Азярбайжан ялйазма китабы тарихи програмы


AZƏRBAYCAN ƏLYAZMA KİTABININ TALEYİ. AZƏRBAYCAN MEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU



Yüklə 218 Kb.
səhifə5/5
tarix25.12.2016
ölçüsü218 Kb.
#3192
1   2   3   4   5
AZƏRBAYCAN ƏLYAZMA KİTABININ TALEYİ. AZƏRBAYCAN MEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU
Azərbaycan əlyazma kitabının çox mürəkkəb taleyi. Mü­haribələr, təbii fəlakətlər, yanğınlar nəticəsində ən qiymətli əl­yaz­malarımızın böyük hissəsinin məhv edilməsi. Eləcə də həddən artıq istifadədən köhnəlib sıradan çıxmış bəzi əlyazmaların tədriclə yo­xa çıxması. IX-XIII əsrlərdə yazılmış əl­yazmaların XIV-XVII əsrlərdə köçürülmüş nüsxələrinin bu günə gə­lib çıxması. Onlardan bir hissəsinin vətənindən uzaq düşüb dün­ya­nın məşhur kitabxana və kolleksiyalarına düşməsi.

Bu günə gəlib çatmış XIII-XIV əsr Azər­baycan əlyazma kitablarının, demək olar ki, hamısının başqa öl­kə­lərin kitabxanaların­da olması. Sonrakı əsrlərdə yaranmış Azər­bay­can əlyazma kitabları­nın ən nəfis nümunələrinin ABŞ, İngiltərə, Fransa, Türkiyə, İran, Mi­sir, Hindistan, və b. ölkələrin dövlət kitabxanalarında və şəx­si kolleksiyalarında olması.

XX əsrin əvvəllərində Şimali Azərbaycanda bolşevizm, Cə­nu­bi Azərbaycanda fars şövinizmi tərəfindən digər mədəniyyət abi­də­ləri ilə bərabər, Azərbaycan əlyazmalarının kütləvi surətdə məhv edil­məsi. 1924-cü ilin sentyabrında I Ümu­ma­zər­bay­can ölkəşünaslıq qurultayının Azərbaycan əlyazmalarını və qə­dim çap kitablarını bir mərkəzdə toplaması haqqında qərar qəbul et­mə­si. 1929-cu ildən abidələrimizin toplanmasının daha məhsuldar hə­yata keçirilməsi. A.Bakıxanov, M.F.Axundov, Hüseyn əfəndi Qa­yıbov, Bəhmən mir­zə, Mir Möhsün Nəvvab və b. kimi XIX əsr mə­dəniyyət xadim­lə­ri­mi­zin şəxsi kolleksiyaları ətrafında yeni-yeni əl­yazma kitablarının alınıb toplanması. Respublika Nazirlər So­ve­ti­nin 12 oktyabr 1950-ci il tarixli qərarına əsasən Azərbaycan Elmlər Akademiyasının Res­pub­li­ka Əlyazmalar Fondunun təsis edilməsi. 1986-cı ilin noyabrın­da Əl­yazmalar Fondunun bazasında Əlyazmalar İn­s­ti­tu­nun yaradıl­ması.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adı­na Əlyazmalar İnstitutunun kolleksiyası: burada ərəb, fars, Azər­bay­can, türk, özbək, tatar, türkmən, qumuq dillərində yazılmış əl­yazma və əski çap kitablarının, şəxsi fond materiallarının əsas fond təş­kil etməsi. Bu abidələrin Azərbaycan mədəniyyəti ilə yanaşı, bütün Yaxın və Orta Şətq, Şimali Afrika xanlarının mədəniyyətini də əhatə etməsi. IX əsr­dən bu günə qədər Şərqin ən böyük elm və sənət da­hi­lə­ri­nin əsərlərinin təmsil olunması. Fərabinin «Sihahil-lüğə» («Dilin doğrusu»), İbn Si­nanın «Qanun fit-tib» («Tibbin qanunu»), Zöhrəvinin «30-cu Risalə», Nəsirəddin Tusinin «Zici-Elxani» əlyaz­ma­larının, Nizami, Nəsimi, Nə­vai, Füzuli və b. əsərlərinin minlərcə qiymətli nüsxələrinin bu institutda mühafizə edilməsi.

İnstitutda saxlanan ən qədim əlyazma: Qur’anın IX əsrdə kufi xətti ilə heyvan dərisi üzərində köçürülmüş Nisa surəsinin 24-184-cü ayələri.

Tarixə dair əlyazmalar: Təbərinin (838-923) «Peyğəmbərlə­rin və hökm­darların tarixi», Balazurinin (?-892) «Ölkələrin fəthi», Sibt İbn əl-Cövzi Qızoğlunun (1186-1257) «Zamanın güzgüsü», İbn Xəl­li­qa­nın (1211-1282) «Tanınmış adamların ölümü» əsərləri. Bu əl­yaz­ma­ların öz keyfiyyəti, paleoqrafik xüsusiyyətləri, nadirliyi ilə bö­yük maraq doğurması. Bilavasitə Azərbaycan tarixinə aid sənəd və əsər­lər: «Qızılbaşlar barəsində fərman», «Əmir Teymurun Əh­məd Cəlairə məktubu və onun cavabı», «Qacar elinin kökü haq­qın­da müxtəsər risalə», «Osmanlı dövlətinin sultanlarına mək­tub­lar», «Mə­həm­mədəli xan Qacarın oğlu Fətəli şaha vəsiyyətnaməsi», «Sə­fəviyyə padşahları»; Mir Mehdi Qarabağinin və Mirzə Adı­gö­zə­lin və b. «Qarabağnamə»ləri; «Şəki xanlarının tarixi», «Dərbənd tarixi», A.Ba­kıxanovun «Gülüstani-İrəm» əsəri və s. Mə­k­tublar, fərmanlar, tərəssül, münşəat, vəqfnamə, risalə, şəcərə, və­siy­yət­na­mə, şəhadət­na­mə və s. tarixi-arxeoqrafik sənədlər; onların ayrı-ayrı dövlətlərin mü­na­­si­bətlərini öyrənmək üçün böyük əhəmiyyətə malik olması.

Elmin müxtəlif sahələrinin tarixinə aid kitablar: dilçiliyə, lüğətçiliyə, ədəbiyyatşünaslığa, fəlsəfəyə, fiqhə, musiqişünaslığa, riya­ziyyata, fizikaya, kimyaya, biologiyaya, astronomiyaya, tibbə, coğrafiyaya aid əlyazmalar.

Dini kitablar: Qur’an nüsxələri, təfsirlər, hədislər, şəriətə və müxtəlif təriqətlərə aid kitablar.

Azərbaycanın XIX-XX əsrin birinci yarısında yaşamış mə­də­niyyət xadimlərinin arxivləri. A.Ba­kıxanov, M.F.Axundov, H.Zər­da­bi, C.Məmmədquluzadə, N.Nə­rimanov, C.Cabbarlı, Y.V.Çə­mən­zəminli, M.S.Ordubadi, S.Mü­mtaz, Ə.Müznib, Ü.Hacıbəyov, M.Ma­qomayev və b. şəxsi fond materialları.

ƏDƏBİYYAT

Adilov M., Məmmədbağıroğlu Ə. Azərbaycan əlyazmalarında filiq­ran­lar, Bakı, TƏ NPM, 2001.

Adilov M. Azərbaycan paleoqrafiyası və orfoqrafiya məsələləri, Bakı, Nurlan, 2002.

Azərbaycan ədəbiyyatı tarixi. I cild, Bakı, Azərb EA nəşri, 1958.

Azərbaycan kitabı (Biblioqrafiya). I cild, Bakı, Azərb. Kitab Pala­ta­sı nəşri, 1963.

Azərbaycan tarixi. I cild, Bakı, Azərb. EA nəşri, 1958.

Bünyadov Z.M. Azərbaycan Atabəyləri dövləti (1136 – 1225-ci il­lər), Bakı, Elm, 1985.

Bünyadov Ziya. Azərbaycan VII-IX əsrlərdə, Bakı, Azərnəşr, 1989.

Cabbarlı S.H. XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları (məc­­muə, cüng və bəyaz), Bakı, Ozan, 2000.

Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud” (Tarixi, coğrafi, tekstoloci təd­qiq və Drez­den əlyazmasının dürüstləşdirilmiş elmi mətni), Bakı, Elm, 1999.

Darabadi Q.A. Kalliqrafiya, Bakı, BDU nəşri, 1953.

Əlibəyzadə Elməddin. “Avesta”nın məkanı, dili və milli mən­su­biy­yə­ti (müzakirə üçün). Azərbaycan filologiyası məsələləri. III buraxılış, Bakı, Elm, 1991.

Əlyazmalar kataloqu. 2 cilddə, Bakı, 1963, 1977.

Əlyazmalar xəzinəsində (Əlyazmalar İnstitutunun elmi əsərləri). 8 cilddə, Bakı, 1963-1987.

Kərimov Kərim. Azərbaycan miniatürləri, Bakı, İşıq, 1980.

Kərimov Kərim. Sultan Məhəmməd və onun məktəbi, Bakı, İşıq, 1993.

Qazıyev A. Sadıq bəy Əfşarın miniatürləri haqqında. Azərb. EA mə­ruzələri, 1959, № 2.

Qəhrəmanov C., Qasımov A. Orta əsr Azərbaycan yazılı abi­də­lə­ri­nin paleoq­rafik tədqiqi haqqında. Azərbaycan mətnşünaslığı məsələləri, Bakı, 1979.

Qəhrəmanov C.V. Azərbaycan əlyazma kitabı Avropa kitabxa­na­la­rın­da. Azərbaycan filologiyası məsələləri. III buraxılış, Bakı, Elm, 1991.

Qəhrəmanov C.V. Azərbaycan əlyazma kitabı tarixindən. Əlyaz­ma­lar xəzi­nə­sində. Azərb. EA Əlyazmalar İnstitutunun Əsərləri.VIII cild, Bakı, 1987.

Mahmudov Malik. Xətib Təbrizinin həyat və yaradıcılığı. Bakı, 1972.

Nemətova Məşədixanım. Əsrlərin daş yaddaşı, Bakı, İşıq, 1987.

Onullahi S. Təbriz kitabxanaları (X-XVII əsrlər). BDU-nun Elmi Əsər­ləri, 1975, № 2.

Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. AMEA Əlyazmalar İnstitutunda keçirilmiş I-VIII elmi konfransların materialları, Bakı, 1989-2002.

Orta əsr Azərbaycan kitab mədəniyyəti (Tərtib edən: C.V.Qəh­rə­manov), Bakı, İşıq, 1991.

Şərifov K.K. Azərbaycan mətnşünaslığının təşəkkülü və inkişafı, Bakı, 1996.

Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan, Bakı, Azər­nəşr, 1987.

Voroşil Q.L. Qədim Ağvan əlifbası və udin dili haqqında. Azər­bay­can SSR EA Xəbərləri. İES, 1962, № 1.

Zamanov Nadir. Nizami poeziyası və təsviri sənət, Bakı, Elm, 1981.

Akimuşkin O.F. Zametki o persidskoy rukopisnoy kniqe i ee sozdateləx. Oçerki istorii kulğturı srednevekovoqo İrana, M., Nauka, 1984.

Akimuşkin O.F. İskender Munşi o kalliqrafax vremen şaxa Taxmas­pa. KSİNA, 1965, № 39.

Akimuşkin O.F. Mir İmad. Alğbom indiyskoy i persid­skoy miniatörı i kalliqrafii.

Akimuşkin O.F. O pridvornoy kitabxane sefevida Tax­mas­ba I v Tabri­ze. Srednevekovıy Vostok. İstoriə. Kulğ­tura. İstoçni­ko­­ve­de­nie, M., 1980.

Akimuşkin O.F. Persidskaə rukopisnaə kniqa. Ruko­pis­naə kniqa v kulğ­ture narodov Vostoka. Kniqa pervaə, M., 1987.

Aliev İqrar. Oçerk istorii Atropotenı. Baku, Azerneşr, 1989.

Alğbom indiyskix i persidskix miniatör XVI-XVIII vv., M., 1962.

Afşar Sadik-bek. Qanun os-sovar (Traktat o civopisi), Baku, İzd. AN Azerb. 1963.

Aşurbeyli S.B. Oçerk istorii srednevekovoqo Baku (VIII – na­çalo XIX vv.), Baku, İzd. AN Azerb. 1964.

Bertelğs E.G. İzbrannıe trudı. İstoriə persidsko-tadcik­skoy literaturı. M., VL, 1960.

Bretaniükiy L.S., Veymarn B.V. İskusstvo Azerbaydcana, M., Nauka, 1976.

Voroşil Q. Opıt deşifrovki Albanskix nadpisey Azerbay­dcana. İzvestiə AN Azerb. SLƏiİ, 1969, № 2.

Qeöşov R.B. Xristianstvo v Kavkazskoy Albanii, Baku, Glm, 1984.

Darabadi Q.A. Xudocestvenno-paleoqrafiçeskie osobennosti poçerka “nasta’lik”. AKD, Baku, 1969.

Dmitrieva L.V. Opisanie törkskix rukopisey İnstituta vos­to­ko­ve­deniə. Tom II. M., Nauka, 1975.

Dmitrieva L.V. Törkoəzıçnaə arabopisğmennaə rukopisnaə kniqa po ee arealam. Rukopisnaə kniqa v kulğture narodov Vos­toka. Kniqa pervaə, M., 1987.

Dodxudaeva L.N. Pogmı Nizami v srednevekovoy civopisi, M., Nauka, 1985.

Dğəkonov İ.M. İstoriə Midii. Ot drevneyşix vremen do kon­üa IV veka do n.g., M.-L., İzd. AN SSSR, 1956.

Elkin A.S. Sudğba kniq i rukopisey, M., Prosvehenie, 1976.

İz sokrovihniüı rukopisey Azerbaydcana (Sostavitelğ: Dc.V.Kaq­rama­nov), Baku, Glm, 1983.

İstrin V.A. Vozniknovenie i razvitie pisğma, M., 1965.

Kazi Axmed. Traktat o kalliqrafax i xudocnikax, M.-L., İs­kus­stvo, 1947.

Kaziev A.Ö. Xudocestvennoe oformlenie Azerbaydcanskoy ruko­pisnoy kniqi XIII-XVII vekov, M., Kniqa, 1977.

Kaziev A.Ö. Xudocestvenno-texniçeskie materialı sredneve­kovoy rukopi­si, Baku, İzd. AN Azerb. 1966.

Kataloq arabskix rukopisey. Tt. 1, 2, Baku, Glm, 1984, 2000.

Kniqovedenie. Gnüiklopediçeskiy slovarğ, M., SG, 1982.

Nizami. Xamsg. Miniatörı, Baku, Əzıçı, 1983.

Nikolaev Vsevolod. Vodənıe znaki na bumaqe srednevekovıx dokumentov Bolqarskix kniqoxranilih. V trex tomax, Sofiə, İzdatelğ­stvo Bolqarskoy AN, 1954.

Obrazüı kalliqrafii İrana i Sredney Azii XV-XIX vv., M., QR VL, 1963.

Persidskie miniatörı XIV-XVII vv., M., Nauka, 1968.

Raşid ad-Din. Sbornik letopisey. Tom II, M.-L., İzd. AN SSSR, 1960; Dcami at-tavarix (Sbornik letopisey). Tom III, Baku, İzd. AN Azerb. 1957.

Suvorov A.V. Pisğma, M., Nauka, 1986.

fon Qaben A. Kulğtura pisğma i peçataniə u drevnix törok. Zarubec­naə törkoloqiə. Vıp. I, M., 1986.

Fridrix İoqannes. İstoriə pisğma, M., Nauka, 1979.

Çelebi Gvliə. Kniqa puteşestviy. Vıp. 3, M., Nauka, 1983.

Şaraf xan ibn Şams ad-Din Bidlisi. Şaraf-name. V 2-x tomax, M., İzd. AN SSSR, 1967; M., Nauka, 1976.

Gfendiev O. Azerbaydcanskoe qosudarstvo sefevidov, Baku, Glm, 1981.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU




PAŞA KƏRİMOV

“AZƏRBAYCAN ƏLYAZMA KİTABI TARİXİ”


fənnindən xüsusi kurs

p r o q r a m ı

Bakı - Nurlan - 2002
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 15 may 2002-ci il tarixli 4 №-li qərarı ilə nəşr olunur.

Rəyçilər: A.Ş.Musayeva,

filologiya elmləri doktoru

K.K.Şərifov,

filologiya elmləri namizədi

Redaktoru: M.M.Adilov,



filologiya elmləri namizədi


Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyaz­ma­lar İns­titutunun elmi katibi, filologiya elmləri namizədi Paşa Kəri­movun tərtib etdiyi “Azərbaycan əlyazma kitabı tarixi” fən­nindən xüsusi kurs proqramı institutda aparılmış elmi tədqiqat işlərinin nəticələri əsasında hazırlanmışdır. Proqram filoloci təhsil verən fakültələrdə mövzunun genişləndirilməsi üçün tövsiyyə xarakteri daşıyır.




Yüklə 218 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin