Baxşəliyev Bəhruz



Yüklə 23,16 Kb.
tarix05.12.2023
ölçüsü23,16 Kb.
#173928
Fizika ac2e0a aztu.csbaku.biz


I.s.a.y.e.v F.a.r.i.z

Sərbəst iş N 5


Lümisessensiya və q/x şüalanma

Lüminessensiya hər üç aqreqat halında – qazlarda, mayelərdə və bərk


cisimlərdə baş verir. Məsələn, buxar və qazları, nadir elementlərin
duzu, benzol sırası birləşmələri, aromatik birləşmələr (naftalin, antrasen
və s.) müxtəlif növ boya maddələri, ağır metallardan aşqarı olan qeyri-üzvi
kristallar (məsələn, tərkibinə , yaxud daxil edilmiş )
kristalofosforlar lüminessent maddələr olmaqla lüminofor adlanır.
Lüminessensiya hadisəsi sistemin həyəcanlanmış haldan əsas hala keçməsi
ilə əlaqədar baş verdiyindən onun baş verməsi və davam etməsi atom
və molekullardan təşkil olunmuş maddələrin (qaz, maye, bərk) quruluşundan
asılıdır.
Qazlarda lüminessensiya. Qazlarda lüminessensiya həm diskret mərkəzlərin
şüaburaxması, həm də rekombinasiya şüalanması hesabına olur.
Qazda sensibilizə olunmuş lüminessensiya da mümkündür.
Qazın müstəqil şüalanması, adətən san müddətində olur.
Qeyri –müstəqil şüalanma isə qazın sıxlığından və temperaturundan asılı
olaraq müxtəlif davam müddətinə malikdir.
Lüminessent şüalanma spektri atomların növü və qazın təzyiqi ilə müəyyən
olunur. Məsələn, biratomlu civə, helium və s. şüalanmalar xətti spektrə
malik olduğu halda, benzol buxarının şüalanması zolaqlı spektrə malikdir
Mayelərdə lüminessensiya. Mayelərdə diskret mərkəzlərin şüaburaxması
və rekombinasiya prosesləri baş verir. Diskret mərkəzlərin şüalanma
müddəti çox kiçikdir. Bu müddət yalnız bəzi hallarda saniyəyədək davam
edir.
Xemilüminessensiya nəticəsində baş verən şüalanma da mayelər üçün
xarakterikdir. Bu şüalanmanın rəngi kimyəvi reaksiyaya girən maddələrin
növündən və reaksiyanın getdiyi mühitdən asılı olaraq dəyişir.
Bərk cisimlərdə lüminessensiya. Bərk kristallarda da indiyədək tanış
olduğumuz proseslərə oxşar, lakin nisbətən çox növlü proseslər baş verir.
Bəzi kristal cisimlərdə diskret mərkəzlərin şüaburaxması, bəzilərində isə
rekombinasiya şüalanması müşahidə olunur. Elə kristallar var ki, onlarda
eyni zamanda hər iki növ şüaburaxma mövcuddur.
Diskret mərkəzlərin şüaburaxması molekulyar kristallarda (qəfəslərinin
düyünlərində molekullar yerləşən kristal) müşahidə olunur. Belə kristallarda
molekullar arasındakı qarşılıqlı təsir zəif olur. Ona görə də, molekullar öz
nisbi müstəqilliyini saxlayır və bu səbəbdən udma və şüalanma eyni bir
mərkəzdə baş verir.
Rekombinasiya şüaburaxma, kristal qəfəsdə kənar qarışıqlar (ağır metal
ionları) hesabına yaranmış defektləri olan kristalofosforlarda müşahidə olunur.
Bu halda şüaburaxma mərkəzləri aktivator adlandırılan ağır metal ionlarıdır.
LÜMİNESSENSİYANIN QANUNLARI
Stoks-Lommel qanunu. Lüminessensiyanın ilk qanunauyğunluğu 1852-
ci ildə Stoks tərəfindən müəyyən olunmuşdur. Onun müəyyən etdiyi qanununa
görə lüminessensiya şüalanmasının dalğa uzunluğu həmişə onu həyəcanlandıran
işıq dalğasının uzunluğundan böyükdür.
Lüminessensiyanın sonrakı tədqiqləri Stoks qaydasından fərqli olan yeni
qanun müəyyən etməyə imkan verdi. Bu qanuna görə, fotolüminessensiya
zamanı onu həyəcanlandıran işıq dalğasının uzunluğundan qısadalğalı
şüalanma da mövcuddur. Bu növ şüalanma antistoks şüalanması adlanır.
Stoks qanunu antistoks şüalanması üçün yaramır. Bu nöqsan Lommel
tərəfindən aradan qaldırılmışdır. O, stoks və antistoks şüalanmaları üçün
doğru olan yeni şərh verərək daha ümumi qanun müəyyən etmişdir. Spektr
xətləri (udma və buraxma) müəyyən enə malik olduğundan, Stoks qanununu
Lommelin ifadəsində belə şərh etmək olar: şüalanma spektrinin bütövlükdə
özü və maksimumu, udma spektrinin bütövlüklə özünə və maksimumuna
nəzərən uzun dalğa tərəfə sürüşür (şəkil 16.5). Bu qanun Stoks –Lommel
qanunu adlanır.


Lüminessensiyaedici maddə atomunun mümkün olan enerji səviyyələrindən


üçünü (E1 ,E2 ,E3 ) nəzərdən keçirək. Termodinamik tarazlıq zamanı
atomun enerji səviyyələrinə görə paylanması, Bolsman qanunu ilə müəyyən
o lunur:
Q/XƏTTİ OPTİKANİN ELEMENTLƏRİ
Yüklə 23,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin