177
3. Nuklein turşularının və karbohidratların mübadiləsi arasında əlaqə
4. Nuklein turşularının və lipidlərin (triqliseridlərin) mübadiləsi arasında
əlaqə
5. Karbohidratların və zülalların mübadiləsi arasında əlaqə
6. Zülalların və lipidlərin mübadiləsi arasında əlaqə
7. Karbohidratların və lipidlərin mübadiləsi arasında əlaqə
1. Maddələr mübadiləsinin orqanizmdə əlaqəsi haqqında ümumi məlumat:
Maddələr mübadiləsi bir-biri ilə sıx əlaqəsi olan və bir-birini tamamlayan ardıcıl
kimyəvi proseslərdən ibarət nizamlı düzülüşü olan ansambıldır. Heterotrof
orqanizmlərdə qida vasitəsilə hazır şəkildə qəbul edilən üzvi maddələr kimyəvi
proseslər nəticəsində bir-birinə əlaqəli şəkildə çevrilirlər və bunun hesabına onların
orqanizmi qurulur.
Qəbul edilən qidanın tərkibində orqanizmin qurulması üçün lazım olan
maddələr hazır şəkildə mövcud deyildir. Yalnız bir sıra biokimyəvi çevrilmələr
(fermentlərin iştirakı ilə) sayəsində heterotrof orqanizmlərdə bir sinifə mənsub olan
üzvi maddələr digər sinifin nümayəndələrinə çevrilir.
Bu da orqanizmin həyat
fəaliyyətinin qurulmasına və inkişafına zəmin yaradır. Məsələn, heterotrof
orqanizmlərdə qida vasitəsilə qəbul olunan karbohidrat-ların yağlara çevrilməsi
aşağıdakı sxem əsasında baş verir.
downloaded from KitabYurdu.org
178
Avtotrof orqanizmlərdə üzvi maddələr fotosintez nəticəsində qeyri-üzvi
maddələrdən sintez olunur. Bu prosesdə əsasən karbohidratlar sintez olunur.
Həmçinin piroüzüm
turşusu əmələ gəlir ki, bu maddədən də aminturşular, asetil-
Ko A və başqa maddələr sintez olunur. Əmələ gəlmiş maddələr zülalların, nuklein
turşularının və lipidlərin biosintezi üçün ilkin material rolunu oynayır.
Deməli, üzvi maddələrin bir-birinə əlaqəli keçidləri canlı orqanizmin
mövcudluğunu təmin edir.
Canlı orqanizmdə zülalların, karbohidratların, nuklein turşularının və
lipidlərin mübadiləsinin bir-biri ilə əlaqəsi aralıq məhsulların: metabolitlərin
hesabına yaranır. Bu məhsullar karbohidratların
zülallara, nuklein turşularına,
zülalların nuklein turşularına, lipidlərə və karbohidratlara, lipidlərin zülallara,
nuklein turşularına və karbohidratlara çevrilməsinə şərait yaradır. Aralıq
məhsullardan əsas rol oynayanlar sirkə turşusu,
qismən nukleotidlər, ketoturşular
və s. birləşmələrdir. Bu sxem qısa şəkildə belədir.
Bu məhsulların sonrakı parçalanmasından
CO
2
və
H
2
O əmələ gəlir, enerji
ayrılır. Bu enerji vasitəsilə başqa proseslərdə əlaqə yaranır. Belə ki, karbohid-
ratların okidləşməsi nəticəsində ATF-də toplanan enerjidən yağlarda və zülalların
biosintezində, yağların oksidləşməsindən alınan enerjidən isə karbohidratların və
zülalların biosintezində, zülalların parçalanmasından ayrılan enerjidən də lipidlərin
Qlükoza
Fruktoza-1,6-difosfat
NAD
+
NADN
1-Fosfo- Dioksiaseton- 3-Fosfoqliserin-
qliserin
fosfat aldehidi
Yağ Piruvat
Yağ Asetil-KoA
turşusu
Krebs tsikli
downloaded from KitabYurdu.org
179
və karbohidratların mübadiləsində istifadə olunur. Deməli,
maddələr mübadilə-
sində əlaqə enerji mübadiləsində yaranır. Müxtəlif maddələrin mübadiləsi zamanı
qarşılıqlı əlaqənin yaranmasında və onların vəhdətində mühüm rolu Krebs sikli
oynayır.
Mübadilə prosesində bu əlaqə hüceyrənin ayrı-ayrı hissələrində də (mitoxon-
driyalar, ribosomlar, nüvə və s.) rabitə yaradır. Belə ki, mitoxondriyalarda əmələ
gələn enerji ATF-lə nüvəyə aparılaraq zülalların və nuklein turşularının
sintezi
üçün istifadə olunur. Nüvədə sintez olunan RNT ribosomlara aparılaraq zülalların
sintezində iştirak edir. Belə misalları çox göstərmək olar. Bunları ümumiləşdirə-
rərk göstərmək olar ki, mübadilə proseslə-rində əlaqə nəinki metabolitlərin
vasitəsilə, eyni zamanda hüceyrənin orqanelaları ilə də yaranmaqla həyatın
bəsit
forması olan hüceyrədə vəhdət təşkil edir.
Dostları ilə paylaş: