İnsulin İnyeksiyası
Qanda Qlyukozanın Miqdarına
Nəzarət
Qeydlər
Aktivlik,
xəstəlik,
pəhriz
dəyişiklik
ləri və s.
İnsul
inin
növü
Miqdarı (vahidi)
Səhər
yeməyi
Günorta
yeməyi
Axşam
yeməyi
Yat
maz
dan
əvvəl
Gecə
yarı
sı
Səhər
yemə
yi
Günorta
yeməyi
Axşam
yeməyi
Yatmaz
dan
əvvəl
Əv
vəl
Son
ra
Əv
vəl
Son
ra
Əv
vəl
Son
ra
B.e
Ç.a
Çş.
C.a
Cü.
Şə.
Qeyd dəftərinin bir səhifəsindən
nümunə
Ba.
HbA1c
• HbA1c (qlikolizə olunmuş hemoqlobin) testi son 2-3 ay ərzində qanda qlyukozanın
orta səviyyəsi barədə məlumat əldə etməyə imkan verir. Bu test qlikolizə olunmuş
hemoqlobinin miqdarını ölçür – bu qanda qlyukozanın miqdarından asılıdır.
• HbA1c səviyyəsinin gün ərzində dörd dəfə ölçülməsi arzuolunandır. Əgər imkanlar
məhduddursa, testlərin daha az sayda keçirilməsi də faydalıdır.
• Bütün yaş qrupundan olan şəxslər üçün HbA1c hədəf səviyyəsi 7.5% (58 mmol/mol)-
dən aşağı olmalıdır.
• Aşağıda təqdim edilən cədvəldə HbA1c ilə qanda qlyukozanın orta səviyyəsi
arasındakı əlaqə əks olunmuşdur
(Cədvəl Nathan et al. Diabetes Care 2008; 31:1473-
1478’dən götürülüb)
Qanda qlyukoza ilə HbA1c səviyyəsi Cədvəli
HbA1c
(%)
Qanda Qlyukozanın
Orta Səviyyəsinin
Hesablanması
(mmol/l)
Qanda Qlyukozanın
Orta Səviyyəsinin
Hesablanması
(mq/dl)
HbA1c səviyyəsi Beynəlxalq
Kimya və Tibb Labaratoriyası
Federasiyasının (IFCC)
Vahidləri ilə (mmol/
mol)
5
5.4
97
31
6
7.0
126
42
7
8.6
154
53
8
10.2
183
64
9
11.8
212
75
10
13.4
240
86
11
14.9
269
97
12
16.5
298
108
Keton cisimciklərinin test olunması
Sidik cövhəri və ya qanda keton cisimciklərini test çubuqları ilə aşağıda qeyd edilən
hallarda ölçmək mümkündür:
• Qızdırma və ya qusma ilə müşaiyət olunan xəsətlik zamanı
• Xəstə uşağın qanda qlyukoza miqdarı 15 mmol/l (270 mq/dl)-dən yüksək olduğu
zaman və ya davamlı olaraq qanda qlyukozanın miqdarı 15 mmol/l (270 mq/dl)-dən
yüksəkdirsə.
• Qanda qlyukozanın miqdarının yüksəlməsi, xüsusilə qarın ağrıları və ya sürətli
tənəffüslə müşaiyət olunan sabit poliuriya zamanı.
Daha ətraflı məlumat üçün Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyətinin (ISPAD)
2009-cu il tarixli Təlimatının 7-ci Fəslinə bax
07.
QİDALANMANIN TƏNZİMLƏNMƏSİ
•
Şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün yaşlarına və inkişaf
mərhələlərinə müvafiq miqdar və proporsiyalı qidalardan ibarət sağlam pəhriz zəruridir.
• Qidalanma ilə bağlı məsləhətlər hər bir fərdin (uşağın) mədəni, etnik və ailə ənənələri,
eləcə də idrak və psixoloji ehtiyacları ilə uyğunlaşdırılmalıdır.
• Uşaqlar qidanın miqdarına və insulinin növünə müvafiq olan zəruri dozanı və həmin
dozaya uyğun miqdarda faydalı qidanı doğru zamanda qəbul etməyə təşviq edilməlidir.
• İnsulin dozası qəbul edilən qidanın karbohidrat tərkibi ilə və ya alternativ olaraq qəbul
edilən qidanın karbohidrat tərkibi insulin inyeksiyalarının zamanı və növü ilə
uyğunlaşdırılmalıdır.
• Qidalanmaya dair məsləhətlər qidanın mövcudluğu, pəhriz, qida qəbulu və fiziki
aktivliyin növü ilə uyğunlaşmalıdır.
• Karbohidrat qəbulunun həddindən artıq məhdudlaşdırılması qanda qlyukozanın
səviyyəsinin aşağı düşməsi ilə nəticələnir.
• Şəkərli sərinləşdirici içki və ya doymuş yağ miqdarı yüksək olan qidalardan
qaçınılmalıdır.
• Karbohidrat qəbulunun miqdarını müəyyən etmək üçün mübadilə və ya proporsiyaya
nəzarət, karbohidrat hesablama kimi - müxtəlif üsullar mövcuddur.
Daha ətraflı
məlumat üçün Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyətinin (ISPAD) 2009-
cu il tarixli Təlimatının 9-cu Fəslinə bax
• Hipoqlikemiyanın xüsusilə fiziki aktivlik zamanı, ondan əvvəl və sonra qarşısının
alınması və tənzimlənməsi məsələləri də tədqiq olunmalıdır.
• Maarifləndirmə hipoqlikemiyanın qarşısının alınmasını da əhatə etməlidir.
• Şəkərli diabet komandasında ixtisaslaşmış pediatrik dietoloqun olması daha tövsiyə
olunandır.
• Gözlənilməz çəki itkisinin səbəbi aşağıda qeyd edilənlərdən biri ola bilər:
1) xəstəlik (infeksiyalar, seliakiya (qluten entropatiya) və s.),
2) insulin laqeydliyi, və ya
3) qida pozuqluğu.
Daha ətraflı məlumat üçün Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyətinin
(ISPAD) 2009-cu il tarixli Təlimatının 9-cu Fəslinə bax
08.
FİZİKİ AKTİVLİK
• Fiziki məşqlər də daxil olmaqla fiziki aktivlik çox faydalıdır və uşaqlar fiziki aktivliyə
təşviq olunmalıdır. Şəkərli diabet xəstəliyi bədən tərbiyəsi ilə məşğul olmağa əngəl deyil.
• Fiziki məşqlər hipoqlikemiya ilə nəticələnə biləcəyi üçün əvvəlcədən tədbir görülməsi
zəruridir. İmkan daxilində xəstələrə və ailə üzvlərinə fiziki məşqlərdən əvvəl, məşqlər
zamanı və məşqlərdən sonra qəbul ediləcək karbohidratın növü və miqdarı, eləcə də
insulin tənzimlənməsi barədə müvafiq tövsiyələr verilməlidir. Bəzi uşaq və yeniyetmələr
fiziki fəaliyyətdən əvvəl qəlyanaltı edə bilirsə, müəyyən bir qismi fiziki fəaliyyət zamanı
və ya fiziki fəaliyyətdən sonra edə bilir. Qısa, lakin intensiv aktivlik zamanı yüksək
enerjili maye qəbuluna üstünlük verilməlidir. Uzun müddətli, lakin az gərginlik tələb
edən aktivlik zamanı yavaş həzm olunan qida – məsələn meyvə qəbul edilməlidir.
• Mümkün olduğu təqdirdə, fiziki fəaliyyətdən əvvəl, fiziki fəaliyyət zamanı və fiziki
fəaliyyətdən sonra qanda qlyukozanın səviyyəsinin ölçülməsi zəruridir.
• Güc tələb edən fiziki fəaliyyət zamanı təxminən 1-1.5 q /kq/saat karbohidrat qəbul
edilməlidir, uşaq isə insulin dozasına nəzarət etmək və onu azaltmaq iqtidarında olmur.
• Hipoqlikemiya daha çox uzun müddət davam edən intensiv fiziki aktivlik zamanı
meydana gəlir. Daha çox fiziki fəaliyyət zamanı və ya fiziki fəaliyyətdən qısa müddət
sonra yaranır, lakin fiziki fəaliyyətdən 24 saat sonra da müşahidə edilməsi mümkündür
(insulin həssaslığının artması). Fiziki aktivlikdən sonra nokturnal hipoqlikemiyanın
yaranması riski yüksəkdir. Bir çox hallarda orta səviyyəli və uzun müddətli təsir gücünə
malik insulin preparatlarının axşam dozası xüsusilə qeyri-müntəzəm günorta və ya
axşam fiziki aktivliyindən sonra azaldılmalıdır. Yatmazdan əvvəl qanda qlyukozanın
miqdarının 7.0 mmol/L (125 mq/dl)-dən yüksək olması üçün xüsusi tədbir görülməlidir.
• Dehidratasiyadan qaçınmaq üçün şəkərsiz içkilər qəbul edilməlidir.
• Vərdiş olunmayan fiziki fəaliyyət zamanı (məsələn diabet düşərgəsində)
hipoqlikemiyadan qaçınmaq üçün ümumi günlük insulin dozası (20 - 50%)
azaldılmalıdır.
• İnsulin əzələlərə yaxın inyeksiya olunduğu zaman fiziki fəaliyyət zamanı (məsələn
futbol oynayarkən) daha tez sorulur. Bu zaman hipoqlikemiyanın yaranması daha çox
ehtimal olunandır.
• Əgər qanda qlyukozanın səviyyəsi yüksəkdirsə (>15mmol/l, 270 mq/dl) və
ketonuriya/ketonemiya ilə müşaiyət olunursa, fiziki fəaliyyət təhlükəli ola bilər və
bundan qaçınmaq zəruridir. Təxminən bir günlük ümumi insulin dozasının 0.05 V/kq və
ya 5%-i qədər qısa müddətli (requlyar) insulin (və ya sürətli təsir gücünə malik alternativ
preparat) verilməlidir və keton cisimcikləri yox olanadək fiziki fəaliyyət
dayandırılmalıdır (bax Xəstəliyin Tənzimlənməsi – 5-ci Fəsil). Keton cisimciklərinin
sayını müəyyən etmək mümkün olmadığı təqdirdə, mədəsi bulanan uşaq fiziki
fəaliyyətlə məşğul olmamalıdır.
• Yarışlara qatılan və daha ciddi idman növləri ilə məğul olan uşaq və yeniyetmələr
əlavə dəstəyə ehtiyac duyur. Əlavə dəstək fiziki fəaliyyət barədə ətraflı müzakirə, insulin
və qidalanmanın tənzimlənməsinə dair fərdi tövsiyəni əhatə edir.
Daha ətraflı məlumat üçün Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyətinin
(ISPAD) 2009-cu il tarixli Təlimatının 13-cü Fəslinə bax
Dostları ilə paylaş: |