Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


XVIII əsrin sonlarında biologiya fənlərinin tədris sisteminə daxil edilməsi



Yüklə 0,88 Mb.
səhifə5/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   2   3   4   5   6   7   8   9   ...   57
Biologiyanın tədrisi metodikası

2. XVIII əsrin sonlarında biologiya fənlərinin tədris sisteminə daxil edilməsi.

Məlum olduğu kimi XVIII əsrin ortalarına qədər Rusiyada biologiya fənnləri tədris sisteminə daxil edilməmişdir. Rusiya məktəblərində biologiya fənnləri tədris sisteminə əsasən XVIII əsrin axırlarında daxil edilmişdir. Çar Rusiyasında 1786-cı il məktəb qanunu əsasında ümumtəhsil “xalq” məktəbləri yaradıldı və həmin ildən etibarən qəza xalq məktəblərinin son siniflərində “təbiyyat”-biologiya dərslərinin xüsusi bir fənn kimi tədris olunması qərara alındı. Bununla əlaqədar olaraq təbiyyat müəllimləri hazırlamaq üçün müəllimlər seminariyası təşkil olundu. Həmin dövrdə məktəblərdə keçilən təbiyyat dərslərinin məqsədi əsasən aşağıda göstərilənlərdən ibarət idi: Təbiətlə, müxtəlif minerallarla, dağ suxurları və faydalı qazıntılarla, bitgi və heyvanlar aləmi ilə şagirdləri tanış etmək, onlardan insanların tələbatının ödənilməsi üçün istifadə olunması yollarını şagirdlərə öyrətməkdən ibarət idi. Göstərilən bu məqsədi səmərəli həyata keçirmək üçün vacib olan məsələlərdən biri göstərilən təlabata cavab verə bilən dərsliklərin və tədris ləvazimatlarının olması idi. Bu məqsədlə ilk təşəbbüs 1876-cı ildə görkəmli rus pedaqoqlarından olan akademik Vasili Fyodoroviç Zuyev tərəfindən edilərək “Təbiiyyat tarixinin təsviri” adlı dərslik yazılmışdır. Bu kitab üç hissədən – “Qazıntılar aləmi”, “Bitgilər aləmi”, “Heyvanlar aləmi”ndən ibarət idi. Bundan başqa üçüncü hissəyə insan bədəninin qurluşunun öyrənilməsi də daxil edilmişdir. Akademik V.F.Zuyev tərəfindən yazılmış bu kitab demək olar ki, dövrünə görə elmi və metodiki cəhətdən düzgün tərtib olmuş ilk dərslik olmuşdur.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin