BİBLİoqrafiya baki 2012 2 Tərtibçi-müəllif


ŞƏDDƏ. Yun,  pambıq  və ipəkdən əyrilmiş  iplərdən toxunur, ş



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix21.04.2017
ölçüsü2,38 Mb.
#15203
1   2   3   4   5   6   7   8   9   ...   28

ŞƏDDƏ. Yun,  pambıq  və ipəkdən əyrilmiş  iplərdən

toxunur, şəddənin  strukturunu  iki  sistemli  ip: əriş  və arğac

ipləri təşkil edir. “Keçirtmə” texnikası ilə arğac ipləri ərişlərin

arasından təkbir - çalkeçir keçir. Əriş və arğac bərabər sıxlıqda

olur, alt və üst arğaclar doyumlu keçirilir. Nəticədə şəddə həm

əriş,  həm  də arğac  üzlü  olur. Əsasən, şəddələr  bir-biri  ilə

birləşdirilmiş qırmızı, yaxud da qırmızı və göy rəngli hissələr-

dən - “şaqqalardan” ibarət olurdu. Bununla yanaşı isə bir hissə-

li  qırmızı şəddələr,  eləcə də qırmızı,  göy  rəngli,  şaquli  zolaqlı

şəddələr də toxunurdu. Bu zolaqlar iki üsulla salınır. Şəddənin

əsas  üç  növü  olur:  birrəngli – “Şal”;  damalı – “Dama-dama

şəddə”  və məzmunlu  “Zili  şəddə”  və “Dəvəli  şəddələr”  də to-

xunur. Məişətdə şəddədən mərasim pərdələri və örtükləri – zil-

lə şəddəsi kimi, sonralar isə qalın toxunan şəddədən döşənəcək,

divar  örtüsü,  nazik  və zərif  toxunan şəddədən  isə parça  kimi

qadın  və kişilərin  geyiminin  hazırlanmasında, həmçinin  də

süfrə-qabaq  süfrəsi  və s.  kimi  istifadə edilir,  balaca, qırmızı

şəddələr  ayaq  altına  salınır. Şəddənin əsas  istehsal  mərkəzləri

Qarabağ (Qubadlı, Cəbrayıl, Ağdam, Bərdə), Qazax, Naxçıvan,

Cənubi Azərbaycan (Ərdəbil, Meşqin, Muğan) və Göyçədir.

Şəddələr aşağıdakı adlarla adlanırdı:


33

texnikasına görə – “Qədirqə”, “Şal”, “Şəddə cecim”;

istifadəsinə görə – “Zillə şəddəsi”, “Bəy çadırı”, “Qodu

parçası”, “Şəddə kilim”;

bədii  xüsusiyyətlərinə görə – “Dəvəli  şəddə”,  “Dama-

dama  şəddə”,  “Kəsməli  şəddə”,  “Qaraqoyunlu  şəddəsi”,  “Şət-

rənci”, “Zili quşlu”, “Zili şəddə” və s.

Bakıda şəddə qayıq-palaz,  Qarabağda  zili,  Naxçıvanda

cecim,  Cənubi  Azərbaycanda  bucaqqırağı,  ocaqqırağı  adlarla

tanınır.  Muğanda  pambıqdan  toxunan  palaza  və balaca  palaza

şəddə deyilir. “Şəddə” sözünün  kökü  “şətrənc”,  “şadevərd”  yəni

“şahmat” sözündən olduğu ehtimal edilir. Azərbaycanda yaşamış

“Şadılı” tayfaları da məlumdur. Ümumiyyətlə, Azərbaycanda indi

də Şada (Şahbuz), Şadılı (Qasım İsmayılov) adlı kəndlər vardır.



VƏRNİ. Yundan, nadir hallarda isə ipəkdən və pambıqdan

əyrilmiş  iplərdən  toxunur. Vərninin  strukturunu  üç  müxtəlif

sistemli ip: əriş, arğac ipləri və əlavə “naxış ipi” təşkil edir. “Na-

xış  ipi” ərişlərə “qayıq”  texnikası  (“sarıma  dolama”)  ilə üfüqi

istiqamətdə 4/2  dolanır  və beləliklə, ilmələr  salınır.  Hər  bir  ilmə

çinindən sonra alt, ya üst arğac “doyumlu” keçirilir. İlmələr bütün

çinlərdə soldan sağa yanyana salınaraq paralel – birtərəfli düzülüş

yaradır  və vərninin  üzünü  tam  örtür.  Nəticədə vərninin  üzünü

“naxış  ipi”  təşkil  edir.  “Naxış  ipləri”nin  ucları  arxa  tərəfə

çıxarılmır  arğacların  arasında  itir. Vərnilər  iki  hissədən  ibarət

toxunur  (sol  və sağ  hissələr)  və sonra  bir-birinə tikilir.  Bu

səbəbdən  Qarabağda  (Ləmbəran) vərni  həmyan  (iki  yanlı,  iki

tərəfli)  adlandırılır.  Lənkəranda vərniyə qayıqlı  kilim  deyirlər.

Vərnilərdən pərdə,  yük üzü, döşənəcək, örtük, həmçinin dəyə və

çadırların  dekorativ  bəzəyi  kimi  istifadə olunur.  Muğanda

vərnidən döşənəcək kimi istifadə etmək üçün altına keçə tikilirdi.

Əsas  istehsal  mərkəzləri  Qarabağ  (Bərdə,  Şuşa,  Ağcabədi,

Cəbrayıl, Ləmbəran), Qazax, Naxçıvan və Cənubi Azərbaycandır.

Qarabağ vərninin  ornamentinin əsas  elementi  demək  olar  ki,

xalçanın bütün sahəsini tutan, S və ya  Z  formalı stilizə olunmuş

əjdaha təsviridir. Əjdaha bolluq rəmzi kimi, eləcə də evin, ailənin,


34

qəbilənin qoruyucusu kimi tanınır. Bununla belə qədim dövrlərdə

şər  qüvvələrin  rəmzi  də sayılmışdır.  Cənubi  Azərbaycanda

toxunmuş vərnilər quş  və ağac  təsvirləri  ilə bəzədilir.  Orta

əsrlərdə zərif  toxunuşlu vərnilər  bərnu,  pərniyan,  pərnu  da

adlanırdı. Eyni zamanda bunlar orta əsrlərdə xüsusi toxunan ensiz

ipək parça - dibaya verilmiş adlardır. Bu parçanın bir neçə növü

mövcud idi və onlardan döşənəcək kimi istifadə olunurdu.



ZİLİ. Yundan, pambıqdan və ipəkdən əyrilmiş iplərdən to-

xunur. Zilinin  toxunuş  üslubu,  istifadəsi,  rəngi,  tərtibatı  toxun-

duğu  yerdən  asılıdır. Zilinin sabit strukturu mövcud deyil. Onun

toxunuşunda ladı, şəddə, vərni kimi xovsuz xalçaların strukturları

üçün xarakterik olan texniki prinsiplərdən istifadə olunur. Zili üç

üsulla toxunur. Birinci üsulla zili ladı kimi toxunur, yerliyi əriş və

arğac üzlü, yaxud yalnız arğac üzlü olur, əlavə “naxış ipi” iki alt

və bir üst ərişdən  ladı  texnikası  ilə keçirdilir.  İkinci  üsulla zili

şəddə kimi  toxunur, ərişi  rəngli  çəkilir, əriş  və arğac  üzlü  olur,

yerliyini  enli,  rəngli  şaquli  zolaqlar  təşkil  edir  və üzərinə “naxış

ipi”,  “qayıq”  texnikası  (“sarıma  dolama”)  ilə arabir  naxışlar

salınır. Üçüncü usulla zili vərni kimi toxunur, “naxış ipi” ərişlərə

“qayıq” texnikası (“sarıma dolama”) ilə 4/2 dolanaraq soldan sağa

toxunur  və nəticədə alınan  ilmələr zilinin  üzünü  tam  örtür.  Bu

zaman  ilmələr  gözəl  və səliqəli  alınır.  Xüsusilə Bakıda  toxunan

zilidə “naxış  ipi”  təkbir ərişə dolanıb  “taynan”  getdiyi  üçün

ilmələr daha nazik və zərif olurlar. Bəzən toxumanı tezləşdirmək

üçün  ikinci  çin  sağdan  sola  geri  toxunur  və bu  zaman  ilmələrin

üzü  bir  sırada  yuxarıya,  ikinci  sırada

aşağıya  doğru

istiqamətlənərək  hörüyəbənzər  toxunuş  yaradır. Zilidən  ibadət

xalçası,  pərdə,  divar  örtüyü,  döşənəcək  kimi  istifadə edilir. Zili

hazırda  da, əsasən  məscidlər  üçün  toxunan  xovsuz  xalçalardır.

Belə zili, adətən göy və ağ,  yaxud da ağ və qırmızı rəngdə olur,

haşiyəsində Namazlıq xalçaları üçün səciyyəvi olan kufi  yazıları

verilir. Zilinin əsas  istehsal  mərkəzləri  Qarabağ,  Qazax,  Bakı,

Naxçıvan, Göyçə və Cənubi Azərbaycandır.

Zililər aşağıdakı adlarla adlanırdı:



35

texnikasına görə – “Qarımış fərş”,

istifadəsinə görə – “Namazlıq”;

bədii  xüsusiyyətlərinə görə – “Damarlı”  və “Zili  quşlu”,

“Zili şəddə”, “Hacı Nağı zilisi”,

keyfiyyətinə görə – “Yoxsul palazı” və s.

Zili Bakıda qayıq-palaz, Qarabağda qayıq, ladı, şəddə, Qa-

zaxda  qayıq,  ladı,  Tovuzda  dərmə,  Cənubi  Azərbaycanda  ladı,

vərni, zilu və s. adlarla tanınmışdır. Göyçədə isə ölçüsündən asılı

olaraq zililərə böyük xalı, gəbə və xalı deyirdilər. Ümumiyyətlə,

zili yerə salınan hər bir döşənəcəyə, hətta həsirə də deyilir. Zilinin

bəzəklərini stilizə edilmiş quş və heyvan rəsmləri, rəmzi təsvirlər,

müxtəlif formalı həndəsi və nəbati motivli ornamentlər təşkil edir.

Bununla  belə zilinin əsas  naxışı  quş  təsviridir.  Göyçədə zili

şəddələr, əsasən  quş  təsvirləri  ilə naxışlanırdı.  Abşeronda  (Xızı)

ziliyə “Zili quşlu” və “Güllü palaz” deyilir. Qubada vaxtilə xovlu

xalçalar  “zillu”  adlanan  quşlarla  bəzədilirdi. Zili  hələ orta

əsrlərdən  namaz  üçün  istifadə olunub  və bu  dövrdə namazlıq

xalçalarına zili  deyilirdi.  Bununla  belə nax  da  adlandırılırdı.  X

əsrdə Xoy,  Bərgi, Ərcicə, Əxlate,  Naxçivan,  Bidlis zilinin

toxunduğu  məşhur  məntəqələr  idi.  XVI-XVIII əsrlərdə Qarabağ

(Cəbrayıl) ipək zilinin toxunduğu mərkəz idi.



SUMAX. Yundan,  bəzən  də ipəkdən əyrilmiş  iplərdən  to-

xunur. Sumaxın  strukturunu  üç  müxtəlif  sistemli  ip: əriş,  arğac

ipləri  və əlavə naxış  ipi  təşkil  edir.  “Naxış  ipi” ərişlərə “qayıq”

texnikası  ilə üfüqi  istiqamətdə 4/2  dolanır,  beləliklə, ilmələr

yaranır.  İlmələr  çinlərdə sünbülvari  düzülüş  təşkil  edir  və Su-

maxın  üzünü  tam  örtür.  Nəticədə sumaxın  üzünü  “naxış  ipi”

yaradır.  İlmələr  bir  neçə üsulla  salınır.  “Qayıq”  texnikasının  iki

üsulundan müxtəlif variantlarda “sarıma dolama” və “halqalı do-

lama”  istifadə edərək  müxtəlif  formalı  ilmə düzülüşü  yaradır.

Belə ki,  bəzən,  bütün  çinlərdə ilmələr  soldan  sağa  “sarıma  do-

lama”, yaxud da “halqalı dolama” üsulu ilə, bəzən isə bir çin sol-

dan sağa “sarıma dolama”, digər çin isə sağdan sola “halqalı do-

lama” üsulu ilə toxunur. İlmələrin üzü bir sırada yuxarıya, ikinci


36

sırada  aşağıya  doğru  meyllənir  və nəticədə buğda  dənələrinin

sünbüldə düzülüşünü,  yaxud  saç  hörüyünü  xatırladan  düzülüş

yaranır. Hər bir ilmə çinindən sonra bir alt, bir üst arğac doyumlu

keçirilir. Bəzi sumaxlar arğacsız toxunur, ərişlərin arasından arğac

ipi keçmir, “naxış ipi” ərişlərə “sarıma dolama” üsulu ilə şaquli və

üfüqi  dolanaraq  naxış əmələ gətirir. Sumaxdan  məişətdə

döşənəcək, divar örtüyü, balaca ölçülülərdən - sumaxçalardan isə

ibadət  xalçası - namazlıq  kimi  istifadə edilir.  İlk əsas  istehsal

mərkəzi Şirvan (Şamaxı) olmuş, həmçinin də Cənubi Azərbaycan

(Əhər,  Mərənd,  Urmiya),  Qarabağ  (Cəbrayıl,  Laçın)  və

Naxçıvanda  toxunmuşdur.  Sonralar Sumaxın  istehsal  mərkəzi

Qubaya  keçmiş  və XIX əsrdə artıq  məşhurlaşaraq Azərbaycanın

digər  bölgələrində

geniş  yayılmışdır.



Sumaxın  bədii

tərtibatında  Şirvan,  Quba,  Qarabağ,  Gəncə xovlu  xalçalarının

kompozisiyalarından istifadə edilir.

Sumaxlar aşağıdakı adlarla adlanırdı:

texnikasına görə – “Qarımış fərş”;

ölçüsünə görə – “Sumaxça”,  “Sumax  palaz”,  “Göllü pa-

laz” və s.

Sumaxın  yerliyi, əsasən  sumağı  rəngdə olur  və yerliyinin

sumağı  rənginə görə bəzi  kilimlərə sumaxı  kilim  deyilir.  Tədqi-

qatçılar “sumax” sözünü  Şamaxı  şəhərinin  adı  ilə əlaqələndirir,

bəzi  mənbələrdə isə maldar  tayfalar  olan  “Kimak”ların adı  ilə

bağlayırlar. Orta əsr ərəb tarixçisi əl-İstəxri “Kimak”ları türk tay-

falarına  aid  edirdi.  Xarici  tədqiqatlarda sumax  xalçasının  adı  to-

xunduğu  qayıq  texnikasına  verilmişdir,  yəni  “sumax  texnikası”

termini  işlədilir.  Halbuki  yerli  xalça  ustaları  bu  günədək  bu

texnikaya yalnız “qayıq” deyirlər.

Xovlu xalçalar müxtəlıf  görünüşlü  döşəmə və divar xalça-

ları – xalı, xalça, gəbə, dəst-xəli-gəbə, puştu, namazlıq və müxtəlıf

təyinatlı – pərdə, taxt üstü xalçalarını da qeyd etmək olar.

Xalı – uzunluğu – 3, eni – 2 metrə çatan  böyük xalça.

Xalça – orta ölçülü xovlu xalça, uzunluğu, adətən,

2-

2,5m, eni -1-1,5m.



37

Gəbə – böyük  ölçülü,  ensiz  xovlu  xalça.  Adətən  gəbənin

uzunluğu 2,5 – 3,5 m, eni 1,5 dən-2,5 m.



Dəst-Xəli-Gəbə – özünəməxsus  dəst-xalça,  böyük  evlərin

döşəmələri üçün nəzərdə tutulub. Bu dəst üç, dörd və beş hissədən

ibarət  olur:  Mərkəzi  hissədəki  xalça  “Xalı”,  kənardakılar

“Kənarələr” və ya “Yan”, baş hissədəki, “Başlıq”, aşağı hissədəki

isə “Ayaqaltı” adlanırdı. Bu xalçaların uzunluğu - 4,5m-dən 6 -7

m. çatırdı.



PUŞTU – ölçüsünə görə kiçik olan, əsasən xovlu xalçadır.

60x32  sm-dən  103x64  sm.  Azərbaycanın  bütün  xalçaçılıq  mər-

kəzlərində istehsal  olunurdu.  Bu  xalçaları  divarın  yarı  hissəsinə

kimi soyuqdan və rütubətdən qorunmaq üçün asardılar.



NAMAZLIQ – kiçik ölçüdə, 80x130 sm-dən, 100x50 sm-

dək olurdu və dini ayinlərin keçirilməsi üçün istifadə edilirdi. Bu

xalçaların  kompozisiyası  XVI əsrdə Təbrizdə yaranıb,  sonradan

bütün  müsəlman  dünyasında  geniş  yayılıb.  Adətən,  bu  xalçalar

üzərində bir nəfərin oturub  dua etməsi üçün nəzərdə tutulub. Çox

vaxt  iki,  üç  və daha  artıq  insanı  nəzərə alıb,  bir  az  böyük

namazlıqlar  da  toxunulardı.  Bu  xalçalar  bəzən  “saf”,  “səccadə”

adlanardı.

Azərbaycanın bütün ərazisində, əhalinin məişətində ənənəvi

olaraq, xovlu və xovsuz  xalça məmulatları – məfrəş  (yataq dəsti

üçün xalçadan hazırlanmış əşya), xurcun, heybə, qaşlıq (müxtəlif

ölçülü  aşırmalı  çanta),  örkən  (çadırları əhatələmək  üçün  ensiz

məmulat) qaşıqqabı, çömçədan, yəhər üzü, cuval, duzqabı, xaral,

ləmiqabağı,  corablar əsas  yer  tuturdu.  Xalça  ustaları  xalçaçılığın

ənənəvi  prinsiplərinə əsaslanaraq,  bu əşyaların  məqsədini  təyin

edərək,  özünəməxsus  kompozisiyalar  yaradaraq,  məmulatların

formalarını aşkar edirdilər.

Azərbaycan xalçalarının yüksək bədii keyfiyyəti onları qiy-

mətli muzey eksponatlarına çevirirdi. Bu gün dünyanın əsas mu-

zeylərində və bir çox şəxsi kolleksiyalarda  yüzlərlə unikal Azər-

baycan xalçası saxlanılır.  Onlardan bəzilərini xüsusi qeyd  etmək

lazımdır.  Misal  üçün,  Qazaxa  aid  (XV əsr) əjdahanın  simurqla



38

döyüş  süjetini əks  etdirən  unikal  xalça  Berlin  muzeyinin  Şərq

şöbəsində saxlanılır. Ağacın sağ və sol tərəflərinə qonmuş iki quş

kompozisiyalı  Qazaxa  aid  bir  ayrı  XV əsr  Azərbaycan  xalçası

Stokholm muzeyində saxlanılır.  Ornamentlərinə görə xalq

arasında “Quşlu” xalça adlandırılan bu növ xalçalar Qazaxda indi

də istehsal olunmaqdadır. XVI-XIX əsr  Azərbaycan xalçalarının

böyük  bir  qrupu  Londondakı  Viktoriya  və Albert muzeyindədir.

Onların  arasında  Təbriz,  Quba,  Gəncə,  Qarabağ,  Şirvan  və Bakı

mərkəzlərinə aid  xalçalar  vardır.  Nyu-Yorkun  Metropoliten

muzeyinin,  İstanbulda  “Türk  və İslam əsərləri” muzeyinin

kolleksiyaları arasında, Moskvada Şərq Xalqları Dövlət İncəsənət

muzeyində,  Budapeşt muzeylərində,  Filadelfiyadakı  İncəsənət

muzeyində,  Münxen muzeyində, Paris  muzeyində,  Vyanadakı

Tekstil muzeyində və dünyanın  bir  çox  digər  muzeylərində də

Azərbaycan xalçaları nümayiş olunur.

Bakıdakı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Döv-

lət  Muzeyi  Azərbaycanın  bir  neçə min  xalça  və xalça  məmu-

latından ibarət dünyada ən böyük kolleksiyaya malikdir.

Azərbaycan xalça sənəti bu gün öz inkişafının yeni mərhə-

ləsinə qədəm  qoymuşdur.  Azərbaycan  xalqı  öz ənənələrini  və

mədəniyyətini misilsiz xəzinə kimi əziz tutmuş və qayğı ilə qoru-

yub  saxlamışdır.  Bu  xəzinə də dünya  sivilizasiyasının  mənəvi-

mədəni sərvətlərinə samballı töhfə vermiş Azərbaycan xalçaçılıq

sənəti  beynəlxalq  səviyyədə dəyərləndirilərək  YUNESKO-nun

“Bəşəriyyətin  Qeyri-Maddi  Mədəni

İrsinin  Reprezentativ

Siyahısı”na daxil edilmişdir. Azərbaycan xalça sənətinin də qeyd

olunan  siyahıda  yer  alması  bu  sənətin  qorunması  və beynəlxalq

miqyasda tanıtdırılması istiqamətində çox mühüm hadisədir.



Röya Tağıyeva,

sənətşünaslıq doktoru,

professor

39

GÖRKƏMLI ŞƏXSİYYƏTLƏR

AZƏRBAYCAN XALÇALARI HAQQINDA

Hər  bir  xalqın  mədəni  irsi  onun  milli  sərvəti,  tarixi  və

bugünüdür.

***


Bizim borcumuz, gələcək nəsillərin borcu tarixi keçmişi-

mizə, ənənələrimizə,  milli  nailiyyətlərimizə hörmət  etməkdən,

onları qoruyub saxlamaqdan ibarətdir.

Heydər Əliyev,

Azərbaycanın ümummilli lideri

Xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir hissəsi-

dir. Xalçaçılıq xalq sənətidir. Xalçaçılıq sənəti hər bir azərbay-

canlı üçün çox doğma, əziz sənətdir və hər bir azərbaycanlı öz

həyatını xalçasız təsəvvür edə bilmir! Qədim dövrlərdən xalça-

çılıq sənəti Azərbaycanda yaşayır və inkişaf edir. Azərbaycan-

da  birinci  xalçalar  eramızdan əvvəl  toxunmuşdur.  Azərbaycan

xalçası öz gözəlliyi, keyfiyyəti ilə həmişə seçilmişdir.



İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Xalçalar  hər  bir  azərbaycanlı  üçün  həyatın  ayrılmaz

hissəsidir. Zənnimcə, qədim xalçalar muzeylərdə olmalıdır.

Mehriban Əliyeva,

Heydər Əliyev Fondunun prezidenti,

YUNESCO və İSESCO-nun xoşməramlı səfiri


40

Dünyada  Qafqaz  adı  ilə şöhrətlənən  xalça  və xalça  mə-

mulatı, xüsusilə xovsuz xalçaların 90%-ni Azərbaycan xalçala-

rı təşkil edir.



Lətif Kərimov,

xalçaşünas alim

İstər  Qafqazda, istər  Yaxın  və Uzaq  Şərqdə,  istərsə də

dünyanın başqa ölkələrində Türk soylu xalçaların tayı-bərabəri

yoxdu. İlk xalçanı da toxuyan türklər olub.



Kamil Əliyev,

xalçaçı rəssam

Demək  olar  ki,  bütün  xalçalar  azərbaycanlı  ailələrində

istehsal  olunur.  Ermənilər  xalça  toxumağı  azərbaycanlılardan

öyrənməlidir (1886- cı il. Şuşa).



Zergenidze,

gürcü tədqiqatçısı

Qarabağ xalçaları misli-bərabəri olmayan əl işləridir.



Əl-Müqəddəsi,

X əsr ərəb tarixçisi

Təbriz  xalçası  nə köşkdə qalar, nə də müştərinin  evində

iltifatdan kənarda olar.

Təbrizlilərin ən məşhur deyimi

Qədim Azərbaycan xalçasının bir parçası tərəziyə qoyul-

sa, o, bütün italyan intibahından ağır gələcək.

Naməlum romalı alim


41

Azərbaycanın  müasir  ustalarının  toxuduqları  xalçalar

rənglərinin əlvanlığı,  xovlarının  zərifliyi,  ipliyinin  sıxlığı  ilə

diqqəti cəlb edir.



Ursel Erve,

fransız sənətşünası

Müəllifin 1969-cu  ildə tərtib  etdiyi  “Dünyanın  xalça

xəritəsində”  Cəbrayıl rayonu dünyada ən  gözəl  xalça  toxuyan

mərkəzlərdən biri kimi verilmişdir.



Günter Lettenmayer,

alman şərqşünası

Azərbaycan ərazisində yaşayanların palaz və xalça sənəti

haqqında qeydləri vardır. Assur və Parfan abidələrində də bunu

təsdiq edən izlər tapılmışdır.



“Sui” adlı Çin salnaməçisi

Qafqazda çoxlu müxtəlif tayfalar yaşayır, onların əksəriy-

yəti  yabanı  ağac  meyvələri  ilə qidalanır.  Bu  ölkədə,  necə de-

yərlər,  qəribə yarpaqlı  ağaclar  var. Bu  yarpaqları əzib  su  ilə

qataraq  boya  düzəldir,  sonra  bu  boya  ilə öz  geyimlərinə naxış

salırlar. Bu naxışlar yuyulmaqla getmir, yalnız yun parça dağı-

landa onunla birlikdə dağılır.

Herodot,

Antik yunan tarixçisi

VII əsrin I yarısında (hicri 2-ci, miladi 642-ci ildə) Azər-

baycanın  şimal-şərqində yüksək  çeşidli əla  növlü  xalçalar

istehsal olunur.



Əbu Cəfər Təbəri,

ərəb tarixçisi

42

Azərbaycan xalça istehsalının ən böyük mərkəzidir.



Huan Tesank,

VII əsrdə yaşamış məşhur Çin səyyahı

Müəllif  “Aqvan  tarixi” əsərində yazır  ki,  Azərbaycanın

şimal hissəsində ipək parçalar və müxtəlif rəngli parlaq xalça-

lar hazırlanırdı.



Musa Kalankatlı,

VII əsrdə yaşamış məşhur salnaməçi

Muğan öz çuval və palazları ilə, Naxçıvan, Xoy, Salmas

öz zili xalçaları ilə, Ərdəbil və Şirvan öz ipək və yun məmulat-

ları ilə şöhrətlənir.



“Hüludil-aləm” adlı əsərdə (982- ci il)

Azərbaycanda  öz  peşəsinin  ustası  olan  çoxlu  sənətkarlar

var,  onların  hazırladıqları  parça,  xalı  və silah  bütün  dünyaya

yayılmışdır.



Marko Polo,

venesiyalı səyyah

Qiymətli  ipək  parçadan  tikilmiş  paltarı  ucuz,  miskin  pa-

lazdan tikilmiş geyimlə müqayisə edərək yazır ki, “Hökmdarla-

rın  geydiyi  sədrə və xara  paltar əvəzinə bir  palaz  geyib  daşlar

üzərində əyləşərəm.”

Əfzələddin Xaqani Şirvani,

Azərbaycan şairi

Azərbaycan  xalçaları  sadəcə xalça  deyil,  yun  kitabələr-

dir!

Lev Qumilyov,

rus yazıcısı, tədqiqatçı


43

QƏRAR VƏ SƏRƏNCAMLAR

1920

1. İncəsənət аbidələrinin qоrunmаsı və qеydə аlınmаsı

hаqqındа:  Аzərbaycan  SSR  İnqilаb Kоmitəsinin  1920-ci  il  7

iyul tаrixli qərаrı [Mətn] //Kоmmunist.- 1920.- 8 iyul.- №56.

1959

2. Аzərbаycаn SSR-də xаlçа və xаlçа məmulаtı istеhsа-

lını  dаhа  dа  аrtırmаq  və keyfiyyətini  yаxşılаşdırmаq  tədbirləri

hаqqındа: Аzərbaycan SSR Nаzirlər Sоvеtinin 10 iyun 1959-cu

il tаrixli qərаrı [Mətn] //Аzərbaycan SSR Höкumətinin Qərаrlа-

rının Külliyyаtı, 1959.- №11.- S.3-5.

1968

3. Xаlq  bədii  pеşələrini dаhа  dа  inкişаf  еtdirmək

tədbirləri  hаqqındа:  SSRİ  Nаzirlər  Sоvеtinin  1968-ci  il  14

аvqust tаrixli qərаrı [Mətn] //SSRİ Nаzirlər Sоvеtinin Qərаr və

Göstərişləri.- 1968.- №18.- S.6.



1975

4. Xаlq  bədii  sənətləri hаqqındа:  Sоv. İКP  MК-nın

qərarı [Mətn] //Kоmmunist.- 1975.- 27 fevral.



1983

5. Аzərbаcаn  SSR-də xalçaçılığın  və xalça  sənətinin

daha da inkişaf etdirilməsi tədbirləri haqqında: Аzərbaycan KP

MK  və Azərbaycan  SSR  Nazirlər  Sovetinin qərarı [Mətn]

//Ədəbiyyat və incəsənət.- 1983.- 27 may.- S.4.



44

1986

6. L.H.Kərimov  yoldaşın Xalqlar  Dostluğu  ordeni  ilə

təltif  edilməsi  haqqında  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin

fərmanı.  Moskva, Kreml.  14  noyabr,  1986-cı  il [Mətn]

//Ədəbiyyat və incəsənət.- 1986.- 21 noyabr.- S.5.



1998

7. “Azərbaycan  Xalçası”  Naxçıvan  Muxtar Respub-

likası  Dövlət  Muzeyinin  yaradılması  haqqında.  Azərbaycan

Respublikası  Nazirlər  Kabinetinin qərarı.  Bakı,  16  mart  1998-

ci  il  [Mətn]  //Azərbaycan  Respublikasının  Qanunvericilik

Toplusu.- 1998.- №3.- S.747-748.

1999

8.

K.M.Əliyevin  “İstiqlal”  ordeni  ilə təltif  edilməsi

haqqında  Azərbaycan  Respublikası  Prezidentinin Fərmanı.

Bakı,  27  dekabr  1999-cu  il //Azərbaycan.- 1999.- 28  dekabr.-

S.1.


2005

9. Azərbaycan  xalça  sənətinin qorunması  və inkişaf

etdirilməsi  haqqında:  Azərbaycan  Respublikasının  Qanunu.

Bakı şəhəri, 7 dekabr 2004-cü il [Mətn] //Azərbaycan.- 2005.-

11 fevral.- S.1.



10. Azərbaycan  xalça  sənətinin qorunması  və inkişaf

etdirilməsi  haqqında:  Azərbaycan Respublikası Qanununun

tətbiq  edilməsi  barədə Azərbaycan  Respublikası  Prezidentinin

Fərmanı. Bakı şəhəri, 7 fevral 2005-ci il [Mətn] //Azərbaycan.-

2005.- 11 fevral.- S.1.


45


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin