çiyin qurşağı əzələlərinin boşalmasına yönəlmiş məşqlər

E) Çəkisi 3-5 kq olan qantellərlə məşqlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
830) Skolioza hansılar aid deyil?
A) Boyun əyriliyi

B) Onurğanın döş şöbəsində əyilməsi, torsiyanın olmaması şərti ilə

C) Onurğanın şaquli oxu ətrafında rotasiya

D) Sagital müstəvidə onurğanın əyilməsi

E) Frontal müstəvidə onurğanın əyilməsi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина»,Курс лекций и практические занятия, ч.1, Москва. 2004
831) Pubertat dövrdə skoliozun proqressivləşməsinin sürəti pubertat dövrünə qədər yaşlara nisbətən necə dəfə artır?
A) 10 dəfə

B) 6-7 dəfə

C) 4-5 dəfə

D) 8-9 dəfə

E) 2-3 dəfə
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
832) Skolioz zamanı MBT – nin məqsəd və məsələlərinə hansılar aid deyil?
A) Əzələ korsetinin əmələ gəlməsi

B) Döş qəfəsinə korriqəedici təsir

C) Düzgün qamətin tərbiyyəsi

D) Onurğanı gərginləşdirici təsir

E) Onurğa deformasiyasına korriqəedici təsir
Ədəbiyyat: Н.Д.Граевская,Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
833) Onurğanın korriqəedici məşqlərinə hansılar aid deyil?
A) Tarazlıq məşqləri

B) Onurğanın passiv korreksiyası

C) Əyilməyə əks məşqlər

D) Detorsiyon məşqlər

E) Balanslaşma məşqləri
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
834) Skolioz xəstələrinə göstərişlər hansılardır?
A) Ağır atletika

B) Döyüş atletikası

C) Üzmələr

D) Akrobatika

E) Bədii və idman gimnastikası
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
835) Qamətin pozulması zamanı xüsusi müalicəvi gimnastika məşqlərinə hansılar aid deyil?
A) Qarın əzələlərinin, kürək və bel əzələlərinin bərkidilməsinə yönəlmiş məşqlər

B) Korriqəedici məşqlər

C) Üzmə

D) Tonuslaşdırısı məşqlər



E) Tənəffüs məşqləri
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004

Bölmə 25. Cərrahiyyədə fiziki reabilitasiya
836) Apendektomiyadan sonra müalicəvi gimnastika nə zaman təyin olunur?
A) 1-2 –ci gündə

B) 5-6-cı gündə

C) İlk 3-5 saat ərzində

D) 7-8-ci gündə

E) 3-4- cü gündə
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
837) Xolesistektomiyadan sonra xəstəyə durmaq və oturmaq nə vaxt icazə verilir?
A) 1 gün sonra oturmağa icazə verilir

B) 6-8-ci gün oturmağa icazə verilir

C) 6-8- ci gün durmağa icazə verilir

D) 5-7- ci gün durmağa icazə verilir

E) 10-12- ci gün oturmağa icazə verilir
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
838) Yırtıq əməliyyatından sonra 1-2-ci gündən icazə verilən MBT üslubları hansılardır?
A) Fəal hərəkətlər

B) İdman vasitələri ilə məşqlər

C) Qarın əzələlərinin gərginliyinə aid məşqlər

D) Bədən və ayaqlar üçün məşqlər

E) Tənəffüs məşqləri və ətrafların kiçik və orta əzələ qruplarına aid məşqlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
839) Qarın boşluğu əməliyyatlarından sonra xəstələrə MBT təyininə əks göstərişlərə hansılar aiddir?
A) Əməliyyat zonasında hərəkətlər zamanı ağrılar

B) Bədənin subfebril hərarəti ilə müşaiyyət olunan durğunluq pnevmoniyası

C) Tənəffüs məşqləri

D) Erkən əməliyyatdan sonrakı dövr

E) Əməliyyatdan sonrakı fəsadlarla əlaqəli olan, xəstənin ağır vəziyyəti
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
840) Qarın boşluğu əməliyyatlarından sonrakı reabilitasiyanın ilkin mərhələsinə hansı məşqlər daxil deyil?
A) Tarazlıq məşqləri

B) Ətrafların distal və proksimal əzələ qrupları üçün məşqlər

C) Boyun və çiyin qurşağı əzələləri üçün məşqlər

D) Statik və dinamik tənəffüs məşqləri

E) Diafraqmal tənəffüs məşqləri
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
841) Ağ ciyərlər əməliyyatından sonrakı mərhələdə, müalicəvi gimnastikaya hansılar əks göstərişdir?
A) Bağırsağın parezi

B) Yüksək hərarətlə müşaid olunan (38-390), bəlğəmin xaric olması ilə əlaqəli olmayan ağciyərin kəskin infarktı

C) Pnevmoniya təhlükəsi

D) Bəlğəmdə qan izləri

E) 2-ci dərəcəli ürək-damar çatışmazlığı
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
842) Ürəkdə əməliyyatdan sonrakı dövrdə MBT məşqləri nə zaman göstərişdir?
A) Kəskin ürək-damar çatışmazlığı

B) Pnevmoniya təhlükəsi

C) Şok

D) Əməliyyatdan sonrakı dövrdə hərəkətlər zamanı ağrılar



E) Qanaxma
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
843) Ağ ciyərlər əməliyyatından sonrakı erkən mərhələdə müalicəvi gimnastika üslublarına hansılar aid deyil?
A) Tənəffüs məşqləri

B) Drenaj məşqləri

C) Boşalma məşqləri

D) Gərginləşdirici məşqlər

E) Sadə ümumi inkişafedici məşqlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
844) Ağ ciyərlər əməliyyatından sonrakı erkən mərhələdə müalicəvi gimnastika məsələlərinə hansılar aiddir?
A) Ağciyər və ürək- damar çatışmazlığının profilaktikası

B) Hipostatik pnevmoniyanın profilaktikası

C) Əməliyyat aparılmış tərəfdə çiyin oynağının hərəkət məhdudiyyətinin profilaktikası

D) Bağırsaq funksiyasının pozulmalarının profilaktikası

E) Kürək, bel, qarın əzələlərinin bərkidilməsi.
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004

Bölmə 26. Sinir sistemi xəstəlikləri klinikasında xəstələrin fiziki reabilitasiyası.
845) İnsultdan sonrakı reabilitasiya mərhələləri hansılardır?
A) Gecikmiş ( 2 aydan artıq)

B) Erkən ( 2 aya qədər), hospital

C) Sanator-kurort

D) Profilaktoriya

E) Poliklinik
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
846) Hemiparezlər zamanı xüsusi məşqlərə hansılar daxil deyil?
A) Tənəffüs gimnastiksı

B) Kompensator hərəkət vərdişlərinin inkşafı

C) İflic olunmuş əzələlərin gücləndirilməsi və spastik yığılmış əzələlərin boşalması

D) Onurğanın əzələ korsetinin gücləndirilməsi

E) Yerimə zamanı koordinasiyanın yaxşılaşması
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
847) Onurğa beynin travması və ya insult zamanı əzələlərin spastikasını aradan götürmək məqsədi ilə reabilitasiya kompleksinə hansılar daxil edilir?
A) Klassik masaj

B) Sinkineziyalara üstün gələn məşqlər, passiv hərəkətləri istisna etməklə MBT-nin xüsusi məşqləri

C) Bədən əzələlərinin intensiv masajı

D) İzometrik rejimdə məşqlərin yerinə yetirilməsi

E) Vibrasion masaj
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
848) Mil sinirinin nevriti zamanı əllər üçün xüsusi fiziki məşqlərə hansılar aid deyil?
A) Əl oynaqlarında passiv hərəkətlər

B) Çiyin oynaqlarında passiv hərəkətlər

C) İnstruktor vasitəsilə aparılan məşqlər və ya əl əzələlərinə müqavimətlə məşqlər

D) İdeomotor hərəkətlər

E) Fəal- yuxarı ətiraf oynaqlarında hərəkətlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
849) Ətrafların periferik sinirlərinin nevritlərində nə tətbiq olunmur?
A) Tənəffüs məşqləri

B) Alətlərlə məşqlər

C) Ətrafların «vəziyyəti» ilə müalicə

D) Statik məşqlər

E) Əzələlərin boşalmasına yönəlmiş məşqlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
850) Mil sinirinin nevriti zamanı daha effektiv məşqlər növü hansılardır?
A) Tənəffüs məşqləri

B) Sürətli templə yerimə

C) Suda məşqlər

D) Hoppanmalar

E) Qaçış
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
851) Dirsək sinirinin nevriti zamanı hərəki pozulmalara hansılar aid deyil?
A) «Sallanan əl»

B) Said əzələlərində sinir boyu ağrılar

C) 3-5 əl barmaqlarının əzələ gücünün enməsi

D) «Quşayağı» tipli əlin vəziyyəti

E) Əldə ağrılar
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
852) Üz sinirinin nevriti zamanı hansı prosedurlar təbiq olunmur?
A) Mimik əzələlər üçün fəal məşqlər

B) Mimik əzələlərin «vəziyyətlə» müalicəsi, leykoplastr maskası

C) Üz əzələlərinin boşalması üçün məşqlər

D) Passiv üz əzələləri məşqləri

E) Krioterapiya
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
853) Üz sinirinin nevriti zamanı hansı masaj növü aparılır?
A) Yaxalıq nahiyyəsinə, üzün sağlam tərəfinə, zədələnmiş tərəfdən yüngül masaj

B) Zədələnmiş tərəfin dartıcı masajı

C) Yaxalıq nahiyyəsinin dərin masajı

D) Zədələnmiş tərəfdən dərin masaj

E) Zədələnmiş tərəfin yüngül masajı
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
854) Nevrozlar zamanı müalicəvi gimnastika necə təsir göstərir?
A) Sinir sisteminə oyadıcı təsir göstərir

B) Ümumi möhkəmləndirici təsir edir

C) Daxili orqanların trofikasının yaxşılaşdırır

D) Məqsədəuyğun şərti reflektor əlaqələrin bərpası və adekvat kortiko visseral qarşılıqlı əlaqələri bərpa edir

E) Sinir sistemində oyanma və tormozlonma proseselərində tarazlıq yaradır
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
855) Nevrozlarda xüsusi məşqlər nəyə yönəlir?
A) Beyin hemodinamikasının yaxşılaşmasına

B) Bədənin açıcı əzələlərinin gücləndirilməsinə

C) Ürək damar funksiyasının yaxşılaşmasına

D) Tənəffüsün yaxşılaşmasına

E) Əzələ tonusunun yüksəlməsinə
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
856) Nevrozlarda, autogen məşqlərin müalicəvi gimnastika prosedurlarına qoşulma məqsədinə hansı aid deyil?
A) Əzələ tonusunun özünü requlyasiya vərdişlərinin məşqi

B) Xəstənin diqqətinin fəallaşması

C) Fiziki yükləmənin intensivliyinin requlyasiyası

D) Artmış sinir – əzələ tonusunun enməsi

E) Sinir-əzələ tonusunun artması
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
857) Nevroz xəstələrinin əks bioloji əlaqələr aparatı vasitəsi ilə (kompüter oyunları) məşqinin məsələlərinə hansılar aid deyil?
A) Diqqət məşqi

B) Sinir əzələ sisteminin özünə requlyasiyasının yaxşılışması (boşalma -gərginləşmə diapazonunda)

C) Sinir əzələ sisteminin özünə requlyasiyasının yaxşılaşması

D) Xəstənin diqqətinin fəallaşması

E) Hərəkət koordinasiyasının məşqləri
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
858) Mərkəzi sinir sisteminin oyanıqlığı ilə müşaiyyət olunan nevrozlarda xəstələrə tətbiq olunan müalicəvi gimnastikanın xüsusiyyətlərinə hansılar aiddir?
A) Sinir sisteminə sakitləşdirici təsir göstərən məşqlər

B) Bədii gimnastika məşqlərinin daxil edilməsi

C) Ritmik gimnastika elementlərinin daxil edilməsi

D) Kompyuter oyunlarının tətbiqi

E) Sinir proseslərinin oyanıqlığını artıran məşqlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
859) Tormozlanma proseslərinin üstünlüyü ilə müşaiyyət olunan nevroz xəstələrində müalicəvi gimnastika üslublarının xüsusiyyətlərinə hansılar aiddir?
A) Azhərəkətli oyunlarının tətbiqi

B) Xəstənin passivliyinə yönələn fiziki məşqlər ( özünəyox, xaricdən)

C) Xəstənin fəallığına istiqamətlənən fiziki məşqlər (özünə)

D) Plastik gimnastika məşqləri

E) Xəstənin umumi fəallaşması
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
860) Kəllə – beyin travması olan xəstələrin bərpa müalicəsində məsləhət görülməyən vasitələr hansılardır?
A) Əmək terapiyası

B) Ritmik gimnastika

C) Fizioterapevtik müalicə

D) Masaj


E) Müalicəvi gimnastika
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
861) Kəllə–beyin travması olan xəstələrdə MBT-nin hansı məşqləri məqsədəuyğun deyil?
A) Koordinasiyaya yönəlmiş

B) Boşalmaya yönəlmiş

C) Tarazlığa yönəlmiş

D) Tənəffüs məşqləri

E) Fəal
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
862) Spastik ifliclərdə əzələ tonusunun endirilməsi məqsədi ilə hansı masaj üsulları tətbiq olunmur?
A) Ovxalama

B) Sürtmə

C) Nöqtəvi masaj

D) Səthi sığallama və vibrasiya

E) Dərin sığallama
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
863) Aşağı tonuslu əzələlərin gücləndiriməsi məqsədi ilə hansı masaj üsulları tətbiq olunmur?
A) Səthi və dərin sığallama

B) Sürtmə

C) Vibrasiya

D) Ovxalama

E) Çimdikləmə
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
864) Mərkəzi sinir sistemi zədələnmələri olan xəstələrdə vestibulyar davamlığın artırılması məqsədi ilə tətbiq olunan xüsusi məşqlərə hansılar aiddir?
A) Hərəkətlərin koordinasiyasına yönəlmiş məşqlər

B) Hədəfəatma məşqləri

C) Dayaq sahəsinin artırılması

D) Korriqəedici məşqlər

E) Tarazlığa yönəlmiş məşqlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
865) Vestibulyar məşqlər zamanı tətbiq olunmayan məşqlər hansılardır?
A) Passiv məşqlər elementləri

B) Yarımdairəvi kanalların və otolit cihazına məşqedici təsir göstərən

C) Fəal məşqlər elementləri

D) Tarazlığa yönələn

E) Koordinasiyaya yönələn
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва 2004
866) Koordinasiya məşqləri hansılardır?
A) Balanslaşmaya yönəlmiş məşqlər

B) Tənəffüs məşqləri

C) Boşalmaya yönəlmiş məşqlər

D) Avar çəkmə

E) Tonuslaşdırıcı məşqlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
867) Miasteniya zamanı müalicəvi gimnastikanın məsələlərinə hansılar daxildir?
A) Mədəaltı vəzinin funksiyasının normalaşması

B) Ayaq əzələlərinin boşalmasına dair məşqlərin öyrənilməsi

C) Ağciyər fəsadlarının profilaktikası

D) Hormonal sistemin tarazlaşdırılması

E) Ürək-dəmar sistemi funksiyasının yaxşılaşdırılması
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin