Beynəlöalq əlaqələrin ən etibarlı



Yüklə 1,2 Mb.
səhifə16/62
tarix04.10.2023
ölçüsü1,2 Mb.
#151999
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   62
KİTAB DANİŞIQLAR

1 .Tərəflərin danışıqlara marağı;
2. Danışıqlarda təmsilçilik səviyyəsi;
3. Danışıqların aparılmasına ehtiyac;
4. Problemin müzakirəsi;
5. Danışıqların iştirakçılarının sayı;
6.Danışıqların aparılmasının dövri xarakteri;
7. Danışıqların forması.
Göstərilənlərin hər biri öz növbəsində danışıqlar ətrafında geniş mülahizə yürütməyə imkan verir.Da-nışıqlar üçün maraq prinsipini əsas götürsək, ame-rikalı tədqiqatçı Con Dinin göstərdiyi kimi, üç cür danışıqlar qeydə alına bilər.
1.Danışıqların uğurla nəticələnməsinə hansısa
tərəf(tərəflərin hər ikisi, yaxud hamısı) maraq-
sız olur;
2.Tərəflər nəticə qazanmağa qismən maraq göstə-
rir;
3.Tərəflər real nəticə qazanmağa cəhd edir və problemin birgə həllində maraqlıdır.
Təmsilçilik səviyyəsinə görə danışıqlar iki qrupa bölünür:
1. Siyasi danışıqlar;
2. Diplomatik danışıqlar.
Bir çox hallarda danışıqların göstərilən iki forması arasında fərq olmadığı iddia olunur. Belə başa düşməliyik ki, siyasi danışıqların aparılması ali səviyyədə (zirvə toplantıları-sammitlərdə) yalnız döv-lət və hökumət başçılarının, eyni zamanda yuksək səviyyədə xarici işlər nazirlərinin səlahiyyətlərinə da-xildir. Bir qrup tədqiqatçılar bu sıraya mərasimlər (milli bayram, qalstuksuz qöruşlər, matəm və s,) zamanı aparılan danışıqları da əlavə edirlər.



Təbii ki, bu səviyyəli danışıqlarda beynəlxalq münasibətlərin aktual problemləri və dövlətlərarası münasibətlərin prinsipial məsələləri ətrafında fikir mübadiləsi aparılır. Diqqəti çəkən başlıca məqam isə ondan ibarətdir ki, dövləti təmsil edən ali şəxslərə danışıqlar aparmaq üçün səlahiyyətlərini təsdiq edən hər hansı bir sənəd verilmir. Öz dövlətinin milli maraqlarını qorumaq bu şəxslərin həm vəzifə, həm də vətəndaşlıq borcudur. Dövlətin ali şəxslərinin danı-şıqlar aparmaq səlahiyyətləri qanunvericiliklə nizam-lanır.


Diplomatik danışıqların aparılması birbaşa səfirlərin payına düşür. Bu, yerləşmə dövlətində, dip-lomatların peşə fəaliyyətinin əsas elementidir. Öz dövlətini təmsil etmək hüququna malik olan səfirlərə hər hansı problem ətrafında danışıq aparmaq üçün onlara xüsusi təlimatlar verilməlidir.
Qeyd etmişdik ki, danışıqlar prosesinə heç bir halda ünsiyyət problemlərindən kənar baxıla bilməz. Bu prosesin özü də məqsədyönlüdür və müəyyən eh-tiyacdan irəli gəlir. Bəs danışıqlar prosesi üçün xarak-terik olan ehtiyaclar hansılardır? Fransız tədqiqatçısı Jerar Niramber bu əsasda beş danışıq növü oldu-ğunu iddia edir.
1.Qarşı tərəfin ehtiyacının ödənməsinə yönələn

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin