150
Oksidləşmə reaksiyası nəticəsində asetilkoenzim A molekulunda enerji
mənbəyi olan makroergik rabitə yaranır. Bu rabitə hesabına enerji hesabına
asetilkoenzim adi və trikarbon turşuları siklinə qoşulur.
Asetilkoenzim A həmişə toxumalrada olan oksalat sirkə turşusu ilə kondens-
ləşir və limon turşusu əmələ gəlir, nəticədə asetil-koenzim A azad olur. Əmələ
gəlmiş limon turşusu bir sıra çevrilmələrə məruz qalır. Bu çevrilmələrdə 4 reaksiya
dehidrogenləşmə, 2 reaksiya isə dekarboksizləşmə yolu ilə baş verir.
Həmçinin bir sıra dehidratlaşma və hidratlaşma reaksiyaları bu spesifik
fermentlərin katalitik təsiri baş verir. Bu çevrilmələrin nəticəsində limon
turşusunun mərhələli şəkildə oksidləşərək oksalat sirkə turşusuna çevrilir. Deməli
toxumalarda limon turşusunun əmələ gəlməsi və oksidləşməsi “dövri” xarakter
daşıyır. Limon turşusunun toxumadaxili dövranı alınır. Bu haqda ilk fikir söyləyən
alman alimi Q. A. Krebsin şərəfinə Krebs sikli adlanır.
Krebs sikli aerob şəraitdə toxumadaxili tənəffüsdə mümkündür. Piroüzüm
turşusunun oksidləşməklə dekarboksizləşməsini ümumi şəkildə aşağıdakı kimi
təsəvvür etmək olar.
mol
Coul
K
G
1
,
163
Əmələ gəlmiş piroüzümasetil-KoA trikarbonturşuları siklinə sitoxrom
sisteminin köməyi ilə qoşulur, ən sonda isə CO
2
və H
2
O parçalanır.
Di- və trikarbon turşuları qoşulan bütün mürəkkəb ferment sistemi
mitoxondriyalara elektron və protonların daşıyıcısı rolunu oynayır.
Dostları ilə paylaş: