Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə356/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   352   353   354   355   356   357   358   359   ...   538
Ə d ə b i y y a t

Axirətdən qabaq gəzinti 

[Mətn]: Roman və povest 

/Ə. Əmirli.-Bakı: Yazıçı, 

1989.- 279 s.

Haram [Mətn]: Roman və 

povestlər /Ə. Mirli;Red. R. 

Muradova.-Bakı: Gənclik, 

1992.-376 s.

Hasarın o üzü [Mətn]: Ə. 

Əmirli; Azərbaycan Respub-

likası Mədəniyyət və Turizm 

Nazirliyi.-Bakı:[İdeal-

Print], 2010.- 501 s.

15 pyes [Mətn] /Ə. Əmirli.-

Bakı: [Öndər], 2006.-568 s.

Əli Əmirli: “Teatra tamaşa-

çı marağının az olmasından 

gileylənənlər məhz teatra 

getməyən, teatrdan xəbəri 

olmayan adamlardır” 

[Mətn] /Ə.Əmirli //Palitra.-

2011.- 14 dekabr.- S. 7.

Əlvida, Nazif [Mətn] 

/Ə.Əmirli //Ədəbiyyat 

qəzeti.-2012.- 1 sentyabr.- 

S.6.

Hasarın o üzü İki hissəli 

dram [Mətn] /Ə.Əmirli //

Azərbaycan : jurnal .-2008.-

№8.- S.97-128.

www.anl.az

www.az.wikipedia.oz.

30

Yazıçı


285

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

95 

illiyi

Lətif Feyzullayev 

1918-1987

OKTY

ABR

Lətif  Əbdülbaği oğlu Feyzullayev 

1918-ci il oktyabr ayının 13-də anadan 

olmuşdur.

1939-cu il oktyabr ayının 13-də 

Əzim  Əzimzadə adına Azərbaycan 

Dövlət Rəssamlıq Texnikumuna da-

xil olan Lətif Feyzullayev, buranı 

bitirdikdən sonra təhsilini Moskvada 

- V.İ.Surikov adına Dövlət Rəssamlıq 

İnstitutunun rəngkarlıq fakültəsində 

davam etdirmişdir. Bu illərdə o

müəllimləri Moçalski, Pokarjevski və 

Qrabardan təsviri sənətin incəliklərini 

böyük həvəslə öyrənmişdir. 

Hələ  tələbə ikən gələcək rəssam 

“Qaçaq Nəbi” və “Qatır Məmməd” 

kimi tarixi mövzulu əsərləri ilə res-

publika sərgilərində  iştirak etmişdir. 

Rəssam Böyük Vətən müharibəsi 

illərində hərbi vətənpərvərlik ruhunda 

bir sıra əsərlər çəkmiş, hərbi hissələrdə 

təbliğat-təşviqat xarakterli plakatların 

müəllifi kimi tanınmışdır. O, eyni za-

manda Ə.Əzimzadə adına Azərbaycan 

Dövlət Rəssamlıq Texnikumunda da 

dərs demişdir.

1944-cü ildə Lətif Feyzullayev ya-

rımçıq qalmış təhsilini davam etdirmək 

məqsədilə Moskvaya qayıtmış, elə 

həmin il Moskvada təhsil alan Vəcihə 

Səmədova ilə ailə qurmuşdur.

1949-cu ildə institutu uğur-

la bitirən gənc rəssam Bakıya qa-

yıtmışdır. Müharibədən sonrakı 

illərdə qurub-yaradan insanların 

- müharibə  qəhrəmanlarının, kənd 

zəhmətkeşlərinin, fəhlələrin  əməyi 

rəssamın  əsərlərinin  əsas mövzusunu 

təşkil etmişdir.

XX  əsrin 50-ci illərindən  əfsanəvi 

Neft Daşlarının istismarına başlanıl-

ması ilə Lətif Feyzullayevin yaradıcı-

lığında Xəzər neftçilərinə  həsr olun-

muş yeni, romantik mövzulu silsilə 

əsərlər dövrü başlanmışdır. “Vaxta” 

(1951), “Küləkli gün” (1957), “Tufan-

dan qabaq” (1959), “Fontan” (1962) 

bu silsiləyə aid olan əsərlərdəndir.

Abşeronun özünəməxsus, təkrar-

olunmaz təbiəti rəssamı klassik 

mənzərə janrından kənara çıxan, sərt 

kontrastları  və parlaq rəng üslubu ilə 

seçilən bir sıra orijinal mənzərələr ya-

ratmağa sövq etmişdir. “Abşeronda 

bahar”, “Buruqlar”, “Yay”, “Abşeron 

qumları”, “Qayalar”, “Abşeron bağla-

rı” əsərləri buna bariz nümunədir.

İstedadlı  rəssam bir çox maraqlı 

portretlərin müəllifi kimi də tanınır. 

Buna misal olaraq “Rəssam Vəcihə 

Səmədovanın portreti”, “Neftçi Gül-

bala  Əliyev”, “Fatimə”, “Qoca”, 

“Abşeronun qonağı” və “Güclü”nu 

göstərmək olar.

XX əsrin 60-cı illərində Lətif    Fey-

zullayevin Bolqarıstana yaradıcılıq 

ezamiyyəti çox məhsuldar keçmiş  və 

rəssam bu ölkə haqqında maraqlı bir 

sərgi ilə sənətsevərlər qarşısında hesa-

bat vermişdir.

Abşeron rəngkarlıq məktəbinin 

bənzərsiz nümayəndələrindən sayılan, 

pedaqoji fəaliyyəti dövründə böyük 

bir rəssam nəsli yetişdirən Lətif Fey-

zullayevin  əsərləri bu gün də bir çox 

muzeyləri bəzəyir və sərgilərdə tama-

şaçıların böyük marağına səbəb olur.

Görkəmli rəssam, 

Əməkdar 


incəsənət xadimi L.Feyzullayev 1987-

ci ildə vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin