Basketball is a team sports game with a basketball ball. The game is played by two teams of five each. The goal is to manually throw the ball in the basket of over 3



Yüklə 15,94 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü15,94 Kb.
#41379
1   2
Basketbol

Basketbol, basketbol topu ilə komanda idman oyunu. Oyunu hərəsi beş nəfərdən ibarət iki komanda oynayır. Məqsəd əllə topu rəqib komandanın sahəsindəki 3,05 metr yuxarıdan asılı səbətə atmaq və eyni hərəkəti rəqib komandaya etməyə mane olmaq. Bütün dünyada məşhur olan bir idman növüdür. İlk olaraq 1891-ci ildə Jeyms Naismit tərəfindən oynadılmışdır. Jeyms Naismit basketbolu Mayas qəbiləsinin tlahiotenie oyunundan götürdüyü düşünülməkdədir.

Basketbol, ABŞın Massaçusets əyalətində, Sprinqfild Gənc Kişilər Xristian Birliyi (YMCA) Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Jeyms Naismit tərəfindən 1891-də yaradılmışdır. Atlet və beyzbolculara qış məşqləri etdirmək məqsədiylə inkişaf etdirilən bu oyunda məqsəd, taxtadan edilmiş səbətlərə topun soxulması idi. İlk oyunlarda 7 nəfər iki komanda arasında 20 dəqiqəlik üç dövrə üzərindən oynanmışdır. Oyunun əsl hədəfini səbətlər meydana gətirdiyindən, Dr. Naismit tərəfindən bu oyuna "səbət topu" mənasını verən basketbol' adı verilmişdir.

Basketbol, yaradılmasından qısa bir müddət sonra YMCAi aşaraq bütün məktəblərə, universitetlərə və hətta gimnastika salonlarına qədər yayılmışdır. Gənclərdə bu idmana qarşı oyanan istək klubları basketbol şöbələri açıb komanda qurmağa məcbur etmiş və beləcə basketbol, Amerikanın ən məşhur milli oyunu halına gəlmişdir.



Basketbolun inkişafı qaydalara, ləvazimata, qurğulara və basketbolçunun geyiminə öz təsirini göstərdi. 1983-cü ildə ilk dəfə dəmir halqa ilə top qəbul olundu. 1984-cü ildə topun ölçüsü 30-32 düym (76,2-81,3 sm.) qədər artdı. 1895-ci ildə 15 fut məsafədən yerinə yetirilən sərbəst atışlar qəbul olundu. Yaranmasından az sonra basketbol ABŞ-da populyarlaşdı. Daha sonra bu oyunu başqa ölkələrdə də oynamağa başladırlar. 1891-1918-ci illər basketbolun inkişafının birinci mərhələsi hesab olunur – bu mərhələdə basketbol yeni oyun kimi puxtələşir. Gimnastika dərslərinin canlanması üçün icad olunan basketbol sonralar öz xüsusiyyəti ilə idman oyunlara çevrildi. Milli Basketbol Federasiyaların yaradılması onun gələcək inkişafına təsir göstərdi. 1919-1931-ci illər basketbolun inkişafının ikinci mərhələsi kimi xarakterizə olunur. 1932-ci ildə Beynəlxalq Basketbol Federasiyası – BBF yaradıldı. Bu federasiyaya Argentina, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya, İsveç və Çexoslovakiya ölkələri daxil oldu (8 ölkə). 1935-ci ildə Cenevrədə ilk dəfə Avropa çempionatı keçirilmişdi. Bu çempionatda yüksək yeri Pribaltika basketbolçuları tutmuşdu. Avropanın ilk çempionu Latviya komandası olmuşdu. İlk dəfə qadınların Аvropa çempionatı 1938-ci ildə keçirilmişdi. 1935-ci ildə isə basketbol Olimpiya oyunları proqramına daxil edildi. 1936-cı ildə isə XI Olimpiadada – (Berlin-Almaniya) 21 ölkə basketbolçuları iştirak etmişdir. Bu zaman BBF-nın ilk konqresi keçirilmişdi. Konqres basketbol oyunu üçün vahid qayda qabul etmişdi. 1948-1956-cı illər basketbol inkişafının üçüncü mərhələsidir. BBF – başqa beynəlxalq idman birliklərində başlıca yer tutmuşdu. BBF-nın rəhbərliyi altında beynəlxalq yarışlar, çempionatlar keçirilir. Artıq 1948-ci ildə Beynəlxalq Basketbol Federasiyasında 50 ölkə iştirak edirdi. 1950-ci ildə Argentinada ilk dəfə kişi komandalarının dünya çempionatı keçirilmiş və bu çempionatda argentinalılar qalib gəlmişdilər. Üç ildən sonra Çilidə qadın komandaları ücün dünya birinciliyi keçirildi. Dünya çempionu adını ABŞ idmançıları qazanmışdı. Sonralar çempionatlar dörd ildən bir keçirilməyə başladı. Hər il BBF-nın rəhbərliyi altında çempionatlar və kuboklar kuboku uğrunda basketbol yarışları təşkil olunur. Belə BOK-in qərarına görə 1976-cı ildə keçirilən XXI Olimpiya oyunlarında (Monrealda-Kanada) qadın komandaları daxıl edildi. Basketbol indi bütün dünyada inkişaf etmiş və sevimli oyuna çevrilmişdir. Hal-hazırda Beynəlxalq Federasiya 167 ölkə Milli Federasiyasını öz heyətində birləşdirir. 1984-cü ildə ABŞ-da ilk dəfə rəsmi oyun qaydaları nəşr olundu və bunun əsasında yarışlar keçirilməyə başlandı. Oyunun yayılması ilə onun texnikası və taktikası da formalaşırdı. Topun tutulması, ötürülməsi, aparılması və səbətə atılması kimi texniki fəndləri meydana gəldi. Lakin texnikada dinamiklik çatışmırdı – bütün ötürmələr və atmalar bir yerdən iki əllə yerinə yetirilirdi. Taktikada komanda üzvlərinin oyun funksiyası və onların müdafiəçilərə və hücumçulara bölünməsi müəyyənləşdi. Əsasən bu illər basketbol Avropa və Cənubi Amerika ölkələrinə yayılmağa başladı.

Azərbaycanda basketbolun inkişaf tarixi digər idman növləri kimi ilk addımlarını hələ 1920-ci ildən əvvəl Bakıya işləməyə gəlmiş xarici neft şirkətlərində calışan fəhlə və qulluqçuların təşəbbüsü ilə atmışdır. Digər tərəfdən yerli sakinlər üçün qəribə görünən bu idman növlərinin inkişafı həmin ölkələrin mədəni, mənəvi zənginliyini sübuta yetirən faktor kimi yerli insanların marağına səbəb olmuşdur. Basketbol digər idman növləri kimi Azərbaycanda özünün ilk addımlarını 1920-ci ildən atmağa başlayır.



Literature – Ədəbiyyat

https://en.wikipedia.org/wiki/Basketball
Yüklə 15,94 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin