72
maddəyə vitamin (latınca vita-həyat, vitamin-həyat amili) adı verməyi təklif etdi..
Sonralar məlum oldu ki, düyü kəpəyindən alınmış kristal maddə də müxtəlif
birləşmələrin qarışığından ibarətdir.
Sonralar qida ilə qəbul edilən, həyat üçün
zəruri olan və orqanizm tərəfindən energetik maddə kimi istifadə edilməyən bioloji
aktiv maddələr vitaminlər adı altında birləşdirildi. Sonralar aydın olmuşdur ki,
tərkibində amin qrupu olmayan vitaminlər də (askorbin turşusu, tokoferol,
pridoksin və s.) vardır.
Vitaminlər latın hərfləri ilə adlandırılır. A, B, C, D, E, K vitaminləri və s.
Lakin bunlar təsirlərinə görə (antikseroftalmik, antipellaqrik vitaminlər və s.) və
kimyəvi tərkiblərinə görə də (tiamin, askorbin turşusu və s.) adlandırılır. Hazırda
hər üç adlanmadan istifadə edilir.
Vitaminlər müxtəlif qrup üzvi birləşmələrə aid olduğu üçün onların həll
olma qabiliyyətinə görə iki qrupa bölünür.
1. Yağda həll olan vitaminlər – A, D, E, K, Q
2. Suda həll olan vitaminlər – B qrupu (B
1
, B
2
, B
3
, B
5
, B
6
) vitaminləri, C, PP,
fol, paraaminbenzoy turşusu və s.
Yuxarıda qeyd edilən vitaminlərin bəziləri bir neçə formada olur.
Həmin
formalar –
vitamerlər adlandırılır. Məsələn, A
1
və A
2
vitaminləri A vitamininin, D
2
və D
3
vitaminləri D vitamininin vitamerləridir.
Vitaminlər əvəzolunmaz birləşmələrdir. Onların orqanizmdə müxtəlif
miqdarda olmasından asılı olaraq orqanizmin avitaminoz hipovitaminoz və hiper-
vitaminozluq halları yaranır.
Avitaminozluq – qida maddələrinin tərkibində vitaminlərin tamamilə
olmaması halına deyilir. Bir neçə vitaminin olmaması
poliavitaminoz adlanır. Bu
hal müəyyən xəstəliklərə gətirib çıxarır və orqanizmin məhvi ilə nəticələnir.
Hipovitaminozluq – qidada bu və ya digər vitaminin qismən çatışmamazlığı,
yəni vitaminlərin səviyyəsinin normadan aşağı düşdüyü hallarda baş verir.
Əmələ gəlmə səbəblərinə görə hipovitaminozları iki qrupa bölmək olar: 1)
ekzogen hipovitaminozlar-qida maddələrinin keyfiyyətsizliyi nəticəsində baş verir.
2) endogen hipovitaminozlar-orqanizmdə baş verən
patoloji hallarla əlaqədar
meydana çıxır.
Hipovitaminozluq hallarında – orqanizmin iş fəaliyyəti aşağı düşür, qaran-
lıqda görmə zəifləyir, ümumiyyətlə orqanizmin xəstəliklərə qarşı
müqaviməti
zəifləyir.
Hipervitaminozluq – vitaminlərin uzun müddət həddindən artıq qəbul
edilməsi nəticəsində baş verir. Bu hal bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb
olur. Belə xəstələrə
hipervitaminozlar deyilir. Hipervitaminozluq
yağda həll olan
vitaminlər (xüsusən A və D) üçün xarakterikdir. Bu hal insan orqanizmində bir sıra
allergik xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.
downloaded from KitabYurdu.org
73
Vitaminlərlə zəngin bitki və heyvan mənşəli ərzaqlarla qidalanma orqanı-
zmdə fermentativ proseslərin normal getməsi üçün əsas amillərdən biridir.
Qida məhsullarının tərkibində olan vitaminləri təyin etmək üçün iki üsuldan
istifadə edilir: fiziki-kimyəvi və bioloji üsullardan.
Fiziki-kimyəvi üsul müxtəlif vitaminlərin müəyyən kimyəvi reaktivlərlə
rəngli reaksiyalar vermək qabiliyyətinə əsaslanır. Bioloji üsulun mahiyyəti bundan
ibarətdir ki, heyvanlar müəyyən müddət ərzində (dəniz donuzu, siçovul və s.) süni,
vitaminsiz pəhrizlə qidalandırırlar, təcrübə heyvanlarında avitaminoz əmələ
gəldikdən sonra, onları tədqiq olunan qida maddələri ilə yemləyirlər. Qida
maddəsinin müəyyən vitaminin avitaminozunun qarşısını ala bilən miqdarını təyin
etməklə, onun tərkibindəki vitaminin aktivliyini hesablayırlar.
Dostları ilə paylaş: