Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Təbliğatda yeni üsullardan istifadə



Yüklə 416,28 Kb.
səhifə12/73
tarix25.12.2016
ölçüsü416,28 Kb.
#3078
1   ...   8   9   10   11   12   13   14   15   ...   73
2- Müsəlman xalqların İslam oyanışının qarşısını almaq

İranda İslam inqilabı qələbə çalanda proqnoz verirdilər ki, bu inqilab müsəlman və hətta bəzi qeyri-müsəlman xalqları İslama yönəldə bilər. Buna görə bütün müstəmləkəçilər işə girişib İslamın mənəvi nüfuzunun qarşısını almağa başladılar. Hegemonizmin İslamın nüfuzuna qarşı geniş və universal fəaliyyətinin yeganə səbəbi budur ki, İslamın və İslam təlimlərinin dünyanın hər hansı bir yerinə yayılması həmin yerdə onların istismarının sona çatması deməkdir. İslam inqilabı tövhidin, Allahdan qeyrisinə bəndəliyin inkarının və Allahdan başqa hər bir kəsin və hər bir şeyin önündə başucalığının düzgün mənasını praktik və real şəkildə hamıya göstərdi. Bu inqilabın qələbəsindən dərhal sonra dünyanın bir çox bölgələrində yaşayan müsəlmanlar şəxsiyyət və ucalıq hiss etdilər, hegemon və zalımlara qarşı çıxdılar, müsəlman xalqların yeni mübarizə dövrü başlandı. Əfqanıstanda müsəlman xalqın möhtəşəm hərəkəti, Fələstində xalq mübarizəsinin başlanması, müsəlman və mübariz Fələstin xalqının sövdəgər təşkilatlara qarşı çıxması, Afrikanın, Asiyanın və hətta Avropanın müsəlman ölkələrində çoxlu İslam hərəkatlarının yaranması İslamın gözəlliyinə, onu xilaskar bildiklərinə görə və ilahi hökmlərin həyata keçməsinə həvəslə baş verdi. İslam Respublikasından öncə dünyanın müsəlman xalqlarını inandırmışdılar ki, İslam onlara ucalıq bəxş etməyə qadir deyil, onlar səadət üçün ya Qərb modelinə, Avropa və Amerika mədəniyyətinə üz tutmalı, ya da marksizmin puç və uydurma nəzəriyyələrinə müraciət etməlidirlər. İranda İslam inqilabının qələbəsi, İslam Respublikasının yaranması və İslamın İran xalqına ucalıq və əzəmət bəxş etməsi Qərb müstəmləkəçilərinin köhnə yalanlarının üstünü açdı, İslamın bir xalqı zəiflikdən, passivlikdən və məzlumluqdan xilas edib ucalığın, şücaətin və özünəinamın zirvəsinə çatdıra, dünyanın maddi gücləri ilə vuruşmağa qadir olan güclü bir quruluş bəxş edə, müstəmləkə və hegemonizmin zülmkar və təhqiredici istismarına son qoya bildiyini əməldə göstərdi.59


Böyük güclər İslamla, müsəlmanların oyanışı ilə düşməndirlər; İranla da İslamına görə düşməndirlər. Onların bütün səyi dünyada İslam hərəkatının dirçəlməsinə mane olmaqdır. Sözsüz ki, bu ədavətin başında zalım və təcavüzkar ABŞ dövləti, arxasında isə İslama qarşı qədim düşmənliyi, onunla maraq toqquşması olan və yaxud İslamdan qorxan bütün kiçik və böyük güclər durur. İslam İranı ilə düşmən olmalarının səbəbi budur ki, İslam oyanışı buradan başlandı. Bu gün dünyanın müsəlman xalqları dünyanın harasında olsalar da, ümidlərini bu hərəkətdən və bu qalib inqilabdan alır, addımlarını möhkəmlədir və irəliləyirlər. Əgər burada İslamı məğlub edə bilsələr (bundan Allaha sığınırıq), dünya miqyasında İslam dalğasına qarşı ən böyük qələbələrini əldə etmiş olacaqlar. Bu bir reallıqdır. Odur ki, düşməni tanımaqda səhvə yol vermək, onun İslam və müsəlmanlara qarşı düşmənliyindən əl çəkdiyini düşünmək olmaz.60
Bu gün İslam dünyada şeytani qüvvələrin həmişəkindən daha çox nifrət və ədavətinə tuş gəlmişdir. Keçmişdə də İslama qarşı pis münasibətdə olmuşlar. İslam heç zaman dünya hegemonlarının xoşuna gəlməmiş, onlar heç vaxt İslamı bəyənməmişlər. Lakin düşmənlik bu gün dəfələrlə artmışdır. Bu gün şeytani qüvvələr canlı İslamın onlara endirdiyi zərbələri dadmışlar. Qərbin şeytani qüvvələri - yəni ABŞ və onun quyruqları müsəlman bir xalqın Allahın adı ilə ayağa qalxmasının nə demək olduğunu anlamışlar. Buna görə də İslamdan daha çox qorxur və ona daha çox ədavət bəsləyirlər.61
Qurani-kərim buyurmuşdur: "Sən yəhudi və xaçpərəstlərin dinlərinə tabe olmayınca onlar səndən razı qalmayacaqlar".62 Bu söz həqiqətən Quranın möcüzələrindəndir. Yəni müsəlmanlar İslamdan əl çəkməyincə düşmənlər razı qalmayacaqlar. İslamda məqsəd onun diri hökmləri, ruhu və həyati qüvvəsidir. Sözsüz ki, müsəlmanlar İslamın uca əsaslarından xəbərsiz olduqda, onun bəzi zahiri qaydalarına əməl etsələr belə, onunla işləri olmaz və düşmənlik etməzlər. Amma bu daha Peyğəmbərin (s) gətirdiyi və Quranın "insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmət"63 - deyə buyurduğu İslam olmayacaq.64


Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin