Bm tarixi-2 Fənni Üzrə mtahan Suallarının Cavabları



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix01.01.2017
ölçüsü0,66 Mb.
#3895
1   2   3   4   5   6   7   8   9   10   11

       20.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutu  və  böyük  dövlətlərin 

mövqeyi. 

 

F.  Xoyskinin  xarici  işlər  komissarı  Çiçerinə  göndərdiyi  sonuncu  notasına 



Sovet  Rusiyası  münasibət bildirmədi.  Çünki  Rusiya  Azərbaycanla  münasibətlərin 

hərbi müstəvidə “həlli” qənaətini artıq qətiləşdirmişdi. Rusiya bəzi diplomatik ge-

dişləri-ticarət  və  iqtisadi  məsələrə  dair  danışıqları  ilə  vaxt  qazanırdı.  Arxada  isə 

Azərbaycana hərbi müdaxilənin planları hazırlanırdı. Bunu bir çox rəsmi sənədlər 

də  yaxşı  açıqlayır.  Qafqaz  cəbhəsi  komandanlığının  XI  ordunun  və  Volqa-Xəzər 

donanmasının  komandanlıqlarına  Petrovsk  şəhərindən  verilən  490  (21.IV.1920), 

Rostovda imzalanan  5969/s  saylı  (23.IV.1920) direktivləri,  Dərbəndən verilən 52 

saylı əmr (25.IV.1920) bu baxımdan olduqca səciyyəvidir. 

 

Bakıya  hücum  və  Azərbaycanın  azad  edilməsi  haqqındakı  490  saylı  direk-



tivdə: 1. aprelin 27-də Azərbaycan sərhədlərini keçib Bakı quberniyasını tutmaq; 2. 

desant  çıxararaq  neftdaşıyan  AXC  donanmasını  ələ  keçirmək  nəzərdə  tutulurdu. 



39 

 

5969/s  saylı  direktivdə  əvvəlkinə  əlavə  olaraq  yalnız  Bakı  quberniyasının  deyil, 



Azərbaycanın bütün ərazisinin ələ keçirilməsi XI ordunun son vəzifəsi sayılırdı. 52 

saylı  əmrdə  isə  gələcək  hərbi  əməliyyatların  17  maddəlik  konkret  planı  verilirdi. 

şğ

al ərəfəsində daxildəki bolşeviklər və ermənilər Sovet Rusiyasının hərbi müda-



xilə planlarına dəstək verdilər. 

 

Sovet  Rusiyası  bu  kimi  hərbi-siyasi-ideoloji  səciyyəli  hazırlıq  tədbirlərini 



tamamladıqdan sonra yenidən Şimali Azərbaycanın işğalına başladı (27.IV.1920). 

AXC parlamenti: a) Azərbaycanın tam müstəqilliyinin saxlanılması; b) onun ərazi 

bütövlüyünün qorunması və digər şərtlərlə hakimiyyətin təhvil verilməsinə razılaş-

dı.  Beləliklə,  27  aprel  istilası  ilə  növbəti,  lakin  qısamüddətli  Azərbaycan  istiqlalı 

“dünya  sosialist  inqilabı”,  Lenin  “milli  siyasəti”  yolunda  qurban  gedərək  tarixə 

qovuşdu.  Paris  Sülh  konfransının  de-fakto  tanıdığı  AXC-ni  Rusiyanın  devirməsi 

beynəlxalq dairələr və böyük-qonşu dövlətlər tərəfindən, əsasən, sükutla qarşılandı. 

AXC Sülh nümayəndəliyi San-Remoda ikən Azərbaycanın Rusiya tərəfindən işğalı 

ilə bağlı Müttəfiqlərin Ali Şurasına, Romadakı səfirliklərə və sonralar isə Millətlər 

Cəmiyyətinə, beynəlxalq konfranslara notalar-müraciətlər göndərdi. Həmin diplo-

matik  sənədlərdə  Azərbaycanın  müstəqilliyinin  bərpası  üçün  təcili  tədbirlər  gö-

rülməsi  və  yardım  göstərilməsi  istənildi.  Lakin  heç  bir  ciddi  əməli  nəticə  hasil 

olmadı.  Göründüyü  kimi,  beynəlxalq  toplantı  və  qurumlar  AXC-nin  devrilməsi, 

Azərbaycanın  beynəlxalq  münasibətlər  sistemindən  çıxarılması  ilə  razılaşdılar. 

Qərbin böyük dövlətləri Aprel işğalı faktına gözyumdular. Bu cür münasibət onla-

rın ikili siyasətinin qanunauyğun yekunu kimi də dəyərləndirilə bilər. Müttəfiqlərin 

Rusiyanın  yenidən  Azərbaycana qayıtmasını önləməmələri  bu kimi  səbəb-niyyət-

lərdən də irəli gəlirdi: 1. işğalın əngəllənməsi üçün lazım gələn hərbi-iqtisadi im-

kanların yetərsizliyi; 2. yardım göstərilməsinin bahalı və azsəmərəli sayılması; 3. 

Rusiyadan güzəştlər qoparılması, ilk öncə, də müttəfiqlərin borclarını qaytarmasına 

nail olunması. Türkiyə parçalanmaq və suverenliyini itirmək təhlükəsi ilə üzləşdi-

yindən  Azərbaycan dövlətinin süqutuna  razılıq  verdi  və  yardım  göstərdi.  ran  Şi-

mali Azərbaycanda dövlətçiliyin növbəti süqutunu razılıqla qarşıladı. Cənubi Azər-


40 

 

baycanda  milli-demokratik  mübarizənin  genişləndiyi  bir  dövrdə  AXC-nin  devril-



məsi onun üçün göydəndüşmə bir iş sayıla bilər. 

  

               21. Paris sülh konfransı və beynəlxalq münasibətlər. 

Almaniya və onun müttəfiqləri ilə dinc nizamlama məsələləri 1919-cu il yanvarın 

18-də  keçirilən  Paris  sülh  konfransında  həll  olunurdu.  Orada  27  ölkənin  nüma-

yəndəsi  iştirak  edirdi.  Konfransın  rəsmi  iştirakçılarından  başqa  bəzi  müstəmləkə 

ölkələrinin,  bir  sıra  dövlət  və  ictimai  təşkilatların  nümayəndələri  də  Parisə  gəl-

mişdilər. Konfransın rəsmi açılışı ərəfəsində dövlət və hökumət başçılarının, xarici 

işlər nazirlərinin və nümayəndə heyətlərinin digər yüksək vəzifəli üzvlərinin müşa-

virə və görüşləri keçirilirdi. Bir sıra məsələlər-konfransın dili, reqlamenti, ölkələrin 

rolu  və  onun  işində  iştirakı  uzun  sürən  müzakirələr  doğurdu.  Konfransın  əsas 

dilləri kimi ingilis və fransız dilləri tanındı. Konfransda iştirak edən ölkələr 4 qrupa 

bölünmüşdü. 

          Birinci  qrup.  ABŞ,  ngiltərə,  Fransa,  taliya  və  Yaponiya.  Bu  ölkələrin  hər 

birinin  5  səlahiyyətli  nümayəndəsi  vardı  və  onlar  həm  bütün  ümumi  iclaslarda, 

həm də müxtəlif komitə və komissiyaların iclaslarında iştirak edirdilər. 

       kinci qrup. Britaniya dominionları və 19 başqa ölkə. Onların birdən üçə qədər 

səlahiyyətli nümayəndələri vardı və onlara bilavasitə aid olan məsələlərin müzakirə 

olunduğu  iclaslarda iştirak edə bilərdilər. 

      Üçüncü  qrup.  Almaniya  və  müttəfiqləri  ilə  diplomatik  münasibətləri  pozmuş 

dörd  Latın  Amerikası  ölkəsi.  Onların  nümayəndələri  yalnız  bu  ölkələrin  maraq-

larına toxunan məsələlər müzakirə olunduğu zaman iclaslara çağırılırdılar. 

       Dördüncü qrup. Bura neytral və yenidən yaradılması nəzərdə tutulan ölkələrin 

nümayəndələri daxil idi. Onlar yalnız xüsusi məsələlərin müzakirəsində iştirak edə 

bilərdilər. 

          Konfransı  açan  Fransa  prezidenti  Puankare  Almaniyanın  ünvanına  qəzəbli 

sözlər  söylədi  və  müharibənin  təqsirkarlarına  qarşı  sərt  sanksiyaların  tətbiq  edil-

məsinə çağırdı. O, yeni təcavüzə yol verməmək üçün qəti tədbirlərin görülməsini 

tələb etdi. Bütün ən vacib məsələlər üç Şura tərəfindən həll edilirdi: Onlar Şurası, 



41 

 

Dördlər Şurası və Beşlər Şurası. Onlar Şurasına ABŞ-dan-Vilson və Lansin,  ngil-



tərədən-Lloyd  Corc  və  Balfur,  Fransadan-J.  Klemanso  və  Pişon,  taliyadan-

Orlando  və  Sonnito,  Yaponiyadan-Makino  və  Şinda  daxil  idilər.  Dördlər  Şurası 

yalnız ABŞ,  ngiltərə, Fransa və  taliya dövlətlərinin başçılarından ibarət tərkibdə 

işləyirdi.  Beşlər  Şurası  ABŞ,  ngiltərə,  Fransa,  taliya  və  Yaponiya  xarici  işlər 

nazirlərindən  ibarət  idi.  Lakin  əsas  məsələləri  ABŞ  prezidenti  Vilsonun,  ngil-

tərənin  və  Fransanın  baş  nazirləri  Lloyd  Corcun  və  Klemansonun  daxil  olduğu 

böyük “üçlük” həll edirdi. 

        Hazırlıq  dövründə  və  konfransın  işinin  gedişində  amerikan  prezidentinin  14 

bəndi və xüsusən də bütün danışıqların açıq aparılması, heç bir məxfi beynəlxalq 

sazişlərin olmaması, diplomatiyanın həmişə açıq və aşkar fəaliyyət göstərməli ol-

duğu barədə çox danışılırdı. Sovet Rusiyasının nümayəndələrinin konfransa çağı-

rılmamasına  baxmayaraq,  demək  olar  ki,  bütün  problemlərin  müzakirəsində  “rus 

məsələsinə”  toxunulurdu.  Bəziləri  Rusiyaya  müttəfiqlərin  ordusunu  göndərməyi 

zəruri hesab edirdilər, digərləri əsas  diqqətin A. V. Kolçak, A.   Denikin və digər 

ağ  generalların  müdafiəsinə  yönəldilməsi  uğrunda  çıxış  edirdilər.  London  və 

Vaşinqtonda  Sovet  hökumətinin  möhkəmləndiyini  başa  düşdüklərindən  burjua 

hökumətini xilas etmək üçün cəhdlər etməyə başladılar. 

         22. Müharibədən sonrakı nizamlama problemləri. Almaniya ilə sülh mü-

qaviləsi. 

 Millətlər  Cəmiyyətinin  Nizamnaməsini  qəbul  edən  Paris  konfransı  Almaniya  ilə 

sülhün  şərtlərinin  müzakirəsinə  keçdi.  ngiltərə,  Fransa,  ABŞ  və  antialman  blo-

kunun  müharibədə  iştirak  etmiş  digər  ölkələri  Almaniyanın  zəifləməsini  istə-

yirdilər  ki,  o,  hadisələrin  inkişafına  həlledici  təsir  göstərə  bilməsin  və  iqtisadi-ti-

carət əlaqələrində rəqabətə davamlı olmasın. Barışmaz mövqeni Fransa tutmuşdu. 

Klemanso  və  digər  fransız  nümayəndələri  müharibədə  verdikləri  bütün  itkilərin 

ə

vəzini Almaniyadan almağa çalışırdılar. Onlar Almaniyadan 800 mlrd. qızıl mar-



ka  məbləğində  təzminat  tələb  edirdilər.  Sərhədlər  haqqında  məsələdə  kəskin  dis-

kussiya  oldu.  Fransa  Elzas  və  Lotaringiyanın  qaytarılmasından  əlavə  Reynin  sol 

sahilinin işğalında və sağ sahilindəki 50 kilometrlik zonanın hərbsizləşdirilməsin-


42 

 

də təkid edirdi. Müqavilənin hərbi maddələrinə gəlincə, hamı bununla razı idi ki, 



Almaniyanın  quru  qoşunlarının  şəxsi  heyəti  yüz  min  nəfərdən  çox  olmamalıdır. 

Almaniya  ilə  müqavilənin  hərbi  maddələrinin  müzakirəsi  zamanı  fransız  nüma-

yəndə  heyəti  alman  ordusunun  təkcə  xeyli  ixtisar  olunmasını  yox,  həm  də  hərbi 

müəssisələri  üzərində  bilavasitə  nəzarət  tələb  etdi.  ngiltərə  və  ABŞ  bu  təklifin 

ə

leyhinə çıxdılar.  ngiltərə Almaniya üçün daha yumşaq iqtisadi şərtlərin tərəfdarı 



idi  və  Qərb  torpaqlarının  Polşaya  verilməsinə  qarşı  çıxış  etdi.  Alman  ordusunun 

ixtisarında Amerika və ingilis nümayəndə heyətləri o qədər də maraqlı deyildilər. 

Onlar Şurasının iclasında Vilson bəyan etdi ki, Almaniyaya “daxili qayda-qanunu 

qorumaq və bolşevizmi əzmək” üçün zəruri olan ordu saxlamaq lazımdır.  

            1919-cu  il  aprelin  25-də  alman  nümayəndə  heyəti  Versala  dəvət  olundu. 

Ona  Xarici  işlər  naziri  Rantstau  başçılıq  edirdi.  O,  müttəfiqlər  arasındakı  fikir 

ayrılığından istifadə etməyə cəhd etdi. Konfransın iclasında alman nümayəndə he-

yəti  ilk  dəfə  mayın  7-də  göründü.  Ona  təklif  olunan  müqavilənin  mətni  təqdim 

olundu  və  tanış olmaq  üçün  15  gün  vaxt verildi.  Verilmiş  vaxt  almanlara  kifayət 

etmədi və onlar mayın 29-da müqavilə mətninə fikir bildirdilər. Müqavilənin bütün 

bəndlərinə etiraz edən Almaniya referendum keçirilməsi şərti ilə Elzas və Lotarin-

giyanı  Fransaya  qaytarmağa  razı  oldu.  O,  həmçinin  100  minlik  orduya  razılaşır, 

Poznan əyalətinin bir hissəsini Polşaya verməklə onun üçün dənizə dəhliz açmağa, 

20  milyard  1926-cı  il  mayın  1-nə  olmaqla  100  milyard  marka  təzminat  ödəməyə 

hazır olduğunu bildirdi. Almaniyanın özündə müqavilənin şərtlərinə qarşı mübari-

zə vüsət aldı. Almanlar müharibənin yeganə günahkarının Almaniya adlandırılma-

sına etiraz edirdilər. Klemanso cavab verdi ki, onlar müharibəni uduzduqlarından 

sülh şərtlərini qəbul etməlidirlər, yox əgər Almaniya belə siyasət aparmaqda dava 

edəcəksə onda Antanta ölkələri hərbi əməliyyatları bərpa edib onu işğal edəcək və 

danışıqsız tam təslim olmasını tələb edəcəklər. Dördlər Şurasının qərarı ilə marşall 

Foş  işğal  planı  işləyib  hazırlayırdı.  Uzun  müzakirələrdən  sonra  Almaniya  sülh 

müqaviləsinin  imzalanması  haqqında  qərar  qəbul  etdi.  1919-cu  il  iyunun  28-də 

Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı. Müqaviləyə görə Alma-

niya Elzas və Lotaringiyanı Fransaya qaytarırdı. Reyn çayının sol sahili müttəfiqlər 



43 

 

tərəfindən  işğal  olunurdu  və  sağ  sahilində  50  kilometrlik  hərbsizləşdirilmiş  zona 



yaradılırdı. Burada Almaniya istehkamlar tikmək, silahlı qüvvələrini yerləşdirmək 

və hərbi manevrlər keçirmək hüququndan məhrum olurdu. Saar hövzəsinin kömür 

mədənləri Fransanın mülkiyyətinə verilirdi, Saar vilayətini isə 15 il ərzində Millət-

lər Cəmiyyəti idarə etməli, sonra referendum yolu ilə onun Fransaya və ya Alma-

niyaya verilməsi məsələsi həll olunmalı idi. Almaniya Polşanın müstəqilliyini tanı-

yır Poznanı, Pomoryeni, Qərbi Prussiyanın və Yuxarı Sileziyanın bir hissəsini ona 

verirdi. Alman ərazisi Polşaya dənizə çıxış imkanı verən dəhlizlə bölünürdü. Qdan-

sk ona bitişik ərazi ilə birlikdə Millətlər Cəmiyyətinin himayəsi altında azad şəhərə 

çevrilirdi. Şlezviqin şimal hissəsi Danimarkaya keçdi, Klaypeda Litva ilə yenidən 

birləşdi.  Almaniya  Avstriyanın  və  Çexoslovakiyanın  müstəqilliyini  tanıdı.  Versal 

müqaviləsinə əsasən Avstriyanın Almaniyaya birləşdirilməsi qadağan edilirdi. Sər-

hədlərin bu dəyişməsi nəticəsində Almaniya ərazisinin səkkizdə bir, əhalisinin isə 

on ikidə  bir hissəsini  itirdi.  Antanta ölkələri  Almaniyanın  Afrikadakı bütün  müs-

təmləkələrini,  Sakit  okeandakı  adalarını  tutdular.  Müqavilə  müəllifləri  Çinlə  heç 

bir razılaşdırma olmadan onun suverenliyini pozaraq Çin torpaqlarının bir hissəsini 

Yaponiyaya  verdilər  ki,  bu  da  ölkədə  hiddət  doğurmaya  bilməzdi.  Çin  Versal 

müqaviləsini  imzalamaqdan  imtina  etdi.  1919-cu  ilin  Versal  sülhü  Almaniyada 

qisasçı ideyaların artması üçün zəmin yaratdı. Sonralar bu həmin müqavilənin ləğv 

edilməsi və Avropa xəritəsinin yenidən tərtib olunması uğrunda mübarizədə özünü 

göstərdi.   



    23.  Müharibədən  sonrakı  nizamlama  problemləri.  Macarıstan  və  Osmanlı 

dövləti ilə sülh müqavilələri.       

  Macarıstanla  sülh  müqaviləsi  başqalarından  daha  gec  işlənib  hazırlandı  və 

razılaşdırıldı. Müqavilə 1920-ci il iyunun 4-də Versalın Böyük Trianon sarayında 

imzalandı.  Macarıstan  Avstriya,  Serb-Xorvat-Sloven  krallığı,  Çexoslovakiya  və 

Rumıniya ilə müharibədən sonra müəyyənləşdirilmiş sərhədləri tanımalı idi. Macar 

ə

razilərinin bir hissəsi bu ölkələrə verilirdi. Sayı 35 mini aşmamalı olan macar or-



dusu  yalnız  könüllülük  əsasında  formalaşa  bilərdi.  Hərbi  mükəlləfiyyət  qadağan 

olunurdu.  Macarıstan  aviasiyaya  malik  ola  bilməzdi.  Ordunun  silah  təchizatında 



44 

 

ağır artilleriya və tanklar olmamalı idi. Ölkə dənizə çıxışdan məhrum olurdu, onun 



bütün  donanması  qaliblərə  verilirdi,  Dunay  çayı  üzərində  isə  nəzarət  qoyulurdu. 

Macarıstanın ərazisi 30 faiz, əhalisi isə 50 faizə yaxın azalırdı.  

              1920-ci  il  avqustun  10-da  Paris  yaxınlığındakı  Sevrdə  Türkiyə  ilə  sülh 

müqaviləsi imzalandı. O, Suriya, Livan, Fələstin, Mesopotomiya, Ərəbistan yarım-

adasındakı  bütün  mülklərindən  məhrum  olurdu.  Türkiyə  Misir  üzərində  ngil-

tərənin, Mərakeş və Tunis üzərində isə Fransanın protektoratını tanıdı. Əvvəl ona 

məxsus  olan  torpaqlar  hesabına  taliya  və  Yunanıstan  öz  ərazilərini  genişlən-

dirdilər.  Türkiyə  iqtisadiyyatı  və  onun  maliyyəsi  ngiltərə,  Fransa  və  taliyanın 

nümayəndələrindən  ibarət  xüsusi  komisiyanın  nəzarəti  altına  düşürdü.  Türkiyə 

ordusu  50  min  nəfərdən  çox  ola  bilməz,  7  keşikçi  gəmisi  və  5  minonos  istisna 

olmaqla  Türkiyənin  bütün  hərbi  dəniz  donanması  qalib  ölkələrə  verilirdi.  Qara 

dəniz  boğazlarının  sahili  tərksilah  edilməli,  beynəlxalq  komisiyanın    nəzarətinə 

verilməli  idi.  Boğazlara  dair  maddələr  təkcə  Türkiyənin  yox,  digər  Qara  dəniz 

dövlətlərinin də maraqlarına toxunurdu. Türkiyəni asılı vəziyyətə salan bu müqa-

vilə  artıq  heç  bir  hakimiyyətə  malik  olmayan  sultan  hökuməti  ilə  bağlanmışdı. 

Ankarada  M.  Kamalın  başçılığı  ilə  yaradılmış  yeni  hökumət  onu  imzalamaqdan 

imtina  etdi.  ngiltərə,  Fransa  və  ABŞ  Sevr  müqaviləsi  ilə  ən  yaxın  regionda  öz 

mövqelərini  möhkəmləndirməyə  çalışırdılar.  Amerikalılar  Qara  dəniz boğazlarına 

və Yaxın Şərqə böyük maraq göstərirdilər. Bu sülh müqavilələri göstərdi ki, qalib 

qərb  dövlətləri  öz  ağalıqlarının  bərqərar  olmasına  və  milli-azadlıq  hərəkatlarının 

yatırılmasına yönəlmiş siyasət yeridirlər. 

24. Paris sülh konfransına böyük dövlətlərin planları və niyyətləri.    

        ABŞ üçün I Dunya müharibəsi onun dünyadakı mövqeyinin əsaslı şəkildə də-

yişilməsi demək idi. Müharibə illərində onun iqtisadi potensialı gücləndi, ölkə iri 

ordu  və  qüdrətli  donanmaya  sahib  oldu.  Ancaq  ölkə  daxilində  amerikan  xarici 

siyasətinin məqsədləri ilə bağlı kəskin mübarizə gedirdi. Fəal  xarici siyasət tərəf-

darı  prezident  Vilson  hesab  edirdi  ki,  ABŞ-ın  dünyadakı  rolunun  dəyişməsi  ona 

sül-hün xilaskarı olmaq, beynəlxalq mübasibətlərə yeni prinsiplər gətirmək imkanı 

verir.  Bu  prinsiplərə  baxışını  o,  1918-ci  il  yanvarın  8-  də  bəyan  etdiyi  “14  mad-



45 

 

də”də  ifadə  etdi.  Vilsonun  təklifləri  şübhəsiz  dünya  siyasətində  yeni  söz  idi. 



Ancaq, bolşeviklər Antanta dövlətlərinin gizli müqavilələrini dərc etdikləri zaman 

ölkə daxilində Vilsonun nüfuzu xeyli sarsıldı. Amerikanlar fikirləşdilər ki, onların 

övlad-ları Avropa dövlətlərinin gizli niyyətləri uğrunda vuruşmuşlar. 1918-ci ildə 

konq-resə seçkilərdə Vilsonun rəqibləri-respublikaçılar çoxluq qazandılar. 

          ngiltərə  hələ  Paris  sülh  konfransına  qədər  müharibədə  iştirakının  başlıca 

məqsədlərindən birinə nail oldu: alman donanması məhv edildi.  ngiltərə   Osmanlı 

imperiyasının bir hissəsini öz nəzarəti altına aldı.  ngiltərə Elzas və Lotaringiyanın 

Fransaya qaytarılmasını istəyirdi.  ngilislər müharibədən sonrakı Avropada sərhəd-

lər müəyyənləşdirilərkən xalqların öz müqəddəratını təyin etmək hüququndan çıxış 

etməyi  təklif  edirdilər.  Ingiltərənin  dünyanın  müharibədən  sonrakı  quruluşuna 

başlıca tələbi- tərksilah və sülh aləti kimi Millətlər Cəmiyyətini yaratmaq yolu ilə 

sülhü  təmin  etməkdən  ibarət  idi.  ngiltərəni  təcrübəli  siyasətçi,  siyasi  kompromis 

ustası Lloyd Corc təmsil edirdi. O, Vilsondan fərqli olaraq öz ölkəsinin parlamen-

tində  möhkəm  dayağa  malik  idi.  Lakin  ngiltərə  dünya  kreditorundan  borcluya 

çevrilmişdi.  qtisadiyyat  zəifləmişdi,  ticarət  və  maliyyə  pozulmuşdu.  Almaniya 

tərəfindən  öz  hərbi-dəniz  qüdrəti  üçün  təhlükəni  ləğv  edən  ngiltərə  amerikan 

donanmasının gücünün sürətlə artmasını həyəcanla müşahidə edirdi. 

          Fransa  I  Dünya  müharibəsinin  gedişində  digər  böyük  dövlətlərə  nisbətən 

daha çox itkiyə  məruz qalmışdı. Onun ərazisində hərbi əməliyyatlar aparılmışdır. 

Fransa borc verəndən borcluya çevrilmişdi. Öz növbəsində Fransanın başlıca borc-

lusu  olan  Rusiya  özunün  bütün  öhdəliklərini  ləğv  etmişdi.  Dağıdılmış  ölkədə 

“almanlar  hamısını  ödəyərlər”  şüarı  çox  yayılmışdı.  Fransa  hökumətinin  başçısı 

Klemanso bu şüarın gerçəkləşdirilməsinin qətiyyətli tərəfdarı idi və istənilən vasi-

tələrlə  Almaniyanın zəiflədilməsinə nail olmağa  hazır idi.  Fransa  yalnız  Elzas və 

Lotaringiyanın ona qaytarılmasını istəmirdi. Fransa Almaniyanın üzərinə maksimal 

mümkün  təzminat  qoyulmasını  tələb  edir  və  Osmanlı  imperiyasının  bir  hissəsinə 

iddia edirdi. Fransa iqtisadi cəhətdən xeyli zəifləsə də hərbi cəhətdən güclənmişdi 

və  Avropada  hegemonluğa  nail  olmaq  istəyirdi.  Bu,  ngiltərənin  mənafelərinə 



46 

 

uyğun  gəlmirdi  və  ngiltərə  Almaniyaya  fransız  təsirinin  artmasının  qarşısını  ala 



biləcək bir qüvvə kimi baxırdı.  

       taliya  müharibəyə  girərkən  ona  cənubi  Tirolu,  Adriatik  dənizinin  bütün  şərq 

sahilini  və  Kiçik  Asiyanın  bir  hissəsini  vermək  vəd  olunmuşdu.  ndi  o,  bunları 

istəyərkən müttəfiqlərin müqavimətinə rast gəldi. Çünki  taliyanın qələbəyə töhfəsi 

çox kiçik qiymətləndirilirdi. Rumıniya Avstriya-Macarıstan irsindən ona vəd edil-

miş Transilvaniya, Banat və Bukovinanın verilməsini tələb edirdi. Qalib dövlətlər 

arasında olan ziddiyyətlər üzündən Paris sülh konfransında kəskin mübarizə gedir-

di. 


                  25. Vaşinqton konfransı, onun qərarları. 

 Birinci dünya müharibəsindən sonra Uzaq Şərqdə dinc tənzimləmə qarşıda daya-

nan  əsas  vəzifələrdən  biri  idi.  Müharibə nəticəsində  Uzaq  Şərqdə  və  Sakit  okean 

hövzəsində beynəlxalq vəziyyət dəyişdi. Uzaq Şərqdə müharibədən sonrakı nizam-

lama problemlərini həll etmək üçün Vaşinqton konfransı işə başladı. Onun işində 

ABŞ, Yaponiya, Fransa,  taliya, Belçika, Hollandiya, Portuqaliya, Çin,  ngiltərə və 

domionları (Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika ittifaqı, Hindistan) 

iştirak  edirdi.  Konfrans  1921-ci  il noyabrın 12-də  açıldı.  Sovet  Rusiyası və  Uzaq 

Şə

rq  Respublikası  Vaşinqtona  dəvət  edilməmişdilər.  Sovet  Rusiyası  Uzaq  Şərq 



problemlərinin onların bilavasitə aid olduğu iki Uzaq Şərq ölkəsinin iştirakı olma-

dan  müzakirə  edilməsinin  məqsədəuyğun  olmamasını  dəfələrlə  konfransın  təş-

kilatçılarının diqqətinə çatdırmışdı. Ona görə Sovet hökuməti bəyan etdi ki, Vaşin-

qton konfransının qərarlarını tanımayacaq. ABŞ Vaşinqton konfransında silahların 

məhdudlaşdırılması, mandataltı ərazilərin bölgüsünə yenidən baxılması, Sovet Ru-

siyasına  münasibət,  beynəlxalq  münasibətlərin  prinsiplərinin  hazırlanması  kimi 

məsələlərin müzakirə edilməsinə çalışırdı.  ngiltərə konfransda yalnız Uzaq Şərqlə 

bağlı məsələlərin müzakirəsini təklif etdi. Fransa konfransda hərbi borclar məsələ-

sinin  müzakirəsini  təklif  etmişdi.  Yaponiya  tələb  etdi  ki,  Vaşinqton  konfransında 

mandataltı ərazilərin yenidən bölüşdürülməsi məsələsinə baxılmasın. 

Konfransın  işi  zamanı  üç  müqavilə  imzalanmışdı.  1921-ci  il  dekabrın  13-də 

ABŞ,  ngiltərə, Fransa və Yaponiya müstəmləkəçi dövlətlərin Sakit okean adaları 



47 

 

və  Uzaq  Şərq  xalqlarının  azadlıq  mübarizəsinə  qarşı  birgə  hərəkətlər  haqqında 



Dördlər Müqaviləsi adlanan sənəd imzaladılar. Konfransın bağlandığı gün- 1922-ci 

il fevralın 6-da daha iki müqavilə imzalandı. 

Vaşinqton konfransında Çinlə bağlı məsələ geniş müzakirə edildi. Çin hökumə-

ti çalışırdı ki, xarici ölkələr onun ərazi bütövlüyünə və suverenliyinə hörmət etsin-

lər. Çin öz ərazisində sənaye və ticarət sahəsində bütün dövlətlərlə müqavilə əsa-

sında  açıq  və  bərabər  imkanlar  prinsipi  ilə  əməkdaşlığa  hazır  idi,  əvəzində  Qərb 

ölkələrinin  Çinlə  bağladığı  qeyri-bərabər  hüquqlu  müqavilələr  ləğv  edilməli  idi. 

Çin hökuməti Şandunun Yaponiyaya verilməsinin əleyhinə idi və xarici qoşunların 

ölkədən çıxarılmasını tələb edirdi. Lakin Qərb dövlətləri və Yaponiya Çinin təklif-

ləri  ilə  razılaşmadı.  ABŞ  isə  ngiltərə,  Fransa  və  Yaponiyanın  mövqelərini  zəif-

lətməyə  çalışırdı.  Ona  görə  ABŞ  Çində  onunla  geniş  əməkdaşlıq  edən  hökumət 

qurulmasında,  milli-azadlıq  hərəkatının  dayandırılması  və  sabitlik  yaranmasında 

maraqlı  idi.  1922-ci  il  fevralın  6-da  Doqquz  dövlətin  müqaviləsində  Çinin  ərazi 

bütövlüyünə və suverenliyinə hörmət prinsipi elan edilirdi. Ölkələr onun ərazisində 

ticarət və sənaye sferasında bərabər imkanlar haqqında bəyanat verdilər. Çində heç 

bir dövlətə xüsusi imtiyazlar verilməməli idi. Bu müqavilə Heyin məlum doktrina-

sında  irəli  sürülmüş  ideaları  inkişaf  etdirirdi.  Elə  həmin  gün  Çinlə  gömrük  tarifi 

haqqında sənəd imzalandı. Doqquzlar müqaviləsindən əvvəl fevralın 4-də Yaponi-

ya  ilə  Çin  arasında  saziş  imzalanmışdı.  Bu  sənədə  görə  Yaponiya  öz  qoşunlarını 

Ş

andun əyalətindən çıxarmalı, həmçinin Tszyaoçjou ərazisini Çinə qaytarmalı idi.  



     Beş  dövlətin-ABŞ,  ngiltərə,  Yaponiya,  Fransa  və  taliyanın  müqaviləsi 

dəniz silahlarının  məhdudlaşdırılmasına  aid  idi.  Uzun diskussiya  və  mübahisələr-

dən  sonra  beş  dövlət  onların  donanmalarının  aşağıdakı  nisbət  əmsalları  barədə 

razılığa gəldilər. ABŞ və  ngiltərə üçün - 5, Yaponiya üçün - 3, Fransa və  taliya-

nın hər biri üçün - 1.75. Başqa qərarlar, o cümlədən sahilə çox yaxın adalar istisna 

olmaqla Sakit okeanda şərq uzunluq dairəsinin 110-cu meridianından şərqdə yeni 

hərbi dəniz bazalarının tikintisinin qadağan edilməsi barədə qərar qəbul olundu.  

Konfransda  ABŞ-ın  beynəlmiləşdirməyə  cəhd  etdiyi  Çin  hərbi  dəmir  yolu 

məsələsinə də baxıldı. RSFSR Xalq Komissarları Soveti etirazla çıxış edərək bil-


48 

 

dirdi  ki,  bu  məsələ  istisnasız  olaraq  iki  dövlətin  -  Sovet  Rusiyası  ilə  Çinin  səla-



hiyyətinə aiddir. Vaşinqton konfransl ilə müharibədən sonrakı problemlərin müza-

kirəsi başa çatdı. Bu, Versal konfransının özünəməxsus davamı idi. Vaşinqton kof-

ransının qərarları Uzaq Şərqdə beynəlxalq problemlərin tənzimlənməsi üçün böyük 

ə

həmiyyətə  malik  idi.  Paris  və  Vaşinqton  konfransında  imzalanmış  müqavilələr 



ə

sasında formalaşan yeni beynəlxalq münasibətlər sistemi Versal - Vaşinqton sis-

temi adlanır. Bu sistem onu tədricən zəiflədən ziddiyyətlərlə birlikdə ikinci dünya 

müharibəsinədək mövcud olmuşdur.   



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin