Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0.67 Mb.
Pdf просмотр
səhifə1/4
tarix25.12.2016
ölçüsü0.67 Mb.
  1   2   3   4

Baytarlıq haqqında 

Azərbaycan Respublikasının Qanunu 

Bu qanun Azərbaycan Respublikasında baytarlıq fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir, 

ölkənin baytarlıq (baytarlıq-sanitariya) sağlamlığını, dövlət baytarlıq nəzarətində olan yüklərin 

təhlükəsizliyini, əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən 

subyektlər arasındakı münasibətləri tənzimləyir. 

I fəsil. Ümumi müddəalar 

Maddə 1. Əsas anlayışlar  

1.0. Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.0.1. baytarlıq—heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin 

qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, 

habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki 

və təşkilati tədbirlər sistemi; 

1.0.2. baytarlıq fəaliyyəti—qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın idarə edilməsi, 

baytarlıq nəzarəti, təbabəti və əczaçılığı sahəsində həyata keçirilən fəaliyyət növü; 

1.0.3. baytarlıq təbabəti—heyvan xəstəliklərinin öyrənilməsini, profilaktikasını, diaqnostikasını, 

müalicəsini və heyvanların sağlamlığının qorunmasını əhatə edən fəaliyyət sahəsi; 

1.0.4. baytarlıq (baytarlıq-sanitariya) qaydaları—

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən hazırlanan, 

baytarlıq normativləri əsasında baytarlıq tədbirlərinin aparılması qaydasını müəyyən edən və baytarlıq 

fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tədbirləri 

təsbit edən normativ sənədlər; 

1.0.5. baytarlıq preparatları—yalnız heyvan xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası və 

heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan baytarlıq təyinatlı immunobioloji, bioloji, 

bitki, kimyəvi və kimya-əczaçılıq mənşəli maddələr; 

1.0.6. baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması—

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən 

baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının 

nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə 

daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi; 

1.0.7. baytarlıq preparatlarının dövlət reyestri—qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış 

və Azərbaycan Respublikasında istehsalına, ixracına, idxalına və tətbiqinə icazə verilmiş baytarlıq 

preparatlarının siyahısı; 

1.0.8. baytarlıq preparatlarının dövriyyəsi—baytarlıq preparatlarının istehsalı, aprobasiyası, daşınması, 

saxlanması, idxalı, ixracı, satışı və istifadəsi; 

1.0.9. baytarlıq sənədləri—dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən vəzifəli şəxslər tərəfindən 

dövlət baytarlıq nəzarətində olan yüklərə və obyektlərə verilən baytarlıq (baytarlıq-sanitariya) rəyləri, 

baytarlıq arayışları, şəhadətnamə və sertifikatları; 


1.0.10. identikləşdirmə—heyvanların və heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsulların 

emalı, saxlanması və satışı obyektlərinin, həmçinin heyvanlar üçün yem və baytarlıq təyinatlı bioloji 

preparatlar istehsalçılarının uçota alınması (kodlaşdırılması); 

1.0.11. dövlət baytarlıq nəzarətində olan yüklər—heyvanlar, heyvan mənşəli məhsullar və xammal, 

baytarlıq preparatları, yem və yem əlavələri; 

1.0.12. fərdi baytarlıq təbabəti praktikası—bu Qanunun 5.3-cü və 30-cu maddələrinin tələbləri nəzərə 

alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata 

keçirilən baytarlıq fəaliyyəti; 

1.0.13. özəl baytarlıq təbabəti—qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında hüquqi 

şəxslər (baytarlıq klinikaları və s.) tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti. 

Maddə 2. Baytarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi  

Baytarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Azərbaycan Respublikasının 

Konstitusiyasından

, bu Qanundan, ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, 

habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 



Maddə 3. Baytarlığın əsas vəzifələri  

3.0. Baytarlığın əsas vəzifələri aşağıdakılardır: 

3.0.1. Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan 

xəstəliklərindən qorumaq; 

3.0.2. heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə 

məşğul olmaq, heyvanların çoxaldılması və məhsuldarlığın artırılmasına yönəldilmiş tədbirlər görmək; 

3.0.3. əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq; 

3.0.4. dövlət baytarlıq nəzarətində olan yüklərin ölkə daxilində daşınmasına və tranzitinə, habelə onların 

idxalına və ixracına qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) təhlükəsizliyini 

təmin etmək və baytarlıq nəzarətini həyata keçirmək; 

3.0.5. insanların qidalanması, heyvanların yemləndirilməsi və emal üçün nəzərdə tutulan heyvan mənşəli 

məhsulların və xammalın heyvankəsim məntəqələri və sexlərində, emal müəssisələrində tədarük, 

saxlanma, satış və digər yerlərdə baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını qanunvericiliklə müəyyən 

edilmiş qaydada keçirmək; 

3.0.6. heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələri işləyib hazırlamaq, baytarlıq preparatları və 

vasitələrinin, yem və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və 

keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək; 

3.0.7. baytarlıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf 

mühitin çirklənməsinin qarşısını almaq və çirklənməni aradan qaldırmaq; 

3.0.8. baytarlıq elminin inkişafı üçün tədbirlər görmək, genişləndirilməsini, elmi nəticələrin 

təsərrüfatlarda tətbiqini, baytarlıq mütəxəssislərinin hazırlanmasında və ixtisaslarının artırılmasında 

iştirak etmək; 



3.0.9. baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyələri nəzərə alınmaqla heyvanlara 

və heyvandarlıq məhsullarına Azərbaycan Respublikasının baytarlıq (baytarlıq-sanitariya) tələblərini 

hazırlamaq; 

3.0.10. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək. 



Maddə 4. Azərbaycan Respublikasında baytarlıq xidmətinin quruluşu  

Azərbaycan Respublikasında baytarlıq xidməti dövlət və qeyri-dövlət baytarlıq xidmətlərindən ibarətdir. 



Maddə 5. Baytarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ  

5.1. Baytarlıq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata 

keçirilir. 

5.2. Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə baytarlıq ixtisası üzrə ali və orta ixtisas təhsili 

olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər məşğul ola bilərlər. 

5.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə 

tutulmamışdırsa, xarici ölkələrdə hazırlıq keçmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, 

vətəndaşlığı olmayan şəxslər (baytarlıq mütəxəssisləri) və xarici hüquqi şəxslər qanunvericiliklə müəyyən 

edilmiş qaydada Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. 

5.4. Fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olmaq istəyən fiziki şəxslər müvafiq icra hakimiyyəti 

orqanından alınmış məlumatlara əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınır. 

5.5. Özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi şəxslər və baytarlıq preparatlarının 

istehsalı və satışı ilə məşğul olmaq istəyən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq 

fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) almalıdırlar. 

II fəsil. Baytarlıq sahəsində dövlət tənzimlənməsi 

Maddə 6. Baytarlıq sahəsində dövlətin vəzifələri  

6.0. Baytarlıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

6.0.1. baytarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək; 

6.0.2. baytarlıq sahəsində normativ hüquqi aktlar qəbul etmək; 

6.0.3. dövlət baytarlıq xidmətinin orqanlarını təşkil etmək və onların vəzifə və səlahiyyətlərini 

müəyyənləşdirmək; 

6.0.4. heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət proqramları hazırlamaq və 

həyata keçirilməsini təmin etmək; 

6.0.5. profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi 

təhlükəli xəstəliklərinin siyahısını təsdiq etmək; 

6.0.6. karantin və digər məhdudiyyət tədbirləri tətbiq olunan yoluxucu xəstəliklərin siyahısını təsdiq 

etmək; 


6.0.7. Azərbaycan Respublikasının, bir neçə bölgənin və ya bir rayonun (şəhərin) ərazisində karantin 

rejimini müəyyən etmək; 



6.0.8. epizootiya əleyhinə fövqəladə komissiyalar yaratmaq; 

6.0.9. dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət 

baytarlıq nəzarətinin təşkili qaydalarını müəyyən etmək; 

6.0.10. dövlət baytarlıq xidmətinin maliyyələşdirilməsini, inzibati və texniki cəhətdən təchizatını lazımi 

səviyyədə təmin etmək; 

6.0.11. baytarlıq fəaliyyəti ilə əlaqədar ətraf mühitin qorunmasını və ekoloji təhlükəsizliyini təmin etmək; 

6.0.12. baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək, onların fəaliyyətini 

əlaqələndirmək və nəzarət etmək; 

6.0.13. baytarlıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, baytarlıq fəaliyyətində istifadə 

olunan sənədlərin beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək; 

6.0.14. baytarlıq fəaliyyətinin beynəlxalq təşkilatların tələb və tövsiyələri nəzərə alınmaqla, həyata 

keçirilməsi üçün lazım olan digər tədbirləri həyata keçirmək; 

6.0.15. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 

Maddə 7. Dövlət baytarlıq xidməti  

7.1. Dövlət baytarlıq xidmətini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının baytarlıq 

sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanları və onların tabeliyində olan baytarlıq 

(baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən təşkilatlar təşkil edir. 

7.2. Dövlət baytarlıq xidmətinin 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilmiş səlahiyyətli 

vəzifəli şəxsləri dövlət baytarlıq müfəttişləri, baş dövlət baytarlıq müfəttişlərinin müavinləri, dövlət 

baytarlıq müfəttişləri hesab edilirlər. 

7.3. 


Müvafiq icra hakimiyyəti orqanının

 işçiləri 

müvafiq icra hakimiyyəti orqanının

 müəyyən etdiyi 

qaydada fərqləndirici nişanı olan xüsusi geyim forması ilə təmin edilirlər. 

7.4. Dövlət baytarlıq müfəttişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təyinatı üzrə istifadə 

edilən möhürləri ola bilər. 

Maddə 8. Dövlət baytarlıq xidmətinin hüquq və vəzifələri  

8.1. Dövlət baytarlıq xidmətinin aşağıdakı hüquqları vardır: 

8.1.1

. baytarlıq sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin etmək; 



8.1.2

. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yeni baytarlıq 

preparatlarının, avadanlıqların və yem əlavələrinin istehsalı və tətbiqinə dair normativ-texniki sənədləri 

təsdiq etmək, onların keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək, aprobasiyasına 

dair rəy vermək; 

8.1.3


. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatlarının, o cümlədən heyvan və 

insanlar üçün ümumi olan baytarlıq təyinatlı (müşayiətedici və ya istifadə təlimatlarında baytarlıqda 

tətbiq ediləcəyinə dair məlumatlar olan) preparatların istehsalına, keyfiyyətinə, sınaqdan keçirilməsinə, 

saxlanmasına, daşınmasına, satışına, idxal və ixracına nəzarət etmək, onların dövlət qeydiyyatına 



alınmasını və dövlət reyestrinin aparılmasını həyata keçirmək, idxal və ixracına icazə qanunvericiliklə 

müəyyən edilmiş qaydada vermək; 

8.1.4

. heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, 



habelə yem və yem əlavələrinin dövriyyəsinə (dövlət sərhədinin buraxılış məntəqələrində istisna 

olmaqla) qanunla müəyyən edilmiş qaydada dövlət baytarlıq nəzarətini həyata keçirmək; 

8.1.5


dövlət sərhədi boyu zolaqda (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)

bazarlarda, yarmarkalarda və sərgilərdə, istehsal və satış yerlərində dövlət baytarlıq nəzarətində olan 

yüklərə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarəti təşkil 

etmək; 


8.1.6

. heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların 

ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə epizootiya əleyhinə və baytarlıq (baytarlıq-sanitariya) 

tədbirlərinin aparılması üçün icrası məcburi olan göstərişlər vermək, baytarlıq qaydalarının və 

normalarının pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada onların fəaliyyətini 

müvəqqəti dayandırmaq və ya qadağan etmək; 

8.1.7

. heyvanların xüsusi təhlükəli xəstəlikləri, o cümlədən heyvan və insanlar üçün ümumi olan 



xəstəliklərin baş verdiyi ölkələrdən və regionlardan heyvanların, heyvan mənşəli məhsulların, xammalın, 

yem, yem əlavələrinin və digər kənd təsərrüfatı məhsullarının idxal və ixracına qanunla müəyyən edilmiş 

qaydada məhdudiyyət və ya qadağa qoymaq, bu xəstəliklər baş verdiyi ərazilərdə qanunvericiliyə uyğun 

qaydada karantin qoyulması üçün təklif vermək və digər tədbirlər görməsi barədə baytarlıq sahəsində 

səlahiyyətli beynəlxalq təşkilata məlumat vermək; 

8.1.8


. qanunvericiliyə müvafiq olaraq karantin qoyulan ərazidə qoruyucu—karantin, xüsusi baytarlıq və 

digər tədbirlərin aparılması qaydalarını müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan 

zonalarda qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı 

tədbirlər görmək, bütün müəssisələrə, vətəndaşlara heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan 

mənşəli məhsulların və xammalın zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi 

olan göstərişlər vermək; 

8.1.9

. baytarlıq fəaliyyəti üzrə ayrılan məqsədli dövlət vəsaitinə sərəncam vermək və onların səmərəli 



istifadəsinə nəzarət etmək; 

8.1.10


. heyvandarlıq binalarının, heyvan mənşəli məhsulların və xammalın istehsalı və emalı 

müəssisələrinin texnoloji normativlərinə, baytarlıqda işlədilən kimyəvi, bioloji və farmokoloji 

preparatların dövlət standartları və texniki şərtləri layihələrinə rəy vermək; 

8.1.11

. müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən fərdi baytarlıq təbabəti 

praktikası ilə məşğul olan fiziki şəxslərin uçotunu aparmaq və onlardan lazımi məlumatlar almaq; 

8.1.12


. baytarlıq sahəsində beynəlxalq normaları və epizootiya vəziyyətini nəzərə almaqla elmi əsaslara 

uyğun olaraq baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normativ sənədləri işləyib hazırlamaq və təsdiq 

etmək; 

8.1.13


. başqa dövlət orqanlarının baytarlıq xidmətlərini və baytarlıq sahəsində sahibkarlıqla məşğul olan 

hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək və qanunla müəyyən edilmiş qaydada nəzarət 

etmək; 


8.1.14

. qonşu ölkələrin dövlət baytarlıq xidməti orqanları ilə sərhəd bölgəsində heyvan xəstəliklərinin 

profilaktikası məqsədi ilə əməkdaşlıq barədə qanunvericiliklə müəyyən edilmiş qaydada sazişlər 

bağlamaq; 

8.1.15

. qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq üzrə beynəlxalq təşkilatlarda Azərbaycan 



Respublikasını təmsil etmək və onlarla əməkdaşlığı həyata keçirmək; 

8.1.16. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hüquqları həyata keçirmək. 

8.2. Dövlət baytarlıq xidmətinin vəzifələri aşağıdakılardır: 

8.2.1


. baytarlıq sahəsində fəaliyyətin prioritet istiqamətlərini müəyyən etmək, heyvanların xüsusi 

təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət proqramlarının hazırlanmasında və həyata 

keçirilməsində iştirak etmək; 

8.2.2


. profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən xüsusi təhlükəli heyvan 

xəstəliklərinin, karantin və digər məhdudiyyət tədbirləri tətbiq olunan yoluxucu xəstəliklərin siyahısını 

hazırlamaq; 

8.2.3


. Azərbaycan Respublikasının ərazisində heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin 

profilaktikası, diaqnostikası, müalicəsi və ləğv edilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada 

müvafiq baytarlıq tədbirləri həyata keçirməklə mal-qaranı və başqa heyvanları xəstəliklərdən qorumaq; 

8.2.4


. səhiyyə orqanları ilə birlikdə heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən əhalinin 

qorunmasını təşkil etmək və informasiya mübadiləsi aparmaq, metodik seminarlar keçirmək; 

8.2.5

. heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə baytarlıq xidmətinin həyata 



keçirilməsini təmin etmək; 

8.2.6


. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin 

törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər həyata keçirmək 

və idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin 

baytarlıq (baytarlıq-sanitariya) vəziyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri 



daxilində yoxlamaq və müvafiq baytarlıq sənədi vermək; 

8.2.7


. qanunvericiliklə müəyyən edilmiş qaydada epizootiya monitorinqi aparmaq, heyvanların yoluxan 

və yoluxmayan xəstəliklərlə xəstələnmə və ölümünün səbəbini müəyyən etmək, xəstəliklərin aradan 

qaldırılması və profilaktikasına dair epizootiya əleyhinə tədbirlər planı hazırlayıb təsdiq olunmaq üçün 

müvafiq icra hakimiyyəti orqanına

 təqdim etmək; 

8.2.8


. heyvan, heyvan mənşəli məhsullar və xammal sahibləri tərəfindən baytarlıq qanunvericiliyinə 

əməl edilməsinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək; 

8.2.9

. baytarlıq preparatlarının, yem və yem əlavələrinin təhlükəsizliyini, saxlanması, daşınması və 



istifadə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təşkil etmək; 

8.2.10


. dövlət baytarlıq nəzarətində olan yüklərin (dövlət sərhədinin buraxılış məntəqələrində istisna 

olmaqla) idxalına və ixracına, onların ölkə daxilində daşınmasına və tranzitinə qanunvericiliklə müəyyən 

edilmiş hallarda və qaydada baytarlıq nəzarətini həyata keçirmək; 



8.2.11

. heyvanların xəstəliklərdən qorunması üçün lazım olan baytarlıq preparatlarına, ləvazimatlara, 

alətlərə və digər vasitələrə olan tələbatı müəyyənləşdirmək və təklifləri 

müvafiq icra hakimiyyəti 

orqanına

 təqdim etmək; 

8.2.12

. heyvanların xüsusi təhlükəli xəstəliklərinə qarşı baytarlıq preparatlarının ehtiyatını yaratmaq; 



8.2.13

. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə uyğun olaraq bütün 

hüquqi və fiziki şəxslərə baytarlıq xidməti göstərilməsini təşkil etmək və xəstəliklərə qarşı baytarlıq 

tədbirlərinin aparılmasına qanunla müəyyən edilmiş qaydada nəzarət etmək; 

8.2.14

. heyvanların yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarının, 



yem və yem əlavələrinin istehsalı zamanı baytarlıq (baytarlıq-sanitariya) baxımından standartlara, texniki 

şərtlərə və baytarlıq tələblərinə riayət edilməsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada 

təşkil etmək və həyata keçirmək; 

8.2.15


. heyvandarlıq obyektlərinin, sallaqxanaların, ət, süd və digər heyvan mənşəli məhsullar emal edən 

müəssisələrin, bazarların, xammal anbarlarının, heyvanların suvarılması mənbələrinin, köç yollarının və 

dayanacaqlarının baytarlıq (baytarlıq-sanitariya) nəzarətini həyata keçirmək, həmin obyektlərin 

tikintisinin və yenidən qurulmasının, habelə yerqazma işlərinin baytarlıq ekspertizasının aparılmasını 

təmin etmək; 

8.2.16


. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada baytarlıq sahəsində identikləşdirmə 

işlərinin, uçot və hesabatların aparılmasını təmin etmək, heyvanların karantin xəstəliklərinin statistik 

uçotunu aparmaq; 

8.2.17


. baytarlıq təbabətinə dair təlimat, göstəriş, tövsiyə, qayda və normaların, baytarlıq sahəsində uçot 

və hesabat formalarının və digər normativ sənədlərin qüvvədə olan qanunvericilik aktlarına və 

beynəlxalq normativlərə uyğun hazırlanmasını, habelə nəşr edilməsini təşkil etmək; 

8.2.18


. baytarlıq elminin inkişafı, baytarlıq mütəxəssislərinin hazırlanması, onların ixtisaslarının 

artırılması üçün zəruri tədbirlərin həyata keçirilməsində və baytarlıq sahəsində elmi-tədqiqatların 

aparılmasına sifarişlər verilməsində iştirak etmək; 

8.2.19


. baytarlıq fəaliyyətini həyata keçirmək üçün büdcədən ayrılmış vəsaitin məqsədli istifadəsini 

təmin etmək, dövlət büdcəsi və digər mənbələr hesabına alınmış baytarlıq preparatları və 

avadanlıqlarının saxlanmasına, daşınmasına və istifadəsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş 

qaydada təşkil etmək; 

8.2.20

. heyvan xəstəlikləri ilə mübarizədə beynəlxalq baytarlıq təcrübəsindən qəbul olunmuş müxtəlif 



vasitələrdən istifadə edilməsini və fəaliyyət dairəsində Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş 

beynəlxalq öhdəliklərə əməl edilməsini səlahiyyətləri daxilində təmin etmək; 

8.2.21

. respublikada keçiriləcək baytarlıq tədbirləri, Azərbaycan Respublikasının baytarlıq qaydaları, 



normaları və digər normativ hüquqi aktları barədə məlumatların maraqlı şəxslərə təqdim edilməsini 

təşkil və təmin etmək; 

8.2.22

. əhali arasında baytarlıq maarifləndirmə işlərini təşkil etmək və həyata keçirmək; 



8.2.23. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək. 


Каталог: docs -> pdf
pdf -> Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və
pdf -> Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında
pdf -> Health problems related to breeding
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Damazlıq heyvandarlıq haqqında
pdf -> “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə
pdf -> Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası
pdf -> AZƏrbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ


Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə