68
V.
İzamerazalar. İzomerazalar üzvi birləşmələrin müxtəlif izomerlərinin
qarşılıqlı çevrilmələrini kataliz edir. Bu qrupa aşaşıdakılar aiddir:
Epimerazalar-optik izomerlərin birini digərinə (məsələn, qlükozanı qalakto-
zaya) çevirən fermentlərdir.
Sis-trans-izomerazalar-adından məlum olduğu kimi, sis-izomerləri trans-
izomerlərə (və əksinə) çevirir. Məsələn, malein turşusunun fumar turşusuna
çevrilməsi:
VI.
Liqazalar (sintetazalar). Liqazalar sinfinə pirofosfat rabitələrinin
parçalanmasından alınan enerjidən istifadə edərək, sadə birləşmələrdən mürəkkəb
maddələrin sintezini sürətləndirən fermentlər daxildir. Liqazalar zülalların, nuklein
turşularının, alifatik turşuların və başqa birləşmələrin sintezində mühüm rol
oynayırlar.
Dostları ilə paylaş: