80
Pantoten turşusu (və ya pantoten) açıq sarı yapışqanvarı yağa bənzər
mayedir. Suda yaxşı həll olur. Turşu və qələvilərin istirakı
ilə hidroliz olunur,
peptid rabitəsi pozulur. Az davamlıdır, asan oksidləşir. Bu vitamin sintez
edilmişdir. İnsanın, heyvanların və bitkilərin həyatında pantoten turşusunun rolu
çox böyükdür. O, koenzin A-nın tərkibinə daxil olmaqla,
mübadilədə mühüm rol
oynayır.
Karbon turşularını (sirkə turşusu, palmitin turşusu və s.) fəallaşdırmaqla,
onların oksidləşməsinə şərait yaradır, zülalların mübadiləsi və lipoidlərin
sintezində iştirak edir.
Pantoten turşusunun çatışmamazlığından insan və heyvanlarda dermatit baş
verir, tüklər piqmentasiyasını itirir, tökülür, sinir sisteminin, böyrəküstü vəzlərin
və ürəyin fəaliyyətində pozğunluq əmələ gəlir.
Pantoten turşusu gövşəyən heyvanların işkənbəsində, təkdırnaqlıların və
quşların bağırsağında mikroorqanizmlər tərəfindən də sintez olunur. Lakin sonun-
cuların tələbi ödənilmir.
Heyvan toxumalarında pantoten turşusunu parçalayan
fermentlərə təsadüf
edilməmişdir. O orqanizmdən sidiklə xaric olunur.
Atın yeminin hər kiloqramında 3,2 mq, cücələrinkində isə 9 mq pantoten
turşusu olduqda onların orqanizminin tələbi ödənilir.
Pantoten turşusu ən çox bitkilərin yaşıl hissəsində, yarpaqlarda və mayalarda
olur. Bundan başqa, düyü kəpəyində (1,5 – 2 mq%), buğdada (1 mq%),
buğda
kəpəyində (2,5 mq%), kartofda, kələmdə (0,4 mq%), otda (1,2 mq%), dənli bitki-
lərin qabığında mövcuddur. Bu vitaminə qaraciyərdə, ətdə, yumurtada və süddə də
çox rast gəlinir.
B
5
vitamini (və ya PP)- Bu vitamin nikotin turşusu və onun amidindən
ibarətdir.
B
5
vitamini, yaxud niasin, su və spirtdə yaxşı həll olan, zəif turş dada malik,
temperatura davamlı, ağ kristallik maddədir.
N
─COOH
Nikotinamid
Nikotin turşusu
─CONH
2
N
downloaded from KitabYurdu.org
81
Nikotin turşusu 236
0
C-də, nikotinamid isə 129
0
С-də əriyir. Bu vitamin
nikotinamid formada oksidoreduktaza fermentlərində koferment: nikotinamidade-
nindinukleotid (NAD) və nikiotinamid-adenindinukleotidfosfat (NAOF)
funksya-
sını yerinə yetirir, yəni anaerob dehidrogenazanın tərkibində olur, bioloji
oksidləşmə reaksiyalarını sürətləndirir, karbohidratların və yağ turşularının,
fosfatidlərin parçalanmasında iştirak edir. PP vitamini donuzda, itdə, quşlarda və s.
heyvanlarda triptofandan da əmələ gəlir. Nikotin turşusunun
biosintezi kövşəyən
heyvanların işkənbəsində və cücələrin bağırsağında daha intensiv gedir.
B
5
vitamini çatışmadıqda insanlarda pellaqra xəstəliyi əmələ gəlir. Bu da
dərinin açıq yerlərində (sifətdə, əllərdə, ayaqlarda) simmetrik yaraların əmələ
gəlməsi və sinir pozğunluqları (qısa müddətli huşsuzluq-demensiya) ilə xarakter-
lənir. Bu xəstəliyə körpə və yaşlı donuzlar, ev quşları daha çox həssasdır.
Ərzaq məhsullarında nikotin turşusu olmadıqda toxuma tənəffüsündə iştirak
edən bir sıra fermentlərin sintezi pozulur. Bu vitamin
karbohidrat mübadiləsində
iştirak edir. Bundan əlavə nikotin turşusu azot mübadiləsinə, qanda xolesterinin
miqdarına, yağ turşularının sintezinə təsir göstərir. Bu vitamin qan yaranmada
iştirak edir.
Bu vitamin
dənli bitkilərin toxumunda, qabıq hissəsində çoxdur. Buğdanın
qabığında 15-30 mq %
, dənində isə 5-7 mq %, noxudda 2 mq %, kartofda 1 mq %
PP vitamini vardır.
Bu vitamin yabanı bitkilərdən yemlikdə 3,1 mq %, yolotunun tərkibində isə
1,4 mq % olur. Heyvan məhsullarından PP vitamini qaraciyərdə, böyrəklərdə və
ətdə də çoxdur.
Dostları ilə paylaş: