Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə15/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   11   12   13   14   15   16   17   18   ...   56
biologiya kitab 1

Şəkil 9. Hüceyrə formaları.
Bitki hüceyrələri: 1. ulduzşəkilli toxuması; 2. parenxima; 3. ? toxuması; 4. ? hü-ceyrəsi; 5. ələyəbənzər boru hüceyrəsi; 6. ? hüceyrəsi; 7. insan hüceyrələri; 7. Yu-murta hüceyrə; 8 və 10 – sinir hüceyrələri; 9. Sümük hüceyrəsi; 11. əzələ hüceyrə-si; 12. spermatazoid; 13. leykosit. birhüceyrəli heyvanlar; 14. amöb (IV- ifrazat vakoulu, V- həzm vakoulu); 15. (makronukleus; mikronukleus) 16. evqlen, 17. müxtəlif bakteriyalar
Hüceyrələrin ölçüləridə müxtəlifdir. Bir neçə mikrometrdən 100 mkm-ə qə-dər ola bilərlər. İnsan leykosit və eritrositləri çox kiçikdir. Daha iri olan yumurta hüceyrədir. Məsələn, bir çox quşların yumurtalarında (yumurta sarısı) diametr 1sm və daha artıq ola bilər.
Hüceyrə divarı
Hüceyrə ətraf mühitindən xüsusi çəpərlə ayrılmışdır. Daxili qat plazmatik membran adlanır (plazmalemma). Onun səthində (üst qatda) karbohidratlara təsa-düf olunur. Plazmatik membran iki cərgədə lipidlərdən və onlar arasında nizamsız yerləşən zülallardan ibarətdir. Bitki hüceyrəsi qalan hüceyrə divarına (xarici qat) malikdir. Heyvan hüceyrəsində isə xarici qat çox nazikdir.
Hüceyrə membranı hüceyrəni zədələnməkdən qoruyur, maddələrin seçilib-keçirilməsini həyata keçirir, yəni buradan yavaş-yavaş qlükoza, amin turşuları, yağ turşuları keçir. Məhlul və qaz halında olan molekullar nizamsız (bütün istiqamət-lərdə) yerdəyişməyə məruz qalırlar – diffuziya.
Bərk halda olan molekullar sıx yerləşdiyi üçün və bu molekullar arasındakı cazibə onlarda “oynamaya” səbəb olsa da, sərbəst hərəkətə imkan vermir. Məhlul-da molekullar arasında məsafə bir qədər çox olduğu üçün molekullar sərbəst yerdə-yişməyə məruz qalırlar. Qaz halında isə molekullar bir-birindən elə uzaq məsafədə olur ki, molekullararası əlaqə çox zəif olur və onlar daha sərbəst və nizamsız yer-dəyişməyə məruz qalırlar.
Maddələrin hüceyrəyə daxil olması və ya hüceyrədən xaric olmasi üçün dörd mexanizm mövcuddur : diffuziya, osmos, aktiv transport və ekzo və ya endositoz. İlk iki proses passiv xarakter daşıyır, yəni bu zaman enerjiyə təlabat yoxdur; sonra-kı iki proses-aktiv proses olub, enerji tələb edir.
Suyun yarımkeçirici membrandan keçməsi osmos adlanır.
Orqanizmdə maddələrin böyük və kiçik məsafələrə nəqli baş verir. Daha iri və daha mürəkkəb quruluşlu orqanizmlərdə hüceyrələr bir – birlərindən və onları əhatə edən mühitdən o qədər uzaq yerləşə bilərlər ki, tək diffuziya prosesi bu za-man maddə nəqli üçün kifayət etmir. Buna görə də orqanizmdə uzaq məsafələrə ötürülmələri həyata keçirmək üçün ixtisaslaşmış nəqliyyat sisteminin olmasına eh-tiyac yaranır. Bu zaman adətən maddələr kütləvi axın hesabına daşınırlar. Kütləvi axın üçün bütün maddələrin, çayların axınında olduğu kimi, eyni sürətlə hərəkəti xarakterikdir.
Hüceyrələr arasında məsafə çox böyük olmadıqda maddələrin daşınması dif-fuziya yolu ilə baş verir. Məsələn, yağış qurdlarında və digər kiçik heyvanlarda tə-nəffüs prosesində ətraf mühitlə qazlar mübadiləsi bütün bədən səthi ilə diffuziya yolu ilə gedir.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin