5. Mürəkkəb zülallar, tərkibi, yayılması, bioloji rolu: Mürəkkəb zülallar
sadə zülallarla qeyri-zülal təbiətli maddələrdən ibarətdir. Onlar hidroliz olunduqda
sadə zülallara, fosfat turşusuna, nuklein turşularına, lipidlərə, metallara və bir sıra
başqa birləşmələrə ayrılır.
Mürəkkəb zülallara nukleoproteidlər, xromoproteidlər, fosfoproteidlər, lipo-
proteidlər, qlikoproteidlər (mukoproteidlər), metalloproteidlər, metalloid-proteidlər
aiddir.
Nukleoproteidlər və ya nüvə zülalları bitki və heyvan hüceyrələrində olur.
Nukleoproteidlərin tərkibində qeyri-zülal təbiətli maddələr nuklein turşu-
larıdır. Nuklein turşuları 2 növdən ibarətdir. Onlardan bir qrupuna dezoksiri-
bonuklein turşuları (DNT) və digərinə isə ribonuklein turşuları (RNT) deyilir.
Bunlar özləri də mürəkkəb maddələrdir və mononukleotidlərin polimerləşməsindən
əmələ gəlmişdir. Nuklein turşularının əmələ gəlməsində 3 müxtəlif qrup maddələr:
azotlu əsaslar, pentozalar və fosfat turşusu iştirak edir.
Xromoproteidlər tərkibində sadə zülallar-dan başqa müxtəlif rəngli maddələr
də saxlayır. Bunlara misal eritrositlərdə olan hemoqlobini, əzələlərdə olan
mioqlobini, bitkilərin xlorofilini, gözün torlu təbəqəsindəki rodopsini və başqala-
rını göstərmək mümkündür.
Hemoqlobin sadə zülal qlobinə prostetik qrup olan hemin birləşməsindən
əmələ gəlir. Bir molekul qlobinlə dörd molekul hem birləşir, hemin hər moleku-
lunda bir atom da dəmir vardır.
Əzələlərdə olmaqla, hemoqlobinə nisbətən bəsitdir. Mioqlobin molekulda
bir hem molekulu və 153 aminturşusunun qalığından əmələ gəlmiş bir polipeptid
zəncirindən ibarət zülal molekulu vardır. Bunun oksigenə hərisliyi hemoqlobindən
artıqdır.
Fermentlərdən katalaza, peroksidaza, sitoxromlarda xromoproteidlərə aiddir.
downloaded from KitabYurdu.org
45
Bunların prostetik qrupları hemə yaxın maddələrdir.
Flavoproteidlər və rodopsin də xromoproteiddir. Flavoproteidlərin prostetik
qrupu B
2
vitamini, rodopsininki isə A vitaminidir.
Rodopsində A-vitamini 11-sis-retinal şəklindədir.
Rodopsin gözün torlu qişasının fotoreseptor təbəqəsində (membrana) zülal-
ların 80-85%-ni təşkil edir.
Bu qrup mürəkkəb zülalların tərkibində sadə zülallardan başqa prostetik
qrup: dəmir, mis, sink, kobalt, kalsium, flüor və qeyri elementlər də olur. Metallo-
proteidlərdən qaraciyər və dalaqda olan fermentlərdə dəmir (20%) və sink vardır.
Bu zülal orqanizmdə dəmirin deposu sayılır.
Hemosiderin də tərkibində dəmir saxlayan zülaldır. Bunda 25% nukleotid və
karbohidrat vardır. Bu zülal əsasən retinukloendateli hüceyrələrində olur.
Fosfoproteidlərin tərkibində prostetik qrup olaraq fosfat turşusuna təsadüf
olunur. Bu da serinfosfat və treoninfosfat şəklindədir.
Fosfoproteidlərə misal süddə olan kazeini, yumurta sarısındakı ovovitellini,
balıq kürüsündəki ixtulini və s.-ni göstərmək olar. Bunlar ehtiyat qida zülalları
sayılır. Fosfoproteidlər heyvanların bəzi üzvlərində (məsələn: qaraciyərdə) fosfat
turşusunun fəal forması kimi mübadilə proseslərində fəal iştirak edir. Fermentlər-
dən pepsin, fosforilaza, fosfoqlükomutaza da fosfoproteiddir.
Lipoproteidlər sadə zülallarla lipidlərin (yağ turşuları, neytral yağlar, fosfa-
tidlər, sterinlər) birləşməsindən əmələ gəlir.
Lipoproteidlərin bəziləri suda həll olan kompleks birləşmələrdir. Bunlarda
lipidlər daxildə, zülallar isə xaricdə yerləşir. Zülal hissəsi daxildə və lipid hissəsi
xaricdə yerləşən lipoproteidlər yalnız üzvi həlledicilərdə həll olur.
Lipoproteidlər çox labil (davamsız) birləşmələrdir. Bunlar hüceyrələrin
orqanellalarının əmələ gəlməsində istirak edir. Lipoproteidlər hüceyrə pərdəsinin
tərkib hissəsini təşkil etməklə sızma prosesinin tənzim olunmasında mühüm rol
oynayır.
Lipoproteidlərə bütün toxumalarda rast gəlinir. Bunlara ən çox sinir toxuma-
sında, qan zərdabında, yumurta sarısında, süddə və s.-də rast gəlinir.
Qlikoproteidlərə mukoproteidlər də deyilir. Bunlar sadə zülalların karbo-
hidratlarla (qlükoza, qalaktoza, maltoza, fruktoza, qlükozamın, qlükuron turşusu,
sulfat turşusu, sirkə turşusu və s.) və onların törəmələrinin (neyramin və sial
turşuları) birləşməsindən əmələ gəlir. Karbohidratlar bu zülalların 10-20%-ni,
aminşəkərlər isə 4%-ə qədərini təşkil edir. Məsələn, qammoqlobinlərin tərkibinin
20%-ə yaxını karbohidratlardan ibarətdir. Bu qrup zülallardan sümük toxumasında,
qığırdaqlarda, gözün buynuz təbəqəsində, həzm şirələrində olan musinləri və
mukoidləri, qan plazmasındakı qaptoqlobinləri, fetuini göstərmək mümkündür.
Zülallar molekullarının formalarına, fəza quruluşlarına (konformasiyasına)
downloaded from KitabYurdu.org
46
görə 2 qrupa: fibrilyar və qlobulyar zülallara bolunür. Fibrilyar zülallar uzun
sapvari formalıdır, suda, duz məhlulunda həll olmur. Kallogen, keratin, fibronin və
s. belə zülallardandır. Qlobulyar zülallar dairəvi, kürə formasındadır. Suda həll
olur – mioqlobin, hemoqlobin, zərdab albumini, ribonukleaza və s. belə zülallar-
dandır. Bəzi zülalları (fibrinogen, miozin və s.) aralıq tipə məxsusdur.
Zülalların yuxarıda sadalanan təsnifatı təfsilatı ilə tam düzgün hesab
olunmur. Bir çox zülallar bu və ya digər qrupa aid olan xassələri özündə əks
etdirir. Bu səbəbdən zülalları əsasən iki əlamətlərinə görə ayırırlar. Fəza
quruluşuna və funksiyalarına görə.
Dostları ilə paylaş: |