Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


II Aleksandr Yakovleviç Herdin işləri



Yüklə 0,88 Mb.
səhifə9/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   5   6   7   8   9   10   11   12   ...   57
Biologiyanın tədrisi metodikası

II Aleksandr Yakovleviç Herdin işləri

Məlum olduğu kimi təbiətşünaslığın tədrisi metodikasına aid ilk tədris dərsliyi XIX əsrin 40-ci illərində məşhur alman pedaqoqu Avqust Lyuben tərəfindən yazılmışdır. Tədris metodikası sahəsində Aleksandr Yakovleviç Herdin işlərinə qiymət vermək üçün Avqust Lyubenin işlərinə nəzər salmalıdır. Çünki uzun müddət məktəblərdə ( yarım əsrdən bir az artıq) “Lyuben sistemi” tətbiq edilmişdir. Avqust Lyuben biologiyanın tədrisi üsuluna aid ilk əsərində metodik cəhətdən maraqlı fikirlər irəli sürür. Bu fikirlər ondan ibarət idi ki, biologiya fənnləri şagirdlərin hiss üzvlərini inkişaf etdirir. Onlarda müşahidəçilik və tədqiqatçılıq həvəsi oyadır, müstəqil iş əməyə hazırlayır. Onun fikrincə elə etmək lazımdır ki, şagirdlər canlı təbiətin çox şəkilliyində vəhdəti görə bilsin, canlıların daxilində gedən həyati prosesləri dərk edə bilsinlər. Ona görə də o, bu məqsədlə mübahisəli üsulu əsas götürürdü. Lakin bu mütərəqqi fikirlərlə yanaşı Lyuben yazdığı əsərlərdə bir sıra nöqsanlara yol vermişdir.Belə ki, Lyuben məktəblərdə keçilən biologiya fənninin təbiət elmlərindən ayıraraq təklif edir ki şagirdlər özləri “təbiətin məhsulları” üzərində müşahidələr aparmaq və yazmaqla onu öyrənməlidir. Bundan başqa Lyuben kitablarında bilik sistemli verilməsi üçün şagird materialı əzbərləməli olur. Ona görə də şagirdlər dərsə qulaq asmır və çətinliklə öyrənirlər. Belə hal məktəblərdə uzun müddət davam etmişdir. “Lyuben sistemi” ilə məktəblərdə tədrisin həyata keçirilməsi ilə barışmayan, bu sistemin nöqsanlı olmasını göstərən, onu bir sıra alim və pedaqoqlardan biri də görkəmli rus pedaqoqu Aleksandr Yakovleviç Herd (1841-1888) olmuşdur. A.Y.Herd “Lyuben sistemi”ni kəskin tənqid edir və göstərir ki həmin kitablarda keçirilən dərslər şagirdlərdə materialist dünyagörüşün inkişafına imkan vermir və şagirdlərin təbiətinə öyrənməyə olan marağını söndürür. A..Y.Herdin metodikaya dair ilk yazışı 1866-cı ildə “Müəllim” jurnalında dərc edilmişdir. “Təbiət elmlərinin təsviri tədrisi metodikasına dair” məqaləsi olmuşdur. A..Y. Herd Rusiyada Ç.Darvin təlimin tərəfdarı və davamçılarından biri olmaqla, Darvinin “Əhliləşdirilmiş heyvanlar və yetişdirilmiş bitkilər” (1868)əsərini tərcümə edərək darvinizm təlimi əsasında məktəb təbiətşünaslıq fənni qurmaqda bu kursun tədris planında bölgüsünü aşağıdaki kimi müəyyən etmişdir. Qeyri-üzvi aləm (cansız təbiət); bitkilər aləmi;

Heyvanlar aləmi; insan və yerin tarixi fənnin öyrənilməsinin bu cür ardıcıllığı şagirdlərin yaş xüsusiyyətinə uyğun olaraq materialın mətn və mənasını metodik cəhətdən doğru olmasının əyani sübutudur. Beləliklə də A.Y..Herd ibtidai siniflər üçün yeni təbiətşünaslıq kursu üçün yeni dərslik “Cansız təbiət” yazmışdır. Bu dərslikdə o, torpaq, hava və su haqqında olan və bir-birini birləşdirən məlumatları toplamaqla, kitaba dair “Allah dunyası” adlı dərsliyini və müəllimlər üçün “Fənn dərləri” adlı metodik rəhbərlik vəsaitini yazmışdır.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin