I. Fəza quruluşlarına görə fərqlənən zülallar. Bu əlamətlərə görə qlobulyar
zülallar dörd sinifə bölünür;
1) α- zülallar – polipeptid zəncirinin 60%-dən çoxu α spirallardan təşkil
olunanlar.
2) β –zülallar – polipeptid zənciri β spirallardan (2-dən az olmamaq şərtilə)
təşkil olunanlar.
3) (α+β)- zülallar-polipeptid zənciri hər iki quruluşda təşkil olunanlar.
4)
-zülallar- polipeptid zəncirinin α sturukturunun β- strukturunun əhatə-
sində olanlar və ya əksinə β-strukturunun α-spiralının əhatəsində olan zülallar.
Qlobulyar zülalların ən çox rast gəlinənləri
quruluşda olanlardır.
Sonrakı yeri β quruluş tutur, α və α+β quruluşda isə olan qlobulyar zülallara az rast
gəlinir.
II.Funksyalarına görə zülallar aşağıdakı qruplara ayrılırlar: Zülalların
müəyyən fəza quruluşuna malik olması, orqanizmdə hər hansı bir funksiya daşıma-
sı hüceyrənin əmələ gəlməsində bioloji xassələrinin formalaşmasında əsas rol
oynayır.
6. Zülalların funksyaları: Zülallar hüceyrə xarici quruluş funksyalarını
yerinə yetirirlər: İpəyin tərkibində rast gəlinir, tükün və dırnağın quruluşunu təmin
edir, dəriyə quruluş və quruluq verir, ətraflıarın qurulmasında iştirak edir.
Bir çox zülallar müxtəlif tərkibli maddələrlə birləşərək onları hüceyrənin bir
hissəsindən digərinə daşınmasını təmin edir. Məsələn, qanın eritrositlərinin
tərkibində olan hemoqlobin O
2
və CO
2
-ın toxumalara daşınmasını yerinə yetirir.
Hüceyrə membranının tərkibində xüsusi tərkibli zülallar vardır ki, onlar
aktiv təşkil olunmuş formada bir çox maddələri və ionları özlərinə birləşdirərək
hüceyrə daxilinə və xaricinə daşınmasını təmin edirlər. Bu daşınmanın hesabına
hüceyrə və toxumalarda maddələr mübadiləsinin və enerji mübadiləsinin getməsi
üçün şərait yaranır. Orqanizmin bütün hüceyrə və toxumaları bu prosesdə iştirak
edir.
Bəzi zülallar hormon funksyası, yəni tənzimləyici rolunu yerinə yetirir. Hor-
downloaded from KitabYurdu.org
47
monlar bioloji aktiv maddələrdir, onlar xüsusi vəzilərdə sintez olunaraq qana daxil
olur və maddələr mübadiləsinin tənzimlənməsində iştirak edir.
İnsulin hormonu qanda qlükozanın miqdarını tənzimləyir və qlükozanın
qlikogenə çevrilməsini təmin edir.
Zülal reseptorları hüceyrə membranında zülalların qurulmasında iştirak
edirlər. Onlar bu funksyanı yerinə yetirdikləri zaman hər hansı bir kimyəvi birləş-
məni özünə birləşdirmək üçün hətta öz quruluşlarını da dəyişməyə qadirdirlər.
Orqanizmə yad zülallar və ya mikroorqanizmlər (antigenlər) daxil olduqda
orqanizmin özündə bəzi müdafiə xarakterli (antigellər) zülallar sintez olunur ki,
həmin zülallar antigenlərlə əlaqəyə girərək onları məhv etmək funksyalarına
malikdirlər.
Müdafiə funksyası daşıyan fibrin zülalı fibrinogendən əmələ gəlir və
qanaxmanın qarşısını alır.
Qısa əzələlərin xüsusi zülalları (aktin və miozin) hüceyrənin və orqanizmin
bütün hərəkətlərinin yerinə yetirilməsində iştirak edir. Aktin və miozin
təkhüceyrəlilərdə və çoxhüceyrəlilərdə əzələ qısalması prosesində iştirak edir.
Həmçinin bu zülallar bitkilərdə yarpaqların hərəkət proseslərində və s. iştirak edir.
Bu funksyaları ehtiyatda olan zülallar yerinə yetirir. Ehtiyyat zülalları enerji
ehtiyatı yığır. Hemoqlobinin parçalanmasından ayrılan dəmir ionu orqanizmdən
xaric olunmur, orqanizmdə qalaraq bəzi zülallarla ferritin tərkibli komplekslər
əmələ gətirir.
Orqanizmdə karbohidratlar və lipidlər azlıq təşkil etdikdə bəzi zülallar
parçalanaraq enerji kimi istifadə edilir. Bir qram zülalın parçalanmasından 17,6
KCoul enerji alınır. Zülallar əvvəlcə aminturşulara sonra isə son məhsul olaraq
CO
2
, NH
3
və H
2
O parçalanırlar.
Bir çox qlobulyar zülallar ferment kimi funksyaya malikdir. Ferment zülallar
biokimyəvi reaksiyaları kataliz edir, onları sürətləndirir. Fermentə birləşərək
reaksiyanın sürətini dəyişən molekula – substrat adlanır.
Substratın fermentə birləşən hissəsi fermentin aktiv mərkəzi adlanır. Aktiv
hissə bir neçə aminturşu qalığından ibarət olur ki, onlar katalitik aminturşular
adlanır.
downloaded from KitabYurdu.org
|